Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2137
DünənDünən4905
Bu həftəBu həftə24922
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8481521

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənistanda etiraz aksiyası keçirilib

altErmənistanda Gömrük İttifaqına qarşı etiraz aksiyası keçirilib.

Dalgatv-nin  Anspress-ə istinadla verdiyi məlumata görə, mitinqin təşkilatçısı Milli Müqəddarat İttifaqı sədri Paruyr Ayrikyan olub. Ermənistan prezidentliyinə keçmiş namizədin təşkil etdiyi aksiya paytaxt İrəvanın mərkəzində olub. Gömrük İttifaqına daxil olmağa etiraz edən onlarla insan meydana çıxıb.

Toplananlar qarşısında çıxış edən Ayrikyan qeyd edib ki, ölkədə prioritet problem sülhün təminatı ilə bağlıdır. Onun sözlərinə görə, Ermənistanı tam müstəqil dövlət adlandırmaq olmaz: "Dövlət o zaman müstəqil sayılır ki, öz elmi, dini və mənəvi dətərlərini özü idarə edəndə müstəqil və suverin sayılır. Bu Ermənistanda müşahidə edilmir".

Türkiyədə sərnişin təyyarəsini Soçiyə qaçırmağa cəhd olub

Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsini qaçırmağa cəhd olub. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 110 nəfər sərnişinin və ekipaj üzvlərinin içində olduğu təyyarədəki sərnişinlərdən biri üstündə bomba olduğunu deyib və təyyarənin Soçiyə istiqamətlənməsini tələb edib.

alt

Pilot təyyarəni İstanbulun Sabiha Gökçən Hava Limanına endirib.

Lakin hələ də üstündə bomba olduğunu deyən şəxs və sərnişinlər təyyarənin içindədir. 

Türkiyənin “Pegasus” şirkətinə məxsus olan təyyarəni bomba ilə təhdid edən şəxsin ukraynalı olduğu bildirilir.

Məlumata görə, sərnişinin bu hərəkətindən sonra pilotun mərkəzə verdiyi siqnalla Balıkesirdəki F-16 döyüş təyyarəsi havaya qaldırılıb.

Türkiyənin Nəqliyyat Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Xarkov- Sabiha Gökçen reysini həyata keçirən və “Pegasus” şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarə sərnişinlərdən birinin bomba təhdidindən sonra təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirilib.

Nazirlik bildirib ki, təyyarə ətrafında təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, bu gün Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.

Ərdoğan mühafizəçilərini işdən qovdu

alt

17 dekabr rüşvət və korrupsiya əməliyyatından sonra vəzifəli şəxslərin və polislərin iş yerlərinin dəyişdirilməsi prosesi davam edir. Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın yaxın mühafizəçiləri işdən çıxarılıb.

Bu dəfə işdən çıxarılanlar arasında Baş Nazirliyin mühafizə işçiləri də var.

Belə ki, 23 polisin iş yeri dəyişdirilib. Eləcə də baş nazir R.T.Ərdoğanın yaxın mühafizəçiləri də işdən çıxarılıb və başqa yerə təyin ediliblər.

Qarlı-şaxtalı hava Gürcüstanın bir sıra yollarında nəqliyyatın hərəkətini məhdudlaşdırıb

alt

Qarlı-şaxtalı hava şəraiti səbəbindən Gürcüstanın avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bunu Trend-ə Gürcüstan İqtisadiyyat Nazirliyinin Avtomobil yolları departamentindən bildiriblər.

Məlumata görə, Vaziani-Qombori-Telavi şosesinin Sasadilo-Telavi sahəsində qoşqulu nəqliyyat vasitələri və 30-dan artıq sərnişin tutumu olan avtobusların hərəkəti məhdudlaşdırılıb.

Departamentdən deyiblər ki, Vaziani-Şuamta şosesi sahəsində yalnız xüsusi sürüşmə əleyhinə zəncirlərdən istifadə etməklə nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Zuqdidi-Cvari-Mestiya-Lasdili şosesinin Laxamula-Kala sahəsində də qoşqulu nəqliyyat vastələrinin və 30-dan artıq sərnişin tutumu olan avtobusların hərəkəti məhdudlaşdırılıb.

Bununla belə, Mestiya-Kala sahəsində sürüşmə əleyhinə zəncirlərdən istifadə etməklə hərəkətə icazə verilir.

Departamentdən bildiriblər ki, Qudauri-Kobi sahəsində avtomobillərin hərəkəti qar uçqunundan qorunmaq üçün tikilmiş xüsusi tunellər vasitəsilə həyata keçirilir. Bununla belə, tunellərdə yalnız qoşqulu nəqliyyat vasitələri və avtobusların birtərəfli hərəkətinə icazə verilir.

Pakistanın sabiq prezidentini yenidən həbs gözləyir

altPakistan məhkəməsi Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin həbsi üçün daha bir order verərək, müalicə üçün xaricə yollanmağa icazə verməyib.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, Pərviz Müşərrəf yanvarın əvvəlində xəstəxanaya yerləşdirilib.

İttihamçı tərəf iddia edir ki, Müşərrəfin səhhəti məhkəmə iclasında iştirak etməyə imkan verir.

Sabiq prezident 2007-ci ildə ölkədə qanunsuz olaraq fövqəladə vəziyyət rejimi elan etdiyinə görə dövlətə xəyanət maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, yanvarın 2-də İslamabadda dövlətə xəyanət ittihamı üzrə keçirilən prosesdə məhkəmə qarşısına çıxmalı olan generalın səhhəti qəfildən pisləşib. Məhkəməyə aparılarkən yolda ürəyində ağrılar hiss edən P.Müşərrəf xəstəxanaya yerləşdirilib.

Yanukoviç etirazçıları əfv etdi

altUkrayna Prezidenti Viktor Yanukoviç etiraz aksiyalarının iştirakçılarının əfv edilməsi barədə qanunu imzalayıb.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə qanun iğtişaşlar zamanı ağır cinayət törətmiş aksiya iştirakçılarından başqa, bütün etirazçıların əfv edilməsini nəzərdə tutur. Sənədə əsasən, etirazçılar 15 gün ərzində paytaxt Kiyevdə və regionlarda zəbt etdikləri inzibati binaları boşaltmalıdırlar.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

“Cenevrə-2” konfransı başlanandan Suriyada ölənlərin sayı

alt“Cenevrə-2” sülh konfransı başlayandan bu günədək Suriyada 1 900 nəfər ölüb. Ölənlərdən 430-u dinc sakinlərdir.

Dalgatv APA-ya istinadən xəbər verir ki, hazırda BMT və Ərəb ölkələri liqasının xüsusi nümayəndəsi Lahdar Brahimi Cenevrədə Suriya nümayəndə heyətləri ilə son görüşünü keçirir.

Danışıqlara fevralın 10-dək fasilə verildiyi bildirilir.

İranda fəhlələr etiraz aksiyası keçiriblər

altİranın Kürdistan əyalətinin Qürvə şəhərində "Zaqros" poladəritmə zavodunun işçiləri etiraz aksiyası keçirib.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə etiraz aksiyasında zavodun 200 işçisi iştirak edib və onlar Qürvə şəhər İcra Hakimiyyəti qarşısına toplaşaraq 7 aylıq əməkhaqlarını almamalarına etiraz ediblər.

Zavod rəhbərliyi fəhlələrin beş aylıq sığorta haqlarını da ödəməyib. "Zaqros" zavodunun rəhbərliyi İcra Hakimiyyətinə çağırılıb və rəhbərlik fəhlələrin problemlərinin həlli üçün işlər görəcəyinə söz verib.

Qeyd edək ki, ötən həftə də İranda iki iri müəssisənin işçiləri (Kərəc şəhəri yaxınlığında yerləşən və təkər istehsalı ilə məşğul olan "İran Tire" zavodunun 400-dən çox işçisi və Xozestan əyalətində yerləşən "Fəcr" (Fajr) neft-kimya şirkətinin 150-dən çox işçisi) etiraz aksiyaları keçirmişdilər.

AŞ PA-nın yeni sədri seçilib

altAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyasında qurumun yeni sədri seçilib.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi xəbərə görə, Lüksemburq Deputatlar Palatasının deputatı xanım An Brasör (Anne Brasseur) AŞ PA-nın yeni sədri seçilib. O, bu posta öz namizədliyini irəli sürənədək AŞ PA-da "Avropa naminə Demokratlar və Liberallar Alyansı" siyasi qrupunun sədri olub.

AŞ PA sədri yenidən bir dəfə uzatmaqla bir il müddətinə seçilir.

ABŞ-da ticarət mərkəzinə silahlı hücum: 3 nəfər həlak olub

ABŞ-da bir ticarət mərkəzinə silahlı hücum olub.
alt
Hadisə nəticəsində biri silahlı şəxs olmaqla 3 nəfər həlak olub.

Hücumun hansı məqsədlə təşkil etdiyinin hələ bilinmədiyini açıqlayan polis, hadisə nəticəsində ölənlərdən iksinin mağaza işçiləri olduğunu bildirib. Daha bir nəfər isə yaralanıb.

 

Poltava vilayət şurasının binası ələ keçirilib

altAzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna müxalifəti heç bir müqavimətə rast gəlmədən Poltava vilayət şurasının binasına daxil olublar.
Müxalifət burada Xalq Radası yaradıb.
Xalq Radasının ilk qərarı Regionlar partiyası və Ukrayna Kommunist partiyasının fəaliyyətinin qadağan edilməsi barədə olub.

Justin Bieber azadlığa buraxılıb

altNarkotik vasitələrin təsiri altında avtomobil istifadə etdiyi üçün Mayamidə saxlanılan Kanadalı pop ifaçı Justin Bieber məhkəmə qərarı ilə cərimə ödəyərək azadlığa buraxılıb.

7/24news Anadoluya istinadən xəbər verir ki, Bieber R&B ifaçısı Khalil Sharief ilə birlikdə həmin gecə maşın yarışı təşkil edib. Lakin, nəticədə polisə 2500 dollar cərimə ödəməli olub.

Saytda Axtarış

ახალი ამბები