Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2788
DünənDünən3331
Bu həftəBu həftə12220
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468819

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Avropa miqrantlara qapıları bağlayır

Macarıstan hökuməti qonşu Serbiyadan sığınacaq almayan miqrantları ölkəyə buraxmayacaq.

"Dalğa TV" Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaç bildirib.

“Bu, beynəlxalq hüquqda təsbit olunan qaydadır və biz birmənalı şəkildə yalnız qaçqın statusuna malik şəxsləri ölkəyə buraxacayıq”, deyə Z.Kovaç bildirib.

Qeyd edək ki, bundan əvvəl Serbiya hökuməti Macarıstanın qəbul etmədiyi qaçqınları öz ərazisinə buraxmayacağını bildirib. “Biz Macarıstana keçən insanların hamısını geri buraxmayacağıq. Lüzum olsa, bu məqsədlə ordudan istifadə edəcəyik. Bu bizim mövqeyimizdir, buna hamı agah olmalıdır”, deyə Serbiyanın əmək və sosial siyasət nazirinin müavini Nenad İvanişeviç bildirib.

Onun sözlərinə görə, Macarıstan qəbul etmədiyi miqrantları Yunanıstana qaytarmalıdır. “Çünki Yünanıstan qaçqınların daxil olduqları ilk Avropa İttifaqı ölkəsidir”, Serbiya rəsmisi əlavə edib.

​ABŞ universitetində professor öz həmkarını güllələyib

Birləşmiş Ştatların Missisipi ştatının Klivlend şəhərində yerləşən Delta Dövlət Universitetinin ərazisində atışma baş verib.

"Dalğa TV" xəbər verir ki, insident nəticəsində bir nəfər ölüb.

İlkin məlumatlara görə, ölən şəxs universitetdə dərs deyən professorlardan biridir. Atışmanın baş verdiyi şəhərcik insidentdən sonra hüquq mühafizəçiləri tərəfindən dövrəyə alınıb. Tələbə və müəllim heyəti təxliyə edilib.

Ölən şəxs Tarix şöbəsində işləyən İtan Şmidt kimi eyniləşdirilib. Polis atəş açan şəxsi axtarışa verib və şübhəli şəxs qismində həmin universitetdə işləyən coğrafiya üzrə professor Şennon Lembin adını elan edib.

Mühaciləri daşıyan daha bir təknə batıb, 28 nəfər ölüb

Türkiyədən Yunanıstana keçmək istəyən mühacirlərin olduğu balıqçı təknəsi batıb, biri uşaq olmaqla 28 nəfər ölüb.

"Dalğa TV"-nin Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, mühacirlər Türkiyənin Aydın bölgəsindən Yunanıstanın Leros adasına keçmək istəyirmişlər. Təknədə olanlardan 28 nəfəri üzərək sahilə çıxıb, 62 nəfərini isə Yunanıstanın sahil təhlükəsizlik xidmətinin əməkdaşları xilas edib. Xilas olanlar Leros adasına aparılıblar.

Türkiyənin Çanaqqala bölgəsində isə 57 nəfər mühaciri təhlükəsizlik qüvvələri xilas edib. İçərisində 42 nəfər Suriya, 13 nəfər Əfqanıstan, 2 nəfər isə Eritreya vətəndaşı olan mühacir dəstəsi Yunanıstanın Midilli adasına getmək üçün rezin botla Ege dənizinə çıxıb. Dənizdə botun motoru xarab olub. Batmaqda olan mühacirləri sahil təhlükəsizlik qüvvələri xilas edib.

Mühacirlərin sənədləri qaydaya salındıqdan sonbra deportasiya ediləcəklər.

Turistləri terrorçu bilib atəş açdılar- 12 nəfər öldü

Misir Təhlükəsizlik orqanlarının nümayəndələri güc strukturlarına yaraşmayan kobud səhvə yol veriblər.

 

Belə ki, onlar bir müddət öncə Əl-Səhra adlanan ərazidə meksikalı turistlərə  və yerli ziyarətçilərə atəş açıblar. 

"Dalğa TV" xarici mediaya istinadən xəbər verir ki, səhv əməliyyat nəticəsində  günahsız 12 nəfər dünyasını dəyişib, 10 nəfər yaralanıb.

Yerli aidiyyatlı orqanların verdikləri məlumata görə, buna səbəb turistlərin Qərb sərhəddində qadağan olunmuş zonaya keçmələri olub. Qeyd edək ki, Liviya ilə sərhəddə yerləşən ərazidə olduqlarına görə təhlükəsizlik orqanları onları terrorçularla səhv salıb.

Türkiyədə PKK-çıların terror hücümları nəticəsində daha üç polis şəhid olub, altı polis yaralanıb

Türkiyədə PKK terrorçularının hücumları davam edir.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 13-ü səhər saatlarında Şırnakda PKK-çılar polis nəzarət məntəqəsinə gətirdikləri bomba yüklü avtomobili partladıblar.

Şiddətli partlayış nəticəsində avtomobil parçalanıb, iki polis şəhid olub, beşi yaralanıb. Yaralılar Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Helikopterlərin dəstəyi ilə terrorçulara qarşı həyata keçirilən əməliyyat nəticəsində iki PKK terrorçusu məhv edilib. Qaçan digər PKK-çıların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.    

Diyarbəkirdə isə bir polis şəhid olub.

Silvan qəsəbəsində küçələrdə qazılmış xəndəkləri doldurmağa gedən polis heyətinə bir qrup PKK-çı tərəfindən raket atanlar və avtomatlardan atəş açılıb.  

Nəticədə bir polis şəhid olub, bir polis və bir mülki şəxs isə yaralanıb.

Hücum edən PKK-çıların zərərsizləşdirilməsi üçün qəsəbədə genişmiqyaslı əməliyyat keçirilir.

Dünyada ilk dəfə insan başı başqa bədənə köçürüləcək

Rusiyalı kompüter mühəndisi, 30 yaşlı Valeri Spiridonov başının sağlam bir bədənə köçürülməsini istəyib. Qeyd edək ki,mühəndis hoffman xəstəliyindən əziyyət çəkir. Onun bədən əzələlərinin 90 faizi işləmir.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, riskli əməliyyatı həyata keçirməyi planlaşdıran italiyalı cərrah Sergiyo Kanaverodur. Çinli cərrah Ren Xiaopinq isə bu əməliyyat zamanı Sergiyonun köməkçisi olmağı qəbul edib.

36 saat davam edəcəyi gözlənilən əməliyyat 7 milyon sterlinqə başa gələcək.

Çində təşkil edilən “Frontier Science” adlı konfransda çıxış edən cərrahlar iki il ərzində Spiridonova tam bədən nəqli etmək üçün işlərə başladıqlarını açıqlayıb. Əməliyyatın 2017-ci ilin dekabrında reallaşdırılması planlaşdırılır. Çinli cərrah Ren 2013-cü ildən bəri təxminən min siçana bədən nəqli etdiyini deyib.

Məkkədə aşan qaldırıcı kran Üsamə ben Ladenin ailəsinə məxsus olub

Məkkənin “Əl Haram” məscidində zəvvarların üzərinə aşan qaldırıcı kran ben Laden ailəsinin “Saudi BinLaden Group” tikinti holdinqi tərəfindən idarə olunan alman şirkətinə məxsus olub.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Daily Mail” nəşri yazır.

“Saudi BinLaden Group” tikinti konserni hazırda məscidin ətrafındakı meydanın genişləndirilməsini nəzərdə tutan 14 mlrd dollar dəyərində layihəni həyata keçirir. Layihəyə əsasən, təmir işlərindən sonra məscid eyni vaxtda 2,2 mln-dək zəvvar qəbul edə biləcək.

“Saudi BinLaden Group” şirkəti 1931-ci ildə Üsamə ben Ladenin atası Məhəmməd ben Laden tərəfindən təsis edilib. Şirkət Səudiyyə Ərəbistanında bir çox layihələr reallaşdırıb.

Qeyd edək ki, ötən gün qaldırıcı kranın zəvvarların üzərinə aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər yaralanıb. Kranın aşmasına səbəb güclü külək olub.

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107-yə çatıb - FOTO - VİDEO

Kəbədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107-yə çatıb.

"Dalğa TV" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 238 nəfər xəsarət alıb. Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur.

Kranın aşma səbəbinin fırtına olduğu deyilir.

Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.

 

Suriyadan Qarabağa 250-dən çox erməni ailəsi köçürülüb

Böyük Britaniyanın BBC telekanalı Suriya ermənilərinin Ermənistan və Dağlıq Qarabağa köçürülməsi barədə reportaj yazıb.

 "Dalğa TV" adıçəkilən telekanala istinadən xəbər verir ki, xristian ermənilər Yerevan və Gümrü ilə yanaşı, Dağlıq Qarabağ ərazisinə də yerləşdiriliblər.

Məlumatlara görə, Suriyada münaqişə başlayandan bəri Dağlıq Qarabağa 250-dən artıq erməni ailəsi köçürülüb.

Azərbaycan tərəfi bundan əvvəl dəfələrlə Qarabağa süni şəkildə Suriya ermənilərinin köçürülməsi məsələsini beynəlxalq platformalarda qaldırıb.

İŞİD Azərbaycana 7 gün vaxt verdi

Bu gün İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Nyu-Yorkda 11 sentyabr terror aktının 14 illiyi ilə bağlı dünyanın bir sıra ölkələrinin təşkilat, bank və dövlət qurumlarının saytlarına haker hücumu təşkil edib.

Hücuma məruz qalanlar sırasında Azərbaycan bankı da var. Belə ki, "Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanına hücum edən İŞİD-çilər sayta belə bir müraciət yerləşdirib.

AzVision.az-ın məlumatına görə, müraciətdə qeyd edilir:

"Bu, həqiqi yolu izləyənlərdən bütün dünyada olan xaçpərəstlərə bir mesajdır. Biz geri qayıtdıq. Biz sizə müqəddəs 11 sentyabr tarixini xatırlatmaq istəyirik və bildirmək istəyirik ki, yaxın zamanda yenə belə bir hücum olacaq. Və siz bizim dediklərimizi xatırlayacaqsınız.

Siz heç vaxt unutmayacaqsınız, elə biz də. Biz uca Allaha and içirik ki, siz bizi rahat buraxmayınca, biz də sizi rahat buraxmayacağıq, biz öz müsəlman ölkələrimizdə sülh görməyənə qədər, siz də öz ölkənizdə sülh görməyəcəksiniz. Bizi getdiyiniz,olduğunuz hər yerdə görəcəksiniz.

Sizin saytlarınıza, kredit kartları, kompüter və hətta telefonlarınıza haker hücum edəcəyik. Bu sizin ən qorxulu kabusunuz olacaq, proses artıq başlayıb və heç vaxt bitməyəcək. Bu sadəcə başlanğıcdır.
Usamə bin Ladeni öldürməyiniz bizim cihadımızın sonu deyil. Biz hamımız Usaməyik və 11 sentyabr hadisələri dəfələrlə təkrarlanacaq.

Usamə bin Laden dediyi kimi: "Allahın izni ilə biz sizin boynunuzu elə sizin torpaqlarda vuracağıq! Ona görə, bunu necə edəcəyimizi gözləyin və siz sonda kimin qalib gəldiyini görəcəksiniz”.

Biz sizin xeyli sayda bank, dövlət və hərbi saytlarınıza haker hücumu edib, ciddi və həssas məlumatları əldə etmişik və onlardan bəzilərini dərc edəcəyik. Əgər siz dayanmasanız, biz daha sonra bütün məlumatları dərc edəcəyik”
Müraciətdə son olaraq xəbərdarlıq edilib: "Biz müharibəni dayandırmağınız üçün 7 gün vaxt veririk. Əgər siz bunu etməsəniz, biz sizin ölkələrinizin təhlükəsizliyini təhdid edən məlumatları paylaşacağıq”.

11 sentyabr hadisələrindən 14 il keçir

Bu gün ABŞ tarixinə faciə kimi həkk olunub.

 "Dalğa TV"-nin məlumatına görə, 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binaları terror hücumları zamanı partladılmışdı. 11 sentyabr terror aktları-Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarından ibarət olub.

 Yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb.  

İnsanlar bu terrorun şokunda ayılmamış, 09:03 radələrində Cənub qülləsi bənzər hücuma məruz qalıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi-Pentaqonun binası da terroristlərin idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi. 

Bu hadisələr nəticəsində 2976 sadə vətəndaş həlak oldu. Eyni zamanda 6 mindən çox insanın yaralanması ilə nəticələn hadisə ABŞ-ı çox sarsıtdı.  

Bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara start verilməsinə təkan verdi.

Yeni iPhone təqdim olundu – FOTO

Smartfonlar sentyabrın 25-dən satışa çıxarılacaq.

Apple şirkəti yeni iPhone 6s və iPhone 6s Plus smartfonlarını təqdim edib.

"Dalğa TV" xəbər verir ki, iPhone 6s Plus smartfonları 12 MP kamera ilə təchiz olunub.

Yeni İphone Live Photo funksiyasını dəstəkləyir.

Apple şirkəti yeni iPhone 6s və iPhone 6s Plus smartfonlarını sentyabrın 25-dən etibarən 12 ölkədə satışa çıxaracaq. Yeni iPhone 6s-in qiyməti 649 dollar (16 Qb), 699 dollar (64 Qb), 749 dollar (128 Qb) təşkil edir.

Qeyd edək ki, Apple şirkəti yeni məhsulunu: iPad Pro, iOS 9 əməliyyat sistemini və Apple TV üçün application-ı təqdim edib.

Saytda Axtarış

ახალი ამბები