Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2156
DünənDünən3835
Bu həftəBu həftə15423
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8472022

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dövlət Bağçalı: “Ərdoğandan prezident olmaz”

alt“Danışılanlara görə, heç prezident seçkisi keçirməyə ehtiyac qalmayıb, baş nazirlə hörmətli Gül öz aralarında anlaşanda məsələ həll olunacaq. 77 milyonluq ölkədə prezidentliyə iki nəfərin layiq görülməsi millətimizə hörmətsizlikdir”.


APA-nın xəbərinə görə, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament fraksiyasının toplantısında çıxışında deyib.

D. Bağçalı bildirib ki, prezident bütün milləti təmsil edən, barəsində hər hansı şübhə və korrupsiya iddiası olmayan şəxs seçilməlidir: “Əvvəlcə muxtariyyətə, sonra Quzey Kürdüstana açıq qapı buraxandan prezident olmaz. Cəmiyyəti qütblərə və 36 yerə ayırandan prezident olmaz. “Twitter”i əngəlləyən, “YouTube”u bağlayan, fərdi hüquqları məhdudlaşdırandan prezident olmaz. Rüşvətçilərə, oğrulara qol-qanad gərəndən prezident olmaz. Villalara dollarlar toplayan, orduya tələ qurandan prezident olmaz. Millətçiliyi ayaqlar altına alandan prezident olmaz. İki yanlışdan bir doğru çıxmaq. Təkədən süd çıxmaz, suda od yanmaz, Rəcəb Tayyib Ərdoğandan da prezident olmaz“.

Xatırladaq ki, bu il avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. Prezidenti ilk dəfə olaraq xalq seçəcək.

Türkiyənin müxalifət lideri hücuma məruz qalıb

alt

Türkiyə Böyük Millət Məclisinin binasında CHP lideri Kamal Kılıçdaroğluna yumruq zərbələri endirən adamın şəxsiyyəti müəyyənləşdirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, müxalifət liderinə hücum edən şəxsin Ankarada yaşayan 1986-cı il təvəllüdlü ərzurumlu, əvvəllər silahlı hücum və narkotik cinayətləri ilə məhkum edilmiş Orxan Övən olduğu müəyyən edilib.

O. Övən polisə ilkin ifadəsində “Alpərən Ocaqları”nın üzvü olduğunu bildirib: “CHP qrup toplantısına gəldiyimi söyləyərək parlamentə daxil oldum. Mən alpərənəm. Kılıçdaroğlunu yumruqlamağı qərara aldım, o səbəblə gəldim. Onun girişini gözlədim və fürsət yaranan kimi yumruq vurdum”. (Qeyd edək ki, “Alpərən Ocaqları” mərhum Muhsin Yazıçıoğlunun yaratdığı millətçi-islamçı Böyük Birlik Partiyasına yaxın qurumdur.)

Hadisə zamanı K. Kılıçdaroğlu sol gözünün altından bir neçə yumruq zərbəsi alaraq yerə yıxılıb və onun pencəyi cırılıb. K. Kılıçdaroğlunun mühafizəçisi O. Övəni yaxalayıb və CHP üzvləri onu döyməyə başlayıblar. Bəzi CHP millət vəkilləri ağlayıb. Polis O. Övəni oradan uzaqlaşdıra bilib.

İnsidentə baxmayaraq, K. Kılıçdaroğlu CHP millət vəkili İhsan Özkesin pencəyini geyərək fraksiya toplantısına qatılıb və çıxış edib. O, hər kəsi sakitliyə çağırıb: “Demokratiya yolu əngəllərlə doludur. Hücumlar, təzyiqlər bizim qarşımızı kəsə bilməz. Bu, CHP liderinə edilən ilk hücum deyil. Rəhmətlik İsmət İnönüyə də daşlar atıldı, başı yarıldı. Biz kimisə önündə diz çökən, geri çəkilən deyilik”.

Rusiya ilə bütün əlaqələr dayandırılır - Qərar

alt

NATO Parlament Assambleyası Rusiya ilə bütün əlaqələri dayandırmaq haqqında qərar qəbul edib.

“Axar.az” xəbər verir ki, bu açıqlama ilə NATO PA-nın Prezidenti Qyu Beyli çıxış edib. O, Rusiya ilə əlaqələrin Krımın işğalı ilə əlaqədar olduğunu bildirib: “Biz Putinin Kırımı Rusiyaya birləşdirməsinə etiraz olaraq bu addımı atdıq. Bununla bağlı Parlament Assambleyasının üzvü olan 28 ölkənin hamısı səs verib. Rusiya Parlamenti Putinin addımını dəstəklədiyi üçün bu əlaqələri dayandırdıq”. Qeyd edək ki, bir müddət öncə Qərbin Rusiyaya qarşı sanksiyaların üçüncü fazasını başlatdığı haqqında informasiyalar yayılmışdı.

ABŞ-dan dünyanı sarsıdacaq etiraf: “Biz etdik“

altABŞ Kubada qiyam qaldırmaq üçün hazırlandığı iddia edilən və "Kuba Tvitteri" olaraq adlandırılan qısa mesaj xidmətinin arxasında Amerika təşkilatının olduğunu qəbul edib.

"Axar.az" xəbər verir ki, Ağ Ev Kubada kommunist hökumətini devirmək üçün bu ölkədə Tvitter sosial şəbəkəsinə bənzər şəbəkə yaratmaq barədə gizli proqram hazırlayırmış. Bu proqram ABŞ konqresi tərəfindən də təsdiq edilmişdi, ancaq bu gizli proqramın nəyi hədəflədiyi və necə icra edildiyi barədə suallara aydınlıq gətirilməyib.

Əldə edilən məlumatlara görə isə, ZunZuneo adlı şəbəkə istifadəyə verildiyi an 40 min istifadəçi cəlb edilmişdi.

Xatırladaq ki, ABŞ hökuməti ZunZundeo adlı layihənin 2012-ci ilin sentyabr ayında dayandırlıdığını etiraf etmişdi.

Kubanın Xarici işlər naziri Josefino Vidal məsələylə bağlı açıqlamasında, ABŞ-ın Kubada böhran yaratmağa çalışdığını və bunun üçün hər il büdcədən milyonlarla dollar ayırdığını qeyd edib.

Vidal həmçinin bildirib ki, ABŞ beynəlxalq hüquqi qaydaları kəskin şəkildə pozur və Kuba hökuməti, xalqı ABŞ-ın qanunsuz addımlarını rədd edir.

“Ukraynalı hərbçilər Krımı tərk ediblər”

alt"Ukrayna ordusuna üstünlük verən ukraynalı hərbçilər Krım ərazisini maneəsiz tərk ediblər".

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

Onun sözlərinə görə, bu günədək 8 min ukraynalı hərbçi Rusiya ordusuna keçib. Onların Rusiya vətəndaşlığı üçün müvafiq sənədləri təqdim etdiklərini deyən S.Şoyqu bildirib ki, 3 min nəfər artıq vəzifələrə təyinat alıb.

Nazir həmçinin qeyd edib ki, Rusiyanın Krımdakı hərbi obyektlərinin mühafizəsinin gücləndirilməsi ekstremist təşkilatlardan gələn təhlükə ilə bağlı olub.

Rusiyanın ən gözəl prokuroruna vəzifə verildi

altRusiyanın ən gözəl prokuroru adlandırılan Krımın baş prokuroru vəzifəsini icra edən 33 yaşlı Nataliya Poklonskayanın bu vəzifəyə təyinatı rəsmiləşib.

Dalgatv-nin  məlumatına görə, Rusiyanın baş prokuroru Yuriy Çayka gənc xanım prokurorun adıçəkilən vəzifəyə təyin olunması ilə bağlı əmr imzalayıb.

Bununla da sosial şəbəkələr vasitəsilə məşhurlaşan N. Poklonskaya Rusiya tərəfindən ilhaq edilən Krım Respublikasının baş prokuroru təyin edilib.

Xatırladaq ki, martın 11-dən Krımın Baş prokuroru vəzifəsini icra edən 33 yaşlı Nataliya Poklonskayanın ilk mətbuat konfransının təkcə “Yotube”də yayılan videosu 2 milyona yaxın izləyici tərəfindən baxılıb. Buna səbəb onun ciddi görkəmi, lakin cazibəli xarici görünüşü olub.
Poklonskayanın “Facebook”dakı fan-səhifəsində ozləyicilərinin sayı isə qısa zamanda 88 minə çatıb. Odessalı bəstəkar və müğənni Saşa Blaqov isə cazibəli prokurora həsr olunan “Ax, kakaya nyaşa, prokuror Nataşa” adlı mahnı da bəstələyib.

Qeyd edək ki, Krımın Rusiyanın əlinə keçməsindən sonra 33 yaşlı Nataliya Poklonskaya muxtar respublikanın prokuroru vəzifəsini icra edib. Rəsmi Kiyev isə N. Poklonskayanı ölkə Konstitusiyasını pozmaqda və hakimiyyətin zorla ələ keçirilməsinə dəstək verməkdə günahlandıraraq, Ukrayna Cinayət Məcəlləsinin 109.1-ci maddəsi ilə ittiham irəli sürüb. Gənc prokuror Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən rəsmi şəkildə axtarışa da verilib.

Aİ Krıma uçuşlara müvəqqəti qadağa qoyub

altAvropa İttifaqı (Aİ) Krıma, o cümlədən Sevastopola və Simferopola bütün uçuşlara, eləcə də bu şəhərlər üzərindən tranzit reyslərə müvəqqəti qadağa qoyub.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi xəbərə görə, Avropa Avianaviqasiya Xidməti qadağanı onunla izah edib ki, yarımadanın hava məkanına Ukrayna aviadispetçerləri tərəfindən nəzarət edilmir.

Bəyanatda deyilir: "Bütün naviqasiya xidmətləri [Aİ] növbəti sərəncama qədər həmin aeroportlar istiqamətində gedən və onlardan gələn, eləcə də onlar vasitəsilə tranzit keçən reysləri qəbul etməyəcək".

Xidmət avropalı daşıyıcıları alternativ marşrutlarla işləməyə çağırıb. Bu qərar Aİ ölkələrinin Krımın Rusiyaya birləşdirilməsini tanımaqdan imtinasının birbaşa nəticəsidir.

Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsi üçün aksiya keçirilib

altUkraynanın Donetsk şəhərinin mərkəzindəki Lenin meydanında ötən gün axşam saatlarında keçirilmiş mitinqdə 3 min nəfərədək insan iştirak edib.
7/24news APA-ya istinadən xəbər verir ki, mitinq iştirakçıları ölkənin federallaşdırılmasını və Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsini tələb ediblər.

Aksiya iştirakçıları Donetskin taleyini həll edəcək referendumun keçirilməsinə nail olmaq niyyətində olduqlarını bildiriblər. Əllərində Rusiya dövlət bayraqları, habelə “Donetsk respublikası” və “Şərq cəbhə”sinin bayraqlarını tutan aksiya iştirakçıları mərkəzi hakimiyyət, Qərb və NATO əleyhinə şüarlar səsləndiriblər.

Mitinq zamanı “Russkiy blok” təşkilatının fəalları rus dilinin statusu, Ukraynanın Gömrük İttifaqına qoşulması, NATO ilə əməkdaşlıq məsələlərinə dair sorğu keçiriblər.

Qeyd edək ki, bu gün də Donetskdə bölgənin statusuna dair referendumun keçirilməsi tələbi ilə aksiyanın keçirilməsi gözlənilir.

Krım və Sevastopol Moskva vaxtına keçdi

alt

Krımın paytaxtı Simferopolun dəmiryol vağzalı meydanındakı qüllədə quraşdırılmış şəhərin əsas saatının əqrəbi Bakı vaxtı ilə 00.00-da Moskva vaxtına çəkilib.

APA-nın verdiyi xəbərə görə, digər küçə və meydanlardakı saatların əqrəbinin çəkilməsi yerli vaxtla gecə 02.00-da (04.00) planlaşdırılıb.

Qeyd edək ki, Krımda Moskva vaxtı 1990-cı ildən tətbiq olunurdu.

Türkiyədə keçirilən seçkilərdlə insidentlər - 6 ölü, 30 yaralı

altTürkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri zamanı müxtəlif bölgələrdə insidentlər olub.

APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Türkiyənin Şanlıurfa, Hatay və Qaziantəp rayonlarında bələdiyyə seçkiləri zamanı qan tökülüb, ölən və yaralananlar var.

Hilvanda muxtar (kənd icra nümayəndəsi) seçkiləri zamanı 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Hatayda isə 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Qaziantəpdə isə bir narkotik istifadəçisi 4 nəfəri bıçaqlayıb.

Şanlıurfanın Ciftlik kəndində isə muxtar seçkiləri zamanı baş vermiş insidentdə 9 nəfər yaralanıb. Kənddə müxtarlığa iddialı olan Ersöz və Öztürk soyadlı namzidələrin nəsilləri arasındakı mübahisə qanlı davaya çevrilib.

Şanlıurfanın digər qəsəbəsində də muxtar seçkiləri zamanı biri polis olmaqla 3 nəfər yaralanıb, 4 nəfər isə saxlanılıb.

Balıkəsirdə isə AKP-nin seçki ilə bağlı hazırlanmış avtobusunun qapısından yıxılan 53 yaşlı Emel İnceoğlu dünyasını dəyişib.

Türkiyədə Facebook da qadağan edilir

altTürkiyədə Facebookda qadağan olunur.
"Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat Türkiyə Telekomunikasiya və Rabitə İdarəsinə artıq məsələ ilə bağlı müraciətlər edildiyini bildirib. İdarədə Feysbukla bağlı məsələnin müzakirə olunduğu qeyd edilib. Qeyd edək ki, bu gün Suriya ilə bağlı dövlət sirri hesab olunacaq səs yazısının Yutuba yüklənməsindən sonra sayta ölkə ərazisində qadağa qoyulmuşdu.

Türkiyədə “YouTube”a giriş qadağan edilib

altTürkiyənin Rabitə və Telekommunikasiya İdarəsi “YouTube” video servisinə internetin milli seqmentindən məşhur “YouTube” video servisinə birbaşa girişinin bağlanmasına qərar verib.

APA-nın “Hurriyet Daily” qəzetinə istinadən verdiyi xəbərə görə, qurumun rəsmi saytında, YouTube.com resursunun statusunun yoxlanılması bölməsində video servisə girişin bağlanıldığı qeyd olunub.

“Hurriyet Daily” qeyd edir ki, Türkiyənin güc strukturlarının yüksək rütbəli nümayəndələrinin görüşü əks olunan videoyazı “YouTube”də dərc edildikdən bir neçə saat sonra Telekommunikasiya İdarəsi (TIB) qeyd olunan video servisə girişi bağlayıb.

Qəzetin məlumatına görə, görüş zamanı Suriyaya mümkün hərbi müdaxilə məsələsi müzakirə olunub.

“Röyters” agentliyi qeyd edir ki, Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu, öz növbəsində, qeyd edib ki, gizli kameraya çəkilmiş qeyd olunan videoçarx qismən redaktə olunub. Nazir qeyd edib ki, videoçarxın yayımlanması ölkənin milli təhlükəsizliyinə təhlükə yaradır.

Qeyd edək ki, ötən həftə Türkiyədə məhkəmə “Twitter” mikrobloqlar servisinə girişə qadağa qoyub.

Türkiyə hakimiyyətinin bu qərarı ictimaiyyət tərəfindən kəskin tənqidə səbəb olub.

Saytda Axtarış

ახალი ამბები