Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2156
DünənDünən3835
Bu həftəBu həftə15423
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8472022

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanlı milyarderə növbəti zərbə Litvadan gəldi

altLitva Seyminin İqtisadiyyat komitəsi “Lukoyl” şirkətinin Rusiyanın Avropadakı hərbi aqresiyasını müdafiə etməsi ilə əlaqədar məsələləri araşdırmaq üçün Dövlət Təhlükəsizlik Departamentinə müraciət etmək niyyətindədir.

Axar.az Regnum agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə komitənin üzvü Remiqiyus Jemaytaytis çıxış edib. O, “Lukoyl”un Rusiyanın hərbi fəaliyyətini maliyyələşdirdiyini bildirib. Jemaytaytis iddiaların təsdiqlənəcəyi təqdirdə “Lukoyl”un Litvada fəaliyyətinə qadağa qoyulacağını deyib.

Putin Avropaya meydan oxudu: “İstəsəm, Riqanı, Vilnusu... ”

alt

“İstəsəm, qoşunları Şərqi Avropaya göndərərəm”

Rusiya prezidenti Putin yenidən Avropanı təhdid edib. AzNews.az xəbər verir ki, o, rus qoşunlarının iki gün ərzində Kiyevdən başlayaraq bir sıra Şərqi Avropa şəhərlərinə ola biləcəyini söyləyib. Alman mediasının yazdığına görə, bu barədə Avropa Birliyinin xarici xidmətlərindən birinin bəyanatında qeyd olunub. Həmin məlumatda bildirilir ki, Putin Ukrayna prezidenti Pyotr Poroşenkonu hədələyərək deyib: “İstəsəm, iki gün ərzində qoşunları təkcə Kiyevə yox, Riqa, Vilnus, Tallin, Varşava və Buxarestə yollaya bilərəm”.

Poroşenko da öz növbəsində Putinlə söhbəti barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozuya məlumat verib. Deyib ki, V. Putin ona Avropa Birliyinə çox güvənməməyi məsləhət görüb. Putin bildirib ki, istəsə Avropa Şurasının qərarlarını blok edə bilər.

Rusiya prezidentinin budəfəki bəyanatı Joze Manuel Barrozu ilə telefon danışığını xatırladıb. Putin Avropa Komissiyasının sədri ilə söhbətində də qeyd etmişdi ki, istəsə iki həftə ərzində Kiyevi ələ keçirə bilər. Avropa Şurasının avqust ayında keçirilən sammitində Barrozu bu barədə Avropa ölkələrinin nümayəndələrinə məlumat vermişdi. Bundan sonra rəsmi Kreml Barrozu şəxsi söhbəti ictimailəşdirməkdə günahlanıdırmışdı.

Rusiya qoşunu Ukraynada

alt

Avropa Şurasını Nazirlər Komitəsi Ukraynanın ərazisində Rusiya qoşunlarının mövcudluğunu rəsmən tanıyıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, AŞ Nazirlər Komitəsi Ukraynanın ərazisində Rusiya qoşunlarının mövcudluğunu ilə bağlı qərarı bu gün qəbul edib.

Şuranın qərarında bildirilir ki, Rusiya bütün qoşun bölmələrini Ukrayna ərazisindən, o cümlədən qanunsuz işğal edilmiş Krım Muxtar respublikasından çıxarılmalı və bundan sonra Ukraynaya hər hansı hərbi müdaxilədən yan keçməlidir.

Ukrayna xarici siyasət idarəsi isə AŞ Nazirlər Komitəsinin bu qərarını alqışlayıb

Kürdlər 40 İŞİD döyüşçüsünü öldürdü

alt

Şimali İraqdakı kürd silahlı birləşmələri – peşmərgələr “İslam dövləti” (əvvəki adı İŞİD)  terror təşkilatının 40 üzvünü öldürüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçular Mosulun şimalındakı Bartella şəhərində öldürülüblər.

Peşmərgələrin rəhbəri Kamaran Həvrami Zartek dağı yaxınlığında 40 “İŞİD”çinin öldürüldüyünü və onların 9 avtomobilinin ələ keçirildiyini söyləyib.

“Peşmərgə ABŞ helikopterlərinin hava dəstəyi sayəsində xeyli irəliləyib. Həsən Şam kəndi və ətraf əraziləri nəzarət almışıq.

Biz İŞİD-in ciyərini çıxaracayıq”, - deyə kürd komandir deyib.Hazırda peşmərgə və ABŞ aviaisiyası Mosul uğrunda döyşülərə hazırlaşır.

IŞİD Obamaya müharibə elan etdi

altİŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı ABŞ prezidenti Barak Obamanın onlara qarşı müharibə bəyanatına cavab olaraq video yayıb. 

Bu barədə AzNews.az nytimes.com-a istinadən xəbər verir. 

Çərşənbə axşamı yaydıqları video ilə İŞİD yaraqlıları ABŞ əsgərləri hücuma keçərsə, onları öldürəcəklərini elan ediblər.

Videonun yayılma vaxtı da diqqət çəkib. Bundan bir neçə saat əvvəl prezident Obamanın hərbi müşavirlərindən biri Konqresə müraciət edərək, İŞİD-ə qarşı hava hücumu kampaniyasının kifayət olmadığını bildirib. O təklif edib ki, İŞİD-lə döyüşmək üçün hərbi qoşunlar göndərilsin. 

52 saniyə davam edən video Hollivud filmlərinin treylerini xatırladır. Amerika tankları və əsgərlərinin hücum altında yaralıları daşıması görüntüləriylə başlayan video “Müharibənin alovları”, “Döyüş artıq başlayıb” kimi mesajlar ötürüb. 
Ancaq, ABŞ prezidenti çıxışında qeyd edib ki, Amerika İraqa döyüşmək üçün qoşun göndərməyəcək. 

İŞİD bu sonuncu videonu da sosial şəbəkələrlə mesaj ötürmə strategiyasının bir hissəsi kimi yayıb. Bundan əvvəl qruplaşma ikisi amerikalı olmaqla üç nəfərin edam videosunu da yaymışdı. 
İŞİD-in edam taktikasından sonra B. Obama bəyanat yayaraq təşkilatın məhv edilməsi üçün plan hazırlandığını, mümkün tədbirlərin görüləcəyini elan edib. 

İsrail və Fələstin Qəzzanı bərpa edəcək

altBMT-nin vasitəçiliyi ilə İsrail və Fələstin arasında Qəzza zolağında bərpa işlərinə başlanmasına dair razılaşma əldə olunub.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Yaxın Şərq üzrə xüsusi əlaqələndiricisi Robert Cerri bildirib.

Qeyd olunub ki, razılaşma işlərin aparılmasının təhlükəsizliyinə zəmanət verir, həmçinin görüləcək işlərə nəzarəti Fələstin həyata keçirəcək.

Qeyd edək ki “HƏMAS” hərəkatının lideri Əbu Marzuk bundan əvvəl bildirib ki, onun rəhbəri olduğu qruplaşma İsraillə birbaşa danışıqlar aparmağa məcbur olacaq.

Fələstin lideri Mahmud Abbas isə, öz növbəsində, HƏMAS ilə əməkdaşlığın kəsilməsinin mümkünlüyünə dair xəbərdarlıq edib.

Ermənistan prezidenti Ceyms Uorliklə görüşüb

altErmənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb.

Dalgatv-nin  APA -ya istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə edilib.

S. Sarkisyanla C. Uorlik həmçinin ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Uelsdə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə fikir mübadiləsi aparıblar.

İŞİD lideri iki qadınla öldürüldü

altİraqın Ənbar əyalətində gerçəkləşən əməliyyat nəticəsində İŞİD liderlərindən olan Əbu Evs İraqi və onun 6 köməkçisinin öldürüldüyü açıqlanıb. 

Axar.az xəbər verir ki, bu barədə məlumatı əməliyyata komandirlik edən general-leytenant Rəşid Felih bildirib.

Xəstəxanadan verilən məlumata görə, biri qadın olmaqla 22 nəfər xəstəxanaya yerləşdirilib. Hava hücumu nəticəsində ödürülənlərdən ikisi qadındır.

Obama Qərbi Afrikaya 3 min hərbçi göndərdi - SƏBƏB

altAmerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Ebola virusu ilə mübarizə üçün 3 min hərbçini Qərbi Afrikaya göndərib. 
Dalgatv  xarici KİV-lərə istinadən xəbər verir ki, əsgərlər genişmiqyaslı səhiyyə proqramına cəlb olunacaqlar. Xəstəlikdən zərərçəkmiş bütün ölkələrdə 17 səhiyyə müəssisəsi quracaqlar. Bundan başqa hərbçilər Liberiyada əsas koordinasiya mərkəzi yaradacaqlar.

Onların başqa bir missiyası məsələ ilə bağlı ABŞ hökumətini və beynəlxalq əməkdaşlarını məlumatlandırmaq olacaq. Bundan başqa ABŞ prezidentinin xəstəliyin profilaktikasının aparıldığı Atlantada Amerikanın səhiyyə rəhbərləri ilə görüşəcəyi planlaşdırılır. 

Son məlumatlara görə, Beynəlxalq Səhiyyə Təşkilatı Ebola virusundan ölənlərin sayının 2,4 min nəfərə kimi artacağını proqnazlaşdırır. 

Gürcüstanda intensiv yağan leysan yağışlar fəsadlar törədib

altSentyabrın 14-dən yağan intensiv leysan yağışlar Marneuli rayonundakı Kirəc Muğanlı kəndində bir çox evləri sel suları və palçıqla doldurub.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün məlum olub ki, əkin sahələri də yararsız hala düşüb.

Kirəc Muğanlı kənd sakini Müzəffər Məmmədov APA-ya açıqlamasında sel sularının onun evinə doldurduğu palçığı öz gücləri ilə kənara daşıdıqlarını bildirib: "Hələlik heç bir köməyimiz yoxdur. Evin yaxınlığındakı mal-qara tövləsinə də palçıq dolub, qoyunlarımız palçığın içində qalıb. Qış üçün topladığımız ot tayası su içində üzür, texnika yoxdur. Qonşuların köməyi ilə palçığı küçəyə daşıyırıq."

Məlumata görə, dünən axşam Rustavi şəhərindəki binaların zirzəmilərinə də sel suları dolub. Artıq Kvemo-Kartli bölgəsində fəaliyyət göstərən yanğından mühafizə və xilasetmə xidmətləri küçə və binaların zirzəmilərində təmizləmə işləri aparırlar.

Mosul İŞİD-in paytaxtı elan edildi – Prezidentdən açıqlama

alt

İŞİD İraqın Mosul şəhərini özlərinin paytaxtı elan edib. AzNews.az Gazetevatan.com saytına istinadən xəbər verir ki, bu barədə məlumatı İraq prezidenti Fuad Masum son müsahibələrinin birində deyib.

O, bildirib ki, ərəb ölkələrindən hərbi dəstək deyil, mənəvi dəstək gözləyir.

Qeyd edək ki, İraq prezidenti Fuad Masum Fransanın təşəbbüsü ilə təşkil edilən "Iraqda sülh və təhlükəsizlik" mövzusundakı beynəlxalq konfrans üçün Parisdə səfərindədir.

İŞİD İngiltərə vətəndaşının başını kəsdi

altİŞİD terrorçu qruplaşması İngiltərə vətəndaşının başını kəsib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq və Suriyada terror küləkləri əsdirən İŞİD  Devid Heynesin başını kəsən kadrlar yayımlayıb. İngilis vətəndaşın vaxtilə  Suriyada humanitar yardım sahəsində işlədiyi bildirilir.

Onun  başını kəsən İŞİD terroçusu İngiltərənin baş naziri Devid Kameronu da hədələyib və girovluqlarında olan daha bir ingilis vətəndaşın- Alan Henniqin də başını kəsəcəkləri xəbərdarlığını edib. 

Bu arada İngiltərə baş naziri Devid Kameron da məsələ ilə bağlı bəyanat verib.

O bildirib ki, bu edam alçaq və insanlığa sığmayan davranışdır. 

Başı kəsilən ingilis Suriyada 2013-cü ilin martında girov düşüb. 

Qeyd edək ki, İŞİD bundan əvvəl amerikalı jurnalistlər Ceyms Foulini və Stiven Sotloffun başını kəsmişdilər. İŞİD Devid Heynesin növbəti qurban olacağını da bildirmişdi.

Saytda Axtarış

ახალი ამბები