Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2046
DünənDünən4905
Bu həftəBu həftə24831
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8481430

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Nəhayət ki , uçan maşın istehsal olundu

alt

Slovakialı adam uşaqlıq arzusunu olan uçan maşını istehsal edə bilib.
Dalğatv-nin aldığı məlumata görə , bu maşın çox sadə materiallardan hazırlanıb və özünəməxsus görüntüsü var. Maşın artıq şəhərmərkəzində və şosedə sınaqdan keçirilib. Bu maşının sürəti saatda 130 km-ə qədər qalxa bilir.
  Maşının  uçan maşına dönüşməsi saniyələr alır. Bu ixtiranın aeroport olmayan yerlərdə vəya aeraporta insan daşıma kimi funksiyalarda istifadə olunması planlaşdırılır.
 Slovakialının ixtira etdiyi bu maşının sonuncu modeli gələn il satışa çıxacaq və müştərilərə də satılması planlaşdırılır.

Fillər Futbol oynadı

 
alt 

Fillər və onların sürücülərinin futbol oyunu Nepalda çox məşhurdur. Bu tədbir hər ildə bir dəfə olmaq üzərə yerli və xarici turistlərin axını ilə müşahidə olunur.  Bu il keçirilən tədbirdə hesabı ən kiçik yaşlı fil açmışdır.
  Dalğatv-nin aldığı məlumata görə , Nepalda təxminən 300-ə yaxın fil var.Onların 100-ə qədəri əhliləşdirilmişdir. Əhliləşdirilmiş fillər hotellərdə və zooparklarda istifadə olunur. Nepaldakı fillər məhkəmə tərəfindən qorunur. Əgər kim isə fillərə zərər verərsə onu 15 ilə qədər həbs gözləyir.

Gürcüstanda Saakaşvili dönəmində “qanuni oğru”lara qarşı qəbul edilən qanun dəyişdirilməyəcək

altGürcüstanda Saakaşvili dönəmində “qanuni oğru”lara qarşı qəbul edilən qanun dəyişdirilməyəcək.

APA - nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bunu hökumətin toplantısından öncə jurnalistlərin suallarını cavablandıran baş nazir İrakli Qaribaşvili deyib.

Qeyd edək ki, “Gürcü arzusu” koalisiyasına daxil olan bəzi siyasətçilər zaman-zaman “qanuni oğrulara” qarşı mübarizəni nəzərdə tutan qanunun yenidən nəzərdən keçirilməsinin vacibliyini önə çəkib. Hakimiyyət dəyişikliyindən sonra həmin qanuna düzəlişlərin ediləcyi gözlənilsə də, hələlik bu baş verməyib.

Parlamentdə “Gürcü arzusu”nun liderlərindən biri olan, Hüquq məsələləri komitəsinin sədri Vaxtanq Xmaladze bu gün keçirdiyi brifinqdə bildirib ki, Cinayət Məcəlləsinin “oğru dünyası”na mənsubiyyət haqda maddəsinə yenidən baxılmalıdır.

“Bu qanun xoşuma gəlmir. Vaxtilə o qəbul ediləndə, öz fikrimi bildirmişdim. Cinayət əməlinə qiymət dəqiq olmalıdır. Dəqiq müəyyən olunmalıdır ki, “qanuni oğru” və “oğru mentaliteti” anlayışları nədir. Məsələn, deyək ki, mənim oğrulardan və oğrular arasındakı münasibətlərindən xoşum gəlir. Buna görə məni həbsxanaya atmaq olmaz”, - deyə o vurğulayıb.

Hong Kong restoranından Guinness rekordu

altHong Kongda restoranlardan biri yaranmasının 10-cu ildönümü tədbirində maraqlı bir işə imza atıb.

37metrəlik yerdə 20 647 ədəd suşi istifadə olunaraq mozayka yaradan restoran Guinness rekordunu qırmağı bacarıb. Rekord üçün hazırlanan suşilər sonra tədbirdə iştirak edənlərə paylanılıb.

Argentina paytaxtının dəyişdirilməsi təklif olunur

 

alt

Argentina Konqresinin millət vəkili Julian Dominguez, təbii zənginliklərin istehsala qatılmasını təmin etmək üçün paytaxtın şimal əyalətlərindən birinə köçürülməsini təklif edib.

Dominguez verdiyi açıqlamada: ''Argentinanı yenidən düşünməyin vaxtı gəlib'' bildirib.

Üzümüzü geniş və məhsuldar torpaqları olan şimala çevirməliyik deyən Dominguez: ''Paytaxt Buenos Aires qalacaq yoxsa şimaldan yer seçəcəyik bilmirəm'' söyləyib.

36 ölkə “Eurovision 2014” mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib

alt36 ölkənin ictimai yayımçıları “Eurovision 2014” mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib.


Bu barədə APA müsabiqənin rəsmi saytına istinadən məlumat verir.

Mayın 6-da Danimarkada keçiriləcək sayca 59-cu “Eurovision” müsabiqəsində Azərbaycan, Albaniya, Belarus, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və Ermənistan iştirak edəcək.

Xatırladaq ki, müəyyən maliyyə sıxıntıları üzündən 12 ölkə mahnı müsabiqəsində iştirakdan imtina edib. Öncə Xorvatiya, Slovakiya, Çexiya, Lyuksemburq, sonra isə Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, Monako, Mərakeş, Kipr və Türkiyə “Eurovision”da iştirak edə bilməyəcəyi haqda müsabiqə təşkilatçılarını məlumatlandırıb.

Mahnı müsabiqəsinin direktoru Yan Ola Sand bu il müsabiqəyə Polşa və Portuqaliyanın qayıtdığını bildirib.

Qeyd edək ki, 2014-cü ildə iştirakçıların sayının azlığına görə “Eurovision” tarixində antirekorda imza atılıb.

Gürcüstan prezidenti yanvarın 20-də Türkiyəyə rəsmi səfərə gedəcək

altGürcüstan prezidenti Georgi Marqvelaşvili yanvarın 20-də Türkiyəyə rəsmi səfərə gedəcək.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan prezidentinin administrasıyası xəbər yayıb.

G.Marqvelaşvilinin Ankarada prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşləri nəzərdə tutulur.

Leonardo DiCaprio ölümlə üzləşib

altLeonardo DiCaprio "Blood Diamond" filmini çəkdiyi dövrdə çəkilişlər arası fasilədə qəfəsli dalğıcla okeana baş vurduğunu və bir köpəkbalığının qəfəsi qıraraq yarıya qədər içəriyə girdiyini deyib. Qorunmaq üçün qəfəsin döşəməsinə sıxılan aktyor: "Köpəkbalığı bir neçə dəfə məni dişləməyə çalışdı, amma xilas oldum" deyib.  Köpəkbalığının qəfəsə yaxınlaşma səbəbinin isə qəfəsin girişində ilişib qalan balıq olduğunu söyləyib.

Niaqara şəlaləsi dondu

alt

Amerika Birləşmiş Ştatlarını öz cənginə alan "qütb dəliyi" soyuq cərəyanının təsiri nəticəsində hökm sürən şaxta məşhur Niaqara şəlaləsinin də donmasına səbəb olub.

Məlumata görə, şəlalənin yerləşdiyi ABŞ-Kanada sərhədində 18 dərəcə şaxta müşahidə edilir. Bu temperaturda Niaqara şəlaləsinin böyük bir hissəsinin donması ortaya maraqlı görüntülər çıxarıb.

Sonuncu dəfə 1936-cı ildə Niaqara şəlaləsi tamamilə donmuş, yerli sakinlər bu nadir hadisəni görmək üçün bölgəyə axın etmişdilər.

Avropa Birliyindən Türkiyəyə sərt tələb

Türkiyədən “bir sıra rəhbərlər” tərəfindən pozuntular və korrupsiyaya yol verilməsi barədə açıqlamaları təhqiq etmək istənib

alt

Avropa Birliyi (AB) Türkiyədə polislərin kütləvi işdən çıxarılması ilə bağlı narahatlıq bildirib. 

Avropa Komissiyasının rəsmi təmsilçisi Olivye Bayi AB-yə namizəd ölkə kimi Türkiyədən “bir sıra rəhbərlər” tərəfindən pozuntular və korrupsiyaya yol verilməsi barədə açıqlamaları təhqiq etməyi tələb edib. 

Bir az öncə Ankarada 350 polisi işdən çıxarıblar. Korrupsiya qalmaqalı fonunda 16 vilayətin polis rəisləri işdən çıxarılıb. 

Rusiyada qatarda partlayış baş verib

alt

Rusiyanın Stavropol diyarının Yessentuki şəhərində elektrik qatarında partlayış olub.

 

Rusiya mətbuatı bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər. Amma hadisənin təfərrüatları açıqlanmayıb.

Bu gün səhər tezdən həm də bildirilib ki, Stavropolda içində cəsədlər olan üç avtomobil aşkarlanıb - onların yanında bomba partlayıb.

Sürücüsüz hərəkət edən avtomobil icad ediblər

alt

“2014 International CES” sərgisində Fransanın “Induct” şirkəti sürücüsüz hərəkət edən avtomobilin kommersiya modelini təqdim edib. 2014-cü ildə ABŞ və Avropada adı çəkilən maşının satışlarına başlanılacaq.

“Navia” avtomobili hələ ki küçədə hərəkət üçün tam hazır deyil, lakin o, salonunda 10 insan daşımaqla zavod, mehmanxana, kampus və korporasiyaların bağlı ərazilərində avtonom avtobus rolunu yerinə yetirə bilər. Avtomobilinin sürət həddi hələ ki 20 kilometr/saat təşkil edir.

Sözügedən avtomobil elektriklə işləyir və simsiz enerjidoldurma sisteminə malikdir. Belə ki, avtomobil gün ərzində insanları daşıyır və axşam isə özü enerjidoldurma yerinə yaxınlaşır.

“Induct” şirkətinin yaradıcısı Piter Lefevr deyib ki, “Navia” avtomobili hazırda  İsveçrə, Böyük Britaniya və Sinqapur kampuslarında sınaqdan keçirilir. Lefevr, həmçinin deyib ki, “Navia” aeroport, alış-veriş mərkəzləri, qoruq və qolf meydançalarında insanların daşınması vasitəsi kimi istifadə olunacaq.

Saytda Axtarış

ახალი ამბები