Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2224
DünənDünən3835
Bu həftəBu həftə15491
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8472090

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İrəvan Teatrı Gürcüstanda qastrolda

alt

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Dünya Azərbaycanlıları ulu öndər Heydər Əliyevi anır!” layihəsi çərçivəsində Gürcüstan Respublikasında geniş heyyətlə qastrol səfərindən qayıdıb.

Teatrdan AzNews.az-a verilən məlumata görə, qastrol mayın 8-12 tarixlərində reallaşıb. Səfərdə teatr Heydər Əliyevə həsr olunan “Nurlu ömrün anları” tamaşası ilə çıxış edib. Tamaşaçılar arasında Gürcüstanın dövlət və hökumət nümayəndələrinin və Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları iştirak edib.

Teatrın direktoru İftixar Piriyevin AzNews.az-a açıqlamasında səfərin həyata keçirilməsində “Günəş” asossasiyasının rəhbəri Nizami Məmmədzadənin dəstəy olduğunu deyib. Səfərdə qonaqlara şair-dramaturq İftixarın H. Əliyevə həsr olunan, doqquz dilə tərcümədə nəfis kitab şəkilində çap olunan “Müstəqil vətənin memarı” poeması və “Qurtuluş dastanı” tamaşasının DVD diski hədiyyə olunub.

Qeyd edək ki, səfər Azərbaycan Televiziyası, İctimai Televiziya, Atv və Türkiyə Cümhuriyyətinin Ulusal və TRT Avaz kanalları vasitəsi ilə geniş işıqlandırılıb.

8 ölkə Türkiyəyə kömək təklif edib

altSomadaki faciəyə görə ölkələrin bir çoxu Baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Bəzi ölkələr Türkiyədə keçirilməsi nəzərdə tutulan tədbirlərini təxirə salıblar.

Bundan başqa hələlik 8 ölkə-ABŞ , AB , İsrail , Fransa , Polşa , İran , Yunanıstan və İngiltərə Türkiyəyə kömək təklif ediblər.

Qeyd edək ki, Manisanın Soma qəsəbəsində mədən qəzası nəticəsində ölənlərin sayı armaqda davam edir. Son rəsmi rəqəmi Bakı vaxtilə saat 00.00-da Türkiyənin Enerji və Təbii sərvətlər naziri Taner Yıldız açıqlayıb. Onun sözlərinə görə, qəza nəticəsində ölənlərin sayı 274-ə çatıb.

Türkiyədə 3 günlük matəm elan olundu

alt

Türkiyədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar 3 günlük yas elan edilib.

APA-nın xəbərinə görə, Türkiyə hökuməti Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində çoxlu sayda işçinin ölümü ilə əlaqədar 13 may tarixindən etibarən ölkədə 3 günlük matəm elan olunduğunu açıqlayıb. Matəmlə əlaqədar Türkiyədə və ölkənin xaricdəki nümayəndəliklərində bayraqlar yarıya qədər endirilib.

Qeyd edək ki, Soma kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 205-ə çatıb.

Daha bir mədəndə uçqun: 245 ölü - YENİLƏNİB

altManisanın Soma rayonunda ölənlərin sayı 245-ə çatıb.

AzNews.az-ın məlumatına görə, bu haqda Təbii Sərvətlər naziri Taner Yıldız məlumat yayıb.

Türkiyənin Zonquldak vilayətində daha bir daş kömür mədənində uçqun qeydə alınıb. Trend-in verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər dağıntılar altında qalıb. Hazırda hadisə yerində xilasedicilər çalışır. Dağıntılar altında qalan mədənçilərin dəqiq sayı məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Manisa vilayətinin Soma şəhərində daş kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 205 nəfərə çatıb.Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır. Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir.

Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadındır.

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə mərasim keçirilmişdir

altGürcüstanın Laqodexi rayonunun azərbaycanlıların yaşadığı Qabal kəndində ulu öndərin Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Kənddəki 2 nömrəli məktəbin direktoru Şahismayıl İslamov, 1 nömrəli məktəbin tarix müəllimi Bəkir Yunisov, Laqodexi Rayon İcra Hakimiyyətinin Qabal kəndi üzrə nümayəndəsi Namaz Allahverdiyev, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü Mehman Rəsulov, kənd ambulatoriyasının baş həkimi Rəfail Paşayev, uşaq bağçasının müdiri Tamella Vəliyeva, “Heydərnamə” poemasının müəllifi Ağəli Əsgərov, “Ozan” cəmiyyətinin sədri Kamil Kirəcli mərasimdə çıxış etmişlər. Onlar ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətlərindən, Azərbaycanı inkişaf yoluna çıxarmasından danışmışlar.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov tədbirdə iştirak etmişdir. Diplomat Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı söhbət açmış, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin parçalanmaqdan, hərc-mərclikdən, vətəndaş qarşıdurmasından, səriştəsiz rəhbərlikdən xilas edildiyindən danışmışdır.
V.Məmmədov ümummilli lider Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycanın taleyinin etibarlı əllərdə olduğunu vurğulamış və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin dünya dövlətləri sırasında layiqincə təmsil olunduğunu, beynəlxalq aləmdə nüfuzunun artdığını, davamlı inkişafın, sabitliyin təmin edildiyini bildirmişdir. O qeyd etmişdir ki, xaricdə yaşayan soydaşlara qayğı və diqqət göstərilməsi istiqamətində Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan dövlətinin başçısı tərəfindən uğurla davam etdirilir.
Əsl kənd şənliyinə çevrilmiş tədbirdə “Heydərnamə” poemasından parçalar səsləndirilmiş, mərasim musiqi sədaları altında davam etdirilmişdir.

Marneulidə “Heydər Əliyev Gürcüstan gəncliyinin gözü ilə” mövzusunda konfrans keçirilmişdir

altÜmummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində “Heydər Əliyev Gürcüstan gəncliyinin gözü ilə” mövzusunda konfrans keçirilmişdir.
Gürcüstanın 5 ali məktəbində təhsil alan tələbələrin iştirakı ilə keçirilən konfransı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkil etmişdir.
Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva çıxışında ulu öndər Heydər Əliyevin zəngin irsinin hər bir gənc üçün böyük örnək olduğunu bildirmiş, Azərbaycançılıq ideologiyasının, adət-ənənələrimizin, mədəniyyətimizin, tariximizin təbliğində gənclərin qarşısında duran vəzifələrdən söhbət açmışdır. O, Azərbaycan ilə yanaşı, Gürcüstanın da müstəqilliyinin möhkəmləndirilməsi işində, Ulu Öndərin ideyalarına sadiqlik, Gürcüstan cəmiyyətinə inteqrasiya, Gürcüstan-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərində gəncləri fəal olmağa çağırmışdır. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı barədə söhbət açan Nərgiz Əliyeva ölkələrimizin tarixi dostluğunun qorunmasında da gənclərin fəallığının gücləndirilməsinin vacibliyini vurğulamış və Heydər Əliyev fenomeninin dünya miqyasında qəbul edildiyini, Ümummilli Liderimizin zəngin həyat və fəaliyyətinin hər bir azərbaycanlının işıqlı gələcəyinin layiqli yolgöstəricisi olduğunu demişdir.
Müzakirələrdə tələbələr fəal iştirak etmiş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənclərə örnək olduğunu vurğulamışlar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Ukraynada müharibə - Slavyansk küçələrində döyüş gedir

alt

Ukraynanın Daxili İşlər Nazirliyi rusiyameyilli separatçıların nəzarətində olan Slavyansk şəhərində aparılan antiterror əməliyyatı barədə açıqlama verib.

AzNews.az-ın məlumatına görə, nazir Arsen Avakov bildirib ki, şəhər ətrafında separatçılara 9 post dağıdılıb: “Terrorçular əsgərlərə atəş açıb. Ölən və yaralananlar var. Şəhər tam olaraq mühasirəyə alınıb. Əməliyyat bitənə qədər şəhərə giriş və çıxış bağlanılıb. Şəhərdə muzdlu separatçılarla əsl döyüş gedir”. A.Avakov terrorçular gizlənmək üçün mülki vətəndaşlardan istifadə edirlər. Nazir Slavyansk və Kramatorsk şəhərinin əhalisini evlərində bayıra çıxmamağa və ehtiyatlı olmağa çağırıb: “Biz, müdafiə naziri və Milli Qvardiyanın komandanı ilə birgə burdayıq”.

Bu arada isə Rusiya mətbuatının separatçıların nəzarətində olan əməkdaşlarının verdiyi məlumata görə, Slavyanskda Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 hərbi helekopter vurulub. Vurulan helekopterlərdən birinin pilotu ölsə də digəri yaralı vəziyyətdə separatçıların əlinə keçib.

Fələstinin baş naziri istefa verib

altFələstinin baş naziri Rami Həmdullah istefa verib.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, istefa yeni hökumətin formalaşdırılması üçün şəraitin yaradılması ilə əlaqədardır.

Aprelin 23-də HƏMAS hərəkatı və Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas sülh razılaşması imzalayıblar.

Razılaşmaya əsasən, Fələstin Muxtariyyətində vahid hökumət formalaşdırılacaq, 6 ay ərzində isə muxtariyyətin prezidenti və parlamenti seçiləcək.

Qeyd edək ki, İsrail “Fəth” və “Həmas” hərəkatları arasında barışıq razılaşmasının imzalanmasından sonra Fələstinlə sülh danışıqlarının dayandırdığını bəyan edib.

Krımla Ukrayna arasında dövlət sərhədi olacaq

altBu gündən etibarən Krımla Ukrayna arasındakı sərhəd dövlət sərhədi kimi fəaliyyət göstərməyə başlayır.

Dalgatv-nin  Anspress-ə istinadən xəbər verir ki, Rusiya Federal Miqrasiya Xidmətinin rəsmisi Pyotr Yaroşun sözlərinə görə, yaxın vaxtlarda keçid məntəqələrinin harada quraşdırılacağı, sərhədin necə keçiləcəyi müəyyənləşdiriləcək və miqrasiya kartlarının verilməsi vacibliyi nəzərdən keçiriləcək.

Krımla Ukrayna arasında nəqliyyatın hərəkətinə və ərzaq daşınmasına məhdudiyyətlərin qoyulmayacağı bildirilir.

Qeyd edək ki, Krımın statusu ilə bağlı mart ayının 16-da referendum keçirilib. Referendumda iştirak edənlərin əksəriyyəti muxtar vilayətin Rusiyaya birləşməsinə səs verib.

Azərbaycan və Ermənistan gəncləri görüşəcək

alt

Vyanada Azərbaycan və Ermənistan gənclərinin görüşü keçiriləcək.

APA-nın verdiyi məlumata görə, bu gün Azərbaycan tərəfdən görüşdə iştirak edəcək bir qrup gənc Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin xətti ilə Vyanaya yolu düşüb.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva APA-ya açıqlamasında məlumatı təsdiqləyib.

O görüşü Brüsseldə fəaliyyət göstərən və Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin tərəfdaşı olan bir təşkilat tərəfindən təşkil olunduğunu bildirib. Ancaq o, görüşü təşkil edən partnyor təşkilatın adını və iki ölkənin gəncləri arasında keçiriləcək görüşün məqsədini açıqlamayıb.

A. Abdullyayeva bunu bu gün Azərbaycanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin, jurnalistlərin, fəalların, gənclərin görüşlərinə sərgilənən yanaşma və Vyanadakı görüş barədə yalnız partnyor təşkilatın geniş məlumat yaymaq səlahiyyətinə malik olması ilə izah edib.

Gürcüstanın baş naziri Qaribaşvili prezident seçkilərində Saakaşviliyə səs verib

altGürcüstanın baş naziri İrakli Qaribaşvili 2004-cü ildə prezident seçkiləri zamanı Mixeil Saakaşviliyə səs verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazir Gürcüstanın ictimai televiziyasına müsahibəsində bildirib.

“Mənim həmişə iki seçimim olub. Fikirləşirəm ki, mən seçimimdə heç vaxt yanılmamışam. Mən ikinci seçimimi Fransadan vətənə qayıdanda etmişəm. 2003-cü ildə Gürcüstanda Qızılgül inqilabı baş verdi. Onda mən Fransada idim və oradan dostlarıma zəng edib, onları təbrik etdim. Biz hamımız şad idik ki, bizim vətənimizdə də nəsə dəyişiklik baş verir. Biz istəyirdik ki, Gürcüstan Fransaya oxşasın. Bu istək təbii idi. O vaxt Gürcüstanda baş verənləri mən ürəyimə salırdım. Hər yerdə korrupsiya, hər yerdə durğunluq... Buna görə, mən 2003-cü ilin inqilabını alqışladım. Məhz buna görə, mən öz səsimi Mixeil Saakaşviliyə verdim”, deyə Qaribaşvili qeyd edib.

Pasxa bayramı qeyd olunur

alt

Aprelin 20-i Pasxa bayramıdır. Pasxa İsa Peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır.

Bu bayram xristianlıqda ən vacib ayindir və böyük şadyanalıqla qeyd olunur.

Kilsələr gül-çiçəklə bəzənir. Bu bayramın xüsusi himni və mahnıları var.

Bu bayramın qeyd olunma tarixi hər il dəyişir. Pasxa bayramının tarixi xristianlığın nüvəsidir. “Böyük Cümə” günü İsa peyğəmbər çarmıxa çəkilib. Onun cəsədi dar ağacından götürülüb və mağarada dəfn edilib. Qəbri mühafizə olunub və mağaranın girişinə nəhəng daş qoyulub ki, kimsə meyiti oğurlaya bilməsin.

Bazar günü bir neçə qadın onun məzarına baş çəkir və daşın yerindən tərpədildiyini, qəbrin isə boş olduğunu görür.

Deyilənlərə görə, həmin gün və sonralar İsa Peyğəmbərin özü gözə görünür. Onun davamçıları inanırlar ki, Allah İsa peyğəmbəri dirildib.

 

Saytda Axtarış

ახალი ამბები