Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2703
DünənDünən3048
Bu həftəBu həftə8804
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465403

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


3 əsrdə dünyanı sarsıdan ən böyük böhranlar – Araşdırma

Azərbaycanda manatın 1 ildə 2-ci dəfə devalvasiya olunması əhalinin sosial durumuna mənfi təsirini dərhal göstərdi. İndi hər yerdə insanlar iqtisadi böhran və çətinliklər şəraitində yeni yaşayış standartlarına uyğunlaşmağı müzakirə edir.
Dünyada enerji daşıyıcılarının qiymətlərinin kəskin ucuzlaşması, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, Rusiya-Türkiyə münasibətlərindəki gərginlik, Çin valyutasının ucuzlaşması və s. yaxşı bir şey vəd etmir.

Qlobal böhran Damokl qılncı kimi başımızın üzərindədir.

Dünya tarixində bu günə qədər baş verən qlobal iqtisadi böhranlara nəzər salaq.

Dünyada ilk iqtisadi böhran 1857-ci ildə sürətlə sənayeləşən Qərb ölkələrində baş verib.

O vaxt kənd təsərrüfatı və ictimai həyata mənfi təsir göstərən böhran ABŞ, Fransa, İngiltərə və Almaniyada hiss olunurdu. Dəmir yolu şirkətlərinin kütləvi müflisləşməsi və səhm bazarının çökməsi Amerika bank sisteminin ağır duruma düşməsinə yol açmışdı.

Böhran dövründə Amerikada çuqun istehsalı 20 faiz, Almaniyada 25, Fransada isə 13 faiz azalmışdı. Britaniyada gəmiqayırma sənayesi 26 faiz geriləmişdi.

1857-ci il iqtisadi böhranı bütün Avropa və Latın Amerikasında sənaye və kənd təsərrüfatının gerilədiyi ilk kataklizm idi.

Növbəti qlobal böhran 1873-cü ildə Almaniya və Avstriyada başlamışdı. Cənubi Amerikada kredit istehlakının kəskin artması, Almaniyada spekulyasiya yolu ilə daşınmaz əmlak qiymətlərinin bahalaşması fond birjalarının çökməsinə səbəb olmuşdu. 1873-cü ilin mayında Vyana, ardınca isə Sürix və Amsterdam birjalarının dayandırılması, Nyu-York fond birjasında panikanın başlanması və ölkənin əsas kapitalisti sayılan Birləşmiş Sakit Okean Dəmiryolu şirkətinin sahibi Cey Kukun müflis olması Amerikada da maliyyə böhranının başlanmasına işarə olmuşdu. Xüsusən, Almaniya banklarının Amerikaya olan kredit borclarını ödəyə bilməməsi mənfi fəsadlar doğurmuşdu.

Həm Avropa, həm də ABŞ-da istehsal aşağı düşdüyü üçün Cənubi Amerikaya ixrac edilən məhsulların həcmi kiçilmiş, bu isə ölkələrin büdcəsinə daxil olan gəlirləri azaltmışdı. Kapitalizm tarixinin ən uzunmüddətli böhranı yalnız 1878-ci ildə zəifləməyə başlamışdı.

1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması yeni qlobal iqtisadi böhran üçün münbit şərait yaratmışdı. Amerika, İngiltərə, Fransa və Almaniyanın müharibəyə vəsait tapmaq üçün öz fond birjalarındakı xarici qiymətli kağızları kütləvi satması həm pul, həm də məhsul bazarında böhran yaratmışdı.

Amerika və İngiltərə maliyyə bazarındakı çaxnaşma bu ölkələrin Mərkəzi Banklarının bazar vaxtında müdaxilə etməsi ilə sabitləşmişdi.

1920-1922-ci illərdə 1-ci Dünya Müharibəsinin başa çatmasından sonra başlanan iqtisadi böhran isə deflyasiya və resessiya ilə bağlı idi. Bu dövrdə Danimarka, İtaliya, Finlandiya, Hollandiya, Norveç, ABŞ və Britaniya bank və valyuta bazarında çətinlik yaşamışdı.

1929-1933-cü illərdə baş verən böhran “Böyük Depressiya” adı ilə tanınır. 1929-cu il oktyabrın 24-də (Qara cümə axşamı) Nyu-York fond birjasında səhmlər kəskin ucuzlaşmağa başladı.

Əsas qiymətli kağızlar 60-70 faiz dəyər itirmiş, dünya valyutaları üçün qızıl standartları ləğv olunmuşdu. Birinci Dünya Müharibəsindən sonra Amerikada fond bazarının genişlənməsi, ölkə sakinlərinin aldıqları səhmlərin onlara nəhəng gəlirlər gətirməsinə rəğmən 1929-cu ilin oktyabrında bütün bu vəsaitlər heçə endi. Amerikalı səhmdarlar 2 həftəyə 15 milyard, ilin sonuna isə 40 milyard dollardan artıq vəsait itirdilər.

Fabrik və zavodlar bağlanır, banklar müflis olur, milyonlarla insan ibarət işsizlər ordusu yaranırdı. 1933-cü ildə “Böyük Depressiya”nı nəzarətə almaq mümkün olsa da, onun fəsadları hələ 30-cu illərin sonuna qədər hiss olunurdu.

Depressiyanın davam etdiyi illərdə işsizlik 25%-ə (17 milyon nəfər) çatırdı. Daha 25% vətəndaş əmək haqlarının azalması və yarım iş günü çalımağa məcbur idi. Ölkədə intiharlar 25% artaraq kəskin artmış, 1 milyon fermet təsərrüfatı müflisləşmişdi.

1957-ci ildə müharibədən sonra ilk iqtisadi böhran başlandı. ABŞ, Belçika, Britaniya, Kanada və Hollandiyanı əhatə edən iqtisadi çətinlik bu ölkələrdə sənaye istehsalını 4% geriyə salmış, 10 milyon insanın iş yerlərini itirməsi ilə nəticələnmişdi. Müharibə sonrası ilk böhran 1958-ci ilin ortalarına qədər davam edib.

1973-cü ilin sonlarında isə “Böyük Depressiya”dan sonra dünya tarixində ən əsaslı yeni iqtisadi böhran baş qaldırdı. Amerikada sənaye istehsdalı 13%, Yaponiyada 20%, Almaniyada 22%, Britaniyada 10%, Fransada 13% və İtaliyada 14% azalmaya səbəb olmuşdu.

Bu ölkələrdə fond birjalarında səhmlər 40-70% dəyət itirmiş, 15 milyon işçi isə çalışdığı yerlərdən qovulmuşdu.

1973-cü ilin 16 oktybarında OPEK ölklərinin neft hasilatını azaltması isə neftin 3 dollardan 5 dollara, 1975-ci ilin əvvəllərində isə 12 dollar olmasına gətirib çıxarmışdı.

1987-ci ilin qara bazar ertəsi. Həmin ilin 19 oktybarında ABŞ-ın “Dow Jones Industrial” fond indeksi 22,6% dəyər itirdi. Amerikanın ardınca Avstraliya, Honkonq və Kanada səhm bazarı da çökmüşdü. Böhranın mümkün səbəbi bir neçə iri şirkətin kapitallaşmasının ləngiməsi fonunda investorların bazardan çıxması olmuşdu.

Sonralar dünya tarixində 1994-1995 Meksika iqtiasadi böhranı, 1997-ci ildə Cənub-Şərqi Asiya ölklərindəki maliyyə böhranı və 1998-ci ildə Rusiyada defoltla nəticələnən iqtisadi böhran yaddaşlarda qalmışdı.

Sonuncu dəfə 2008-2011-ci illərdə dünyanı iqtisadi böhran sarsıdıb. Lakin dünyada baş verən geosiyasi mübarizələr və siyasi bloklar arasındakı ziddiyətlər qısa zamanda dünyanı yeni qlobal çətinliklərlə üz-üzə qoya bilər.

Ola bilsin ki, Azərbaycan və bir çox dünya ölkələrində qeydə alınan devalvasiya bu böhranın ilk siqnalıdır.

Diasporumuzdan Saakaşviliyə dəstək - “Tərəqqi korrupsiyasız cəmiyyət qurmadan mümkün deyil”

Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu Odessa qubernatoru Mixail Saakaşvilinin yaratdığı yeni “Təmizlik Uğrunda Hərəkat”ı dəstəkləmək qərarına gəlib.


AzNews.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov XəzərNews.az-a bildirib ki, Azərbaycan diasporu Saakaşvilinin dəstəkləməyə və ona kömək göstərməyə hazırdır: “Ukraynanı sevən insanlar kimi ona layiq olduğu həyat arzu edirik”.

H.Cavadov yaşadıqları və fəaliyyət göstərdikləri ölkəni korrupsiyasız cəmiyyət kimi görmək istədiklərini bildirib: “Ukraynanın və ümumiyyətlə bütün ölkələrin tərəqqisi korrupsiyasız cəmiyyət qurmadan mümkün deyil”.

Qeyd edək ki, bu günlərdə Mixail Saakaşvili tərəfindən keçirilən antikorrupsiya forumu “Təmizlik Uğrunda Hərəkat”ı dəstəkləyib. Bu qərar tədbirdə qəbul edilən qətnamədə də öz əksinin tapıb. Həmin qətnaməni tədbirin təşkilatçılarından biri “Forbes”in Ukrayna variantının keçmiş baş redaktoru Vladimir Fedorin oxuyub. Sənəddə qeyd olunur ki, Ukrayna hökumət və hüquq-mühafizə orqanları korrupsiyanın öhdəsindən gələ bilmirlər. Arzu edən onun işində iştirak edə bilər. Gələcəkdə hərəkat regionlara getmək fikrindədir - İlk növbədə yanvarın 18-də Xarkovda yeni Antikorrupsiya forumu keçiriləcək.

Azərbaycanlıya ərə gedən erməni qızı İŞİD-ə qoşuldu – VİDEO

O, ailəsi ilə əlaqə saxlamayıb.

Rusiya istintaqçıları 28 yaşlı Moskva sakini Mariya Samoylovanın axtarışına başlayıb. Qızın atası doğma övladının yenicə ərə getdiyi bakılı biznesmen Yuri İsmayılovla birlikdə İŞİD-ə qoşulmaq üçün Suriyaya qaçdığını iddia edir.

 

"Dalğa TV" UralPolit.ru-ya istinadən xəbər verir ki, 51 yaşlı Artur Mkrtumyan hesab edir ki, azərbaycanlı oğlanla evləndikdən sonra islamı qəbul edən qızı əri ilə birlikdə "İslam Dövləti"nə (İŞİD) qoşulub.

O, sözlərinə sübut olaraq cütlüyün daimi yaşayış üçün Azərbaycana gedərkən birbaşa Rusiya-Azərbaycan sərhəddindən deyil, Türkiyə ərazisindən istifadə etmələrini göstərir.

"Mariya azərbaycanlı ilə evlənib və islamı qəbul edib. Oğlan turizm şirkətinin rəhbəri idi və böhran zamanı problemlər olduğu üçün getmək qərarına gəliblər. Türkiyəyə uçdular. Mariya oradan zəng edib dedi ki, Bakıya köçürlər və işləri yoluna qoyana qədər əlaqə saxlaya bilməyəcəklər".

Buna baxmayaraq, Moskvanın Lefortovo rayon polis idarəsi onun şikayəti əsasında istintaq öncəsi tədbirlər keçirir.

 

2015-ci ilin dünya gözəli seçilib - FOTO

Çinin Haynan adasındakı Sanya şəhərində keçirilən “Dünya gözəli-2015” gözəllik müsabiqəsi başa çatıb.

Modern.az saytı xaruici KİV-ə istinadən xəbər verir ki, gözəllik müsabiqəsinin qalibi ispaniyalı Mireyya Lalaquna Royo seçilib.

“Dünya gözəli 2015” gözəllik müsabiqəsində ikinci yeri rusiyalı Sofiya Nikitçuk, üçüncü yeri isə indoneziyalı Mariya Xarfanti tutub. İlk “beşlik”ə həmçinin Livan və Yamaqkadan olan qızlar da çıxa bilib.

Müsabiqədə ümumilikdə 115 ölkənin təmsilçisi iştirak edib. Onlardan yalnız 25 qız final mərhələsində mübarizə aparıb.

Rusiya Suriyanı bombaladı - 9 ölü, 24 yaralı

Suriyanın Hələb şəhərinin Azez rayonu Rusiyaya məxsus hərbi təyyarələrdən bomba atəşinə tutulub.

Dalga Tv-nin ans press-ə istinadən məlumatına görə, ötən gecə saat 23:00 ilə 01:00 radələrində Suriyanın Azez rayonunun Hareten ilə Azaden kəndlərinin bombardımanı nəticəsində 9 nəfər həyatını itirib, 24 nəfər isə ağır yaralanıb.

Azez rayonunda elektrik olmadığından suriyalı yaralıları müalicə etməkdə çətinliklər yaranıb. Bundan sonra 8 yaralı Türkiyə-Suriya sərhəddinə gətirilərək, Kilis dövlət xəstəxanasına aparılıb. Kilisə gətirilən yaralılardan vəziyyəti daha ağır olanlar ətraf rayonlara göndərilib.

 

“Biz türkləri dost xalq hesab edirik“ - Putin

"Biz türkləri dost xalq hesab edirik. Və istəmirik ki, bizim məhz türk xalqı ilə münasibətlərimiz məhdudlaşsın".

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyovun bir hissəsi "Rossiya 1" telekanalı ilə yayımlanan "Miroporyadok" sənədli filmində göstərilən müsahibəsində bildirib.

Solovyovun Rusiyanın "Su-24" təyyarəsini vuran Türkiyənin düşməncəsinə hərəkətlərinə dair sualını cavablandıran Putin bildirib ki, Türkiyə xalqı ilə münasibətləri pozmaq istəmir:

"Türkiyə Avropa deyil, bu bir. İkincisi isə, artıq bugünkü müraciətimdə dediyim kimi, indi də istəyirəm təkrar edim: Biz türkləri dost xalq hesab edirik. Və istəmirik ki, bizim məhz türk xalqı ilə münasibətlərimiz məhdudlaşsın. O ki qaldı hazırkı rəhbərliyə, - heç nə Ay altında əbədi deyil".

İspaniyada 17 yaşlı gənc ölkənin baş nazirinə şillə vurdu -VİDEO

"Bu necə baş verdi?"

İspaniya hökümətinin rəhbəri Mariano Rahoya Pontevedra şəhərində (Qalisiya muxtar vilayəti) gəzinti zamanı 17 yaşlı gəncdən şillə alıb.

 

"Dalğa TV"nin məlumatına görə, bu barədə El Mundo qəzeti yazır.

 

Gənc oğlan baş nazir ilə şəkil çəkdirmək istədiyini bildirib, lakin yaxınlaşdıqda Rahoyanın üzünə zərbə vurub.

Şahidlər bildiriblər ki, hadisəyə yaxın olan şəhər sakinləri "Əhsən, əhsən" şüarlarını səsləndiriblər. Bundan sonra gənc oğlan baş nazirin sınmış eynəyini yerə ataraq, onun mühafizəçilərindən birinə də zərbə endirib.

Mühafizəçilər gəncin əllərini bağlayaraq onu polisə aparıblar.

 

Baş nazir isə hadisədən sonra ətrafdakılardan "Bu necə baş verdi?", - deyə soruşub.

 

Putin: Atatürk qəbrində çevrilərdi!

"İnsanlar ölüb!".

Türkiyədə "sürünən islamlaşma" gedir. Atatürk bunu görsəydi qəbrində çevrilərdi, bunu Rusiya prezidenti Vladimir Putin böyük mətbuat-konfransında Su-24 təyyarəsinin vurulmasından sonra Moskva və Ankara münasibətlərində yaranan böhrana dair suala cavab verərkən bəyan edib, Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.

Putin vurğulayıb ki, hazırkı Türkiyə rəhbərliyi ilə danışıqlar aparmaq demək olar ki, mümkün deyil.

O, xüsusilə də Türkiyənin Moskvaya həssas məsələlər üzrə yardım üçün bu yaxınlarda müraciət etməsinin Rusiyaya təsir etdiyini vurğulayıb.

"Biz deyəndə ki, bəli, biz razıyıq, onlar arxadan zərbə vururlar. Dövlətlərarası səviyyədə mən Türkiyə rəhbərliyi ilə münasibətlərin yaxşılaşdırılması üçün perspektiv görmürəm. Biz məcburən iqtisadiyyatda və digər sahələrdə müəyyən məhdudiyyət tədbirləri həyata keçirməli olacağıq. Məsələn, turizmlə əlaqədar", - Putin əlavə edib.

"Hərbi təyyarəni vurublar, bizim insanlar həlak olub. Bizi qəzəbləndirən əsas şey əgər bu bədbəxt hadisədirsə, yəni necə ki, sonradan Türkiyə hakimiyyəti bu təyyarənin Rusiyaya məxsus olmadığını bildirdi, bu halda nə edirlər? İnsanlar ölüb! O dəqiqə telefonu götürüb zəng edirlər və baş verənləri izah edirlər.

Bunun əvəzində isə Brüsselə qaçıb haray saldılar. Bizi incidirlər! Kim sizi incidir? Biz orada kiməsə toxunmuşuq? Xeyr! NATO-nun qanadı altında gizlənməyə başladılar. Bu, NATO-ya lazımdır? Məlum oldu ki, yox. Əgər Türkiyə rəhbərliyində kim isə amerikalıların bir yerini yalamaq qərarına gəlibsə, bilmirəm, bu amerikalılara lazımdır, ya yox", - o əlavə edib.

Onun sözlərinə görə, Rusiya təyyarə ilə bağlı hadisəyə görə regiondan gedəcək ölkə deyil.

"Əgər əvvəl türk aviasiyası hava məkanını pozurdusa, indi C-400-ün Suriyada peyda olmasından sonra qoy, indi orda uçsunlar"- Putin qeyd edib.

Rusiya prezidenti vurğulayıb ki, Türkiyə Rusiya təyyarələrini vuraraq təqib etdiyi məqsədlərə çatmayıb, sadəcə vəziyyəti daha da gərginləşdirib.

Putin Ukrayna ilə azad ticarət zonasını bağladı

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə azad ticarət zonası haqqında razılaşmanın 2016-cı ilin yanvarından 1-dən dayandırılması barədə fərman imzalayıb.

Dalga TV  Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq məlumat RF hüquqi informasiya portalında yerləşdirilib.

Qərar “müstəsna şərait, maraqlar və dövlətin iqtisadi təhlükəsizliyi” kimi faktorlar nəzərə alınaraq qəbul edilib.

Rusiya XİN rəsmi Kiyevi müqavilənin ləğv edilməsi ilə bağlı məlumatlandırmalıdır.

ABŞ viza verərkən müraciət edənlərin sosial şəbəkələrdəki səhifələrini yoxlayacaq

ABŞ ölkəyə giriş zamanı viza verilməsi prosesində müraciət edənlərin sosial şəbəkələrdəki səhifələrini yoxlamaq hüququnu saxlayır.

"Dalğa TV" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi keçirdiyi brifinqdə jurnalistlərə məlumat verib.
"Vizaların verilməsi prosesi hər bir halda fərdidir, bu yalnız K-1 vizalarına tətbiq olunmur. Bundan əlavə, Dövlət Departamenti bu proses üçün məsul olan yeganə qurum deyil. Biz Milli Təhlükəsizlik Departamenti ilə birgə çalışırıq", - Kirbi deyib.
Onun sözlərinə görə, konsulluğun səlahiyyətli şəxsləri söhbət zamanı müraciət edənin sosial şəbəkələrdəki hesablarını yoxlamağın lazım gəldiyini düşünərsə, bu ediləcək. C.Kirbi bu halın hər dəfə yox, seçmə yolu ilə və ya şübhə oyandıqda baş tutacağını da əlavə edib.

Ukraynalılar və gürcülər üçün vizasız rejim

Çərşənbə axşamı Kiyev və Tbilisiyə vizanın ləğv edilməsini elan edəcəklər.

Avropa Komissiyası çərşənbə axşamı Ukrayna və Gürcüstan üçün viza rejiminin ləğv olunmasına dair müsbət cavab verəcək.

Bu barədə Avropanın qonşuluq siyasəti və genişləndirməyə dair danışıqlar üzrə Avropa komissarı Yohannes Han Avropa İttifaqı Şurasının bazar ertəsi Brüsseldə xarici işlər üzrə iclasından öncə bildirib, Oxu.Az Ukrinform-a istinadən xəbər verir.

"Bu həftə biz viza liberallaşdırılmasına dair pozitiv hesabatlar və tövsiyələr almışıq", - siyasətçi Avropa Komissiyasının Ukrayna və Gürcüstan tərəfindən viza liberallaşmasına dair planının yerinə yetirilməsində inkişafa dair hesabatlar haqqında deyib.

Öz növbəsində, Litvanın xarici işlər naziri Linas Liyaviçus ukraynalılar və gürcülər üçün vizanın ləğv edilməsinə dair pozitiv perspektivlərə dair öz fikrini bildirib.

O qeyd edib ki, ölkələr vizasız dialoq məsələsində inkişafa nail olublar.

Litva naziri daha öncə də qeyd edib ki, Aİ-nın Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar konsensus tərəfindən qəbul ediləcək.

Sabah Tiflisdə Çindən gələn ilk tranzit yük qatarının qarşılanması mərasimi keçiriləcək

Sabah Tiflisdə Çindən gələn ilk tranzit yük qatarının qarşılanması mərasimi keçiriləcək. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, qatarı Tiflis dəmiryolunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Çinin Gürcüstandakı səfiri və "Gürcüstan Dəmir Yolları" idarəsinin baş direktoru qarşılayacaqlar. Sonra "İpək dəmiryolu" layihəsinin açılışı olacaq. Çinin Lyunyunqan limanından gələn qatar Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə yola düşəcək.

"Bu qatar "İpək Yolu" çərçivəsində ilk tranzit qatarıdır. Bu qatar qısa vaxt ərzində Asiya ilə Avropanı birləşdirəcək. Çinin şərq tərəfindən göndərilən yük 14-15 günə İstanbula çatacaq, dəniz yolu İstanbula getmək 40-45 gün çəkir. İlin sonunadək Tiflis daha bir tranzit yük qatarını qəbul edəcək və 2016-cı ildə layihə çərçivəsində əlavə olaraq bir neçə min konteyner daşınması planlaşdırılır. Bu layihə Gürcüstanın tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək", deyə Gürcüstan hökumətinin məlumatında bildirilib.

Məlumata görə, ilk tranzit qatar 21 yük vaqonundan ibarətdir.

Saytda Axtarış

ახალი ამბები