Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1851
DünənDünən4905
Bu həftəBu həftə24636
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8481235

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyənin elektriklə çalışan ilk avtomobili

altTürkiyənin Eskişehir şəhərində 15 universitetdən 30-dan artıq mütəxəsisin birgə çalışdığı layihə ilə Türkiyənin ilk elektriklə işləyən avtomobili hazırlanıb.

 Tam enerji ehtiyatı ilə 160 km yol gedə biləcəyi gözlən avtomobili 2017-cı ildə bazara çıxarmağa planlaşdırırlar .

Qorbaçovun beynəlxalq məhkəməyə verilməsi tələb edilib

altUkraynanın paytaxtı Kiyev şəhərində müxtəlif millətləri təmsil edən təşkilatların iştirakı ilə 20 Yanvar hadisələrinin 24 -cü ildönümü qeyd olunub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, bununla bağlı bu gün Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Ukrayna Millətlər Assambleyası, Ukrayna Yəhudi Fondu, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzi, o cümlədən Ukraynada fəaliyyət göstərən digər bir sıra xalqların diaspora təşkilatları ilə birgə konfrans keçirlib.

Konfransda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Tədbirdə çıxış edən BUAK sədri Rövşən Tağıyev 24 il əvvəl Sovet qoşunlarının Bakıda və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı həyata keçirdiyi kütləvi qırğınlar barədə danışıb.

Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov, Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Ukrayna Yəhudi Fondunun prezidenti Arkadi Monastırski, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzinin prezidenti Pyotr Şarafetdinov və digər xalqların diaspora rəhbərləri 20 Yanvar faciəsindən 24 il ötməsinə baxmayaraq bu qanlı cinayətdə birbaşa əli olan Mixail Qarbaçov və o vaxtkı sovet rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini bildiriblər.

Bununla bağlı Ukrayna Millətlər Assableyası adından beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Bankrot biznesmen milyonlar uddu

alt

Xoşbəxt şəxs 20 il ərzində hər il 50 min dollar alacaq

Bankrot olmuş amerikalı biznesmenin əməlli başlı bəxti gətirib. O Massaçusets ştatında benzindoldurma məntəqələrindən birində 20 dollara işərisində uduş olan lotoreya bileti alıb. 50 min dollar udan şəxs milyonların sahibi olub. Uduşun qaydalarına görə ilkin olaraq 50 min dollar alandan sonra 20 il müddətinə o hər il 50 min dollar da alacaq.
Bankrot biznesmen ilk olaraq borclarını ödəmək fikrində olduğunu bildirib.

Ali lider 900-ə yaxın məhbusu əfv etdi

alt

İranın ali lideri Ayətullah Əli Xamneyi İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə həbsdə olan 878 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 878 məhbusun əfv edilməsi xahiş olunub. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Polis terrorçu qadını axtarır - SOÇİ ŞOKDA!

Polis “Səlimə” ləqəbli terrorçunu axtarır, şəhərdə həyat durub.

alt

Rusiyanın Soçi şəhərində fövqəladə vəziyyət yaranıb. Polis olimpiada şəhərində evbəev gəzərək şəkildə gördüyünüz bu qızın, Ruzana İbrahimovanın axtarışına başlayıb. 1991-ci il təvəllüdlü, “Səlimə” ləqəbli Ruzana İbrahimovanın kamikadze hücumu təşkil edəcəyi gözlənilir.

Skinxedlərin başçısı Kubada tutuldu

Tesaka qarşı milli ədavəti qızışdırmağa görə cinayət işi qaldırılıb

alt

Kuba hakimiyyəti Rusiya millətçilərinin liderlərindən olan "Tesak" ləqəbli Maksim Martinkeviçin həbs edilməsini Moskvaya xəbər verib. 

 Rusiya hakimiyyəti tərəfindən beynəlxalq axtarış elan edilmiş Tesak yanvarın 17-də saxlanılıb. Onun Rusiyaya nə vaxt veriləcəyi bilinmir. Amma bu məsələdə hansısa çətinlik olacağı güman edilmir.

Tesaka qarşı milli ədavəti qızışdırmağa görə cinayət işi qaldırılıb. İstintaq onun sosial şəbəkələrə yerləşdirdiyi video çarxları öyrəndikdən sonra saxlanmasına qərar verib. Lakin həmin müddət ərzində Tesak aradan çıxmağı bacarmışdı.

Günün fotosu: Kibrit qutusu kimi evlər

 

alt

18 yanvar günün fotosu Moskvada çəkilib.

Bu evləri bütün MDB məkanında "Xruşovka" kimi tanıyırlar.

İngiltərə şokda: qızları öldürürlər

alt

Ingiltərədə ailələrin dünyaya gələcək körpənin cinsiyyətini əvvəlcədən öyrənərək qız uşaqlarının abort etdirilməsi faktları artıb.

Olkədə son iki ildə doğulan körpələr arasında qızların sayı 4 min 700 nəfər azalıb. Bu isə qız uşaqlarının abort etdirilməsinin nəticəsi kimi qəbul edilir.

"Bu cinayətlər dərhal dayandırılmalıdır" çağırışı edən qəzet, “Uşağın cinsiyyəti hamiləliyin 13-cü həftəsində öyrənilir. Halbuki bunun hamiləliyin son dövrünə yaxın açıqlanması lazımdır” deyə vurğulayıb.

Qız uşaqlarının abort etdirilməsi ilə bağlı açıqlanan statistika ölkədə şok effekti yaradıb.

Günün fotosu: Möcüzəvi şəlalə

alt

15 yanvar gününün fotosu Norveçdə çəkilib.

Ölkədəki yüzlərlə şəlalədən biri olan və öz gözəlliyi ilə seçilən Vorinqfossen şəlaləsi 182 metr yüksəklikdən tökülür.

Dünyanın ən ucuz şəhərləri- SİYAHI

alt

Amerikanın “Price of Travel” analitik portalı istirahət üçün ən sərfəli şəhərlərin reytinqini açıqlayıb.

Avropa ölkələri üçün “Europe Backpacker Index 2014” reytinqini açıqlayan portalın hesablamalarına görə, reytinq şəhərdə bir gündə sərf edilən vəsaitin məbləğinə görə tərtib edilib.

Ən ucuz şəhərlər siyahısına Buxarest rəhbərlik edib. Burada bir günlük istirahət 24,69 dollardır. Bu məbləğə oteldə bir günlük gecələmə, ictimai nəqliyyatda iki dəfə gediş, 3 dafə baha olmayan yemək, 3 bakal şərab daxildir.

Qeyd edək ki, “Price of Travel” belə reytinq cədvəlini hər il tərtib edir. “Price of Travel”in təsisçisi Rocer Ueyd “Forbes”ə bildirib ki, İstanbul türk lirəsinin 20 fazi ucuzlaşması nəticəsində ucuz şəhərlər sırasına düşüb. Funt-sterlinq və avro bahalaşdığına görə London və Paris “ucuzlaşmayıb”.

Krakov, Polşa, Budapeşt kimi şəhərlərin də mövqeyində ciddi dəyişiklik olmayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində bir günlük istirahət 40,97 dollar, Moskvada 45,23 dollar təşkil edir.

Beləlikə 10 ən ucuz şəhərlər siyahısına Buxarest (24,69 dollar), Kiyev (25,61 dollar), Sofiya (26,32), Belqrad (28,27 dollar), Krakov (28,87 dollar), Sarayevo (29,26 dollar), Budapeşt (33,12 dollar), Riqa (33,21 dollar), İstanbul (35,89 dollar), Varşava (37,29 dollar) daxildir.

Kerri Lavrova kartof bağışladı (FOTO)

alt

ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrova kartof bağışlayıb.

Görüş Parisdə yerləşən Amerika səfirliyində keçirilib. Belə ki, jurnalistlər C.Kerri ilə S.Lavrovun rəsmi protokol görüşünün ilk hissəsində iştirak etdikdən sonra otaqdan çıxarılıblar. Bir müddət keçəndən sonra jurnalistlər yenidən görüşə dəvət edilib.

“Biz Lavrovala bir neçə həftə öncə Suriya məsləsini müzakirə etməyi palnlaşdırırdıq” deyən Kerri qutudan iki ədəd kartofu çıxararaq Rusiya xarici işlər nazirinə bağışlayıb. Bundan sonra görüş yenidən bağlı qapılar arxasında davam edib.

Xatırladaq ki, Aydaho ştatı Amerikada öz kartofu ilə məşhurdur və kartof ştatın simvolu sayılır.

Hilary Duff ayrılır

alt2010-cu ildə evlənən və Luca adında oğulları olan cütlük ayrılır. 26 yaşındakı Duff və 33 yaşındakı köhnə buz xokkey oyunçusu Comrie "dostca ayrılmağa qərar verdiklərini və bir-birlərinin həyatında qalmağa davam edəcəklərini" bildiriblər.

Saytda Axtarış

ახალი ამბები