Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2064
DünənDünən4905
Bu həftəBu həftə24849
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8481448

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Yıxıldıqdan sonra dili dəyişdi

alt

Kanadada atdan yıxılan Sharon Campbell-Rayment danışma qabiliyyətini itirdikdən sonra şotlant aksentiylə danışmağa başlayıb.

 Kanadada atçılıq məktəbi işlədən Sharon Campbell-Rayment bir müddət əvvəl atdan yıxılıb.  Nəticədə danışma qabiliyyətini itirən qadın 8 həftə sonra şotlant aksentiylə danışmağa başlayıb. Dünyada 60 insanda olduğu bilinən "Xarici dil sindromu"na tutulan Campbell-Rayment, əcdadlarının 100 il bundan qabaq Şotlantiyadan köçdüyünü xatırlayaraq: "həkimlər bundan sonra həmişə bu aksentlə danışa ya da vəziyyətin bir gecədə  dəyişə biləcəyini  söylədi" deyib.
 Xatırladaq ki , buna oxşar bir hadisə 2 il əvvəl Çində baş vermişdi. Belə ki , 49 yaşlı bir kişi komadan ayıldıqdan sonra ana dilində deyil heç kimə məlum olmayan bir dildə danışmışdı.

ABŞ-da şiddətli soyuqlar: əhaliyə evdən çıxmamaq tapşırılıb

ABŞ-da hökm sürən anormal soyuq hava şəraiti ilə əlaqədar bu gün bir sıra şimal ştatlarında şiddətli şaxtalar gözlənilir.


 alt

Məlumata görə, Minnesota, Ayova, Şimali Dakota, Viskonsin, Montana ştatlarında bu gün mənfi 40-50 dərəcə şaxta gözlənilir.

ABŞ-ın müvafiq qurumları vətəndaşları bu havada küçəyə çıxmamağa, elektrik enerjisinə qənaət etməyə çağırıb. Şaxtadan ABŞ-da artıq 17, Kanadada isə 10 nəfər vəfat edib, 40 mindən artıq ev elektrik enerjisiz qalıb, 4 mindən çox aviareys təxirə salınıb və ya ləğv edilib.

Qeyd edək ki, hazırda müşahidə olunan şaxtalar Şimali Amerikada son 40 il ərzində ən şiddətli soyuqlardır.

Paul Walker filmdə də vəfat edəcək

alt

Kaliforniyadakı yol qəzasında vəfat etdiyi üçün Paul Walkerin “Sürətli və qəzəbli ” (Fast and Furios ) filmindəki qəhrəmanı da dünyasını dəyişəcək.

 Artıq 60 % çəkilən filmi yeni süjet xətti tamamlanır.

Qeyd edək ki, Paul Warker 30 noyabr 2013-cü ildə avtomobil qəzasında vəfat edib.

Rekord həddə şaxtalar gözlənilir

alt

ABŞ-da anolmal şaxtalı hava şəraiti hökm sürür. Vaşinqtonda son 20 ilin ən şaxtalı yanvar ayı gözlənilir. Kəskin şaxtalar digər ştatlarda da proqnozlaşdırılır.

 Sinoptiklər xəbər verir ki, şaxtalar -62 C0 dərəcəyə qədər enəcək.

77 nəfəri öldürən terrorçunun vəkilinə mükafat verdilər

alt

Norveç terrorçusu Anders Breyvikin vəkili Qeyr Lippestad və xanımı “İnsan ləyaqətinin müdafiəsinə görə” mükafatına layiq görülüblər.

Belə bir ödül “Menneskeverds Livsvernpris” hüquq-müdafiə təşkilatı tərəfindən hər il təqdim olunur. Bu dəfə qurum Breyvikin vəkili və xanımını “məhdud müdafiə imkanı olan şəxs”ə hüquqi yardıma görə mükafata layiq bilib.

Təşkilat rəhbərliyinin fikrincə, “Beryvikin vəkili insan ləyaqəti anlayışının etdiyi hərəkətlərdən asılı olmayaraq hər kəs üçün keçərli olmasını fakta çevirə bilib”.

Xatırladaq ki, 2012-ci ilin avqustunda Breyvik Osloda 77 nəfərin qətlə yetirdiyi üçün 21 il azadlıqdan məhrum edilib. Terrorçu öz hərəkətini “yerli norveçliləri qorumaq və multikulturizmə son qoymaq” niyyəti ilə törətdiyini etiraf edib.

Angela Merkel xizək sürərkən yıxılıb

 alt

“Formula 1”in məşhur pilotu, almaniyalı Mixail Şumaxerin xizək sürərkən yıxılmasından sonra Almaniya daha bir xizək qəzası xəbəri ilə sarsılıb., Almaniya kansleri  Angela Merkel də xizəklə sürüşərkən yıxılıb

Almaniya hökumətindən verilən xəbərə görə, Merkelin çanaq sümüyündə çat aşkarlanıb. Bu səbəbdən də qarşıdakı 3 həftə ərzində kanslerin bütün görüş və toplantıları ləğv edilib.

Qeyd edək ki, “Formula 1”də 1994-2004 arası 7 dəfə dünya çempionu olan əfsanəvi  alman pilot Şumaxeri hələ də komadan ayıltmaq mümkün olmayıb. Fransa ərazisində, Alp dağlarında oğlu ilə birgə xizək sürərkən yıxılan Şumaxerin başında qəza vaxtı kaska olsa da, zərbənin gücündən o, ölümcül hala düşüb.

1 milyona yaxın adam evlərini tərk edib - MAR

alt

Mərkəzi Afrika Respublikasında davam edən münaqişə nəticəsində 935 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. Təşkilatın Qaçqınlarla İş üzrə Ali Komissarlığı (UNHCR) bildirib ki, insanlar müharibədən qaçmaq üçün meşələrdə, kolluqlarda gizlənir, bu da humanitar təşkilatların həmin insanlara yardım etmək imkanlarını məhdudlaşdırır, xəstəliklərin yayılmasına şərait yaradır.

Qeyd edək ki, 2012-ci ilin noyabr ayından bəri Mərkəzi Afrika Respublikası vətəndaş müharibəsi şəraitində yaşayır. “Seleka” adlı separatçı qruplaşma prezident Fransua Bozizeni devirərək hakimiyyəti ələ keçirməyə çalışır. Hazırda ordu ilə separatçılar arasında döyüşlər davam edir.

 

İranda zəlzələ: 1 ölü, 30 yaralı

alt

İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

 

 

Təbii fəlakətin episentri Fars əyalətindəki Lar şəhərinin 50 km cənubunda olub. 

 

Hadisə nəticəsində 1 nəfər ölüb, 30-u yaralanıb. Çoxlu binada dağıntı olub, elektrik verilişində fasilələr yaranıb. Bu zəlzələnin ardından 4,3 bal gücündə təkrar yeraltı təkanlar baş verib. 

 

Ebru Gündeş polisə aparıldı - Müğənniyə bayramda pis sürpriz

alt

Türkiyədə rüşvət qalmaqalına görə barəsində həbs qətimkan tədbiri seçilən azərbaycanlı iş adamı Rza Zərrabın xanımı, müğənni Ebru Gündeş Yeni il gecəsi polisə aparılıb.

Böyük qardaşı Cengiz Kumartaşlıoğlu və vəkili Şeyda Yıldırımla bərabər polisə gedən müğənni ilin təhvil olmasına 20 dəqiqə qalmış sərbəst buraxılıb.

Maliyyə polisinin çağırışına əsasən ifadə verən E.Gündeşin ifadəsində nələri söyləməsi ilə bağlı hələlik məlumat verilmir.

Rza Zərrabın həbs edilən “rəisi” ilə bağlı yeni İLGİNC MƏLUMAT

alt

Türkiyədə rüşvət qalmaqlında adı hallanaraq həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın İranda həbs edilən “rəisi” Babək Zəncani Tehranını məşhur “Evin” həbsxanasında saxlanılır.

Hələlik B.Zəncaninin həbsxananın hansı bölümündə saxlanması barədə suallara cavab verilmir.

Qeyd edək ki, “Evin” həbsxanası əsasən siyasi səbəblərdən həbs edilənlərə verilən işgəncələrlə məşhurdur.

İRNA həmçinin B.Zəncaninin külli miqdarda pul girov qoyulmaqla məhkəməyə qədər sərbəsrt buraxılması barədə xəbərləri də təkzib edib. Agentlik bildirib ki, B.Zəncaniyə qarşı rəsmən hansi ittihamın irəli sürüldüyü bildirilməsə də, onun iqtsadi cinayətə görə mühakimə olunacağı deyilir.

Gürcüstanın baş prokuroru istefa verib

altGürcüstanın baş prokuroru Otar Partsxaladze istefa verib.

APA-nın “Georgiya Online” saytına istinadən verdiyi xəbərə görə, baş nazir İrakli Qaribaşvili bu gün baş prokurorun istefasını qəbul edib.  

  

“Baş prokuror Otar Partsxaladzenin tutduğu vəzifədən istefaya getmək qərarı düzgün və təqdirəlayiq addımdır”, deyə baş nazir qeyd edib.

Otar Partsxaladze bəyanatında Baş prokurorluğun hazırda icraatında olan işlərin legitimliyini şübhə altına qoymaq istəmədiyini bildirib.

“İctimai rəyə hörmətlə yanaşaraq Baş prokuror vəzifəsindən istefaya getməyi özümə borc bilirəm”, deyə Partsxaladze bildirib.    

Xatırladaq ki, Tiflis meri Qiqi Uqulava bundan əvvəl yaydığı bəyanatda Baş prokuror Otar Partsxaladzenin Almaniyada qarət ittihamı  məhkum olunduğunu bildirib.  Baş prokurorun məhkumluğunu baş nazir İrakli Qaribaşvili də təsdiqləyib.  

Volqoqradda trolleybus partlayıb.

 

.alt

Bu gün səhər saat 08:25-da (Rusiya vaxtı ilə) Volqoqradda trolleybusda baş vermiş partlayış  nəticəsində 10 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb. Patlayış nəticəsində trolleybus tamamilə dağılıb. İlkin versiyaya görə, hadisə trolleybusda qoyulmuş bombanın partladılması nəticəsində baş verib.Qeyd edək ki, dünən Volqoqrad şəhərinin dəmir yolu vağzalında baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb.

Saytda Axtarış

ახალი ამბები