Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2132
DünənDünən3835
Bu həftəBu həftə15399
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8471998

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidə Rusiya-Gürcüstan müharibəsinin 6-cı ildönümü qeyd edilib

alt

Marneulidə 2008-ci ilin avqustun 8-də baş verən Rusiya-Gürcüstan müharibəsinin 6-cı ildönümü qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin gün Gürcüstanın bir çox şəhərlərindəki hərbi bazaların əraziləri, o cümlədən Marneulidəki hərbi baza da bombalanıb, insanlar ölüb və xəsarət alıblar.

Marneulidə Avqust müharibəsinin 6-cı ildönümü tədbirində Marneuli icra hakimiyyətinin başçısı Merab Topçişvili, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və digər rəsmi şəxslər, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri iştirak edib. M. Topçişvili Marneulidəki hərbi bazanın bombalanması zamanı həlak olan ailələrə birdəfəlik olaraq 500 lari məbləğində kömək edəcəyinə söz verib.

Məlumata görə, Avqust müharibəsində 228 dinc sakin, 170 hərbçi və 14 polis həlak olub, 8 əsgər itkin düşüb,150 mindən çox insan ev-eşiyini məcburi tərk edib, 30 min əhali indiyədək köçkün həyatı yaşayır.

Tehranda təyyarə qəzasında bütün sərnişinlər ölüb

altTehran-Təbəs reysini həyata keçirərkən qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub. Trend iribnews-a istinadən xəbər verir ki, bunu İranın Təcili Tibbi Yardım Mərkəzinin sədri Məsud Sabiriniya deyib.

Dalgatv Trend-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, təyyarədə 40 sərnişin və 8 ekipaj üzvü olub.

M.Sabiriniya əlavə edib ki, təyyarə qəzası zamanı Tehran sakinlərindən 7 nəfər xəsarət alıb. Onlardan 3-ü Tehranın İmam Xomeyni adına xəstəxanasına çatdırılıb. 4 nəfər isə sakinlər tərəfindən xəstəxanaya aparıldığından onların dəqiq yeri hələlik bilinmir.

Qeyd edək ki, artıq təyyarənin "qara qutu"su tapılıb və hadisənin baş vermə səbəblərinin araşdırılması üçün hadisə yerinə xüsusi komissiyaya göndərilib.

İsrail qoşunları Qəzzanı tərk ediblər

altİsrail qoşunları bu gün Qəzza sektorunu tərk ediblər.

Dalgatv  Trend-ə istinadən xəbər verir ki, İsrail ordusunun generalı Moti Almoz agentliyə bildirib: "Orada qoşunlar var idi... lakin onların hamısı Qəzza sektorunu tərk ediblər".

Qeyd edək ki, bu gün səhər saatlarında Qəzzada 3 günlük atəşkəs rejimi formal olaraq qüvvəyə minib.

Gürcüstan və Türkiyə Qara dənizdə hərbi təlimlərə başlayır

altGürcüstan və Türkiyənin sərhəd qoşunlarının sahil mühafizə bölmələri birgə hərbi təlimlərə başlayacaq.

AzNews.az-ın məlumatına görə, artıq Türkiyə Sərhəd Qoşunlarının Sahil Mühafizəsinə məxsus gəmi Gürcüstan dəniz sərhədlərinə daxil olub. Hərbi gəmi Batumidə lövbər salıb.

Ötən gün isə təlimdə iştirak edəcək bölmə komandirləri arasında görüş keçirilib.

Məlumatda o da qeyd olunub ki, təlimlər 4 gün davam edəcək. Bununla yanaşı təlim iştirakçıları Potidəki komanda məntəqəsi və gəmi tikinti müəssisəsi ilə tanış olacaqlar.

İsrail və Fələstin 3 günlük atəşkəs razılığına gəliblər

alt

İsrail Qəzza zolağında 72 saatlıq atəşkəsin elan olunmasına razılığını verib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, tərəflər arasında əldə olunmuş yeni atəşkəs rejimi bu gün Bakı vaxtı ilə 14.00-dan qüvvəyə minəcək.

Qeyd edək ki, bundan əvvəl, avqustun 1-də Qəzza zolağında 3 günlük atəşkəs əldə olunmuşdu, lakin razılaşma “HƏMAS” qruplaşması tərəfindən pozulmuşdu. Bundan başqa, bu günlərdə Misirin təşəbbüsü əsasında hər iki ölkənin nümayəndə heyətlərinin Qahirədə görüşü gözlənilir. Görüşdə geniş əhatəli atəşkəs sazişi çərçivəsində qarşıdurmanın dərhal dayandırılması məsələsi müzakirə olunacaq.

"Angela Merkel Gürcüstana səfər edəcək"

altAlmaniya kansleri Angela Merkel Gürcüstana səfər edəcək.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın Almaniyadakı səfiri Lado Çanturiya deyib.

“Gürcüstan baş nazirinin Almaniyaya uğurlu səfəri olub. Həmçinin Almaniya kanslerinin Tiflisə səfəri planlaşdırılır. Düşünürəm ki, bu, Gürcüstanın siyasi həyatı üçün böyük əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.

Diplomatın sözlərinə görə, eyni zamanda Almaniyaya Gürcüstan xarici işlər nazirinin səfəri planlaşdırılır.

Tbilisidə “Mədəniyyətlərin tanıdılması” festivalı keçirilib

altGürcüstanda fəaliyyət göstərən Qara Dəniz Beynəlxalq Universitetində “Mədəniyyətlərin tanıdılması” festivalı keçirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov məlumat verib.

Məlumata görə, festivalda özündə Azərbaycanı əks etdirən “Azərbaycan guşəsi” adlı 13 stend təşkil edilib. Stendlər tədbir iştirakçılarının marağına səbəb olub. Tədbirdə Azərbaycanın musiqi alətləri, xalçalarımız, mətbəximizdə bişirilən xörək nümunələri, Azərbaycanın gəzməli və görməli yerlərini özündə əks etdirən, o cümlədən Şəkidəki Xan Sarayı, Qarabağın əsrarəngiz təbiəti, qədim Şuşa qalası, Bakının tarixi yerləri rəssamlarımızın müxtəlif bölgələrdən çəkdiyi rəsm əsərləri stendlərdə nümayiş etdirilib.

Tədbirdə Azərbaycan musiqi nömrələri və beş folklor rəqsi nümayiş olunub.

APA-nın məlumatına görə. Qara Dəniz Beynəlxalq Universitetində azərbaycanlı tələbələr və 13 dövləti təmsil edən tələbələr təhsil alır.

Ukrayna matəm içində

alt

Ötən gün Donetsk şəhərinin Volnovax rayonunda baş verən silahlı toqquşma ilə bağlı Ukraynanın iki vilayətində, Volın və Rovno vilayətlərində matəm elan olunub. Bu haqda Ukrayna Müdafiə nazirliyi xəbər yayıb.

Volında iki gün, Rovnoda 3 gün matəm olacaq. Volnovaxda Ukrayna hərbçiləri ilə rusiyayönümlü üsyançılar baş verən atışmada 16 nəfər həlak olub, 32 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Bu gün də bir qrup ukraynalı hərbçi üsyançıların pusqusuna düşsə də, mühasirədən çıxa biliblər. İnsident nəticəsində 10-a yaxın hərbçi yaralanıb.

NATO gəmiləri Qara dənizdə - FOTO

alt

May ayının sonuna kimi Qara dənizdə NATO-nun üç gəmisi qalacaq. .

ANS PRESS-in məlumatına görə, bunlar Fransanın "Sürkuf" freqatı, "Düpüi de Lom" kəşfiyyat gəmisi və ABŞ-ın "Vella Qalf" kreyseri olacaq.

Hazırda "Düpüi de Lom" kəşfiyyat gəmisi Bolqarıstanın Varna limanındadır. O, Qara dənizə mayın 14-də gəlib. Gəmidəki cihazlar çağdaş məlumat ötürmə növlərinin hamısını, o cümlədən elektron poçt ismarışlarını və mobil telefon danışıqlarını tutmaq imkanındadır.

"Sürkuf" freqatı 1996-2001-ji illərdə düzəldilmiş "Lafayet" tipli freqatlara aiddir. Su tutumu 3600 ton, heyət üzvləri 164 nəfərdir. Onda "Ekzoset" tipli qanadlı raketlər, göyərtə helikopteri yerləşdirilib.

Somada axtarış-xilasetmə əməliyyatı sona çatıb

altTürkiyənin Soma şəhərində kütləvi insan tələfatı baş verən kömür mədənində axtarış-xilasetmə əməliyyatı sona çatıb.

Dalgatv-nin  APA-ya verdiyi xəbərə görə, bu barədə ölkənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız məlumat verib.

Onun sözlərinə görə, mədəndə baş verən partlayış nəticəsində həlak olan son iki işçinin də meyiti tapılaraq çıxarılıb. Bununla da Türkiyə tarixinin ən böyük mədən qəzasında ölənlərin sayı 301-ə çatıb.

Bu açıqlamadan sonra axtarış-xilasetmə əməliyyatına qatılan xilasedicilər və fəhlələr ərazini tərk etməyə başlayıb.

Soma mədəninin sahibi faciənin əsl səbəbini açıqladı

alt

Türkiyənin Manisa vilayətinin Soma bölgəsində mədəndə baş verən faciənin səbəbləri haqda müəssisə sahibi və idarəçilər ilk dəfə mediaya açıqlama veriblər.

Dalgatv-nin  “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, mədənin sahibi Alp Gürkan və idarəçilər baş verən qəzada laqeydlik iradı ilə razılaşmadıqlarını desələr də, itkilərin çox olmasının səbəbini açıqlayıblar.

A.Gürkan deyib ki, mədəndə “təhlükəsizlik otaqları”nın olmaması itkilərin sayını artırıb. Sahibkar açıqlama zamanı göz yaşlarını saxlaya bilməyib: “Canım yanır, içim yanır. Çərşənbə axşamı mədəndən gələn xəbərə inana bilmədim. Qəzanı anlamaqda çətinlik çəkirəm”.

Xatırladaq ki, Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki mədən faciəsi nəticəsində ölənlərin sayı 298-ə çatıb.

Somadakı faciə qurbanlarının sayı 292-yə çatdı

altTürkiyənin Manisa vilayətindəki Soma qəbəsində baş vermiş mədən faciəsi nəticəsində ölənlərin sayı 300-ə yaxınlaşır. Musavat.com-un məlumatına Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız mədəndən daha 8 işçinin cəsədinin çıxarıldığını bildirib. Beləliklə, mədən faciəsi qurbanlarının sayı 292-yə çatıb

Saytda Axtarış

ახალი ამბები