Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2043
DünənDünən4905
Bu həftəBu həftə24828
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8481427

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədə jurnalistlər etiraz aksiyası keçirib

altTürkiyənin İstanbul şəhərində jurnalistlərdən ibarət bir qrup etiraz aksiyası keçirib.

Dalgatv-nin  Anspress-ə istinadən verdiyi xəbərə görə, 200-dən çox jurnalist əvvəllər aparıcı qəzetlərin redaksiyalarının yerləşdiyi tarixi məhəllədə bir araya gəliblər. Nümayiş iştirakçıları senzuraya və hökumətin kütləvi-informasiya vasitələrinə qarşı təzyiqinə etiraz etdiklərini bəyan ediblər.

Jurnalist, Dəniz Hakan: “Hökumət kütləvi-informasiya vasitələrini onların rəhbərləri və ya onlara yaxın olan jurnalistlər vasitəsilə idarə etməyə çalışır. Biz bundan təngə gəlmişik, ona görə də buradayıq.”

Nümayişçilər İstanbul valisinin iqamətgahına yürüş etdikdən sonra orada bəyannamə oxuyublar.

Jurnalistlərin etirazları Türkiyənin Baş naziri Recep Tayyib Erdoğanın intiernet üzərində qoyduğu bir sıra məhdudiyyətlərində əsas rol oynadığı bildirilir.

Həmçinin,Recep Tayyib Erdoğanın “Habertürk” telekanalının rəhbəri ilə danışığını əks etdirən audioyazı da yayılıb. Həmin audioyazıda Erdoğan adıçəkilən telekanalda müxalifət liderinin çıxışının yayımlanmasından dolayı narazılığını bildirir. Telekanalın rəhbəri isə tədbir görəcəyini deyir və bundan sonra müxalifət liderinin çıxışının yayımlanması dayandırılır.

Avropa Birliyi ölkələri ABŞ-a qarşı birləşir

altAvropa Birliyi ABŞ-ın nəzarəti altında olan internet şəbəkəsinə qarşı mərkəzi Avropada yerləşən internet resurslarının yaradılmasını planlaşdırır.

Dalgatv-nin Anspress-ə istinadən verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel Fransaya səfəri zamanı bu məsələni gündəmə gətirəcəyini deyib.
“Fransalı həmkarlarımla yüksək səviyyəli məlumatların necə qorunmasını müzakirə edəcəyik. Bunun üçün birinci növbədə Avropada yerləşən texnologiya şirkətləri ilə danışıqlar aparacağıq”, - deyə A.Merkel bildirib.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland ötən həftə Vaşinqtona səfəri zamanı Avropada ABŞ kəşfiyyatına qarşı internet resurslarının yaradılması fikrini dəstəklədiyini bildirmişdi.

Gürcüstanın sabiq baş nazirinə 5 illik həbs cəzası verilib

altGürcüstanın sabiq baş naziri Vano Merabişviliyə 5 il müddətinə həbs cəzası verilib.


APA-nın “Georgia Online” portalına istinadən verdiyi məlumata görə, bu qərarı bu gün Kutaisi şəhər məhkəməsinin hakimi Natiya Barbakadze elan edib.

Qeyd edək ki, V.Merabişvili seçicilərin pulla ələ alınması, dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə Kvariati kəndində bağ evinin mənimsənilməsində ittiham olunurdu.  

Putin Alina Kabayeva ilə eşqini etiraf etdi

alt

Boşanmış Rusiya prezidenti Vladimir Putin nişan üzüyü taxıb. Prezidentin üzüklü kadrlarını "LifeNews" paylaşıb.

Kadrların Misirin müdafiə naziri Abdelfəttah as-Sisi ilə görüşü zamanı çəkildiyi iddia edilib.

Maraqlısı odur ki, bir müddət sonra "LifeNews" bu fotonu silib və onun arxiv kadrı olduğunu yazıb. Lakin fotoda olan yerin interyeri və Putinin qalstuku Kremlin görüş barədə yaydığı video ilə uyğundur.

Qeyd edək ki, Vladimir Putin 2013-cü ilin iyun ayında həyat yoldaşından ayrılıb. O zamandan şəxsi həyatı barədə heç bir ictimai məlumat yayılmayıb. Maraqlısı isə odur ki, bu ərəfədə uzun müddətdir Putinlə bir yerdə olduğu iddia edilən idmançı Alina Kabayevanın da barmağında üzüklə fotosu yayılıb. (anspress)

Amerikalı senator Obamanı məhkəməyə verib

altSenator Rend Pol ABŞ Prezidenti Barak Obamanı vətəndaşların telefon zəngləri haqqında məlumatın toplanması zamanı qanun pozuntularına görə ittiham edərək məhkəməyə verib. Cavabdehlər kimi iddiada ABŞ milli kəşfiyyatının rəhbəri Ceyms Klepper, eləcə də Milli Təhlükəsizlik Agentliyinin direktoru Keyt Aleksanderi və FTB-nin rəhbəri Komi Ceymsin adları da yer alıb.

Dalgatv Trend-ə istinadən verdiyi xəbərə görə, iddiada göstərilir ki, "2006-cı ildən qüvvədən olan telekommunikasiya şirkətlərinin müştərilərinin şəxsi məlumatlarının toplanması haqqında proqram ABŞ Konstitutsiyasına dördüncü düzəlişi pozur".

Rend Pol bəyan edib: "Bu işin ABŞ Ali Məhkəməsinə qədər gedib çıxacağını gözləyirəm və qabaqcadan deyirəm ki, Amerika xalqı qalib gələcək".

Şikayətçinin iddiasına görə, onun əsas məqsədlərindən biri ABŞ-ın ali məhkəmə instansiyası tərəfindən dördüncü düzəlişin mənasının müasir izahının verilməsidir. Senator əmindir ki, "nəticədə Ali məhkəmə dördüncü düzəlişin nə demək olduğunu müəyyən edəcək".

Ben Ladenin cəsədinin fotolarını yaymaq qadağan edildi

alt

“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsame Bin Ladenin məhv edilməsində iştirak edən Amerika xüsusi təyinatlılarına əməliyyat zamanı çəkilən fotoları məhv etmək tapşırılıb.


 Dalgatv.ge Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir əmri admiral Ulyam Makreyven verib.

Admiral məktubunda tələb edib ki, əməliyyat zamanı çəkilən fotolar Mərkəzi Kəşfiyyat İdarəsinə təhvil verilsin və ya məhv edilsin.

Tapşırıq Ben Laden öldürüldükdən 11 gün sonra verilsə də zaman-zaman bu fotolar yayılıb. Prezident Barak Obama tettor təşkilatı rəhbərinin öldürülməsindən sonra onun ölümünü təsdiqləmək üçün bir fotonun yayılmasının mümkünlüyünü bildirmişdi.

Ancaq sonradan bu təklif icra olunmadı. Daha sonralar bəzi Konqres üzvləri cəsədin şəklini nümayiş etdirdilər. Həmin fotoların əməliyyatda iştirak xüsusi təyinatlılardan əldə edildiyi ehtimal edilir. Ben Ladenin cəsədinin fotolarının yayılmasının radikalizmin artmasına səbəb olduğu iddia edilir.

İranda şair edam edildi

İranda ərəb əsilli şair Həşim Şabani “Allahın düşməni” olduğu və milli təhlükəsizliyi təhdid etmə suçuyla edam edilib.

“Axar.az” İran mətbuatına istinadən xəbər verir ki, 2011-ci ilin mart ayından “Allahın düşməni” ittihamı ilə həbs olunan Şabani həbsdə etnik ərəblərə xas davranışlar sərgiləyib. İslam İnqilab Məhkəməsi Şabani ilə bərabər 13 nəfəri keçən ilin iyul ayında “Allaha qarşı müharibə etmək” və “əxlaqsızlıq yaymaq”da suçlu bilərək hökm vermişdi. İranlı insan hüquqları müdafiəçilərinə görə Şabani və Hadi Rəşidi adlı bir şəxs 27 yanvar tarixində həbsxanada edam edilib.

32 yaşındakı Şabani Dialoq İnstitutunun qurucusu olaraq tanınırdı. Və ərəbcə, farsca olan şeirləri ilə məşhur idi. 2012-ci ildə İranın dövlətinin nəzarətində olan “Press” TV-yə çıxan Şabani ayrı-seçkilik terrorunu dəstəklədiyini etiraf etmişdi.Xatırladaq ki, Həsən Ruhani hakimiyyətə gəldiyi gündən indiyə kimi 300 nəfər edam edilib.

alt

Almaniya gözəlini seçib

Almaniyada "Miss Germany Corporation" (MGC) gözəllik yarışmasının finalı keçirilib.

altDalgatv-nin Axsam.az-a istinadən verdiyi xəbərə görə, Frayburq şəhərində baş tutan tədbirdə 24 gözəl 17 nəfərlik münsiflər heyətinin qarşısına çıxıb. 280 xal toplayan Vivien Konka hamını geridə qoyaraq Almaniya gözəli seçilib. Ötən ilin qalibi Karolin Noedinq tacını Vivienə təhvil verib. İkinci və üçüncü yerləri müvafiq olaraq, Ketrin Leers və Evelin Konrad tutub.

Viviven Konka MGC ilə bir illik tanıtım müqaviləsi imzalayıb. O, "Reno" markalı avtomobil, Xorvatiyada bir həftəlik istirahət və digər hədiyyələr qazanıb.

"ABŞ İrandakı rejimi devriltmək istəyir"

altABŞ İrandakı rejimi devriltmək istəyir, lakin bunu edə bilmir.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xamneyi ötən gün Tehranda İslam İnqilabının 35-ci ildönümü ilə bağlı çıxışı zamanı deyib.

“Amerikalılar rəsmi şəkildə bəyan edirlər ki, onlar İrandakı rejimi dəyişməyə çalışmırlar. Bu yalandır. Onlar bunu edə bilsəydilər, tərəddüdsüz edərdilər”, deyə o bildirib.Ali dini liderin sözlərinə görə, İran ABŞ-a münasibətdə ona görə düşmən mövqe tutub ki, Vaşinqton həmişə digər ölkələrə nəzarət etmək və onların daxili işlərinə müdaxilə etməyə çalışır.

Əli Xamneyi qeyd edib ki, İran özünü qorumaq üçün taktikasını dəyişməlidir, lakin, eyni zamanda da öz əsas dəyərlərini  qoruyub saxlamalıdır.

Türkiyədə 3 əsgər öldü, 18 nəfər yaralandı

alt

Türkiyənin Van əyalətində ağır yol qəza hadisəsi baş verib.Dalğa TV-in Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, fevralın 8-nə keçən gecə Van bölgəsinin İran sərhədində yerləşən Karahisar kəndi yaxınlığında əsgərləri daşıyan hərbi avtomobil yolun buzlu olması səbəbindən aşaraq uçuruma yuvarlanıb. Nəticədə 3 əsgər ölüb, 18-i yaralanıb.

Boliviyada təbii fəlakət: 40 insan öldü

alt

Boliviyada yağan yağışlar sel daşqınlarına səbəb olub. Dalğa TV-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, seldən ən böyük zərər ölkənin paytaxtına dəyib. Sel daşqınları 40-a yaxın insanın ölümünə səbəb olub.  Xeyli sayda insan evsiz qalıb. Xilasedicilər əhalini təhlükəli bölgələrdən təxliyə etməyə başlayıblar.

Qeyd edək ki, təbii fəlakət aqrar sahəyə də təsirsiz ötüşməyib. Belə ki, sel daşqınlarından 100 mindən çox heyvan və 6 min hektar əkin sahəsi zərər çəkib.

İlham Əliyev Soçidə təşkil olunan rəsmi qəbulda

altFevralın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Soçiyə gələn yüksək səviyyəli qonaqların şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin qəbulda nitq söyləyib.

Saytda Axtarış

ახალი ამბები