Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1179
DünənDünən4905
Bu həftəBu həftə23964
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8480563

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiya Krıma “S 300” zenit raket kompleksi gətirib

altRusiya Kerçensk boğazı istiqamətindən Krıma 4 batareya “S 300” zenit raket kompleksi gətirib.

Bu barədə Hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk “İnformasiya müqaviməti” qrupuna istinadən bildirib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, açıqlamada: “Divizionla bildikdə mühəndis texnikası - 4 tank yedəkçisi, mobil dizel generatorları, sisternli yük maşınları və 4 “UAZ” markalı avtomobil də gətirilib”, bildirilir.

Məlumata görə, qeyd olunan divizion saat 20.00 radələrində Simferopol yaxınlığındakı Qvardeyski yaşayış məntəqəsinə gəlib.

Ferrari İspaniyada otel açır

altİtaliya avtomobil istehsalçısı Ferrari İspaniyada F1 bolidinə bənzəyən otel və əyləncə parkının tikintisinə başlayıb. 100 milyon avro dəyərində olan layihə 2016-cı ildə tamamlanacaq.

Dalgatv Veteknoloji-yə istinadən xəbər verir ki, beş ulduzlu, 250 otaqlı otelin və "Ferrari park" adlanacaq parkın ümümi sahəsi 807 min m2 olacaq.

Qeyd edək ki, Ferrari rəsmiləri, belə bir parkın daha əvvəl Abu-Dabidə açıldığını, İspaniyadan sonra digər ölkələr üçün də layihələrə baxdıqlarını deyiblər.

Gürcülər İsrailə vizasız gedəcək

alt

Gürcüstan və İsrail arasında vizasız rejim haqqında hökumətlərarası razılaşma əldə olunub.

ANS PRESS-in məlumatına görə, razılaşmaya əsasən Gürcüstan vətəndaşları bu gündən etibarən viza almadan, sadəcə pasport vasitəsilə İsrailə gedə və 90 gün ərzində bu ölkədə qala bilər.

“Bəzi lazımlı prosedurları tamamilə yoluna qoya bilmək üçün bizə bir az vaxt lazımdır. Bu, İsrail xarici işlər nazirliyinin əməkdaşlarının tətil etməsi ilə əlaqədardır. Bu yaxınlarda Gürcüstan xarici işlər nazirliyi yeni bəyanatla çıxış edəcək. Bəyanatda Gürcüstan vətəndaşlarının İsrailə getməsi üçün bütün prosedurlar öz əksini tapacaq”, - deyə Gürcüstan XİN-nin bəyanatında bildirilir.

Prezident qızına cinayət işi açıldı

alt

İsveç prokurorluğunda Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya cinayət işi açılıb.

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, prezidentin qızı çirkli pulların yuyulmasında şübhəli bilinir.

Bundan əvvəl İsveç prokurorluğunun xahişi ilə Fransa polisi Kərimovaya məxsus mənzildə də axtarış aparıb.

Prezidentin qızı bir neçə il ərzində İsveçdə beynəlxalq təşkilatları təmsil edib.

İranla Ermənistan arasında məhbus mübadiləsi həyata keçirilib

alt

İran və Ermənistan arasında məhbus mübadiləsi həyata keçirilib.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Ermənistan bu ölkənin həbsxanalarında cəza çəkən 13 İran vətəndaşını Tehrana təhvil verib. İranlı məhbuslar narkotik maddələrin qaçaqmalçılığına görə Ermənistan məhkəmələri tərəfindən müxtəlif həbs cəzalarına məhkum ediliblər.

Taksim meydanında yenidən izdiham yaşandı

alt

İstanbul polisi nümayişçilərin Taksim meydanına doğru hərəkətinə imkan verməyib.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbulda 14 yaşlı Berkin Əlvanın dəfn mərasimindən sonra aksiya iştirakçıları polisin bağladığı Taksim meydanına doğru yürüş etmək qərarına gəliblər.
Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə nümayişçilərin hətəkətinə mane olub. Nəticədə etirazçılar yaxınlıqdakı küçələrə qaçıblar.
Qeyd edək ki, ötən gecə Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar ötən ilin mayında Taksim meydanında keçirilən mitinq zamanı başından yaralanmış 14 yaşlı B.Əlvanın ölümü ilə bağlı təşkil edilib.

Ən böyük rus gəmisi Ukrayna sahillərinə yaxınlaşır

alt

Rusiyanın Krımda ən böyük gəmisi olan "Moskva" raket kreyseri Ukrayna sahillərinə yan alıb.

Bu informasiya ilə Ukrayna mətbuatı çıxış edib. Mətbuat hazırda "Moskva" kreyserinin hansı istiqamətdə dayancağı ilə bağlı informasiyaya sahib olmadığını yazıb. Ukraynalı ekspert Dmitri Timçuk isə sabah Ukraynanın dəniz sərhədləri yaxınlığında ABŞ təyyarəçilərinin təlim keçəcəyini bildirib. "Sabah Ukrayna dəniz sərhədlərinin yaxınlığında ABŞ, Rumuniya və Bolqarıstan təyyarələri hərbi təlim keçəcək. Görünür ruslara göz dağı vermək istəyirlər". Qeyd edək ki, Rusiya hələ də Krıma qanunsuz olaraq öz əsgərlərini göndərir.

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni XƏBƏR

altMalaziyanın Kuala Lumpur şəhərində ölkənin Mülki Aviasiya Departamentinin baş direktoru 2 gün əvvəl müəmmalı şəkildə radarlardan itən və içərisində 239 nəfərin olduğu “Boinq-777”nin aqibəti barədə mətbuat konfransı keçirib.

Jurnalistlər qarşısında çıxış edən Əzhəruddin Əbdülrəhman axtarışların hələ də bir nəticə vermədəyini bildirib. O, təyyarə barədə hər hansı məlumat olmadığını açıqlayıb.

Əzhəruddin Əbdülrəhman ekspertlərin hər mümkün versiyanı, hətta terror və təyyarənin qaçırılması variantları belə nəzərdən keçirdiyini deyib.

Baş direktor bildirib ki, yalnız təyyarə aşkarlandıqdan sonra qəzanın səbəblərini öyrənmək mümkün ola bilər. Hərbi radarda qeydə alınan məlumat, “Boinq-777” sərnişin təyyarəsinin yoxa çıxmazdan əvvəl geri döndüyünü deməyə əsas verir.

Malaziya höküməti şübhəli pasportları olduğu deyilən 4 şübhəli şəxs barədə araşdırma aparır. Beynəlxalq sularda ABŞ, Tayland, Çin və Malaziyanın birgə apardığı axtarışları hələlik heç bir nəticə verməyib.

Azerbaycan Mantenoqrada kurort tikir

alt

Adriatik dənizi sahillərində keçmiş Kumbor hərbi-dəniz bazasının yerində kurortun tikintisi üzrə Azərbaycan-Monteneqro birgə layihəsinə start verilib. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və 500 milyon avro dəyərindəki layihəni hazırlayan "Azmont Investments" şirkəti 2000-ci illərin əvvəllərində tərk edilmiş Yuqoslaviya donanmasının bazasını yenidən qurmaq və onun yerində müasir kurort, həmçinin hotel kompleksi və digər obyektlər inşa etmək niyyətindədirlər.

Onun sözlərinə görə, bu layihə sayəsində Azərbaycandakı investorlar indi bilirlər ki, Monteneqro hökuməti ölkədə rahat investisiya mühitini təmin edib: "Deməli, bu layihədən sonra digərləri də olacaq".

Monteneqronun Baş naziri Milo Cukanoviç bildirib ki, mövcud layihə və Azərbaycanla ikitərəfli münasibətlər ümumilikdə Monteneqro üçün olduqca önəmlidir: "İnvestorların əksəriyyəti qlobal iqtisadi enişin bitməsi ilə bağlı gözləmə mövqeyi tutduğu zaman ikitərəfli yaxşı əlaqələr meydana çıxmağa başladı".

Layihəni 2016-cı ildə başa çatdırmaq planlaşdırılır. İnşaat dövründə 6500, tikinti işləri tamamlandıqdan sonra isə daha 1200 iş yeri açılacaq.

Tikinti layihəsinin şərtlərinə müvafiq olaraq, ARDNŞ Kumborda "Orjenski" kazarma sahəsini 90 il icarəyə götürəcək. İcarədar Monteneqroda şirkət yaratmaq hüququna malikdir. İcarə müqaviləsi üzrə bütün hüquq və öhdəliklər şirkətə təhvil veriləcək. Şirkət bütün öhdəliklər üzrə tam cavabdehlik daşıyacaq.

İcarədar icarə müddətinin ilk 4 ili ərzində kurortların inkişafına ən azı
52 milyon avro investisiya yatırmalı və ya ilk 8 ildə ümumilikdə 258 milyon avro investisiya qoymalıdır.

Fiksasiya edilmiş icarə haqqı ilk 45 ilə görə əvvəlcə ödəniş formasında təqdim oluncaq.

52 milyon avro həcmində investisiya yatırımının birinci mərhələsi yekunlaşdıqdan sonra icarədar müqavilə üzrə bütün maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarında olan üçüncü tərəfə kontraktı verə bilər. ARDNŞ eyni şərtlər əsasında icarədarlar qismində yerli şirkətlərin öhdəlikləri üzrə zəmanətlərdən azad oluna bilər.

Hazırda Gürcüstanda martın 8-də doğulmuş 16.975 nəfər yaşayır

altGürcüstan Xidmətin İnkişafı Agentliyindən verilən məlumata görə, hazırda bu ölkədə martın 8-də doğulmuş 16.975 nəfər yaşayır. Onlardan 10.374 nəfəri qadın, 6.601 nəfəri kişidir. Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi sakinlərinin isə 2.041 nəfəri martın 8-də doğulanlardır.
Ötən il martın 8-də 157 uşaq doğulmuşdur. Onlardan 80 nəfəri qız, 77 nəfəri oğlandır. Məlumatda Gürcüstanda ən çox uşağın 1960-cı il martın 8-dƏ dünyaya gəldiyi və həmin gün 281 nəfər uşaq doğulduğu vurğulanmışdır.

Ərdoğan: “Türkiyə Krım tatarlarını darda qoymayacaq”

alt

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Krım tatarlarını darda qoymayacağını bildirib.


APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, R.T. Ərdoğan V. Putinlə Ukraynada baş verən böhran, xüsusi ilə də son hadisələrin inkişafı ətrafında müzakirələr apardığını deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə Krım tatarlarının hüquqlarının qorunmasına dəstək verəcək. “Ona dedim ki, Rusiya rus çoxluğu və digər azlıqların hüquqlarını qoruduği kimi Krım tatarlarının da hüquqlarını təmin etməlidir”, deyə Ərdoğan bildirib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Krım tatarlarını darda qoymayacağını bildirib.


APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, R.T. Ərdoğan V. Putinlə Ukraynada baş verən böhran, xüsusi ilə də son hadisələrin inkişafı ətrafında müzakirələr apardığını deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə Krım tatarlarının hüquqlarının qorunmasına dəstək verəcək. “Ona dedim ki, Rusiya rus çoxluğu və digər azlıqların hüquqlarını qoruduği kimi Krım tatarlarının da hüquqlarını təmin etməlidir”, deyə Ərdoğan bildirib.

Ukrayna rusiyalılara qarşı viza rejimi tətbiq etməyəcək

alt

Rusiya Federasiyası vətəndaşlarına qarşı viza rejiminin tətbiqi məsələsi yeni Ukrayna hökumətinin gündəliyində yer almır.


APA-nın “Korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bunu yerli televiziya kanallarından birinə Ukraynanın xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşşitsa bəyan edib.

Onun sözlərinə görə, Ukrayna hazırda Rusiya ilə dövlət sərhədini bağlanması məsələsini nəzərdən keçirmir. “Sərhədin bağlanması haqqında qərar Nazirlər Komitəsi səviyyəsində qəbul olunur”, - deyə Deşşitsa bildirib.

Saytda Axtarış

ახალი ამბები