Dalga Televiziyasi Türkiyədə jurnalistlər etiraz aksiyası keçirib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün447
DünənDünən3048
Bu həftəBu həftə6548
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463147

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədə jurnalistlər etiraz aksiyası keçirib

altTürkiyənin İstanbul şəhərində jurnalistlərdən ibarət bir qrup etiraz aksiyası keçirib.

Dalgatv-nin  Anspress-ə istinadən verdiyi xəbərə görə, 200-dən çox jurnalist əvvəllər aparıcı qəzetlərin redaksiyalarının yerləşdiyi tarixi məhəllədə bir araya gəliblər. Nümayiş iştirakçıları senzuraya və hökumətin kütləvi-informasiya vasitələrinə qarşı təzyiqinə etiraz etdiklərini bəyan ediblər.

Jurnalist, Dəniz Hakan: “Hökumət kütləvi-informasiya vasitələrini onların rəhbərləri və ya onlara yaxın olan jurnalistlər vasitəsilə idarə etməyə çalışır. Biz bundan təngə gəlmişik, ona görə də buradayıq.”

Nümayişçilər İstanbul valisinin iqamətgahına yürüş etdikdən sonra orada bəyannamə oxuyublar.

Jurnalistlərin etirazları Türkiyənin Baş naziri Recep Tayyib Erdoğanın intiernet üzərində qoyduğu bir sıra məhdudiyyətlərində əsas rol oynadığı bildirilir.

Həmçinin,Recep Tayyib Erdoğanın “Habertürk” telekanalının rəhbəri ilə danışığını əks etdirən audioyazı da yayılıb. Həmin audioyazıda Erdoğan adıçəkilən telekanalda müxalifət liderinin çıxışının yayımlanmasından dolayı narazılığını bildirir. Telekanalın rəhbəri isə tədbir görəcəyini deyir və bundan sonra müxalifət liderinin çıxışının yayımlanması dayandırılır.

Saytda Axtarış

ახალი ამბები