Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2736
DünənDünən3331
Bu həftəBu həftə12168
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468767

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Məşhur amerikalı jurnalist Azərbaycandan üzr istədi

XİN məlumat yaydı.

Pulitzer mükafatının qalibi, jurnalist, “National Geographic” jurnalının əməkdaşı, ABŞ vətəndaşı Paul Salopek Azərbaycan hökumətinə məktubla müraciət edərək, adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Oxu.Az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, məktubunda P.Salopek Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib.

O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşıya bilməyəcəyini vurğulayıb.

Səfərlər əlaqədar təəssüfünü ifadə edərək, Paul Salopek Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib.

İşğal olunmuş ərazilərə qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən Paul Salopek gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

Paul Salopekin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına və qədim insanların hərəkət marşrutunun piyada səfərlə öyrənilməsinə xidmət edən “Out of Eden Walk” layihəsi çərçivəsində Azərbaycana səfərinə icazə verilib.

Roma Papası hamını təəccübləndirdi: Özü mağazaya gedib eynək aldı

İtaliya paytaxtının sakinləri və turistlər eynək almaq üçün Vatikanı tərk edib optika mağazasına gedən Roma Papası Frantsiski yaxından görmək şansı əldə ediblər.

"DalğaTV"-nin xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Roma Papası mağazaya adi maşında gəlib və orada 40 dəqiqəyə yaxın vaxt keçirib. Nəticədə yeni eynəklərdən heç birini bəyənməyən Frantsisk eynəyinin şüşəsini dəyişdirməyi və buna görə ödəniş edəcəyinə israr edib.

“Mənə yeni eynək lazım deyil, sadəcə, əvvəlki eynəyimin şüşəsini dəyişmək lazımdır, çox pul xərcləmək istəmirəm”, - KİV Roma Papasının belə dediyini yazır.

Mağazanın sahibi Alessandro Spitsia əvvəllər də Papanı eynəklə təmin edib, ancaq adətən, Vatikana özü çatdırıb.

Türkiyədən ABŞ-a - SƏRT CAVAB

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç ABŞ-ın “New York Times” qəzetində dərc olunan “ABŞ-ın Türkiyə ilə təhlükəli iş birliyi” başlıqlı məqalə ilə əlaqədar redaksiyaya etiraz məktubu göndərib.

Dalga TV-nin Publika.az-a istinadən verdiyi məlumata görə, türk səfir sözügedən məqaləyə görə ABŞ-ın Ankaradakı sabiq səfiri Eric Edelmana etirazını bildirib:

“Cənub sərhədlərimizdə təhlükə yaradan, 2003-cü ildən İraqı işğal etməklə bölgəmizdə münaqişə və təhdid ocaqları yaradanlara qarşı Türkiyə də özünün müdafiə gücünü tətbiq etməyə borcludur. ABŞ-ın sabiq səfirinin Türkiyəyə qarşı bu ittihamları isə çox ironik görünür. Bir terror təşkilatına qalib gəlmək üçün digər terror təşkilatının cinayətlərini unudaraq, onunla razılaşma imzalayanlar Türkiyəni öz əməllərinə ortaq edə bilməzlər”.

Xatırladaq ki, “New York Times” qəzetinin 2015-ci il 27 avqust tarixli sayında Birləşmiş Ştatların Ankaradakı sabiq səfiri Eric Edelmanın adından dərc olunan “ABŞ-ın Türkiyə ilə təhlükəli işbirliyi” başlıqlı məqalədə iddia olunur ki, prezident Rəcəb Tayyib Ərdoğan ölkə daxilində apardığı vətəndaş mübarizəsinin qarşısını almaq üçün “İncirlik” hərbi hava bazasını koalisiya qüvvələrinin üzünə açıb.

Məqalədə həmçinin ABŞ prezidenti Barak Obamaya Ərdoğan hökuməti ilə münasibətləri sərtləşdirmək və qarşılıqlı kəşfiyyat məlumat mübadiləsinin azaldılması çağırışları edilir.

Avropanın ən böyük məscidinin açılışı - Moskvada

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev və Fələstin lideri Mahmud Abbas Rusiyada bir araya gələcək.

Dalga TV-nin Qafqazinfo-ya istinadən məlumatına görə dövlət başçıları Moskvada Avropanın ən böyük məscidinin açılışında iştirak edəcəklər. Bu barədə məlumatı Rusiya Müftilər Birliyi nümayəndəsi Gülnur Gaziyeva yayıb. Gaziyeva üç liderin mərasimdə iştirakını təsdiq etdiyini vurğulayıb.

Açılış mərasimində müsəlman ölkələrin bir çox nümayəndələri də iştirak edəcək.

Moskva Ulu Məscidi Qurban bayramından bir gün əvvəl, yəni sentyabrın 23-də açılacaq. Açılış mərasiminə Rusiya dövlət başçısı Vladimir Putin də qatılacaq.

Məscid Moskvanın ən böyük prospektlərindən biri olan Prospekt Mirada tikilir. Məscid 19 min kvadrat metr ərazini əhatə edir.

Buraya konfrans və sərgi salonları da daxildir.

İŞİD 112 ölkədən əsgər toplayır – Azərbaycan da daxil

Türkiyə üzərindən Suriyaya keçərək İŞİD-ə qoşulanların statistikası yayılıb.

Dalga TV Publika.az-a istinadən xəbər verir ki, dünyanın 112 ölkəsindən Türkiyə vasitəsilə İŞİD-ə qoşulanların sayı 19 min 626 nəfərdir. Türkiyənin həbs edərək deportasiya etdiyi İŞİD-çilərin sayı isə 2 min 122-dir.

Ekspertlər dünyanın 112 ölkəsindən İŞİD-in əsgər toplamasını dəhşətli statistika adlandırıb. Bu terror təşkilatının gücünü nümayiş etdirir. Qeyd edək ki, 112 ölkə arasında Azərbaycanın da adı var.

Suriyalı uşağın fəryadı: “Müharibəni dayandırın” - VİDEO

Avropa qaçan miqrantları sayı gündən-günə artır.

"DalğaTV" xəbər verir ki, qaçqınların pənah gətirdikləri ölkələr onlara heç də xoş münasibət göstərmir. Gecələdikləri çadırlar yerlilər tərəfindən tez-tez hücumlara məruz qalır.

Ailəsi ilə birgə Suriyadan qaçan Kənan adlı oğlan isə Macarıstana gəlib. Onlar səfərlərini davam etdirmək üçün polisin icazəsini gözləyir. Kənan onlara göstərilən münasibətin heç də yaxşı olmadığını bildirib.

“ Siz müharibəni dayandırın, biz onsuz da gəlmərik”

 

Ölümü ilə dünyanı ağladan uşağın acı hekayəsi – FOTOLAR

Ölümü ilə dünyanı kədərə qərq edən azyaşlı Aylan və Qalib qardaşlarının həyat hekayəsi ürəkləri sızladır.

"DalğaTV" xəbər verir ki, 12 nəfərin həyatını itirdiyi Bodrumdakı gəmi qəzasında Aylan və Qalib qardaşlarının da cəsətləri var idi. Cansız bədəni sahildə tapılan Aylan və qardaşının gülümsəyən fotosu hər kəsi dərindən sarsıdıb.

Qeyd edək ki, Qalibin cansız bədəni isə bir neçə saat sonra dənizdə tapılıb. Aylan və Qalibin ailələri 5 ilə yaxındır ki, Suriyada gedən daxili müharibələr səbəbindən Avropaya mühacirət etmək istəyib.

Digər tərəfdən adıçəkilən qardaşların xoşbəxt günlərindən qalan fotosu sosial şəbəkələrdə sürətlə paylaşılıb.

 

Moskvanın “Domodedovo” hava limanında yanğın baş verib, Azərbaycana uçuşlar təxirə salınıb

Yanğın artıq söndürülüb, hava limanı fəaliyyətini tam bərpa edib

Moskvanın "Domodedovo" hava limanında yanğın baş verib.

APA-Economics”in “İnterfax”a istinadən verdiyi xəbərə görə, yanğın səbəbindən 12 daxili və 4 beynəlxalq aviareys təxirə salınıb. Bunlar Anapa (2 reys), Samara, Kazan, Sankt-Peterburq, Stavropol, Soçi, Həştərxan, Rostov, Krasnodar və Çeboksarı, o cümlədən Moldova, Monteneqro, Ukrayna və Azərbaycan istiqamətində yerinə yetirilməli olan uçuşlardır.

Məlumata görə, yanğın nəticəsində güclü tüstülənmə baş verib. İlkin ehtimallara görə, yanğının baş verməsinə səbəb tikinti materiallarının saxlanıldığı mərtəbədə olan elektrik naqillərindəki nasazlığın baş verməsidir.

Hadisə zamanı 3 mindən artıq insan təxliyyə olunub.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Son məlumatlara əsasən, yanğın söndürülüb, hava limanı fəaliyyətini bərpa edib.

Minlərlə miqrant Afinaya gəlib

Yunanıstanda hökümət miqrant problemini həll etməyə çalışdığı vaxtda minlərlə miqrant Afinaya gəlib.


4200 nəfərdən çox insanı daşıyan iki gəmi Lesbos adasını tərk edərək Pirey limanına çatıb.

Bütün Avropa İttifaqı görünməmiş miqrant sayı ilə mübarizə aparmağa çalışır.
Əksəriyyəti Orta Şərqdən olan yüzlərlə insan polisin onların Aİ ərazisində hərəkətini dayandırdıqdan sonra Macarıstanda qatar stansiyasında gözləyir.
Aİ-nin sərhəd xidməti Frontex bildirib ki, təkcə ötən həftə 23000 miqrant Yunanıstana gəlib. Bu əvvəlki həftədən 50 faiz artım deməkdir.
Bu il Yunanıstana 160 min insan gəlib, bu rəqəm də ötən ilkindən çoxdur.
Hökümət miqrantlara yardım üçün resurs çatışmazlığının olduğunu söyləsə də, yardım qrupları hökümətdən daha çox fəalliyyət tələb edir.
Çərşənbə axşamı Yunanıstan prezidenti Prokopis Pavlopoulos fransalı həmkarı Francois Hollandeyə zəng edərək ölkəsindəki vəziyyətin müzakirəsi üçün yüksək Avropa məmurlarının görüşünü istəyib.
Yunanıstanın yardım kabineti çərşənbə günü iclas keçirəcək.
Daha çox miqrantın toplaşdığı Lesbos adasında təkcə ötən həftə 17500 miqrant qeydiyyatdan keçib, Kathimerini qəzeti yazıb.
Ötən gün axşam 1749 miqrant daşıyan bir gəmi Lesbos adasından Afinanın Pirey limanına çatıb.
İşam adlı sərnişinlərdən biri Reuters agentliyinə deyib ki, "Siz bizə kömək etməlisiniz. Biz insanıq".
Daha 2500 nəfərsə başqa gəminin göyərtəsində gözləyir. Onlar çərşənbə günü yarımadaya çatmalıdırlar.

İraqda 10 Türkiyə vətəndaşı oğurlanıb

Bağdadda naməlum şəxslər 10 nəfər Türkiyə vətəndaşını oğurlayıb. 

 

Trend bu barədə “Anadolu” agentliyinə istinadən məlumat verir.

Oğurlananların hamısı bir şirkətin əməkdaşlarıdır.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

İrəvanda etirazçılar və polis arasında toqquşmalar olub - FOTO

İrəvanın mərkəzindəki Bağramyan meydanında “Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib.

APA-nın “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, etirazçılar prezident sarayı qarşısında toplaşaraq dövlət başçısı Serj Sarkisyan ilə görüşün keçirilməsini tələb ediblər.

Məlumata görə, etirazçılar prezident sarayına yaxınlaşmağa cəhd etdikdə polis əməkdaşları icazəsiz aksiyanı  dağıtmağa çalışıb, nəticədə qarşıdurma baş verib. Toqquşmalar zamanı bir neçə etirazçı xəsarət alıb. Qarşıdurma zamanı daha bir neçə etirazçının  saxlanıldığı bildirilir.

   

Hazırda meydanda gərginlik qalmaqdadır.  Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.

Türkiyədə terrorçuların hücumu nəticəsində 2 hərbçi həlak olub

Türkiyənin Suriya ilə həmsərhəd Kilis əyalətində terrorçular türkiyəli hərbçini qətlə yetirib.


APA-nın “Haber Türk”ə istinadən verdiyi xəbərə görə, terrorçular Suriyaərazisindən hərbçiləri atəşə tutub.

Məlumata görə, hərbçilər sərhəd zolağını patrul edərkən qanunsuz Türkiyə ərazisinə keçməyə cəhd edən bir qrup şəxsi aşkarlayıblar. Silahlı şəxslər hərbçiləri atəşə tutub. Əyalət valisi Suleyman Tapsızın sözlərinə görə, hərbçilərdən biri hadisə yerində həlak olub, daha biri isə itkin düşüb: “Atışma baş verdiyi ərazi Suriya tərəfində İŞİD terror qruplaşmasının nəzarəti altındadır”, deyə Suleyman Tapsız bildirib.

Bundan başqa, Batman əyalətində PKK terrorçuları xidməti avtomobildə hərəkət edən hərbçiləri avtomat silahdan atəşə tutublar. 20 dəqiqə davam etmiş atışma zamanı terrorçulardan biri öldürülüb, daha biri ələ saxlanılıb. Daha bir terrorçu ərazidən uzaqlaşa bilib, onun axtarışları davam edir. Hücum zamanı yerli polis komissarının müavini həlak olub, daha bir asayiş keşikçisi yaralanaraq xəstəxanaya yerləşdirilib.  

Saytda Axtarış

ახალი ამბები