Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2761
DünənDünən3331
Bu həftəBu həftə12193
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468792

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın ticarət şəhəri su altında

Gürcüstanın əsas ticarət mərkəzlərindən olan Poti şəhəri yenidən sel sularından əziyyət çəkir. 

 

 

"DalğaTV"-nin Azərtac-a istinadən məlumatına görə, təbii fəlakət zamanı ən çox ziyan Potinin Nabadi rayonuna dəyib. Rayon mərkəzində və ətraf bölgələrdə evlərin birinci mərtəbələri, ticarət obyektləri və təsərrüfat sahələri su altında qalıb. Əhaliyə və şəhər infrastrukturuna ciddi ziyan dəyib.

Güclü külək və qasırğa enerji sistemini sıradan çıxarıb və bu səbəbdən də su nasosları işləmir.

 Bu gün axşama yaxın şəhərə elektrik enerjisinin verilməsi bərpa olunub və təmir-bərpa işlərinə başlanılıb.

 

Ukrayna Ali Radasının qarşısında nümayişçilər polisə qumbara atıb, yaralılar var - FOTO

Bu gün Ukrayna Ali Radası “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini müzakirə edərkən parlament binasının qarşısında nümayişçilərlə polis arasında toqquşma baş verib.

 "DalğaTV"-nin “112.ua” saytına istinadən verdiyi məlumata görə, mitinqçilərin arasından polislərə doğru qumbara atılıb. Nəticədə hüquq-mühafizə orqanlarının təxminən 30 əməkdaşı yaralanıb. Hadisə yerinə təcili yardım maşınları gəlib və yaralılar xəstəxanaya çatdırılıb. Milli Qvardiyadan bildirilib ki, qvardiyanın 20-yə əməkdaşı zərər çəkib. Onlardan ikisinin vəziyyəti ağırdır.  

 “112” telekanalının əməkdaşı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf 2 qumbaranın atıldığını xəbər verib.

 Qeyd edək ki, Ali Rada ölkədə siyasi gərginliyə səbəb olan “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihənin lehinə 265 deputat səs verib. Birinci oxunuşdan keçdikdən sonra sənədin qəbulu üçün konstitusion çoxluq – 300 səs tələb olunur. Hakim koalisiyaya daxil olan siyasi qüvvələrdən üçü – “Samopomiç”, Radikal Partiyası və “Yuliya Timoşenkonun bloku” sənədə səs verməyəcəklərini bəyan ediblər. 

  

Ermənilər Cıdır düzündə uzunqulaq yarışı keçirdilər - VİDEO

Dünən Azərbaycanın işğal altındakı Şuşa şəhərində uzunqulaq yarışları keçirilib. 

 

Modern.az saytı xəbər verir ki, rusiyalı milyonçu German Sterliqovun arvadının Cıdır düzündə təşkil etdiyi moda sərgisinin ardından uzunqulaq yarışları da orada baş tutub. 

16 yaşına qədər uşaqların iştirak etdiyi uzunqulaq yarışlarında ilk yeri tutana 1500, 2-ci yerə görə 1000, 3-cü yerin sahibinə isə 500 dollar mükafat verilib. Sıravi iştirakıçlarımn hər biri isə 100 dollar qazanıb.

 

Putinlə Medvedevin Soçidə səhər məşqi və yeməyi - VİDEO

Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev bu gün səhər Soçidə birgə məşq edib, eləcə də birgə səhər yeməyi yeyiblər.

 "DalğaTV" Rusiya KİV-nə istinadən bildirir ki, onlar hər ikisi hazırda Soçidəki Boçarev Ruçey rezidensiyasındadırlar.

Rusiya lideri və hökumət başçısı barbekü qovurublar və mal ətindən yemək hazırlayıblar.

 

İŞİD Roma tarixini məhv etdi (VİDEO, FOTO)

Terrorçular Roma imperatorluğundan qalma Bel məbədinin divarlarına bomba qoyaraq partladıb.

 ANS PRESS –in məlumatına görə, terrorçular bu vəhşiliyi tarixi şəhər olan Palmirada törədiblər. Bu barədə Suriya İnsan Haqları Dərnəyi məlumat yayıb. 

Açıqlamada bildrilir ki, Bel adlı məbəd Roma imperatorluğu dövründən qalıb və UNESCO -nun siyahısına daxildir. 

  Yerli sakinlərin Associated Pressə verdiyi məlumata görə, partlayış nəticəsində məbədin böyük bir hissəsinə ziyan dəyib. Keçən həftə İŞİD Palmirada Baalşamini məbədini yerlə bir etmişdi.


UNESCO bu məbədin uçurulmasını “hərbi cinayət” olduğunu açıqlayıb. İŞİD antik şəhəri may ayında ələ keçirib.

  2011 ci ildə başlayan vətəndaş müharibəsindən əvvəl Palmira şəhərini ildə 150 mindən çox turist ziyarət edirdi. Terrorçular dəfələrlə islamdan əvvəl qalma antik abidələri“bütpərəstliyin simvolu” adlandıraraq məhv edib.

 

 

 

Hərbi hospitalın rəisi rüşvətə görə saxlanıldı

Gürcüstan maliyyə nazirliyinin istintaq xidmətinin əməkdaşları Gürcüstanın Müdafiə Nazirliyinin Georgi Abramişvili adına hərbi hospitalının rəisi David Qvinaşvilini rüşvət alma faktı ilə saxlayıb.



"DalğaTV"-nin Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, istintaq müəyyən edib ki, saxlanılan şəxs tenderə əsasən dövlət satınalmaları prosesinin həyata keçirilməsi zamanı iş müəssisəsindən 6 000 lari rüşvət tələb edib və rüşvətin bir hissəsi olan 2 000 lari alarkən istintaq xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə əlaqədar Gürcüstan CM-nın 338-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır və saxlanılan şəxsi 6 ildən 9 ilədək azadlıqdan məhrum olma cəzası gözləyir.

NATO Gürcüstanda birgə təlim bazası açır - VİDEO

  

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Gürcüstanda birgə təlim bazasının açılışında iştirak edib. 

  "DalğaTV"-nin  Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, baş nazir İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında cənab Stoltenberg "Bizim ortaq təhlükəsizlik üçün güclü və etibarlı tərəfdaşımız" kimi Gürcüstanı təsvir edib. O, həmçinin NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına ikinci böyük töhfəsini verdiyi üçün Gürcüstana təşəkkür edib.

 Daha sonra prezident Giorgi Marqvelaşvili, baş nazir Qaribaşvili,xarici işlər naziri Tamar Beruçaşvili və müdafiə naziri Tinatin Xidaşeli  baş katib cənab Stoltenberg ilə NATO-Gürcüstan birgə Təlim və İnkişaf Mərkəzinin açılışında iştirak edib.

 

 

 

 

Gürcüstan daxili işlər nazirinin sabiq müavini güllələnib

Gürcüstan daxili işlər nazirininin sabiq müavini Levan Qvazavaya silahlı hücum edilib.

"DalğaTV"-nin Gürcüstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə qonşu ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, qatillər L. Qvazavaya Tbilisi-Tabaxmela şossesində pusqu qurub, onu Rezo Kalomletsavi adlı qohumu ilə birgə güllələyiblər.

R. Kalomletsavi hadisə yerində ölüb.

L. Qvazava isə baş nahiyyəsindən ağır yaralanıb və komaya düşüb. Hazırda sabiq nazir müavini süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı istintaq aparılır. Hələlik qətlin kim tərəfindən sifariş olunduğu barədə versiya yoxdur.

Washington Times"da Azərbaycanın Los Ancelesdəki baş konsulunun məqaləsi dərc olunub

 Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin ABŞ-ın nüfuzlu "Washington Times" qəzetində məqaləsi dərc olunub.


Diplomat vurğulayır ki, Azərbaycan yalnız öz nəhəng neft və qaz yataqlarına görə deyil, eyni zamanda, Mərkəzi Asiyanın enerji resurslarının Avropaya ötürülməsində xüsusi geostrateji önəmə malikdir. Müəllif Azərbaycan Prezidentiİlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin qısa zamanda əldə etdiyi nailiyyətləri sadalayaraq, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf və müasirləşmə yolu keçərək bu gün yerləşdiyi regionun iqtisadiyyatının 80%-ə nəzarət etdiyini bildirir. Diplomat, Azərbaycanın tarixən malik olduğu və bu gün də böyük qürur hissi ilə yaşatdığı qədim tolerantlıq ənənələrindən bəhs edir və bu ənənələrin neft-qaz resursları qədər ölkəmizin ən qiymətli sərvətlərindən olduğunu vurğulayır.

Həmçinin, N. Ağayev Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasəti barədə oxucuları məlumatlandırır.

      

Məqalə ilə bu link vasitəsilə tanış olmaq olar:

 http://www.washingtontimes.com/news/2015/aug/26/nasimi-aghayev-caspian-natural-gas/

Türkiyədə polisə növbəti hücum olub, yaralananlar var

Türkiyənin Osmaniyə, Qaziantep və Van şəhərlərində polis PKK terrorçularının hücumuna məruz qalıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Osmaniyə şəhərində terrorçular patrul vəzifəsi icra edən xüsusi hərəkat polislərinə hücum ediblər.


Ölən və yaralananların olmadığı hadisənin ardından qısa müddətli qarşıdurma yaşanıb. Bölgəyə dəstək üçün hərbçilər göndərilib və əməliyyat başlayıb.

Eyni zamanda PKK terrorçuları Qaziantep şəhərində polis bölməsini atəşə tutublar. Bölmənin yaxınlığında terrorçulara məxsus avtomobildə silah-sursat aşkar edilib. Hazırda hücumu törətməkdə şübhəli bilinən 3 nəfərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Vanda isə polis avtomobilinin minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Hücumu törədən PKK silahlılarının tapılması üçün genişmiqyaslı əməliyyat hazırlanıb.

İlham Əliyev Moldovanın Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb.

DalğaTV AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah arzulayıram".

Ərdoğan: "Heç bir siyasətçi "mən" deməməlidir"

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlament seçkilərindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. Türkiyə prezidenti hər kəsi eqolarını kənara qoymağa və qısa zamanda hökuməti qurmağa çağırıb.

ANS PRESS-in məlumatına görə, prezident tez bir zamanda hökumət qurmağın vacibliyindən danışıb.

"Ortaya çıxan nəticə millətin iradəsidir, hər kəs millətin seçiminə hörmət etmək məcburiyyətindədir. Seçkinin nəticəsi xalqımızın tək partiyanın iqtidara gəlməsinə imkan verməyən siyasi tabloya üstünlük verdiyini göstərdi. Bu tablonu siyasi partiyaların da olduğu kimi görməsini istəyirəm. Türkiyəni hökumətsiz, başsız qoyanlar, eqolarına məhkum olanlar, bunun hesabını nə tariximizə, nə də millətimizə verə bilməzlər. Hər kəs eqolarını bir kənara qoyub, tez bir zamanda hökuməti qurmalıdır", - Türkiyə prezidenti belə deyib.

Ərdoğan həmçinin bildirib ki, milli gəliri 800 milyard dollara çatan, ixracatını 60 milyard dollara çatdıran, işsizlik və inflyasiyanı azaldan bir ölkə bir addım da geri getməməlidir. Heç bir siyasətçi "mən" demək haqqına sahib olmamalı və "biz" deməlidir.

Saytda Axtarış

ახალი ამბები