Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2781
DünənDünən3331
Bu həftəBu həftə12213
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468812

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezident və kral ailəsi qəzaya düşdü

altHindistan prezidenti Pranab Kumar Mukerdji İsveçə səfəri zamanı yol qəzasına düşüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onunla birgə maşında İsveç şahzadəsinin vəliəhdi Viktoriya və əri də olub. Məlumatda qeyd edilir ki, nə Hindistan prezidenti, nə də kral ailəsi xəsarət alıb. Bununla belə, qəzanın digər 6 iştirakçısı yüngül yaralanıblar. Qəza barədə ətraflı xəbər verilmir.

Dünyanı ayağa qaldıran görüntü: Uşağının başına ip bağlayıb it yeməyi yedirir - FOTO

alt

Filippində çəkilən bu foto bütün dünyanın qəzəbinə səbəb olub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dəhşətli görüntüdə oğlunu çılpaq soyunduran ana boynuna taxdığı kəmərlə zavallı uşağa körpəyə it yeməyi yedirdir.

Ən çox 2, yaxud 3 yaşında olan balaca bir oğlan uşağı boynuna keçirilən kəmərlə yerlərdə sürünür. Qan donduran fotoşəkildə açıq-aydın görünür ki, körpə bir qabdan it yeməyi yeyir. Eynilə bir it rəftarı görən zavallı uşağı bu hala salan da doğma anasıdır.

Dəhşətli hadisəni əks etdirən görüntü İngiltərənin Dublin şəhərində yaşayan 46 yaşlı Lurleen Hilliardın fotonu Facebookda görməsi ilə ortaya çıxıb. Bir sosial yardım qurumunda çalışan Lurleen Hilliard vəziyyəti ABŞ rəsmilərinə bildirəndə Filippindəki iş ortaqları ilə əlaqə yaradılıb. Körpəsinin bu fotosunu öz Facebook səhifəsində paylaşan ana həbs olunub, körpə körpələr evinə verilib.

Qadının uşaq istismarından mühakimə olunacağı gözlənilir. Ananın uşağına bu şəkşldə baxmasında hər hansi bir problem olmadığı, Facebook səhifəsinə bu fotoları qoymaqdan da əslində olduqca xoşbəxt olduğu bildirilir.

Rusiya "yox", İran isə "hə" deyir

alt

“Rusiya İrana S-300 raketlərinin göndərilməsi ilə bağlı razılaşmanın yerinə yetirilməsi üzərində işləyir, amma hələlik dəqiq vaxt müəyyən edilməyib”.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O qeyd edib ki, hələlik bu raketlərin nə vaxt göndəriləcəyi barədə heç nə deyə bilməz.

Qeyd edək ki, Rusiya BMT-nin sanksiyalarına görə 2010-cu ildə S-300 raketlərinin İrana göndərilməsini dayandırıb.

Rusiya prezidenti Vladimir Putin apreldə İranın nüvə proqramı ilə bağlı sazişi imzaladıqdan sonra bu qadağa aradan qalxıb. Rusiyanın bu addımı ABŞ və İsraildə tənqidlə qarşılanıb.

Bu arada İran xarici işlər nazirinin müavini Hüsseyn Əmir-Abdullahian İranın yaxın vaxtlarda Rusiyadan S-300 raketlərini alacağını bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı danışıqlar uğurlu olub və çox yaxın vaxtlarda Rusiya İrana S-300 raketləri göndərəcək.

Bakı top 10-da

altRusiyanın Travel.ru saytı mövcud statistikanı nəzərə alaraq rus turistlərin MDB məkanında ən çox yönəldiyi səmtləri müəyyənləşdirib.
ANS PRESS-in məlumatına görə, resurs bildirir ki, reytinq 2015-ci ilin 1 iyun tarixindən 31 avqust tarixinədək sərbəst səyhət edən turistlər tərəfindən otellərin bron edilməsinə əsasən hesablanıb. 
Hesablamalara əsasən MDB üzrə yay tətilləri üçün top10 siyahısında Azərbaycanın paytaxtı Bakı şəhəri də yer alıb.
Travel.ru-nun məlumatına görə Bakıya gələn rus turistlər yaşamaq üçün bir günüə ortalama 60dollar pul xərcləyirlər. Bu yöndə MDB ölkələri üzrə ən sərfəli şəhər Moldova paytaxtı Kişinyov (sutkasına 35 dollar) olduğu halda, ən bahalı şəhər isə Qazaxstanın paytaxtı Astana (sutkasına 93 dollar) oldu.
Lakin rus turistlərin Azərbaycan meyli təkcə Bakı ilə bitmir. Belə ki, Azərbaycanın Xudat şəhəri rus turistlərin bu yay seçdiyi top5 kurort zonası kimi qeyd olunub.
Qeyd edək ki, siyahıda Qazaxstan, Belarus və Ukraynanın da şəhərləri var. Portal onu da əlavə edib ki, əgər Gürcüstan MDB-yə daxil olsaydı onda Batumi şəhəri mütləq top10-na daxil olardı

Ərdoğan Türkiyənin Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bəyan etdi

altTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevə başsağlığı verib. Modern.az xəbər verir ki, Türkiyə rəhbərinin Binəqədi rayonu ərazisində baş vermiş yanğın hadisəsində həyatını itirənlərə görə Azərbaycan prezidentinə verdiyi başsağlığında deyilir:

Hörmətli Prezident, əziz qardaşım,

Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.

Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.

Sizə ən səmimi salamlarımı çatdırıram”.

“Böyüməyən uşaqlar” ermənilərə göndərildi

altErmənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş “25-lər”dən bəhs edən “Böyüməyən uşaqlar” kitabı Alman Azərbaycan Mədəniyyət Evi tərəfindən Ermənistanın Almaniyadakı səfirliyinə, bu ölkədəki erməni diaspor təşkilatlarına, həmçinin Almaniya medıasına göndərilib.
Bu barədə Modern.az saytına Alman Azərbaycan Mədəniyyət Evinin rəhbəri Toğrul Əziz məlumat verib. O, qeyd edib ki, kitabın dünya çapında yayılması, satışının təşkil edilməsi üçün Alman Azərbaycan Mədəniyyət Evi bundan sonra da fəaliyyətini davam etdirəcək.

Selfi sevgisi ölüm gətirdi

altRumıniyada gənc qızın selfi sevgisi ölümünə səbəb olub.  18 yaşlı Anna Ursu selfi çəkdirmək üçün dayanan bir qatarın üzərinə çıxıb.

Lakin gənc qızı elektrik cərəyanı vurub. Onun bədənində ağır yanıqlar meydana gəlib.

Qız dərhal Buxarest xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı qızın yanında 17 yaşlı rəfiqəsi də olub. O, yüngül yaralandığı üçün müalicəsini davam etdirir.

Ərdoğanla xanımını ağladan qız

altTürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın paytaxtı Tiranada yerləşən tarixi Kaleiçi məscidinin açılışında iştirak edib.

Əziz Mahmud Fondunun nəzdində fəaliyyət göstərən İşkodra İmam Natiq məktəbinin şagirdlərinin səsləndirdiyi “Biz kısık sesleriz” şeiri və ilahiləri eşidən Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan və Ailə Sosial Siyasətlər naziri Ayşenur İslam gözyaşlarına hakim ola bilməyib.

Məscidinin açılışında təxminən 8 min adam qatılıb. Mərasimdə “İgid adam İşkodra sizinlə qürur duyur”, “Müsəlmanların qüruru Rəcəb Tayyib Ərdoğan”, "Yeni Türkiyə Balkanlara ümid və cəsarət verdi” yazılı plakatlar diqqət çəkib.

Saakaşvili Ukraynada islahatlar şurasının rəhbəri oldu

altUkrayna prezidenti Pyotr Poroşenko mayın 13-də islahatlar üzrə məslkəhətçi şuranın fərdi tərkibini təsdiqləyib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onun rəhbəri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili təyin olunub. 
Şuraya İsveçin keçmiş xarici işlər naziri Karl Bildt, Avropa Parlamentinin xarici işlər üzrə komitə rəhbəri Elmar Brok, Slovakiyanın keçmiş baş naziri Mikulaş Dzurinda, Litvanın baş naziri Andryus Kubilyas və digər şəxslər daxildir.
Bundan əlavə, islahatlar şurasının üzvlərindən biri də ABŞ Senatının silahlı qüvvələr məsələləri üzrə komitəsinin rəhbəri Con Makkeyndir.

İstanbulda Heydər Əliyevin anadan olmasının 92-ci ilinə həsr edilmiş tədbir keçirilib

altİstanbulda Heydər Əliyevin anadan olmasının 92-ci ilinə həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, İstanbulda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci illiyi ilə bağlı mərasim keçirilib. Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Heydər Əliyevin adını daşıyan parkda təşkil edilib.

Tədbirdə baş konsul Həsən Zeynalov, millət vəkilləri Eldar İbrahimov, Nizami Cəfərov, Türkiyənin Marmara Qrupu Vəqfinin başqanı Akkan Suver, Türk PA-nın baş katibi Ramil Həsənov, Türkiyədəki Azərbaycan Dərnəkləri Federasiyasının başqanı Bilal Dündar, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr çıxış ediblər.

Çıxışçılar Heydər Əliyev dühasından, onun iki ölkənin əməkdaşlıq və tərəfdaşlığı üçün etdiyi tarixi xidmətlərdən danışıblar.

Daha bir ölkə Saakaşvilini istəyir

altGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Moldovaya dəvət edilib.

Bu dəfə o, korrupsiya ilə mübarizə sahəsində ekspert kimi dəvət edilib.

Moldovanın baş naziri Kirill Qaburiçin sözlərinə görə, bu məsələ keçən çərşənbə günü Ukrayna prezidenti Pyotr Poroşenko ilə müzakirə edilib. Müzakirədə Poroşenkonun məsləhətçisi olan Mixail Saakaşvili də olub.

"Saakaşvili və onun komandasının islahatlar sahəsində yaxşı təcrübəsi var. Tezliklə onlar Kişinyova gələcəklər. Onlar Moldova hakimiyyətinə korrupsiya ilə mübarizə məsələlərində ekspert kimi kömək edəcəklər. Hakimiyyətin rüşvətxorluğu aradan qaldırmaq üçün bütün cəhdlərinə baxmayaraq, indiyədək bu sahədə təsirli addımlar atılmayıb", - deyə Qaburiç bildirib. O həmçinin qeyd edib ki, korrupsiya Modlovada bütün sahələrə nüfuz edib.

Xatırladaq ki, həm Mixail Saakaşvili, həm də Kirill Qaburiçə qarşı öz vətənlərində cinayət işi açılıb. Saakaşvili Gürcüstanda axtarışa verilib. Keçmiş prezident vəzifə səlahiyyətlərini aşmaqda və digər cinayətlərdə ittiham edilir. Bir müddət "Azercell" şirkətinin baş direktoru olan Kirill Qaburiç isə təhsil haqqında sənədləri saxtalaşdırmaqda ittiham edilir.

Rusiya gözəlinin bu hərəkəti rusları qəzəbləndirdi (FOTO)

alt"Miss Rusiya-2015"-in qalibinin Rusiya bayrağının rəngləri ilə improvizasiya olunmuş paltarla fotosessiyası sosial şəbəkədə böyük qalmaqala səbəb olub.

ANS PRESS-in məlumatına görə, ictimaiyyət Sofiya Nikitçukun bu fotosunu dövlət simvolunun təhqir olunması kimi dəyərləndiriblər.

"Stolnik" jurnalının may nömrəsi üçün çəkilən şəkillərdə "Miss Rusiya" nüfuzlu müsabiqəsinin qalibi faktiki olaraq Rusiyanın bayrağına bükülmüş halda görünür. Don və parçalar məhz bayrağı simvolizə edir. Bu dövlət simvoluna təhqirdir”, - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, humanitar elmlər və incəsənət fakültəsinin tələbəsi Sofiya Nikitçuk "Miss Rusiya - 2015"in qalibi seçilib.

21 yaşlı qız bu qələbəsi sayəsində 3 milyon rubl (təxminən 63 min manat) və avtomobil də qazanıb. İndi Nikitçuk ölkəsini dünya gözəli müsabiqələrində də təmsil edəcək.

Saytda Axtarış

ახალი ამბები