Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2178
DünənDünən3835
Bu həftəBu həftə15445
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8472044

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Obama Abdullah Gülün BMT-nin baş katibi olmasını istəyir

altABŞ prezidenti Barak Obama Türkiyənin keçmiş dövlət başçısı Abdullah Gülün 2016-cı ildə BMT-nin baş katibi olmasını istəyir.

Bu haqda Türkiyənin “Takvim” qəzeti məlumat yayıb. Qəzetin əməkdaşı Ergün Diler yazıb ki, ABŞ prezidenti bu məsələyə görə Rusiya və Çini razılaşdıra bilib.

Ancaq ABŞ mühafizəkarlarının bu təşəbbüsə razılaşmadıqları qeyd edilir. Jurnalist onu da vurğulayıb ki, əgər Obama Gülün namizədliyini irəli sürərsə, o BMT-nin baş katibi seçiləcək. Bu halda ilk müsəlman BMT-nin baş katibi olacaq.

Ermənilər dünyanın müxtəlif ölkələrində Sərkisyan əleyhinə aksiyalar keçirəcək

alt“Erməni dirçəlişi” adlı hərəkat dünyanın müxtəlif şəhərlərində və Yerevanda Ermənistanın Avrasiya İttifaqına qoşulmasına qarşı aksiyalar keçirəcək.
Modern.az saytı erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyanın Avrasiya İttifaqına qoşulmaq qərarından sonra aktivistlər sentyabrın 9-da etiraz aksiyaları keçirməyi qərara alıblar. Bundan başqa etirazçılar Ermənistanda siyasi məhbusların azad olunması tələbi ilə də çıxış edəcəklər.
“Erməni dirçəlişi”nin Praqa filialının üzvü Baqrat Arakelyan bildirib ki, tarixin sentyabrın 9-na təyin edilməsi təsadüfi deyil. Çünki məhz bir il bundan əvvəl sentyabr ayının 9-da Serj Sərkisyan Avrasiya İttifaqına girişlə bağlı qərarını açıqlayıb.

Qeyd edək ki, təşkilatın 10 ölkədə nümayəndəliyi var.

“ABŞ-da Türkiyə hökumətini izləyib” – İDDİA

altAlmaniyanın “Der Şpigel” jurnalı Amerika kəşfiyyat xidmətinin Ankara və İstanbulda gizli vasitələrlə dinləmə apardığını iddia edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnal ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin sızdırdığı gizli sənədlərdə Türkiyə ilə əlaqədər bəzi məqamları nümayiş etdirib.
“İkili oyun” başlıqlı yazıda Təhlükəsizlik xidmətinin həm NATO məsələsində, həm də PKK ilə mübarizədə Türkiyə ilə əmakdaşlıq etdiyini yazıb.

Həmçinin xidmətin Türkiyə hökumətini, ordunu, nazirlikləri və enerji şirktlərini dinlədiyi də yazıda vurğulanıb.

Bu sənədlərdə Türkiyə həm partnyor, həm də dəfə ölkə olaraq göstərilib. Snoudenin sızdırdığı sənədlərdə Tükiyənin sıx izlənilən ölkələrdən biri olduğu üzə çıxıb. Onlara Türkiyədə “siyasi liderlərin məqsədlərinin” öyrənilməsi və digər 18 mövzuda izləmə və dinləmə təlimatı verilib.

“Der Şpigel” jurnalı “Türkiyə hökümətinin məqsədlərini öyrənmək istəyən təkcə alman kəşfiyyatı deyil” iddiası ilə çıxış edib.

ABŞ İŞİD-i bombaladı

alt

ABŞ ordusu İŞİD-in nəzarəti altında olan İraqın Əmirli bölgəsinə havadan zərbələr endirib. ANS PRESS-in məlumatına görə, 2 aydır ki İŞİD döyüşçülərinin ələ keçirdiyi Əmirli bölgəsində türkmənlər üstünlük təşkil edir. Bu barədə rəsmi Pentaqonun sözçüsü Con Kibri açıqlama verib. O, ABŞ ordusunun minlərlə şiə türmənin yaşadığı Əmirliyə havadan humanitar yardım göstərdiyini ifadə edib:

“Humanita yardımın çatdırılması üçün ətraf ərazilərdə olan İŞİD hərbçilərinə qarşı havadan hücum təşkil edilib. İŞİD-in hədəflərinə qarşı 3 hava hücumu təşkil edilib”.

O, ABŞ ordusunun indiyə qədər İraqda ümumilikdə 118 hava hücumunu həyata keçirdiyini qeyd edib.

ABŞ-in İŞİD-ə qarşı apardığı hava hücumu əməliyyatlarına Avstarliya, Fransa və İngiltərə təyyarələrinin də dəstək verdiyi ifadə olunub.

Zəfər Bayramın mübarək Türkiyə!

alt

Hər bir xalqın tarixində böyük günlər olur. 30 avqust Türkiyə tarixində belə bir möştəşəm gündür. 92 il öncə – 1922-ci ildə Mustafa Kamal Atatürkün başçılığı ilə Türkiyə yadelli işğalçılardan azad edildi.

Çanaqqala savaşı türkün varlığını sübut etməsi baxımından böyük önəm daşıyırdı. Bu savaş türkün Vətənində onu yox etmək istəyənlərə qarşı hünəri və ləyaqəti dirənişi idi. Yalnız 1915-1916-cı illərdə Çanaqqala uğrunda savaşlar zamanı türkün düşmənlərinin istəyi çökməkdə olan Osmanlı imperiyasınının örnəyində türklük duyğusunu silmək, türkləri bütünlüklə dövlətsizləşdirmək idi.

Bir xalqın özünü ən qorxulu, ölümcül məqamda belə ayaqda saxlaması, ümidsizləşməməsi, təhlükəyə qarşı durmaq gücü, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir. Daim fitri imkanlarına inanan, imkansızlıqdan üstün olan, yenilməyi ölüm sayan türk mahiyyətcə həmişə qələbə haqqında düşünüb və çox hallarda buna nail olub.

Türkün böyüklüyünü, xarakterini, bəşəri siqlətini, insansevərliyini çağdaş dünya gözəl tanıyır, bilir. Tanıdığı, bildiyi dərəcədə də görmək, etiraf etmək istəmir. Dünyada türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir çağda Atatürkü hər an yaşatmaq gərəkliyi yaranır.

Atatürk az qala yox yerdən Türkiyəni yaratdı, onu var elədi. Atatürk sözün böyük mənasında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu ideologiya isə Türkçülük, Batıçılıq və İslamçılığın birliyi idi. O zaman Atatürk daha çox Qərbə meyilləndi. Baxmayaraq ki, Türkiyə yırtıcı Qərbin caynağından qurtulmuşdu, bir yandan da SSRİ ilə münasibətlərdə son dərəcə ehtiyatlı olmalı idi.
Atatürk siyasi gedişlərdən çox üstün idi. Atatürk Türk xalqının xoşbəxtliyi üçün ömrünü fəda etdi.
Zəfər Bayramın mübarək Türkiyə!

Putindən şok açıqlama: “Poroşenko söz verib ”

altRusiya prezidenti Vladimir Putin Ukrayna sərhədini keçən zaman saxlanılan rus xüsusi təyinatlılarının qaytarılacağına inandığını deyib.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Putin bildirib ki, həmin hərbçilər təsadüfən Ukrayna sərhəddini keçiblər.
Putin əlavə edib ki, Ukrayna prezidenti Petr Poroşenko Rusiya ordusunun desantlarının vətənlərinə qaytarılmasına söz verib:
“Dəfələrlə müxtəlif saylı Ukrayna hərbçiləri sərhədi pozaraq, Rusiyaya keçiblər. Hətta bəzən onlar silahlı da olub. Mən ciddi deyirəm və belə hadisələr dəfələrlə olub. Çünki Ukrayna-Rusiya sərhəddində heç bir qeydiyyat nişanı yoxdur”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna hərbi birləşmələri sərhəddi keçən Rusiya xüsusi təyinatlılarını saxlayıb. Onlar ifadələrində Ukraynaya döyüşlərə qatılmaq üçün göndərildiklərini deyiblər.

6 yaşlı qızı diri-diri basdırdılar

altHindistanın Uttar-Pradeş ştatında polis 6 yaşlı qıza hücum edən və onu diri-diri dəfn edən cütlüyü axtarır.

ANS PRESS-in məlumatına görə, cinayətdə qurbanın valideynləri qonşularından şübhələnirlər. Təsadüfi şahidlərin sayəsində uşağı xilas etmək mümkün olub.

Qızın dayısının sözlərinə görə, onların ailəsiylə qonşuluqda yaşamış ər-arvad onu oğurlayıb. Cinayətkar cütlük uşağa deyib ki, anası onlara onu başqa kənddə yarmarkaya aparmağı xahiş edib. Onlar şəkər çuğunduru sahəsinə çatdıqda qadın qızı boğmağa çalışıb.

Yaxınlıqda işləmiş bir neçə insan qamış kolluğuna üç nəfərin girdiyini görüblər. Amma ondan sonra böyüklərin uşaqsız sahədən çıxdığını gördükdə şübhələri artıb. Hadisə yerinə gəldikdə onlar şüursuz halda olan qızı qazılmış çuxurdan çıxarıblar.

Hal-hazırda qızın həyatına heç bir təhlükə yoxdur. Qız artıq xəstəxanadan evə yazılıb.

Hərçənd, o, hələ heç nə xatırlamır, amma qonşuların şəkillərini ona göstərdikdə qız öz oğrularını tanıyıb.

"Tamamilə görünür ki, onu öldürmək istəyirdilər, amma niyəsini biz anlamırıq", - deyə polis nümayəndəsi bildirib.

Türkiyənin yeni hökumətinin tərkibi açıqlanıb

altTürkiyədə 62-ci hökumətin tərkibi məlum olub.


APA-nın məlumatına görə, avqustun 28-də gecə prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən Türkiyə Cümhuriyyətinin 62-ci hökumətini formalaşdırmaq səlahiyyəti verilən baş nazir əvəzi Əhməd Davudoğlu özünün qurduğu yeni hökumətin tərkibini açıqlayıb.

Prezident Ərdoğanla qısa görüşdən sonra Ə.Davudoğlu baş nazirin icra aparatının binasına gedərək, yeni hökuməti elan edib.

Yeni hökumətdə bu şəxslər təmsil edilir:

Baş nazir - Əhməd Davudoğlu

Baş nazirin müavini - Əli Babacan

Baş nazirin müavini - Numan Kurtulmuş

Baş nazirin müavini - Bülənt Arınç

Baş nazirin müavini - Yalçın Akdoğan

Xarici işlər naziri - Mevlut Çavuşoğlu

Ədliyyə naziri - Bəkir Bozdağ

Daxili işlər naziri - Əfkan Ala

Ailə və sosial siyasətlər naziri - Ayşənur İslam

Avropa Birliyi naziri - Volkan Bozkır

Elm, sənaye və texnologiya naziri - Fikri Işık

Əmək və sosial təminat naziri - Faruk Çəlik

Ətraf mühit və şəhərsalma naziri - İdris Güllücə

İqtisadiyyat naziri - Nihat Zeybəkçi

Enerji və təbii ehtiyatlar naziri - Taner Yıldız

Kənd təsərrüfatı, ərzaq və heyvandarlıq naziri - Mehdi Əkər

Gənclik və idman naziri - Akif Kılıç

Gömrük və ticarət naziri - Nurəttin Canikli

İnkişaf naziri - Cevdət Yılmaz

Mədəniyyət və turizm naziri - Ömər Çəlik

Maliyyə naziri - Mehmet Şimşək

Milli təhsil naziri – Nəbi Avcı

Milli müdafiə naziri - İsmət Yılmaz

Meşə və su işləri naziri - Veysəl Əroğlu

Səhiyyə naziri - Mehmet Müəzzinoğlu

Nəqliyyat, dənizçilik və kommunikasiya naziri - Lütfi Əlvan.

Türkiyə Cümhuriyyətinin 62-ci Davudoğlu hökumətində 61-ci Ərdoğan hökuməti ilə müqayisədə sadəcə 4 dəyişiklik olub. Belə ki, xarici işlər naziri vəzifəsinə Ərdoğan hökumətində Avropa Birliyi naziri vəzifəsini tutan Mövlud Çavuşoğlu gətirilib. AB naziri vəzifəsinə Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr komissiyasının sədri Volkan Bozkır təyin edilib. Ərdoğanın siyasi işlərə cavabdeh baş müşaviri olan Ankara millət vəkili Yalçın Akdoğan baş nazirin müavini vəzifəsinə təyin edilən başqa bir isimdir. Baş nazirin müavini Əmrullah İşlərin yerinə millət vəkili olmayan Numan Kurtulmuş gətirilib.

Baş nazir Əhməd Davudoğlunun qurduğu 62-ci hökumətin proqramı sentyabrın 1-də Türkiyə Böyük Millət Məclisində oxunacaq. Hökumətə etimad səsverməsinin 6 və ya 8 sentyabrda keçirilməsi gözlənilir.

Ermənistanın xarici işlər naziri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana dəvət edib

altErmənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana dəvət edib.

Dalgatv-nin Rusiyanın rəsmi İTAR-TASS Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inauqurasiya mərasiminə qatılan E.Nalbandyan onunla qısa söhbət edib. Nazir Ərdoğanı 2015-ci ildə İrəvanda keçiriləcək qondarma “erməni soyqırımının 100-cü ildönümü” tədbirinə dəvət edib.

Ermənistan XİN Türkiyə prezidentinin dəvətə münasibəti barədə məlumat verməyib.

Ukraynada öldürülən rus əsgərləri gizli dəfn edilir

altUkraynanın şərq bölgələrində anti-terror əməliyyatı başladıqdan sonra demək olar ki, hər gün Rusiyanın həmin separatçıları silahlandırması və canlı qüvvə ilə təmin etməsi barədə məlumatlar yer alırdı. Lakin rəsmi Moskva hər dəfə bu iddiaları inadkarlıqla rədd edirdi və münaqişəni Ukraynanın daxili işi adlandırırdı. İstənilən sirrin əvvəl-axır aşkara çıxması həqiqəti bu dəfə də özünü göstərdi. Öncə Ukrayna xüsusi xidmət orqanları ölkə ərazisinə Rusiyanın Rostov vilayətindən qanunsuz daxil olmuş zirehli maşını və 10 desantçını həbs etdi. Ardınca isə Rusiyanın müxtəlif vilayətlərində Ukraynadakı döyüşlərdə həlak olmuş hərbçilərin gizli dəfn mərasimləri keçirilməyə başlandı.

Modern.az-ın məlumatına görə, ilk olaraq “Dojd” telekanalı və “Pskovskaya Quberniya” qəzetləri Pskov vilayətinin Vıbutı kəndi yaxınlığındakı məzarlqda Rusiya Hava Desant Qoşunlarının 76-cı Çerniqov diviziyasının iki hərbi qulluqçusunun - Leonid Kiçatkin və Aleksandr Osipovun gizli dəfn mərasiminin keçirildiyini işıqlandırdı. Onların baş daşında həlak olduqları tarix kimi müvafiq olaraq 19 və 20 avqust göstərilib. Vəzifə borclarını yerinə yetirən ləyaqətli rus jurnalistləri həmin məzarların fotolarını çəkərək hakimiyyətin hər cəhdlə gizli saxlamaq istədikləri acı gerçəkliyi ictimailəşdirməyə nail olublar. Lakin hadisə yerindən qayıdan jurnalistlər naməlum şəxslərin hücumuna məruz qalıblar. Bununla belə, Rusiya Müdafiə Nazilriyi faktla bağlı açıqlama verməyə məcbur olub. Qeyri-müəyyən və rabitəsiz açıqlamada 10-15 arasında desantçının poliqonda baş verən partlayış zamanı həlak olduğu iddia olunurdu. Lakin “Əsgər Anaları Komitəsi” ictimai birliyinin iddialarına görə, Rusiya ordusunun müxtəlif hərbi hissələrinin müqaviləli xidmət əsasında qulluq edən hərbçiləri Dağıstana təlim adı ilə əslində Ukraynaya göndərilir və döyüşlərdə həlak olur. Komitənin məlumatlarına görə, avqustun 9-11-i aralığında Ristovda yerləşən 18-ci moto-ataıcı briqadanın 9 hərbi qulluqçusu əslində Donetsk və Luqansk vilayətlərindəki döyüşlərdə həlak olublar.

Avqustuin 25-də Voronej vilayətində isə 76-cı Hava-Desant Qoşunlarının 76-cı diviziyasının daha bir döyüşçüsü, bölük komandiri 27 yaşlı Anton Korolenkonun dəfn mərasimi keçirilib. Hərbi komissarlıq əsgərin anası Natalya Korolenkoya övladının “xidməti vəzifəsini yerinə yetirərkən” həlak olduğunu bildirib və konkret səbəb göstərməyib.

Maqnitoqorsk şəhər sakini Alyona Kosaçenko isə Ryazan vilayətində dislokasiya olunan 137-paraşütçü-desant alayında xidmət edən oğlu Valeri Komarovun itkin düşməsi ilə bağlı jurnalistlərdən yardım istəyib. Kosaçenkonun sözlərinə görə, oğlu ilə avqustun 24-də baş tutan sonuncu telefon danışığı zamanı Valeri Komarov 50 əsgər yoldaşı ilə birlikdə müqavilə imzalanmağa məcbur edildiyini və tezliklə Ukraynaya göndəriləcəyini söyləyib.

Avqustun 26-sı axşam çağı “Dojd Tv” əməkdaşı Pskovun Vıbutı kəndində daha bir hərbçi məzarı aşkar edir. Baş daşında avqustun 18-də həlak olduğu qeyd edilən 1974-cü il təvəllüdlü Aleksey Karpenko da desantçı idi.

Paralel olaraq avqustun 26-da “Əsgər Anaları Komitəsinin” sədri Ella Polyakova Sankt-Peterburq Hərbi-Tibb Akademiyasına 100-dən artıq yaralı rus hərbçisinin gətirlidiyini bildirib. Sonradan şəhərdəki jurnalistlər də faktı təsdiqləyiblər.

Avqustun 22-də desant batalyonunda müqavilə əsasında xidmət keçən Marsel Araptanovun doğma vətəni Başqırdıstanda dəfn mərasimi keçirilib. Mərhumun yaxınlarının sözlərinə görə, Rostov şəhərinə - meyiti tanımağa gedən zaman Araptanovun tanınmaz halda olduğunu görüblər. Yalnız spesifik əlamətləri hesabına onlar öz doğmalarını tanıya biliblər. Maraqlıdır ki, hərbi hissədən Marsel Araptanovun avqustun 12-də həlak olduğunu bildirsələr də, onun ölüm xəbəri yalnız avqustun 14-də verilib. Dəfn mərasimi isə avqustun 22-də keçirilib.

Lakin bu Başqırdıstana gətirilən sonuncu tabut deyil. Başqırdıstan hərbi komissarlığı avqusutn 25-də “xidməti borucunu yerinə yetirərkən” daha bir hərbi qulluqçunun – 27 yaşlı İlnur Kilçenbayevin həlak olduğu barədə məlumat yayıb. Lakin onun cənazəsi hələlik ailəsinə təhvil verilməyib.

Şimali Qafqazda fəaliyyət göstərən jurnalist Rusiyanın bu bölgəsində də əsgər tabutlarını daşıyan ölüm karvanı maşınlarını müşahidə etdiklərini bildirib.

“Əsgər Anaları Komitəsi”nin sədri Ella Polyakova “Dojd” telekanalına açıqlamasında Dağıstan və Çeçenistanda xidmət edən müqaviləli hərbi qulluqçuların 250 min rubl qarşılığında Şərqi Ukraynaya göndərildiyini bəyan edib. Onun məlumatına görə, döyüş bölgəsinə göndərilən 400 şimali qafqazlıdan 224-ü artıq həlak olub. Şübhə oyatmamaq üçün hərbi qululqçular döyüş bölgəsinə göndərilməzdən öncə ordudan təxris ediliblər. Jurnalistlər Dağıstanın Şaqada kəndində həlak olanların kütləvi dəfni ilə bağlı bütün giriş-çıxışların bağlandığın bildirmişdilər.

Rəsmi Moskvanın inkar taktikasına baxmayaraq, əminliklə bildirmək olar ki, son günlərdə Rusiyanın bütün bölgələrini əhatə edən hərbçi dəfnləri ölkənin Ukrayna böhranında aktiv iştirak etdiyin sübut edir. İstər Qərb ölkələrinin kəşfiyyatı, istər Ukrayan Təhlükəsizlik Xidmətinin yaydığı məlumatlar, istərsə də azsaylı müstəqil rusiyalı reportyorların ortaya qoyduğu faktlar bu acı gerçəyi danılmaz edir.

Azərbaycanın Serbiyadakı səfirliyi: Ermənistan mediası Azərbaycan-Serbiya münasibətlərini zədələmək üçün fotomontaj hazırlayıb

altBu il avqustun 21-də Serbiyanın paytaxtı Belqradda "Partizan" və "Neftçi" futbol klubları arasındakı oyun zamanı Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin postamenti qarşısına qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağının guya Serbiyanın "Partizan" klubunun azarkeşləri tərəfindən yerləşdirilməsi barədə xəbərlər öz təsdiqini tapmayıb.


Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, bununla bağlı Serbiyanın dövlət orqanları ilə səfirliyin nümayəndələri abidənin yerləşdiyi və 24 saat video müşahidə olunan əraziyə, həmçinin videomateriallara baxış keçiriblər.

İlkin araşdırma zamanı məlum olub ki, sosial şəbəkələrdə və Ermənistan mediasında yayılmış şəkillər fotomontajdır: "Bu hərəkətlərin serb azarkeşlərinə məxsus olmadığını, Ermənistan dövlətinin təbliğ etdiyi ekstremizm ilə bağlılığı aydınlaşıb. Belə cəhdlər separatizmin və ekstremizmin təbliğinə xidmət edir, serb və Azərbaycan xalqları arasında tarixə söykənən dostluq və əməkdaşlıq və inkişaf etməkdə olan Serbiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə üçüncü pozucu ekstremist qüvvələrin xələl gətirmək istəyini nümayiş etdirir. Belə pozucu cəhdlər və fotomontaj kimi metodlar hər zaman olduğu kimi bu dəfə də iflasa uğrayıb".

Rəcəb Tayyib Ərdoğan and içdi

altTürkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

Dalgatv  Trend-ə istinadən xəbər verir ki, andiçmə mərasimində bir çox ölkələr dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində təmsil olunublar. Mərasimdə Azərbaycan hökuməti adından Baş nazir Artur Rasi-zadə iştirak edib.

R.T.Ərdoğan Türkiyənin Prezidenti seçilməsi münasibətilə Türkiyə Böyük Millət Məclisində and içib. Andiçmə mərasimindən sonra Türkiyənin dövlət himni səslənib və 101 dəfə yaylım atəşi açılıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə 51,8 faiz səs çoxluğu ilə Baş nazir R.T.Ərdoğan qələbə qazanıb.

Saytda Axtarış

ახალი ამბები