Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1834
DünənDünən4905
Bu həftəBu həftə24619
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8481218

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İran və Türkiyə nazirləri arasında görüş keçirilib

altİsveçrənin Davos şəhərində İran və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib.

Dalga tv-nin APA-ya istinadən verdiyi məlumata görə, görüşdə Məhəmməd Cavad Zəriflə Əhməd Davudoğlu Suriyadakı son vəziyyət və bu ölkədəki böhranın həlli məqsədilə İsveçrədə keçirilən beynəlxalq konfransla bağlı fikir mübadiləsi aparıblar.

Türkiyə xarici işlər naziri İranın Suriya konfransında iştirakına maneə törədilməsinə toxunaraq deyib ki, rəsmi Tehranın iştirakı tədbirə fayda verə bilərdi.

Ə. Davudoğlu həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın növbəti həftə İrana səfəri zamanı əsas müzakirə mövzularından birinin Suriya məsələsi olacağını vurğulayıb.

Erdoğan İrana səfər edəcək

altTürkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 28-29-da İrana səfər edəcək.

Bu barədə Türkiyənin İrandakı səfirliyinin üçüncü katibi Mustafa Əli açıqlama verib.

Onun sözlərinə görə, Türkiyə baş nazirinin İrana səfərinin əsas müzakirə mövzularını iki ölkə arasındakı ticarət əlaqələri və Suriya böhranı təşkil edəcək.

M.Əli deyib ki, İran və Türkiyə arasında ticarət mübadiləsinin həcmi 30 milyard dollar ehtimal edilir: “Bu rəqəmin növbəti 9 ildə 100 milyard dollara çıxarılmasını hədəfləyirik”.

Türkiyəli diplomat qeyd edib ki, R.T.Ərdoğanın İrana səfəri zamanı gömrük sahəsində sadələşdirmələrin həyata keçirilməsi, iki ölkə mərkəz banklarının əlaqələrinin asanlaşdırılması v

Avropa Birliyi: Küçələrdəki qan hər şeyi dəyişir

Avropa Parlamentinin vitse-prezidenti: “Küçələrdəki qan hər şeyi dəyişir”

 alt

Kiyevdə polisin nümayişçilərə atəş açması faktı təsdiqlənsə, Avropa Birliyi Ukrayna ilə rəsmi münasibətlərə son qoya bilər.Dalğanın  “BBC Ukrayna”ya istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviç çıxış edib.

“Ukraynadan gələn xəbərlər bizi şoka salır. Ukrayna ilə əlaqələrimiz daha əvvəlki kimi ola bilməz. Bu ölkə ilə dialoq təhlükə altındadır və bu gün dayandırıla bilər. Küçələrdəki qan hər şeyi dəyişir”, - deyə o vurğulayıb.

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

alt

ABŞ-ın Nyu-York ştatının 5 rayonunda fövqəladə vəziyyət elan edilib.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, buna ölkənin şimal-şərq sahilindəki güclü fırtına səbəb olub.

Hava şəraitinin pisləşməsi üzündən 3 mindən çox aviareys təxirə salınıb.

Hazırda Nyu-York şəhərində 450 qar təmizləyən maşın işləyir. Şəhər rəsmiləri yerli sakinlərə evlərindən çıxmamağı və şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi məsləhət görür.

Kiyevdə Ukrayna müxalifətinin aksiyası keçiriləcək

alt

Ukrayna müxalifəti əhalini bu gün yerli vaxtla saat 18.00-da Kiyevin Müstəqillik Meydanına – xalq yığıncağına (narodnoye veçe) toplaşmağa çağırıb.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, “Svoboda” Partiyasının lideri Oleq Tyaqnibok partiyasının “Twitter” ünvandan xalqa çağırış edib: “Saat 18.00-da hamı meydana! Veçedən sonra mərkəzi küçələrlə yürüş olacaq və başqa addımlar atılacaq. 100 faizlik ümummilli səfərbərlik! Hər kəs Kiyevə! Bu gün dövlətin taleyi qəti olaraq həll olunur!”

Ukraynada 2 mitinq iştirakçısının öldürülməsi ölkədə vəziyyəti daha da gərginləşdirib. Üç müxalif qüvvə - “Batkivşina”, “UDAR” və “Svoboda” birgə bəyanatla çıxış edərək ölümlərə görə məsuliyyəti prezidentin üzərinə qoyublar: “Cəza orqanları hər cür həddi keçib. Ölənlərdən birinin başında və boynunda 4 güllə yarasının olması özünümüdafiə deyil, dinc vətəndaşların şüurlu surətdə güllələnməsidir. Diktaturanın vətəndaşlara qarşı bu terror aktına görə bilavasitə daxili işlər naziri, əliqanlı qatil Zaxarçenko məsuliyyət daşıyır. Hazırda ölkədə baş verənlər, hər vətəndaşın həyatı və təhlükəsizliyi və etirazçıların ölümü prezident Viktor Yanukoviçin şəxsi məsuliyyətidir. Yalnız xalqın tələblərinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsi ölkədə vəziyyəti dinc məcraya qaytara bilər”.

Janna Friske artıq gəzə bilmir

altBeyin xərçəngi olan və Amerikada müalicə alan müğənni və teleaparıcı Janna Friske gəzə bilmir.

Dalgatv-nin Anspress.com-a istinadən verdiyi xəbərə görə, Janna Friskenin atası Vladimir bildirib ki, Janna artıq ayağa dura bilmir. Vladimir qızının səhhətində problemlərin ana olduqdan sonra başladığını deyib: "Janna oğlu Platonu dünyaya gətirəndən bəri miqrendən əziyyət çəkir. Mən Jannanın xəstəliyindən 7 aydır xəbərdaram. Mənə Amerikadan zəng vurdular və qızımın problemi olduğunu dedilər. Janna əvvəllər nə baş verdiyini anlamırdı. Onda olan ağrıları adi baş ağrıları olduğunu düşünürdü. Bütün problemlər doğuşdan sonra başladı. Doğuşa qədər qızımın heç bir şikayəti olmayıb".

"Cenevrə-2 Suriyadakı münaqişəyə son qoya bilər"

alt"Cenevrə-2 konfransı Suriyadakı münaqişəyə son qoya bilər".

Belə bir bəyanatla Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Ə. Davudoğlu qeyd edib ki, 2012-ci ildə imzalanmış Cenevrə kommünikesi tam icra olunmalıdır.

“Montredə keçirilən konfrans Suriyada insan ölümlərinə son qoya biləcək prosesin başlanğıcı ola bilər. Hamımız bu imkandan istifadə etməliyik”, - deyə o vurğulayıb.

"Suriya iflic vəziyyətə düşüb"

alt

"Problemin ancaq siyasi yolla həlli mümkündür".

Bunu Suriya məsələsinin həllinə yönələn "Cenevrə 2" konfransı barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili 7/24news-a açıqlamasında Suriyadakı vəziyyətin dünyanı ciddi narahat etdiyini deyib: "Davam edən vətəndaş müharibəsində qalib yoxdur. Dövlət bu gün iflic vəziyyətinə düşüb. Ona görə də beynəlxalq ictimaiyyət problemin həlli yollarını axtarır. İkinci dəfədir ki, sülh konfransı keçirilir. Ümid edilir ki, tərəflərin mövqeyini bir birinə yaxınlaşdırmaq mümkün olacaq. Problemin ancaq siyasi yolla həlli mümkündür. Nə kimi nəticə olacağını demək çox çətindir. Tərəflərin mövqeyi bir-birinə həddən artıq ziddir. Hər halda vətəndaş müharibəsinin getməsindənsə, danışıqların getməsi daha yaxşıdır".

Soçi olimpiadasında terror aktları olacaq -Hədə -

alt

Qış Olimpiya oyunlarına 2 həftə qalmış islamçı ekstremistlərin "Vilayət Dağıstan" saytında dərc edilmiş videoda "Ənsar əl-Sünnə" qrupunun nümayəndələri Soçidə idman yarışı zamanı terror aktları törədəcəkləri barədə hədələr səsləndiriblər.
ABŞ-da mənzillənən terrorizm hadisələrini izləyən SİTE Monitoring Service internet–resursuna əsasən, videoda dekabr ayında Volqoqrad şəhərində törədilmiş terror aktlarına görə məsuliyyəti "Ənsar əl-Sünnə" adlı islamçı qruplaşma üzərinə götürüb. Bu qrupun üzvləri bəyan edib ki, Volqoqrad partlayışlarını Süleyman və Əbdürrəhman adlı şəxslər həyata keçiriblər.

 Rusiya hüquq-mühafizə orqanları bu məlumata hələlik münasibət bildirməyiblər.Bazar günü internetdə dərç edilmiş videoda çıxış edən iki şəxs Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Rusiya Dövlət başçısı və Olimpiada qonaqlarına Soçidə "hədiyyə hazırladıqlarını" bildiriblər.

Bazar ertəsi günü Dövlət Dumasının deputatı Mixail Markelov Rusiya Baş prokurorluğuna müraciət edərək “Vilayət Dağıstan” saytı ilə bağlı resurslara istifadəçi çıxışını məhdudlaşdırmağa çağırıb.

"Hədələr ciddidir"
ABŞ konqresmenləri bu arada Soçi Olimpiadasında təhlükəsizlik məsələlərilə bağlı narahtlıq bildirirlər.
"Bu hədələr ciddidir. Onlar hücumlara çağırış səsləndirirlər. Düşünürəm ki, buna cəhd edilməsi hallarının şahidi olacayıq", ABC telekanalına müsahibəsində Konqresin namyəndələr palatasının Milli Təhlükəsizlik komitəsinin rəhbəri respublikaçı Michael McCaul deyib.Onun təbirincə, Rusiya rəsmiləri bu qəbildən olan hədələrə bütün ciddiliyilə yanaşırlar.

Konqresmenin təbirincə Olimpiada zamanı Soçidə 20-dən çox FBİ agenti olacaq.

Onun qənaətincə, təhlükəsizlik məsələlərində Rusiya və ABŞ daha səmərəli əməkdaşlıq edə bilərdilər. Konqresmen eləcə də, Soçidə fövqəladə vəziyyətin yaranacağı halda evakuasiya və hərəkət planları barədə daha geniş məlumata malik olması arzusunda olduğunu vurğulayıb.



"Ənsar əl-sünnə" radikal islamçı qruplaşması 2013-cü ilin dekabr ayının sonlarında Volqoqradda törədilən iki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.



2014-cü il yanvarın 19-da internetdə yerləşdirilən videoçarxda əllərində avtomat silah tutmuş və özlərini Süleyman və Əbdürrəhman adlandıran iki gənc nümayiş olunub. İddia edilir ki, məhz onlar intiharçı-terrorçular olublar.

Ekstremistlər, həmçinin Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı da hücum edəcəkləri ilə hədələyiblər.

2003-cü ilin sentyabrında yaradılan "Ənsar əl-sünnə" İraqın şimalında və mərkəzində yerləşir. Onun Volqoraddakı terror aktları ilə heç bir əlaqəsinin olmadığı da istisna edilmir.

İran uranın zənginləşdirilməsini dayandırıb

alt

2013-cü il noyabrın 24 Cenevrədə İranla «altılıq» ölkələri arasında ələ edilən razılığa əsasən, Tehran hakimiyyəti Fordo və Nətənzdəki sentrifuqaları kaskadlarını bağlayıb.

Bu xəbəri İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki təmsilçisi Bəhruz Kamalvənd verib.

Məmur bildirib ki, əldə edilən razılaşmaya əsasən, İran bundan sonra uranı 20 faizədək deyil, yalnız 5 faizədək zənginləşdirəcək.

Qeyd etmək lazımdır ki, Tehran hakimiyyəti götürdüyü öhdəliyə görə 20 faizədək zənginləşdirdiyi uran ehtiyatını da məhv edəcək.

Bu sayaq öhdəliklərə əməl edəcəyi halda İran hakimiyyətinə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılacaq. 

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Gürcüstanda 20Yanvar faciəsində şəhid olanların ailələrinə baş çəkiblər

altXalqın qürur və məğrurluq gününə çevrilmiş 20 Yanvarda Gürcüstandan 6 nəfər soydaşımız şəhid olub. Hər il olduğu kimi, faciənin 24-cü ildönümü ərəfəsində də bütün şəhidlərin, o cümlədən gürcüstanlı şəhidlərin də əziz xatirəsi yad olunub.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları ölkənin Kvemo Kartli-Borçalı, Kaxeti bölgələrindən olan şəhid ailələrinə baş çəkib, onların kədərini bölüşüblər.

Görüşlərdə şəhid ailələrinə Azərbaycan dövlətinin başçısının diqqət və qayğısı xüsusi vurğulanıb və onlara Azərbaycan hökuməti adından maddi yardım göstərilib.

Səfir Azər Hüseyn Marneuli rayonundakı Kirəc Muğanlı kənd sakini, 20 Yanvar hadisələrində şəhid olmuş Vəfadar Eminovun ata yurduna baş çəkib, şəhidin qardaşı, qohumları, kənd ziyalıları ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Diplomat iştirakçılara 20 Yanvar faciəsinin səbəbləri, imperiyanın məqsədi, xain qonşularımız olan ermənilərin fitnəsi və s. barədə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycanın ağır günlərində, həmişə olduğu kimi, yenə də ulu öndər Heydər Əliyev həyatını təhlükədə qoyaraq bu faciənin mahiyyətini açıqladı, dünyaya bəyan etdi və nəhayət hadisəyə siyasi-hüquqi qiymət verilməsinə nail olub.

Diplomat diqqəti Azərbaycan həqiqətlərinin getdikcə bütün maneələri aşmasına, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində ölkə diplomatiyasının qazandığı uğurlara yönəldib .

Sonra Azər Hüseyn sakinləri maraqlandıran sualları cavablandırıb, kənd məktəbinə baş çəkib.

Şəhidin qardaşı Etibar Eminov  qeyd edib ki, qardaş itkisini heç kəsə arzulamıram, ancaq təəssüf ki, azadlıq, Vətən torpağının bütövlüyü itkisiz əldə olunmur. Qardaşım Vəfadar Vətən şəhididir, o, bütün şəhidlərimiz kimi müstəqilliyimiz yolunda canını qurban vermişdir. Biz onunla fəxr edirik.

Azərbaycan dövlətinin başçısına, Azərbaycanın Gürcüstandakı səfirliyinə daimi diqqət və qayğıya görə ailəmiz adından minnətdaram. Həm kədərli, həm də vüqar dolu bu günümüzdə bizimlə birgə olanlara təşəkkür edirəm.

Gürcüstan azərbaycanlılarının yaşadıqları əksər bölgələrdə şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, ehsanlar verilir, dualar oxunur.

Bəşər Əsəd prezident seçkilərində iştirak edəcək

alt

Suriya Prezidenti Bəşər Əsəd bəyan edib ki, çox güman ki, cari ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Dalga tv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, Əsəd yanvarın 22-nə planlaşdırılan Suriya üzrə beynəlxalq konfrans ərəfəsində deyib: "Hesab edirəm ki, heç nə öz namizədliyimi irəli sürməyimə mane ola bilməz. İctimai rəy mənim tərəfimdə olarsa, mən bir dəqiqə də tərəddüd etməyəcəyəm. Demək olar ki, seçkilərdə iştirak edəcəyim ehtimalı çox yüksəkdir".

İsveçrənin Montre şəhərində keçiriləcək konfransda müzakirə olunacaq əsas məsələlərdən biri müxalifətin, eləcə də onun xaricdə yaşayan üzvlərinin iştirakı ilə Suriyada keçid hökumətinin formalaşdırılmasıdır.

Əsəd özü xaricdəki müxalifətin keçid administrasiyasının tərkibinə daxil edilməsi barədə təklifi "zarafat" adlandırıb: "Onlar ...30 dəqiqəlik fotosessiya üçün sərhədi keçəcəklər, sonra isə qaçacaqlar. Onlar necə nazir ola bilərlər? Bu təklif tamamilə qeyri-realdır, amma ona gülməli zarafat kimi baxmaq olar".

Saytda Axtarış

ახალი ამბები