Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2146
DünənDünən4905
Bu həftəBu həftə24931
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8481530

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Donald Tusk: “Ukrayna Avropa Birliyi ilə assosiativ Sazişin siyasi hissəsini bir aydan sonra imzalayacaq”

alt

Polşanın baş naziri Donald Tusk tezliklə Ukrayna və Avropa Birliyi arasında assosiativ Sazişin siyasi hissəsinin imzalanacağını bəyan edib.


APA-nın UNN saytına istinadən verdiyi məlumata görə, bu barədə D.Tusk Avropa Şurası və Avropa Xalq partiyasının toplantısından sonra Polşa radiosuna bildirib.

“Hamı yekdilliklə qərara gəldi ki seçkiləri gözləmədən assosiativ Saziş imzalanmalı və hazırkı hökumətin legitimliyi tanınmalıdır. Bunun mart-aprel aylarında baş tutacağını güman edirəm”, - deyə Tusk bildirib.

Polşanın hökumət başçısı bu ərəfədə Kiyevə səfər edəcəyini də istisna etməyib.

Eyni zamanda, Donald Tusk Krımda keçiriləcək referendumun qanuna zidd olduğunu və Ukraynanın suverenliyini pozduğunu qeyd edib.

"Oscar"da çəkilən foto rekord qırıb

86-cı "Oskar" mükafatlandırma mərasimi maraqlı məqamlarla yadda qalıb.

alt

Dalğa TV-nin Axşam.az-a istinadən verdiyi xəbərə görə, gecənin aparıcısı, aktrisa Ellen Deceneresin çəkdiyi foto Twitter sosial şəbəkəsində rekord qırıb.

Tanınmış aktyorları bir araya gətirən Deceneres şəkli həmkarı Bredli Kuperə çəkdirib. Foto Twitterdə 47 dəqiqə ərzində bir milyon istifadəçi tərəfindən "retweet" edilib (paylaşılıb).

Qeyd edək ki, sözügedən foto Twitterdə ABŞ prezidenti Barak Obamaya məxsus rekordu yeniləyib. Belə ki, Obamanın 2012-ci ildə ikinci dəfə prezident seçilərkən yerləşdirilən post 237 min dəfə paylaşılmışdı.

“Eurovizion” müsabiqəsində Litvanı Viliya Mataçyunayte təmsil edəcəkdir

altKopenhagendə keçiriləcək “Eurovizion-2014” mahnı müsabiqəsində Litvanı Viliya Mataçyunayte
təmsil edəcəkdir. Şənbə günü axşam o, milli seçmə müsabiqəsinin finalında qalib gəlmişdir.
V.Mataçyunayte “Attention” mahnısını ifa edəcəkdir.
Milli müsabiqənin qalibi 2014-cü il martın 1-də milli seçim yolu ilə müəyyənləşdirilmişdir. Bu seçim Viliyaya “Eurovizion-2014” beynəlxalq mahnı müsabiqəsində öz ölkəsini təmsil etmək imkanı vermişdir.
Mataçyunayte mayın 8-də Kopenhagendə keçiriləcək ikinci yarımfinalın birinci hissəsində çıxış edəcəkdir.

Narışkin: “Rusiya silahlı qüvvələrinin Ukraynada istifadəsinə hələ ki, lüzum yoxdur”

alt“Rusiya silahlı qüvvələrinin Ukraynada istifadəsinə hələ ki, lüzum yoxdur”.


APA-nın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin “Rusiya-24” telekanalına müsahibəsi zamanı bəyan edib.

“Mən, həmkarlarım kimi, “müharibə” sözünü heç dilimə gətirmək istəmirəm. Federasiya Şurasının qəbul etdiyi qərar sadəcə hüquq verir. Hələ ki buna ehtiyac yoxdur”, deyə Narışkin bildirib.

Ən varlı adamlarının siyahısı açıqlandı

altABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi məlumata görə, "Forbes" jurnalının illik reytinqinə əsasən B.Qeytsin sərvəti 76 milyard dollardır.

Amerikalı milyarder liderlikdən 4 il əvvəl məhrum olub. "Forbes" ötən ilin ən varlı adamının meksikalı media-maqnat Karlos Slim olduğunu açıqlayıb.

Lakin cari ilin reytinqində meksikalı 72 milyard dollarlıq sərvətlə ikinci yerdə qərarlaşıb.

İlk üçlüyü isə "Inditex" şirkətinin əsas sahibi ispaniyalı Amansio Orteqa tamamlayır. Onun var-dövləti 64 milyard dollara bərabərdir.

Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, milyarder Uorren Baffet (58,2 milyard dollar) və "Oracle"ın qurucusu və baş direktoru Larri Ellison (48 milyard dollar) tuturlar.

"Oscar"da çəkilən foto rekord qırıb

alt86-cı "Oskar" mükafatlandırma mərasimi maraqlı məqamlarla yadda qalıb.

Dalgatv-nin  Axşam.az-a istinadən verdiyi xəbərə görə, gecənin aparıcısı, aktrisa Ellen Deceneresin çəkdiyi foto Twitter sosial şəbəkəsində rekord qırıb.

Tanınmış aktyorları bir araya gətirən Deceneres şəkli həmkarı Bredli Kuperə çəkdirib. Foto Twitterdə 47 dəqiqə ərzində bir milyon istifadəçi tərəfindən "retweet" edilib (paylaşılıb).

Qeyd edək ki, sözügedən foto Twitterdə ABŞ prezidenti Barak Obamaya məxsus rekordu yeniləyib. Belə ki, Obamanın 2012-ci ildə ikinci dəfə prezident seçilərkən yerləşdirilən post 237 min dəfə paylaşılmışdı.

Yanukoviç beynəlxalq axtarışa verilib

alt

Ukraynada parlament tərəfindən prezident vəzifəsindən kənarlaşdırılan Viktor Yanukoviç beynəlxalq axtarışa verilib.


APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş prokuroru səlahiyyətlərini icra edən Oleq Maxnitski bəyan edib.

«Yanukoviç beynəlxalq axtarışa verilib, bu məsələ ilə operativ-istintaq qrupu məşğul olur”, deyə Maxnitski bildirib.

Yanukoviç ilə yanaşı Ukraynanın sabiq Daxili işlər naziri Vitali Zaxarçenko da beynəlxalq axtarışa verilib. Onlar “Mülki və silahsız vətəndaşların kütləvi qətlində iştirak” maddəsi ilə ittiham olunurlar.

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımına həsr edilən tədbir keçirilib

altGürcüstan paytaxtındakı M.F.Axundov adına Mədəniyyət Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilən tədbir keçirilib. Bu dəfə tədbirdə gürcü ictimaiyyətinin nümayəndələri çoxluq təşkil edib. Tədbiri M.F.Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açıb. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə qurbanlarının ruhuna dua oxunub.

            Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev və Demur Başeleişvili, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Tsetsxladze, Gürcüstanda fəaliyyət göstərən “Aqara” şirkətinin rəhbəri Əlixan Əlizadə, Abxaziya qaçqını David Çakaberiya və başqaları çıxış edərək Xocalı qurbanlarının Azərbaycanın suverenliyi və azadlığı naminə həlak olduqlarını, gürcü və azərbaycanlıların soyqırım qurbanlarının 22-ci ildönümündə birlikdə kədərləndiklərini, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin Gürcüstan ictimaiyyət nümayəndələrinə təbliğ edildiyini, 1992-ci ilin 25 fevralından 26-na keçən gecə baş verən faciə haqqında ətraflı məlumat verildiyini bildiriblər.

            Tədbirdə Azərbaycan səfirliyinin, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin, gürcü və azərbaycanlı ictimaiyyətin nümayəndələri, Gürcüstan musiqi və incəsənət adamları iştirak ediblər. Tədbirdə Xocalıya aid foto sərgi nümayiş olunub.

Batumi şəhərində Xocalı Soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

altAzərbaycanın Gürcüstanın Batumi şəhərindəki baş konsulluğu tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

            Tədbiri baş konsul Hüseyn Nəcəfov açaraq   bildirib ki,"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə o cümlədən, qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Nəticədə, fevralın 26-ı Xocalı tam alova büründü. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü vəhşicəsinə öldurülüb. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlılar olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Bu soyqırımı qəddarlıq tanınan aktı kimi, Xocalıda mülki əhaliyə qarşı deyil, bütün bəşəriyyətin indiyədək görünməmiş cinayət idi. Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanıb. Məhz, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sı Xocalı soyqırımı günü elan edib".

            Mərasimdə çıxış edən, Batumi şəhər Gənclər təşkilatının sədri Nino Çxaidze qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı ən ağır törədilmiş cinayətlərdən biridir.

            Azərbaycanlıların Acarıstandakı Mədəniyyət Mərkəzinin rəhbəri Vidadi Axundov bildirib ki, bu gün Azərbaycan dünya birliyinə dinc əhaliyə qarşı soyqırımı, Xocalı faciəsinin tanınması, o cümlədən Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər haqqında həqiqəti çatdırmaq üçün məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirir.

            Mərasimdə Batumi Dövlət Universitetinin professoru, elmlər doktoru Rostom Quntaişvili baş vermiş faciəyə hüquqi qiymət vermiş və Azərbaycan xalqına qarşı edilmiş soyqırım kimi xarakterizə edib. R.Guntaşivili iştirak edən qonaqları qardaş xalqa dəstək verməyə çağırıb.

            Sonda Hüseyn Nəcəfov qeyd edib ki,"Ötən müddət ərzində "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın 60-a yaxın ölkəsində müxtəlif tədbirlər həyata keçirilib. 57 iştirakçı ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktı kimi tanıyıb və faciəni insanlığa qarşı cinayət adlandırıb. Bu gün həmçinin, Xocalı soyqırımı Pakistan, Meksika, Çexiya, Kolumbiya, ABŞ-nın Massaçutets, Texas, Corciya, Nyu-Cersi, Men, Nyu-Meksiko və Arkanzas ştatları tərəfindən tanıyıb"

            Anım mərasimində Heydər Əliyev Fondun dəstəyi ilə lentə alınmış "Xocalı soyqırımı" adlı sənədli filmi, eləcə də, amerikalı rep-ifaçı Toni Blekmen və "Dəyirman" qrupunun ifasında "Xocalıya ədalət" ("Justice for Khojaly") musiqi klipi nümayiş olunub.

            Tədbirin sonunda iştirakçılara foto-sərgi, press-relizlər, "Xocalıya ədalət" musiqi klipinin CD-si, eləcə də Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunub.

            Mərasim iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Almaniyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib - FOTO

alt

Almaniyanın Köln şəhərində nüfuzlu Köln Universitetində Alman Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımı ilə bağlı (“XXI əsrdə Azərbaycan geostrateji baxımdan”) konfrans keçirilib.


Alman Azərbaycan Mədəniyyət Evindən APA-ya verilən məlumata görə, tədbir öncə soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Alman Azərbaycan Mədəniyət Evinin başqanı Altay Rüstəmli rəhbərlik etdiyi təşkilatın Xocalıya ədalət kampaniyası çərçivəsində atılan addımlar və görülən işlərlə bağlı məlumat verib. O bildirib ki, Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlər, konfranslar təşkil olunacaq.

TürOk başqanı Tanju Can diqqətə çatdırıb ki, Xocalı soyqırımı bütün türk dünyasının problemidir: “Bu qətliam bütün türk dünyasına qarşı törədilib. Əgər Qarabağda bir əl kəsilibsə deməli bütün türk dünyasının qanı axıb”.

Daha sonra çıxış edən Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bu mövzuda danışmağın onun üçün həddindən artıq çətin olduğunu bildirib. Təkcə ata tərəfdən 40-dan artıq qohumunun itirdiyini deyən C. Ələkbərov Xocalı qətliamınının təkcə türk dünyasına və müsəlmanlara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş soyqırım aktı olduğunu vurğulayıb: “Mən həmin hadisələrin canlı şahidiyəm. Hər dəfə bu mövzuya toxunanda o dəhşətləri yenidən yaşayıram. Ona görə də çox danışmaq istəmirəm. Onu əlavə edim ki,“Xocalıya Ədalət” kampaniyasının rəhbəri xanım Leyla Əliyevanın Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki göstərdikləri fəaliyyətləri əvəzsizdir. Bir daha bir Xocalı sakini olaraq burada oturan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm”.

Millət vəkili Musa Qasımlı isə ermənilərin azərbaycanlılara, ümumiyyətlə türklərə qarşı törətdikləri cinayətlərdən, həmçinin, onların tarix boyu həyata keçirdiyi məkrli planlardan danışıb. Onun sözlərinə görə, Ermənistanın soyqırım siyasəti həyata keçirdiyi artıq sübut olunub. Ermənilərin əsas hədəfi müsəlmanları tarixi torpaqlarından qovmaq, böyük Ermənistan yaratmaq olub. Daha sonra isə o, getdikcə güclənən Azərbaycan dövlətinin bu problemi həll edəcəyini bildirib: “Xaricdə yaşayan soydaşlarımız ümummilli maraqlar ətrafında birləşməlidirlər”

Daha sonra Səriyyə Cəfərova çıxış edib və Xocalı qətliamı barədə danışıb. Almaniyada yaşayan yazar Orxan Aras isə deyib ki, biz, burada matəm, ağlamaq üçün deyil, qələbəni qeyd etmyə gəlmişik: ”22 il keçməsinə baxmayaraq bu hadisə unuduulmur və getdikcə daha çox tanıdılır”.

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Londonda mitinq keçirilmişdir

altLondonda təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) dəstəyi ilə Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Londonda mitinq keçirilmişdir.
Bir neçə saat davam edən mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələr, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əllərində Xocalı soyqırımı zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan mitinq iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar etmiş, “Xocalıya ədalət!”, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirmişlər.
Mitinq çərçivəsində soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşürlər paylanmışdır.
Aksiyanın gənc fəalları Azər Əsgərov, Ramazan Abbaszadə və Mərdan Həsənzadə fikirlərini AzərTAc-ın müxbiri ilə bölüşmüş, hər il Londonda və dünyanın müxtəlif yerlərində keçirilən aksiyaların əhəmiyyəti vurğulanmışdır. Azərbaycanlı tələbələr bildirmişlər ki, dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan həmvətənlərimiz, xüsusən də gənclər ölkəmizə qarşı bu ədalətsizliyi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.
Mitinq Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başa çatmışdır.

"Ən yaxşı Selfie fotolar" seçilib

Ən yaxşı "Selfie" fotoları seçilib.

Dalgatv Radikal-a istinadən həmin fotoları təqdim edir:

Qeyd edək ki, selfie, hər hansı bir insanın telefonla və ya fotoaparatla öz fotoşəkilini çəkib və sosial şəbəkədə paylaşması mənasını verir.

alt

alt

alt

Saytda Axtarış

ახალი ამბები