Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2427
DünənDünən3835
Bu həftəBu həftə15694
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8472293

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ukrayna ilə Rusiya sərhədində qan töküldü

altPasxa bayramında Ukrayna və Rusiya sərhədində gərginlik səngiməyib. Baxmayaraq ki, rəsmi Kiyev rusiyapərəst qüvvələrə qarşı əməliyyatları Pasxa bayramında dayandırdığını bəyan etmişdi.

Sərhəddə itki ilə nəticələnən atışma olub.

Ukraynanın Slovyansk şəhərində sərhəd-keçid məntəqəsində atışma baş verib. Avtomobillərə baxış üçün qurulmuş blokpostda atışma zamanı 3 rusiyayönümlü etirazçı və 2 naməlum şəxs ölüb.

ATƏT-in hərbi nümayəndələri Ukraynanın şərqində müşahidə aparacaq

ATƏT-in hərbi nümayəndələri Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində inzibati binaların hökumət qüvvələrinə təhvil verilməsini müşahidə etmək üçün əraziyə gəliblər. Bu barədə CNN telekanalı xəbər verir. Cenevrədə dördtərəfli görüşdə əldə olunan razılığa görə, bütün inzibati binaları etirazçılar boşaldacaq və radikal silahlı qruplaşmalar tərksilah olunacaq. Razılaşma ölkədə siyasi gərginliyi nisbətən aradan qaldırsa da, rusyönümlü etirazçıların öz məqsədlərindən daşınacaqları real görünmür. Donetsk vilayətinin Slavyansk şəhərində separatçılar yenidən etiraz aksiyası keçiriblər. Fəalların əsas tələbi regionunun statusuna dair referendum keçirilməsi olub.

Etirazçı Simon İqoryeviç: "İlk öncə referendum keçirilməlidir. Daha sonra müstəqil olub-olmamağa qərar verəcəyik"

Etirazçı Valeriy Qriqoriç: "Biz Donetsk Respublikasını elan etdikdə artıq referendum keçirmişdik. İndi biz yarımmüstəqillik. Artıq siyasi istiqamətin nə olacağını və Rusiya Federasiyası ilə hansı münasibətlərin qurulacağını müəyyən etmək lazımdır"

Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Pasxa bayramı münasibətilə televiziya vasitəsilə xalqa müraciət edib. O Ukraynada tezliklə sülhün bərpa olunacağına ümid etdyini deyib:

"Biz çətin bir dövr yaşayırıq, Ukrayna xalqı özünün azadlıq arzusunu, ədalət və həqiqi mənəvi dəyərlərin bərqərar olması istəyini dilə gətirir. Diriliş günü iman və sevginin qeyd edildiyi bir gündür. Tanrı Ukraynaya sülh bəxş etsin".

Bu arada Rusiya prezidenti Vladimir Putin Ukraynanı "Qazprom"a olan 2,2 milyard borcunu ödəməyə çağırıb. Dövlət telekanalına müsahibəsi zamanı Putin Ukraynanın avropalı tərəfdaşlarını bu ölkəyə maliyyə yardımı etməyə təkid edib.

Rusiyaya havadan zərbə endirildi

altBu gecə Rusiyanın Murmansk şəhərinin yaxınlığında iri meteorit müşahidə edilib.

AzNews.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, şəhər sakinləri mobil telefonlarla və video kameralarla bir neçə saniyə davam edən parlaq partlayışı çəkə biliblər. Ehtimal edilir ki, meteorit Yer səthindən xeyli yüksəkdə yanıb, buna görə də zərər vurmayıb. Meteoriti həmçinin Severomorsk, Apatitov, Kirovsk, Koaşva kimi yaşayış məntəqələrinin sakinləri müşahidə ediblər.

Xatırlada qki, 15 fevral 2013-cü il tarixdə isə Rusiyanın Çelyabinsk vilayətinin səmasında meteorit müşahidə edilmişdi. Alimlər müəyyən etmişdi ki, Yer atmosferinə daxil olanda həmin obyektin ağırlığı 11 ton olmuşdu və atmosferdə o, xırda hissələrə parçalanmışdı. Bu, 1908-ci ildə düşmüş Tünqus meteoritdən sonra Yer atmosferinə daxil olmuş ən iri kosmik obyekt olub.

Yaponiya Şərqi Çin dənizinə qoşun yeridəcək

altYaponiya Şərqi Çin dənizində yerləşən Yenaquni adasına qoşun göndərəcək.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın müdafiə naziri İtsunori Onodera bəyan edib.

Onun sözlərinə görə, Yaponiya özünümüdafiə qüvvələrinin 100-dək hərbi qulluqçusu və xüsusi radar sistemi adada yerləşdiriləcək.

Qeyd edək ki, Yenaquni adası Yaponiya və Çin arasında mübahisəli Senkaku (çinlilər Dyaoyuydao adlandırır) arxipelaqından 150 km aralıqda yerləşir.

ABŞ konqresmenləri Azərbaycana gəlib

altABŞ Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

7/24news-un APA–ya istinadən verdiyi xəbərə görə, konqresmen Evard Roysun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri, habelə vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Nümayəndə heyətinə Konqresin renkinq komitəsinin üzvü Elliot İngel, Luis Frankel və Devid Sisillin daxildir. Səfər aprelin 20-də başa çatacaq.

Konqresmenlərin Ermənistan və Ukraynaya da səfəri planlaşdırılır.

Rusiyadakı ən varlı dörd azərbaycanlı- Siyahı

alt

Dörd azərbaycanlı milyarder “Forbes” jurnalının tərtib etdiyi ən varlı iş adamlarının siyahısına düşüb.

AzNews.az xəbər verir ki, jurnalda göstərilən Rusiyanın 2014-cü il üzrə ən varlı şəxslərinin sırasında Telman İsmayılov, Vahid Ələkbərov, Araz Ağalarov və İlham Rəhimov da var. “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov 13.6 milyard dollarla 7-ci yerdədir. “Krokus Siti”nin rəhbəri Araz Ağalarov 1,8 milyard dollarlıq sərvətlə 56-cı pillədə qərarlaşıb. Türkiyədə yerləşən “Mardan Palace”nin sahibi Telman İsmayılov 0,75 milyard dollarla 137-ci yerdədir. Ötən iki il ərzində Rusiyanın ən varlı biznesmenlərinin yer aldığı siyahıya düşə bilməyən İlham Rəhimov isə 187-ci yerdə qərarlaşıb. Məlumat üçün bildirək ki, onun 0,5 milyard dollar sərvəti var.

Gəmi batdı, Baş nazir yumruqlandı - Foto

altalt

Cənubi Koreyada baş verən gəmi qəzasında 280 nəfərin taleyi hələ də qaranlıq olaraq qalır.

"Axar.az" xəbər verir ki, itkin düşmüş sərnişinlərin ailələri onları ziyarət edən Cənubi Koreya Baş naziri Çunq Honq-Vona kəskin etirazlarını bildirib. Etiraz edənlərdən biri Baş nazirə su qabı atıb. Başqa biri isə nazirə yumruq vurub. Qəzadan sorna tələbələr mobil telefonları vasitəsilə ailələrinə mesaj yazıb kömək istəyiblər. Gəmidəki sərnişinlərdən 179 nəfəri xials edilsə də, 287 nəfərdən hələ də xəbər yoxdur. Gəminin içərisindən çəkilən görünütülər isə sərnişinlərin necə də çarəsiz olduqlarını göstərir.

İran erməniləri Türkiyə əleyhinə aksiya keçiriblər

altİranda Türkiyə əleyhinə daha bir etiraz aksiya keçirilib.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, aprelin 16-da İran vətəndaşı olan ermənilər BMT-nın Tehrandakı ofisinin binasının qarşısına toplaşıb.

Aksiyada Türkiyə hökumətinin Suriya siyasəti pislənilib, rəsmi Ankaradan bu məsələ ilə bağlı siyasətini yenidən nəzərdən keçirməsi istənilib.

Onlar Türkiyə-Suriya sərhədində yerləşən Kəsəb bölgəsində “ən-Nüsra” üzvlərinin erməni kəndinə həyata keçirdikləri hücumu da qınayıb, rəsmi Ankaradan terrorçuları silah-sursatla təmin etməyi dayandırmağı tələb ediblər.

Nümayişçilər BMT və digər beynəlxalq təşkilatlardan Türkiyənin Suriyada müharibə alovunu körükləyən cəhdlərinin qarşısının alınması bu ölkəyə təzyiq göstərməsini istəyiblər.

Aksiya bəyanatın oxunması və qətnamənin BMT-nin Tehrandakı ofisinə təqdim olunması ilə başa çatıb.

Qeyd edək ki, bir qrup erməni aprelin 15-də də İranın İsfahan şəhərində Türkiyə əleyhinə aksiya keçirib.

“Rusiya Ukraynaya terror ixrac etməyə başlayıb”

alt"Rusiya neft-qazla yanaşı Ukraynaya terror ixrac etməyə başlayıb".

Bunu Ukrayna baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib.

Dalgatv  APA-ya istinadən xəbər verir ki, "Mən belə başa düşürəm ki, artıq Rusiyanın ixrac üçün yeni məhsulu var. Neft və qaz ixracından əlavə Rusiya Ukraynaya terror ixrac etməyə başlayıb. Bu gün dünyada yalnız bir ölkə - Rusiya Ukraynada Rusiyanın təxribatçı qruplarının terror aktları həyata keçirdiyini görmür”, - deyə o vurğulayıb.

Yatsenyuk onu da qeyd edib ki, Rusiya hakimiyyəti son həftələrdə təxribatçıların Ukrayna əsgərlərinə və vətəndaşlarına qarşı törətdiklərinə normal yanaşır:

“Görünür, Vladimir Vladimiroviç yanaşmalarını dəyişib: əgər əvvəllər ayaqyolu haqqında danışırdısa, indi qonşu ölkələrdəki terrorçu qruplaşmalarını dəstəkləyir. Rusiyaya mesajımız odur ki, terrorçuları dəstəkləməyi dayandırsın”.

Bəşər Əsəd: “Müharibənin dönüş nöqtəsindəyik”

alt

Suriya prezidenti Bəşər Əsəd ölkədə davam edən vətəndaş müharibəsi ilə bağlı açıqlama verib.

AzNews.az xəbər verir ki, o, üç ildir davam edən bu savaşda Suriya ordusunun üstün olduğunu açıqlayıb. Əsəd həmçinin qeyd edib ki, hazırda Suriyada müharibənin dönüş nöqtəsidir.

Məlumat üçün bildirək ki, Suriyada baş verən ölkədaxili münaqişlərdə indiyə qədər 150 min nəfər dünyasını dəyişib, milyonlarla insan isə ölkəni tərk edib.

Qeyd edək ki, Bəşər Əsədin üçüncü dəfə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edib- etməyəcəyi ilə bağlı qərarı yaxın günlərdə açıqlanacaq.

Ukraynada erməni prokuror azərbaycanlı tələbəyə ömürlük həbs cəzası istəyib

altÖtən ilin noyabr ayında Ukraynada bir yerli vətəndaşın qətlində, birinin isə ağır yaralanmasında təqsirli bilinən azərbaycanlı tələbə Məhəmməd Arzu oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


M.Abdullayevin də oxuduğu Odessa Milli Rabitə Akademiyasının beynəlxalq tələbə mübadilə şöbəsinin əməkdaşı, Azərbaycanlı Tələbələr Təşkilatının rəhbəri Həsən Əliyev APA-ya açıqlamasında bildirib ki, artıq məhkəmənin iki iclası olub.

Azərbaycanlı tələbənin son məhkəmə iclasında məhkəmə istintaqı yekunlaşıb və milliyyətcə erməni olan dövlət ittihamçısı (prokuror) çıxışında qətlin milli zəmində baş verdiyini iddia edərək, yerli qanunvericiliyə əsasən M.Abdullayevə ömürlük həbs istəyib. Məhkəmə son qərarı növbəti iclasa saxlayıb.

H.Əliyev qeyd edib ki, məhkəmənin növbəti iclasının tarixi ölkədə baş verən hadisələrlə əlaqədar olaraq naməlum müddətə təxirə salınıb.

Qeyd edək ki, ötən il noyabrın 18-də axşam saatlarında Odessada azərbaycanlı tələbələrin daha çox qaldığı yataqxananın qarşısında baş verən kütləvi dava nəticəsində ölüm hadisəsi qeydə alınıb. Məhəmməd Abdullayev iki-üç azərbaycanlı tələbə ilə hansısa əyləncə mərkəzindən qayıdan zaman yataqxananın qarşısında taksidən düşdükdən sonra yerli sakin olan üç nəfər orta yaşlı şəxs sərxoş halda onların qarşısını kəsib. Nəticədə milli zəmində mübahisə düşüb və əlbəyaxa davaya çevrilib. Bu zaman M.Abdullayev haradansa əldə etdiyi bıçaqla onlardan ikisini bıçaqlayıb. Bıçaq sərxoş şəxslərdən birinin ürəyinə işlədiyi üçün o, yerindəcə ölüb. Hadisədən sonra Məhəmməd Abdullayev oxuduğu Akademiyadan xaric edilib.

"Rusiya Yanukoviçi Ukraynaya verməyəcək"

alt"Rusiya Viktor Yanukoviçin Ukraynaya verilməsi üçün əsas görmür".

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Baş prokuroru Yuri Çayka bəyan edib.

Baş prokuror Simferopolda deyib: "Bizdə olan məlumata görə, o heç bir cinayət törətməyib və ona görə də onun ekstradisiyası üçün heç bir əsas yoxdur".

Çayka qeyd edib ki, Rusiya əvvəlki kimi Yanukoviçi legitim prezident hesab edir. "Viktor Yanukoviçi legitim prezidentdir. Bu gün Kiyevdəki hakimiyyət isə silahlı çevriliş nəticəsində hakimiyyətə gəlib. Mən bunu hüquqşünas kimi deyirəm".

Yeni Ukrayna hakimiyyəti devrilmiş prezidenti Kiyevin mərkəzində keçirilən etiraz aksiyaları zamanı insanların güllələnməsində iştirakda ittiham edir. Ukrayna MTİ-nin rəhbəri Valentin Nalivayçenkonun bir az əvvəl bildirdiyi kimi, hüquq-mühafizə orqanlarında Yanukoviçin və MTİ-nin sabiq rəhbəri Aleksandr Yakimenkonun tutulmasına məhkəmənin icazəsi var.

Həmçinin Yanukoviçi Ukraynanın cənub-şərqində etiraz aksiyalarının maliyyələşdirilməsində ittiham edirlər.

İranla ABŞ arasında nüvə müzakirələri keçirilib

altÖtən gün Vyanada İranla ABŞ arasında ikitərəfli müzakirələr keçirilib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və ABŞ dövlət katibinin müavini Vendi Şerman bir araya gəlib.

Görüşün detalları barədə məlumat verilməsə də, İranın nüvə məsələsi ilə bağlı öz həllini tapmayan mövzularla əlaqədar fikirlərin yaxınlaşdırılması əsas müzakirə mövzusu olub. Bundan əvvəl A.Əraqçı Rusiya və Çin nümayəndələri ilə görüşüb. Eyni zamanda İranla Böyük Britaniya arasında da ikitərəfli nüvə müzakirələri keçirilib.

Qeyd edək ki, aprelin 8-də Vyanada İranla “altılıq” ölkələri arasında mübhaisəli məsələlərin həlli məqsədilə növbəti nüvə müzakirələri başlayıb. İki gün davam edəcək danışıqlar yekun razılaşmanın qaralamasının hazırlanması mərhələsinə daxil olacaq. Müzakirələrdə əsasən üç məsələ ətrafında fikir mübadiləsi aparılacaq, ancaq onların nədən ibarət olduğu açıqlanmayıb. Lakin Ərak ağır su nüvə reaktoru, uranın zənginləşdirilməsinin səviyyəsi, sanksiyaların aradan qaldırılması, dincməqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq, Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı addımlar kimi məsələlər mübahisəli mövzular kimi qalmaqda davam edir. Danışıqlar İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında öz işinə başlayıb, daha sonra müavinlər səviyyəsində davam etdirilib. Bundan bir gün əvvəl M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələrək, ikigünlük danışıqların əsas mövzularını təyin ediblər.

Saytda Axtarış

ახალი ამბები