Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2778
DünənDünən3331
Bu həftəBu həftə12210
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468809

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyə rus naziri ölkəyə buraxmadı

altRusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır.

Bildirilir ki, Türkiyədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar mayın 16--da Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı təxirə salınıb. Sergey Lavrov bu toplantıda iştirak etməli idi.

Xəbərə görə, Lavrovun səfərinin təxirə salınması Türkiyə tərəfinin xahişi ilə həyata keçirilib.

Rusiya mətbuatı iddia edir ki, Türkiyə tərəfinin toplantını təxirə salması Rusiya üçün jestdir. Belə ki, rəsmi ankaranın belə qərar verməsinin səbəbi Rusiya prezidenti Vladimir Putinin İrəvanda qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməsidir.

Odessada dəhşət: 4 azərbaycanlı güllələndi

alt

Mayın 1-nə keçən gecə Odessanın Lev Tolstoy meydanında İ.Meçnikov adına Odessa Milli Universitetinin sərxoş tələbələri arasında münaqişə baş verib və nəticədə dörd əcnəbi tələbə güllə yarası alıb.

"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Milisdən qeyd ediblər ki, atışma bolqar və azərbaycanlı gənclərin mübahisəsinin yekunu olub. Mübahisə zamanı bolqar tələbə qaçıb və həmyerlilərimiz onu təqib etməyə başlayıblar. Daha sonra bolqar tələbə üzərindəki səsboğucusu olan döyüş tapançası ilə arxasınca gələnlərə bir neçə dəfə atəş açıb.
Mənbənin məlumatına görə, insident nəticəsində azərbaycanlı tələbələr omba, qarın, çiyin və əl nahiyələrindən güllə yaraları alıblar.

İstintaq zamanı müəyyən edilib ki, bolqar tələbə silahı Ukrayna ərazisinə qanunsuz olaraq keçirib.

FHN-in təyyarəsi Azərbaycan və Gürcüstan vətəndaşlarını Nepaldan təxliyə edib

altPrezident İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım ünvana çatdırılıb.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilib.

Yarım tonluq kişi sevgisinə görə "əridi" (FOTO)

alt

Britaniyalı Pol Meyson sevgisinə görə əsl qəhrəmanlıq nümayiş etdirib. ANS PRESS-in məlumatına görə, iki il öncə 445 kq olan 51 yaşlı kişi 300 kq arıqlayıb.

Artıq çəkisinə görə yerindən belə tərpənə bilməyən şəxs Facebook-da 41 yaşlı Rebekka Mauntin ilə tanış olub. Boston sakini olan qadın üçün Pol arıqlamağa qərar verib.

Məsələ ondadır ki, qadın ən böyük britaniyalı haqqında filmə baxdıqdan sonra özü kişiyə yazıb və ondan ev işlərində köməkçiyə ehtiyacı olub-olmadığını soruşub.

Kömək məqsədilə başlayan danışıqlar saatlarla davam edib. Virtual tanışlıq sonradan sevgiyə çevrilib.

"Tanışlığa kimi mən ancaq çarpayıda yatır və bütün günü yemək haqqında düşünürdüm. Yemək yeyəndə mən öz möcüzəli dünyamda özümü çox rahat hiss edirdim. Lakin sonra hər şey dəyişdi".

Sərt pəhrizə başlayan Meyson həkim köməyi olmadan iki ilə 300 kq çəki ata bilib.
Onun bədənində bu dəfə də 21 kq artıq dəri qalıb. Bundan azad olmaqda isə ona həkimlər kömək ediblər. Əməliyyatla arıqlamadan sonra meydana gələn dəri kəsilib.

İndi bir neçə həftə xəstəxanada qalmalı olan kişinin çəkisi 150 kq-a kimi düşüb.

DƏHŞƏT: 22 yaşlı qızı zəncirləyib qul etdilər və ...

altMeksikada 22 yaşlı qız bir ailə tərəfindən qaçırılıb və 2 il boyunca əsir saxlanılıb. ANS PRESS-in məlumatına görə, boynundan bir masaya zəncirlənmiş halda saxlanan Zunduri adlı qızın həyatda qalması belə möcüzədir.

Yapon əsilli gənc qız 2 ildir quru təmizləmə şirkətində kölə olaraq çalışdırılıb. Gündə 12 saat paltar ütüləməyə məcbur edilən Zunduri qaçmasın deyə zəncirlənib.

Tez-tez döyülən zavallı qız çalışmağa ara verdiği zaman cürbəcür kəsici alətlərlə işgəncələrə məruz qalıb, kürəyinə qaynar ütü basıblar.

Gün ərzində bir dəfə yemək verilən Zunduri aclıqdan ölməmək üçün iş yerindəki politelin və lifləri yeyərək mədəsini aldadıb.

İki il boyunca qaçmağa yollar axtarır və sonunda bunu bacarır. Dərhal polisə gedir və saxlandığı yer barədə məlumat verir. Polis iş yerinə basqın edərək 5 nəfəri həbs edir. Quru təmizləmə şirkətinin sahiblərini 40 il həbs cəzası gözləyir.

Yaşadığı kabus gənc qızı artıq tanınmaz bir hala salıb. O, artıq xaricən yaşlı qadına bənzəyir. Bədənində çoxsaylı işgəncə yerlərinin yarası və nişanələri var. Fiziki cəhətdən özünü yaxşı hiss etməyən Zunduri uzun müddət müalicə almalıdır.

Meksikada xaricilərin kölə olaraq çalışdırılması çox təəssüf ki, getdikcə artır. Rəsmi məlumatlara görə, hazırda ölkədə təxminən 270 min adam kölə olaraq işlədilir.

Bu sözü işlədənlərə həbs cəzası verilir - Türkiyədə

alt

Türkiyə məhkəməsi gündəlik həyatda baş verən münaqişələrin az qala hamısında deyilən "lan" sözünü işlədənlərə həbs cəzası istədi. ANS PRESS-in məlumatına görə, bu sözün təhqir iddiası səbəbilə məhkəməyə üz tutanların çoxluğu mövzunu gündəmə gətirib.


Təhqir iddialarına baxan Cəza Dairəsi bu iddialarda, "lan" sözünün kobud və narahatedici olaraq qəbul edib verilən cəzaları pozur, bəraət qərarlarını da təsdiqləyirdi. Ancaq bu dəfə mövzu cəza iddialarındakı son qərar yeri olan Baş Cəza Məhkəməsində müzakirəyə çıxarılıb və bu sözün təhqir olduğuna qərar verildi.

İddiaya mövzu hadisə, Ankaranın Beypazarı mahalında yaşanıb. Atilla adlı şəxs bir iş üçün gəldiyi polis bölməsidə mübahisə edərkən polisə "Yetər, lan" ifadəsini işlətdi. Kişinin polisə belə müraciət etməsi təhqir olaraq qəbul edilir və hadisə ilə bağlı protokol hazırlanır. Atilla barəsində "təhqir" maddəsilə cinayət işinə başlanır və məhkəmə ona 1 il 2 ay həbs cəzası verib. Cəza 7 min lirə pul cəzasına çevrildi.

Məhkəmənin qərarından narazı olan Atilla Appelyasiya məhkəməsinə şikayət edir. Appelyasıya məhkəməsi məsələni həll edə bilmədikdə işə Baş Prokurorluq qarışır. Cavabdehin "lan" sözünü polisə təhqir etmək niyyətilə söyləyərək onu təhqir etdiyini, polisin şərəf və şərəfini alçaltdığını bildirdi.

Məhkəmənin qərarı qüvvədə qaldığından Atilla 7 min türk lirəsi cəza ödəməli olacaq və bundan sonra da məhkəmələr "lan" sözünü təhqir qəbul edəcək.

Nyu-York bu azərbaycanlı gəncin fotosundan danışır

altNyu-Yorkda az qala hər kəs fransalı rəssam JR-in 45 metr uzunluğunda olan fotosundan danışır.

Rəssam yeriyən bir gəncin fotosunu çəkib və sonra onu 62 ədəd böyük hissələrdə çap edib. Aprelin 11-də gecə 20 nəfərlik komandası ilə birgə həmin fotonu Nyu-Yorkda - “FlatironPlaza”nın yaxınlığında yerə yapışdırıb.

İndi nəinki Nyu-York, ABŞ-ın digər şəhərlərində 4 saata hazır olan bu fotodan danışırlar.

Həmin fotodakı gəncsə azərbaycanlı Elmar Əliyevdir. O, Nyu-Yorkda yaşayır və oradakı “Old Baku” restoranında çalışır.

“New York Times” yazır ki, sakinlər əvvəl bu fotoya diqqət yetirməyiblər. Çünki hansısa bir rəsmin üzərindən yeridiklərini bilmək üçün yerə ancaq və ancaq yuxarıdan baxmaq lazım idi. Foto cəmi bir gün Nyu-Yorkda qala bilir. Elə həmin gün küçələri təmizləyən maşın həmin fotonu da təmizləyir. Bəlkə də orada bir rəmzin olduğunu bilmədən.

Maraqlısı odur ki, bu fotonu məşhurlaşdıran məqam onun yerə yapışdırılan andan silininə qədər baş verənlərin yuxarıdan video ilə çəkilməsidir.

JR Nolita küçəsində ötən il Nyu-Yorka gələn 16 nəfərin portretini çəkib. Onlardan biri də ABŞ-a 2014-cü ilin ilin avqustunda - “green cart” udandan sonra gələn Elmar Əliyev olub.

Görünür, Elmarın bəxti bu dəfə yenə gətirib. JR 16 portret arasından məhz onun fotosunu seçib.

Elmar deyir ki, “Evdə tək-2” filmindən tanıdığı Nyu-Yorkun Mərkəzi Parkı və plazanın ətrafında gəzməyi xoşlayır. JR isə deyir ki, Elmarın yeriyərkən əllərini də irəli aparmasından xoşu gəlib.

Azərbaycanlı deputatın İstanbulda sərt ÇIXIŞI: “Türkiyə ikinci PKK cəbhəsinin açılmasına şərait yaradır"

alt

Ötən gün İstanbulda Türkiyə Böyük Millət Məclisinin (parlament) bir qrupu millət vəkili Azərbaycan Milli Məclisinin deputatı Flora Qasımova ilə görüşüblər.

Modern.az saytının məlumatına görə görüşdə qondarma erməni soyqırımı, Türkiyə-Ermənistan məsələsi müzakirə edilib. Milli Məclisin deputatı Flora Qasımova çıxışında deyib ki, hazırda Türkiyə Ermənistanla bağlı siyasətində sərt mövqe nümayiş etdirmir. “Türkiyənin Ermənistan məsələsində yumşaq mövqedə olması əlavə problemlərə yol açacaq”,-deyə Flora Qasımova bildirib.

Deputat qeyd edib ki, Türkiyənin Ermənistandan gələn vətəndaşlara əlavə imtiyazlar tanıması bu ölkədə ciddi problemlərə, hətta terror təhlükəsinə gətirib çıxara bilər.

“Bununla da Türkiyədə ikinci PKK cəbhəsi açıla bilər. Yeni erməni təhlükəsi hətta PKK-dan da ciddi təhlükə mənbəyinə çevrilə bilər”,-deyə o əlavə edib.

Türkiyədə biabırçılq: "Türk-Erməni qardaşdır” şüarı səsləndirilib

alt

Vətən Partiyası üzvlərindən ibarət bir qrup dünən İstanbulun İstiqlal küçəsində yürüş keçirib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, erməni soyqırımı iddialarına etiraz etmək üçün təşkil olunan yürüşə Vətən Partiyasının sədri Doğu Perinçekinlə yanaşı, onun müavini Ola Perinçek və Vətən Partiyası İstanbul Millət Vəkili namizədləri və partiyalar iştirak edib.

İstiqlal küçəsində üzərində "Soyqırım törətmədik, vətən müdafiə etdik", "Türk-Erməni qardaşdır, Amerika qəddardır" və "Qərbin yalanı imperialist planı" şüarları yazılan plakatlar daşıyan mitinqçilər eynu şüarları həm də səsləndiriblər.

Dünyanın ən kiçik və ən varlı ölkələri (FOTO)

altDünyanın ən inkişaf etmiş ölkələri dedikdə həm də ərazisi böyük olan dövlətlər nəzərdə tutulur. Amma bəzi ölkələrin ərazisi bir şəhər boyda olsa da onların sərvəti daha çoxdur.

ANS PRESS kiçik, lakin zəngin olan 10 ölkəni təqdim edir.

10.Vatikan
Vatikan ərazisinə görə dünyanın ən kiçik ölkəsidir. İtaliyanın ərazisində yerləşir. Katolokliyin, Roma papasının qaldığı müqəddəs məkanlardan biridir. Ölkənin əslində 839 əhalisi var. Vatikanın iqtisadiyyatı katoliklərin ianələri və turizmdən formalaşır.

9.San Marino
San Marino dənizə çıxışı olmayan mikro dövlətdir. 61.2 kilometr sahədə 32.576 əhali yaşayır. Gəlir mənbəyi turizm sektoru, ölkənin təbii sərvətləridir.

7.Monako
Krallıq Avropadakı ən zəngin ailələrin yaşadığı yerlərdəndir. Ölkəni kral II Albert idarə edir. Dünyanın ən məşhur Monte Karlo Kazinosu 1858-ci ildə açılanda bütün dünyada böyük əks sədaya səbəb olmuşdu. Bu kazino ölkəni turizm cənnətinə çevirib.

6.Lixtenşteyn
İsveçrə və Avstryanın arasındakı bu ölkə turizm və bank sektoru ilə fərqlənir. Alp dağları mükəmməl qış turizminin yaranmasına da səbəb olub. Nisbətən aşağı faiz, vergi dərəcəsi və bank qanunları avropalılar üçün bir cənnətdir.

5.Monteneqro
625.266 əhalisi ilə müstəqilliyini 2006-cı ildə əldə edən gənc dövlətdir. Bura hər il milyonlarla turist gəlir.

4.Malta
Ada ölkəsi olan Malata nə Afrika, nə də Avropaya məxsusdur. Yerləşdiyi yerə görə dəfələrlə istilaya məruz qalıb. İqtisadiyyatın əsas sütunu turizm və bank sektorudur.

3.İslandiya
İslandiyanaın bu siyahıya düşməsi qəribə gələ bilər. İqtisadiyyatın əsasənı təbii mənbələri təşkil edir. Bu ölkə həm də dünyanın ən önəmli bank və maliyyə xidmətləri göstərən mərkəzlərindən idi. Lakin 2008-ci il böhranı bank sektorunu dağıdıb.

2.Kipr
Aralıq dənizindəki ada ölkədir. Fərqli mədəniyyətlərin qovuşduğu bir məkandır. Bank sektoru böhrandan ziyan çəksə də yaxın gələcəkdə vəziyyətin düzələcəyi istisna deyil.

1.Lüksenburq
Fransa, Almaniya və Belçika arasında yerləşdir. Bura həm də Avropanın ən hüzurlu ölkəsidir. İstehsal və maliyyə sektoru sayəsində büdcəni formalaşdırır.

3 yaşında 48 kiloluq uşaq (FOTO)

altHindistanda bir ata uşaqlarını müalicə etdirə bilmək üçün böyrəklərini satacaq.

ANS PRESS-in məlumatına görə, bir ailənin 3 uşağı güclü piylənmədən əziyyət çəkirlər. Bütün gün yemək yeyən uşaqlar normal hərəkət edə bilmirlər. 5 yaşlı Yoqitanın çəkisi 34, 3 yaşlı Anişa 48, 18 aylıq Xarş isə 15 kiloqramdır. Ailənin başçısı Rameşbai Nandvana övladlarının daim aclıqdan şikayət etdiklərini deyib. Onlar bir həftə ərzində iki normal ailənin bir ay ərzində yediyi qədər yemək yeyirlər.

Balacaların valideynləri də övladlarında bu xəstəliyin olmasına təəccüblənirlər. Çünki onların ailəsində heç kim artıq çəkidən əziyyət çəkməyib. Hətta onların 6 yaşlı qızlarının çəkisi də 16 kiloqramdır. Nandvanın fikrincə, uşaqların bu bəlaya düçar olmasının səbəbi onların doğulduğu ilk ildə düzgün qidalanmamasıdır. O, övladlarını müalicə etmək üçün maddi imkanının olmadığını, buna görə də böyrəklərini satacağını deyib.

ABŞ-ın Qarabağ bəyanatı

altATƏT-in Minsk qrupunun həmsədri olaraq Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin möhkəm və dinc nizamlanmasının axtarışı üçün tərəflərlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın ATƏT-dəki səfiri Deniel Beyer Vyanada Daimi Şuranın iclasında bildirib.

Deniel Beyer Azərbaycan və Ermənistan prezidentlərinin Paris sammitində çıxışlarını da alqışlayıb. Onun sözlərinə görə, tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsində itkin düşənlər barədə məlumat mübadiləsinə sadiqliklərini sübut ediblər.

“Biz ümid edirik ki, prezident bu il dialoqu davam etdirmək üzrə öz öhdəliklərini yerinə yetirəcəklər və ümumi sülh sazişinə gətirəcək rəsmi danışıqlar prosesinin başlamasının vacibliyini qeyd edəcəklər”, - deyə Beyer vurğulayıb.

Saytda Axtarış

ახალი ამბები