Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2739
DünənDünən3331
Bu həftəBu həftə12171
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468770

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İstanbulda Ərdoğanı öldürməyə cəhd göstərən şəxsə hökm oxunub

altİstanbul məhkəməsində ötən ilin mayında Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd törətməkdə günahlandırılan şəxsə hökm oxunub.

APA-nın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Ferhat Yıldız 11 il, 8 ay müddətinə azadlıqdan məhrum edilib.

F.Yıldız hakim Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi nümayiş zamanı Ərdoğana əldəqayırma tapançadan atəş açmağa cəhd etmişdi.

Qeyd edək ki, prokurorluq F.Yıldıza 20 il cəza istəmişdi.

Gürcüstan parlamentində azərbaycanlı deputatlar "erməni soyqırımının" gündəmə gətirilməsinə etiraz ediblər

altBu gün Gürcüstan parlamentinin "Gürcü Arzusu"ndan olan azərbaycanlı deputatı Mahir Dərziyev və Vahid Milli Hərəkat partiyasının üzvü olan Azər Süleymanov parlamentin iclasında öz etirazlarını bildiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, onlar deputat Samvel Petrosyanın “erməni soyqırımı”na görə bir dəqiqəlik sükut elan etməsinə qarşı çıxıblar.

M. Dərziyev APA-ya açıqlamasında məsələ ilə bağlı çıxış etdiklərini bildirib: "Erməni soyqırımı”nın tanınması məsələsi dəfələrdə Gürcüstan parlamentində qaldırılıb, lakin həm iqtidar, həm də müxalifət tərəfindən birmənalı şəkildə rədd olunub. Bu gün də oxşar mənzərə olub. İqtidar tərəfdən olan deputat Qubad Sanikidze, habelə müxalifətçi deputat Nuqzar Tsiklauri bu məsələni yenidən qaldırmağın düzgün olmadığını qeyd ediblər. Onlar vurğulayıblar ki, Gürcüstan milliyyətindən asılı olmayaraq bu ölkədə yaşayan vətəndaşların vətənidir və onların arasında milli ədavət salmaq cəhdləri uğursuzluğa düçar olacaq".

M. Dərziyev qeyd edib ki, ermənilər konkret faktlara və sənədlərə əsaslanmırlar: “Erməni soyqırımı” ilə bağlı ermənilər heç bir araşdırma aparmayıblar. Türkiyə tərəfi öz itkilərinin ermənilərdən də çox olduğunu dəfələrlə bildirib. Gürcüstan tərəfindən “soyqırımı”nın tanınması, Gürcüstanın qonşusu olan və NATO-nun üzvü olan Türkiyə ilə münasibətlərə xələl gətirə bilər və böhran yarana bilər. Mən həmçinin Gürcüstan parlamentinin üzvlərini ölkənin maraq və ziyanına olan bu cür cəfəngiyatları gündəmə gətirməməyə çağırdım”.

Gürcüstanda "Ana dili" Günü bayramı ilə bağlı tədbirlər keçirilib

altBu gün Gürcüstanda "Ana dili" Günü bayramı qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili "Ana dili" Günü münasibəti ilə çıxışında 1978-ci il aprelin 14-də Gürcüstanda gürcü dilinin rəsmi olaraq dövlət dili elan edildiyini bildirib. O, müasir şəraitdə dövlət dilinə qarşı heç bir təhlükə olmadığını qeyd edib: "Biz bu dilin toxunulmazlığını qorumalı və onu gələcək nəsillərə ötürməliyik", deyə baş nazir bildirib.

Tiflisdəki "Liqamus" Kitab Evində təşkil olunan bayram tədbirini Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili açıb: "Mən çox şadam ki, Gürcüstan əhalisi dövlət dilini indiyədək qoruyub saxlayıb və bu gün dövlət dilimiz gürcü dilidir. Mən şadam ki, bu gün ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri ilə gürcü dilində danışırıq. Ölkəmizdə yaşayan etnik azlıqlar gürcü dilini mükəmməl bilir və dövlət dilini bilməklə qürur duyurlar. Dövlətimiz bu gün Gürcüstanda yaşayan millətlərin dilinə böyük hörmətlə yanaşır və bu dilləri qoruyur", deyə dövlət naziri qeyd edib.

Tədbirdə Gürcüstanda yaşayan 10-a yaxın millətin nümayəndələri iştirak edib. "Ana dili" Günü bayramında etnik azlıq nümayəndələri də iştirak edərək gürcü şairlərinin şerlərini gürcü dilində söyləyiblər. Marneulidən və Kaxeti bölgəsindən olan azərbaycanlı gənclər dövlət dilinin vacib olduğunu bildiriblər. Dövlət naziri Paata Zakareişvili tədbir iştirakçılarına hədiyyələr verib.

Tədbir "BMT Assosiasiyası" və Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyi ilə birgə təşkil edilib.

Təşkilatçılardan biri olan barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı APA-ya açıqlamasında etnik azlıqlar tərəfindən dövlət dilinə marağın artdığını bildirib: "Gürcüstanda belə tədbirlərdə müxtəlif millətlərin çıxışı o deməkdir ki, ölkədə dövlət dilinə maraq artıb. Biz bunun üçün əlimizdən gələni edirik. Bu dildə artıq yüzlərlə azərbaycanlı gənc danışır və Gürcüstanın dövlət universitetlərində təhsil alırlar. İnanırıq ki, gələcəkdə dövlət və hökumət strukturlarında çalışan azərbaycanlı kadrların sayı artacaq", deyə Z. Darğallı qeyd edib.

Asteroidə o qızın adını verdilər

alt“Amerika Milli Kosmik Agentliyi” (NASA) Nobel mükafatçısını sevindirib.

ANS PRESS-in məlumatına görə, NASA kosmik idarəsinin qadın asrtoloqu Emi Maynzer kəşf etdiyi asteroidə Nobel Sülh Mükafatı sahibi Malala Yusifzainin adını verib.

NASA-nın “Jet Propulsion” laboratoriyasında işləyən alimin kəşf etdiyi asteroid bu vaxta qədər “316201” nömrəsi ilə tanınırdı, artıq o yeni adı “Malala 316201” adı ilə qeyd olunacaq.

Xatırladaq ki, Malala 2012-ci ilin oktyabr ayında Yusifzai qızların təhsili üçün kampaniya apardığına görə Taliban silahlıları tərəfindən güllələnmişdi. O zaman onun 15 yaşı var idi. Sağalandan sonra dünyada məhşurluq qazanıb.

Bundan başqa, "Time" jurnalı onu 2013-cü ilin "ən nüfuzlu adamları" siyahısına salmışdı.

Ərdoğandan sərt tənqid

altTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı vilayətində əsgərlərə edilən hücumları sərt şəkildə tənqid edib. ANS PRESS-in məlumatına görə, o, Sakarya vilayətində çıxışı zamanı bildirib ki, hücumlar Türkiyədə kürdlərlə sülh prosesinə əngəl olmaq məqsədi daşıyır.

Ötən gün Diyadin rayonunda PKK silahlılarının təhlükəsizlik qüvvələrinə qarşı hücumları nəticəsində 4 əsgər yaralanıb. Əsgərlə hücumlara qarşılıq veriblər. Bir qədər sonra hadisə yerinə əlavə qüvvələr, o cümlədən hərbi helikopterlər və kəşfiyyat təyyarəsi göndərilib.

Ərdoğan çıxışı zamanı PKK tərəfdarı olan bəzi partiyaların zorakılıq fəaliyyətini də təndiq edib: “Məlum siyasi partiya bölücü terror təşkilatının bu cür fəaliyyəti ilə səs toplamağa çalışır. Əgər demokratiya, insan haqları deyirlərsə, bunun yolu silahdan deyil, səsvermə qutularından keçir”

Ərdoğan iyunun 7-sində keçiriləcək ümumi seçkilər zamanı tərəfdarlarını səsverməyə dəvət edib.

Zooparkda vahiməli anlar: uşaq vəhşi heyvanın qəfəsinə yıxıldı

altAmerika Birləşmiş Ştatlarında Klivlend heyvanxanasında dəhşət dolu anlar yaşanıb. ANS PRESS-in məlumatına görə, iki yaşlı uşaq bəbirin olduğu qəfəsə düşüb. Bu haqda zoopark əməkdaşları özləri bildiriblər.

Lakin uşağın valideynləri təcili tibbi yardım gələnə qədər körpəni hasara alınmış meydançadan çıxara biliblər. Məlumatda həmçinin bildirilib ki, bəbirin uşağa hücum etmək niyyəti yox imiş.

Qəfəsdən çıxarılan uşaq təcili tibbi yardım gələndən sonra xəstəxanaya aparılıb. Bildirilib ki, uşaq yıxılan zaman ayağı zədələnib. Körpə müayinədən və ilkin tibbi yardım alandan sonra növbəti gün evinə buraxılıb.

Qeyd edək ki, bir neçə il əvvəl də buna bənzər hadisə baş vermişdi. Qorillaların qəfəsinə yıxılan uşaq zədələrdə huşunu itirmiş, xilasedicilərin və zoopark işçilərinin köməyilə xilas edilmişdi. Zooparkdakılardan biri isə həmin hadisəni videoya çəkərək paylaşmışdı.

Ankara Papaya nota verdi

altVatikanın Ankaradakı səfiri Antonio Lucibello Türkiyə Xarici İşlər nazirliyinə cağrılıb.

ANS PRESS xəbər verir ki, Antonio Lucibellodan Roma papasının qondarma erməni söyqırımı barədə dediyi fikirlərinə görə izahat istənilib.

Bu gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək bilrib ki, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.

Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni din adamları da iştirak edib.

Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlığa dair memorandum imzalanıb

altTbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Gəncədə fəaliyyət göstərən “Odlar Yurdu” İctimai Birliyinin və Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin təşkilatçılığı ilə "Azərbaycan və Gürcüstan gəncləri ötən gün və sabah" mövzusunda görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdən öncə gənclər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət ediblər. Sonra tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində davam edib. Tədbiri giriş sözü ilə açan AMM-nin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva görüşün məqsədi barədə iştirakçılara məlumat verərək gələcəkdə Azərbaycan-Gürcüstan gəncləri arasında dostluğun, marifləndirmə təbliğatının genişləndirilməsi ilə bağlı əməkdaşlığa aid layihələr həyata keçiriləcəyini bildirib.

“Əsas məqsədimiz Gürcüstan gəncliyinin inkişafı istiqamətində layihələr həyata keçirməklə yanaşı, Azərbaycan mədəniyyətini, tarixini, onun siyasi-iqtisadi həyatında əldə edilən böyük uğurları Gürcüstanda mütəmadi olaraq təbliğ etməkdir. Ümüd edirəm ki, əməkdaşlığımız uğurlu nəticələr verəcək,” deyə Odlar Yurdu İctimai Birliyinin sədri N. Ələsgərova çıxışında bildirib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilən görüşə Azərbaycandan gələn 20 nəfər gənc qatılıb. Görüş çərçivəsində Gürcüstanda yaşayan azərbaycanlı tələbə-gənclər Odlar Yurdu İctimai Birliyinin üzvləri ilə fikir mübadiləsi apararaq təkliflər irəli sürüblər. Səslənən təkliflər arasında sosial problemlərin həlli istiqamətində müəyyən addımların atılması, Gürcüstan azərbaycanlıları arasında könüllülük məktəbinin inkişafı, gənclərin maarifləndirilməsi və digər məsələlər barədə daha çox fikirlər səsləndirilib.

Tədbirdə Azərbaycan və Gürcüstan gəncliyi arasında körpü rolunu oynayacaq iki təşkilat arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova və AMM-in Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva imzalayıb.

Görüşün sonunda Azərbaycandan gələn gənclər Tiflisin görməli yerlərini gəziblər.

Planetin ən yüksək nöqtəsi deşilir

altÇinlilər yaxın beş il ərzində inanılmaz bir layihəni gerçəkləşdirməyi planlaşdırırlar.

ANS PRESS-in məlumatına görə, Çin dünyanın ən yüksək dağı olan Comolonqmanın (Everest) altından tunel açacaqlar. Bu barədə “China Daily” xəbər verir.

Xəbərdə bildirilir ki, Çin hökuməti Tibet Muxtar vilayətinin paytaxtı Lxasa ilə Nepalın paytaxtı Katmandunu birləşdirən 540 kilometrlik sürətli qatar xətti inşa edəcək.

2020-ci ildə başa çatması planlaşdırılan dəmiryolu xətti Çinlilərin Qomolanqma (Everest) adlandırdığı 8882 metrlik dağın altından keçəcək. Layihənin müəlliflərindən olan Vanq menqşunun fikrincə, normal şəraitdə sürət həddi saatda 300 kilometrə çatan qatarların sürəti saatda 120 kilometrdən yüksək olmayacaq.

Bu dəmir yolu xətti layihəsi ilə Lasanın turizm potensialını artıracağı güman edilir. Katmanduya isə hər il təxminən 2 milyon turistin getdiyi bildirilir.

Qeyd edək ki, Lxasa şəhəri UNESCO-nun Dünya İrsi siyahısındakı buddist məbədləri ilə məşhurdur.

Ərdoğan İranda mesaj verdi: “Bu qana son qoymalıyıq”

altTehranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğaniranlı həmkarı Həsən Ruhani ilə görüşüb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüşdən sonra hər iki prezident birgə mətbuat konfransı keçirib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, İran prezidenti Həsən Ruhani ilə önəmli məsələləri müzakirə edib. Onun sözlərinə görə iki ölkə arasındakı iqtisadi əlaqələrdə qarşıya qoyulan məqsədlərə nail olunmayıb.

“Təəssüf ki, müəyyən etdiyimiz hədəfdə geriyik. Aramızdakı ticarət açığı İranın lehinədir, amma artıq yeni addımlar atmaq istəyirik. Biz istəyirik ki, iqtisadi əlaqələrdə İran və Türkiyə valyutalarından istifadə edilsin. Nə dollar, nə də avro təzyiqi ilə üzləşməyək”,-deyən Ərdoğan əlavə edib ki, Türkiyə ən bahalı qazı İrandan alır.

"İran qazın qiymətində endirim edərsə, daha çox qaz alarıq".  

 

Türkiyə rəhbəri onu da deyib ki, həmkarı ilə Suriya və İraqdakı münaqişələri də müzakirə edib. “Artıq bu qana, ölümə birlikdə son verməliyik. Bir-birilə vuruşanları bir araya gətirmək lazımdır”,-deyə o vurğulayıb.  

Avropa Komissiyasının Estoniyadakı nümayəndəsi: “Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün uzun yol qət etməlidir”

alt

“Əgər Gürcüstan Avropa İttifaqına üzv olarsa, bu ölkədə yaşayan etnik azlıqlar, o cümlədən azərbaycanlılar da Avropaya vizasız səfər edə və yeni iş yerləri tapa biləcəklər”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Avropa Komissiyasının Estoniyadakı nümayəndəliyinin rəhbəri Hannes Rumm APA-ya açıqlamasında deyib. Estoniyanın NATO-ya üzv olduqdan sonra öz təhlükəsizliyinə zəmanət aldığını xatırladan H. Rumm Gürcüstanın NATO-ya üzv olacağı təqdirdə bu ölkənin də suverenliyi və müstəqilliyinin NATO tərəfindən qorunacağını söyləyib: “NATO-ya üzv olan ölkələrin birinə hücum olarsa, bütün birlik həmin ölkəni müdafiə edəcək. Bu prinsip Estoniyaya da aiddir və Gürcüstan üçün də qüvvədə olacaq. Son illər ərzində Rusiya Federasiyasının özünü aqressiv aparması NATO-nu da narahat edib. İndi bu ölkələrə NATO-nun əlavə qüvvələri yerləşdirilir və tədbirlər görülür”.

Lakin diplomat Gürcüstanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirən Rusiya tərəfindən Gürcüstana hücum olarsa, hazırkı şəraitdə NATO-nun Gürcüstana kömək edib-etməyəcəyi barədə sualı cavablandırmaqda çətinlik çəkib: “Bu suala cavab verməkdə çətinlik çəkirəm. Keçən il Rusiya Estoniyaya yaxın ərazilərdə də belə təlimlər keçirib. Rusiya Federasiyası hərbi təlimlərlə öz aqressiv hərəkətlərini nümayiş etdirir”.

H. Rumm qeyd edib ki, Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün uzun yollar qət etməlidir: “Estoniya təcrübəsini xatırlatmaq istərdim. Biz AB-yə üz olmaq üçün illərlə lazımi qərarlar qəbul etdik. Tədricən ölkəmiz inkişaf etməyə başladı. Artıq Aİ üzvlüyündən 11 il keçib və estonlar özlərini xoşbəxt hiss edir”.

Xristian ölkələrindəki məscidlər - Ən şox müsəlman ibadətgahı bu ölkələrdədir - SİYAHI

alt

Tarixən İslam sivilizasiyası ilə sıx təmasda olan Avropa bu gün get-gedə daha çox müsəlman kontingentini xatırladır. İkinci Dünya Müharibəsindən sonra “qoca qitə”yə iş arxasınca axışan müsəlmanlar onilliklər ərzində etnik xəritəni dəyişə bildilər. “Avrostat” bu gün qitə sakinlərinin 45 milyon nəfərinin dini baxımdan müsəlman olduğunu göstərir. Demoqraflar bu rəqəmin 2030-cu ildə 58 milyona çatacağını təxmin edir. Müsəlmanların çoxluğu Avropada hər il tikilən nəhəng məscidlərin sayı ilə də izlənilə bilər. Eyni hal okeanın o tayındakı ABŞ və Kanadada da müşahidə olunur.

Modern.az saytı adətən, müsəlmanların azlıq təşkil etdiyi Qərb ölkələrində fəaliyyətdə olan məscidlərin sayı barədə informasiya təqdim edir. Qeyd edək ki, 9,5 milyon vətəndaşının böyük əksəriyyətinin müsəlman olduğu Azərbaycanda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin açıqladığı son rəqəmlərə görə 1834 məscid var.

Rusiya – 7089 məscid

Rusiya Müsəlmanları Müftilər Şurasının sədri Ravil Qaytuddin ölkədə 7089 məscidin olduğunu deyib. Onun sözlərinə görə, 80-ci illərin ortalarında Rusiya ərazisində məscidlərin sayı 100-dən az idisə, son 20 ildə onların sayı 70 dəfə artıb. Rusiya Müftilər Şurasının məlumatına görə, Moskvada 2 milyon, Moskva vilayətində 650 min, Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində 750 min, ümumilikdə, Rusiya ərazisində isə 20 milyon müsəlman yaşayır. Rusiya müsəlmanları arasında Volqaboyu (Tatarıstan, Başqırdıstan) və Şimali Qafqaz subyektləri ilə (Çeçenistan, Dağıstan, İnquşetiya) yanaşı, azərbaycanlılar da var. Türklər və Orta Asiya xalqlarının nümayəndələri də çoxluq təşkil edir.

Rusiyanın ən böyük məscidi 2008-ci il oktyabrın 17-də istifadəyə verilən “Çeçenistan ürəyi” məscididir. Çeçensitanın mərkəzi Qroznıda yerləşən məscid 14 hektar ərzini əhatə edən nəhəng dini kompleksdir. Türkiyəli mütəxəssislərin köməyi ilə tikilən məsciddə eyni zamanda 10 min nəfər nazam qıla bilər.

Almaniya – 2350 məscid

Avropada Fransadan sonra ən çox müsəlman Almaniyada yaşayır. Bu ölkədə İslam ardıcılarının sayı 4,1 milyon nəfər, yaxud ölkə əhalisinin 4 faizidir. Almaniya İslam Konfransı Təşkilatının məlumatına görə, ölkə müsəlmanlarının 76,4 faizi türk mənşəlidir. Bundan başqa, ölkədə İran, Bosniya və Albaniyadan köçən çoxsaylı müsəlman icmaları mövcuddur.

Almaniyadakı ən böyük məscid 2008-ci ildə Duysburq şəhərində istifadəyə verilib. Eyni vaxtda 1200 nəfərin namaz qıla biləcəyi məscidin minarəsi 23 metr hündürlüyündə olacaq. Belə ki, yaxınlarda Köln şəhərində daha böyük məscidin istifadəyə verilməsi gözlənilir.

Fransa – 2204 məscid

Fransa İslam Şurasının sədri və Paris məscidinin imamı Dəlil Bukaber Fransada 2200-dən artıq fəaliyyətdə olan məscidin olduğunu deyib. Onun sözlərinə görə, 5,5 milyon müsəlmanın yaşadığı Fransa İslam ardıcıllarının sayına görə Avropanın birinci dövlətidir. Ölkə əhalisinin 7,5 faizi dini görüşlərinə görə müsəlmandır. Fransa müsəlmanlarının əsas hissəsini Şimali Afrika – Əlcəzair, Tunis, Mərakeş və Mali sakinləri təşkil edir.

Fransada ən böyük məscid 2012-ci il sentyabrın 28-də Strasburq şəhərində açılıb. Şəhərin 10 faizini təşkil edən 50 minlik müsəlman icması üçün 2700 nəfərlik namaz zalı olan məscid inşa olunub.

ABŞ – 2106 məscid

Amerika Birləşmiş Ştatlarında müsəlmanların sayının 7 milyondan çox olduğu məlumdur. Əsasən Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika ölkələrindən olan müsəlmanlara 2106 məscid xidmət göstərir. Lakin bu məscidlərin sayı sürətlə artmaqdadır. Ən çox məscid sayı Nyu-York (257), Kaliforniya (246) və Texas ştatlarında (166) müşahidə olunub. Amerika müsəlmanlarının 2,6 milyon nəfəri gündəlik məscidi ziyarət edir.

Amerikada ən böyük məscid 2005-ci ildə Miçiqan ştatının Dirborn şəhərində inşa edilən Amerika İslam mərkəzidir. Mərkəzin 2 minarəsinin hündürlüyü 45 metrə çatır.

Böyük Britaniya – 1516 məscid

Böyük Britaniya müsəlmanların ən çox yaşadığı 3-cü Avropa ölkəsidir. Müsəlmanlar sayı 2,7 milyon nəfər, yaxud ölkə əhalisinin 4,8 faizdir. Xristianlardan sonra ən çoxsaylı ikinci din olan İslam 1516 məscidə malikdir. 1996-cı ildə yaradılan Britaniya Müsəlmanları Şurası icmadaxili məsələləri və ölkədəki məscidlərin idarə olunması prosesini təşkil edir.

Böyük Britaniyada ən böyük məscid 2003-cü ildə inşa olunmuş Beytül-Fütuh məscididir. Əhəmədiyyə təriqətinin nümayəndələri tərəfindən inşa olunan məscid Qərbi Avropada ən böyük İslam mərkəzidir. 21 min kvadrat metr ərazini əhatə edən dini mərkəzdə eyni vaxtda 10 min nəfər namaz qıla bilər. “Beytül-Fütuh”un minarələri müvafiq olaraq 35 və 25,5 metr hündürlüyündədir.

Kanada – 986 məscid

32 milyonluq Kanadada rəsmi məlumatlara görə, 1,053 milyon müsəlman var. Bu, ölkə əhalisinin 3,2 faizi deməkdir. Təkcə 2,5 milyon sakini olan Toronto şəhərində 200-dən artıq məscid fəaliyyət göstərir. Ölkədəki 1 milyonluq müsəlman icmasının tərkibində Livan, Bosniya, Somali, İraq və Banqladeşdən köçən sakinlər çoxluq təşkil edir.

“Baytun nur” (Nur evi) məscidi Kanadada sahəsinə və ziyarətçilərinin sayına görə ən böyük məsciddir. Alberta vilayətinin Kalqari şəhərində yerləşən məscid 43 min kvadrat metr sahədə yerləşib. Onun yeganə minarəsi 30 metr hündürlüyündədir. “Baytun nur” Əhəmədiyyə təriqətinin ardıcılları üçün inşa olunub.

Saytda Axtarış

ახალი ამბები