Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2721
DünənDünən3048
Bu həftəBu həftə8822
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465421

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Parisdə törədilən terror aktlarında əsas şübhəli həbs edilib

Belçikanın Molenbek şəhərində Parisdə törədilən terror aktlarında əsas şübhəli bilinən Salah Abdeslam həbs edilib.

"Dalğa TV"nin "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, o, həyata keçirilən irimiqyaslı terrora qarşı əməliyyat nəticəsində yaxalanıb.

Bildirilir ki, S.Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada yaralanıb.

Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb.

İstanbulda partlayış baş verib, ölənlər və yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin mərkəzində - İstiqlal prospektində partlayış baş verib.

"Dalğa TV"nin NTV telekanalına istinadən verdiyi məlumata görə, ticarət mərkəzlərindən birinin qarşısında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışın səbəbi hələlik bəlli deyil.

Hadisədən sonra prospekt polis tərəfindən nəzarətə götürülüb, gediş-gəliş dayandırılıb.

Qeyd edək ki, Taksim meydanı yaxınlığında yerləşən məşhur İstiqlal caddəsi ticarət mərkəzləri, mağazalar və əyləncə məkanlarının olduğu, insanların piyada çox sıx hərəkət etdiyi yerdir. İstanbula gələn turistlər ən çox bu ərazidə olur.

Ankarada terrorun ikinci “canlı bomba”sının kimliyi bəlli oldu

Canlı bomba Özügür Ünsalın Zonquldaqda qeydiyyatda olduğu və uzun müddətdir ki, Ankarada yaşadığı müəyyən edilib.

"Dalğa TV" milliyet.com-a istinadən xəbər verir ki, Ankarada həyata keçirilən terror aktının ikinci canlı bombası olduğu iddia edilən Özgür Ünsal əslində Zonquldaqda qeydiyyatda olduğu aşkar edilib.

Ünsal qulağında çirk yığıldığı səbəbi ilə 2008-ci ilin avqust ayının 10-da Zonquldak Atatürk Dövlət xəstəxanasında təcili yardıma müraciət etdiyi üzə çıxıb.

Özgür Ünsalın anası G.Ünsal və atası A.S.Ünsalın ayrıldıqları, özünü isə Ankarada Çankayada yaşadığı bildirilib. 26 yaşlı Ünsal 2008-ci ildə də yaşadığı ünvan kimi Çankayanı göstərib.

Qənirə Paşayeva - Türkiyədə

Millət vəkilinin Osmanqazi Universitetində Azərbaycan, Qarabağ Mərkəzi təklifi universitet rəhbərliyi tərəfindən dəstəklənib.

AzNews.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Osmanqazi Universitetinin rektoru Prof. Dr. Hasan Gönen ilə görüşüb. Millət vəkilini universitetdə salamlamaqdan məmnunluğunu ifadə edən rektor qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını deyib. 

Sözlərinə qardaş Türkiyədə terror aksiyası zamanı şəhid olan qardaş-bacılarımızı və eyni zamanda terrorla mübarizə zamanı şəhid olan qardaşlarımızı rəhmətlə anırıq və terrorla mübarizədə hər zaman qardaş Türkiyənin yanındayıq deyərək başlayan millət vəkili Q.Paşayeva dünyanın terrorla mübarizədə ikili standartlarının təəssüf hissi doğurduğunu deyib. 

Millət vəkili Osmanqazi universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu qeyd edərək, burada təhsil alan azərbaycanlı tələbələrin burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Universitetdə Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Universitetin rektoru Prof. 

Dr. Hasan Gönenə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və Q.Paşayeva bu mövzularla bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. 

Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan,Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. 

Osmanqazi Universitetinin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Osmanqazi Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib və onu Azərbaycana dəvət edib. 

Dəvəti məmnuniyyətlə qəbul edən rektor Prof. Dr. Hasan Gönen rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkili Q. Paşayevanın Osmanqazi Universitetində verdiyi konfransı çox önəmli hesab etdiyini deyərək onu universitetdə yaxın zamanlarda təkrar konfranslar verməyə dəvət edib. Görüşdə araşdırmaçı yazar İmdat Avşar da iştirak edib. 

Xoşbəxt ölkələrin siyahısı açıqlanıb: Azərbaycan 81-ci, Ermənistan 121-ci, Gürcüstan 126-cıdır Böyüt

Azərbaycan dünyanın ən xoşbəxt ölkələri sırasında 81-ci yerdə qərarlaşıb.

"Dalğa TV"nin məlumatına görə, hesabat BMT nəzdində Dayanıqlı İnkişaf Məsələlərinin Həlli Şəbəkəsi və Kolumbiya Universitetinin Yer İnstitutu tərəfindən hazırlanıb.

Reytinq 157 ölkə üzrə tərtib olunub. Siyahıya ilk yerdə Danimarka, sonuncu yerdə Burundidir. Siyahıda Ermənistan 121, Gürcüstan 126-cı yerdə qərarlaşıb.

ABŞ 13-cü, Böyük Britaniya 23-cü, Fransa 32-ci, İtaliya 50-ci, Rusiya 50-ci, Türkiyə 78-ci yerdədir.

Suriyalı qadınlar İŞİD-lə bağlı gizli görüntülər yaydı – VİDEO

"Təəssüflər olsun ki, belə bir seüimimiz yoxdur".

2 suriyalı qadının İŞİD terror təşkilatı ilə bağlı gizli üəkilişlər aparıblar.

"Dalğa TV" CNN-ə istinadən xəbər verir ki, kadrlarda qara üadrada olan qadınların mağazalara girdikləri, taksiyə mindikləri, küüələrdə gəzdikləri əks olunub.

Kadrlarda qadınların səsi dəyişdirilib, üzləri qara üadra ilə örtülüb. Qadın bildirir ki, o, İŞİD-in həyata keüirdiyi dəhşətli edama şahidlik edib.

O bildirib ki, Rakka vaxtı ilə Suriyanın ən liberal şəhərlərindən biri olmasına rəğmən, indi burada əzabverici şəriət qaydaları hökm sürür.

"Bütün qadınlar qapalı geyiblər, üzləri qara üadra ilə örtülüdür. Onlar üzlərini göstərmək istəyirlər. Amma təəssüflər olsun ki, belə bir seüimimiz yoxdur. Qadınlığımızı itirmişik".

Bununla yanaşı, taksilərdə İŞİD lideri Əbu Bəkr Əl-Bağdadini təbliğ edən musiqilərin səsləndiyi də vurğulanıb.

Türkiyədə hava hücumu: 45 terrorçu məhv edildi

Yeraltı və yerüstü sığınacaqlar yerlə-yeksan edilib.

İraqın şimalında Qəndil və Gara bölgələrində aşkar edilən PKK mövqelərinə hava hücumu həyata keçirilib.

"Dalğa TV" Türkiyə KİV-nə istinadən xəbər verir ki, hədəflərin atəşə tutulması nəticəsində 45 terroçu məhv edilib.

Martın 14-də saat 03.20-05.30 radələrində pilotsuz uçan aparatlar vasitəsilə aşkar edilən PKK düşərgələri (sursat anbarı, sığınma məkanları) 9 ədəd üF-16ü və 2 ədəd üF-4E 2020ü tipli döyüş təyyarələri ilə vurulub.

Hava əməliyyatı nəticəsində PKK terror təşkilatının 2 silah-sursat anbarı, 2 Katyuşa sistemi, yeraltı və yerüstü sığınacaqları yerlə-yeksan edilib.

Bölgənin araşdırılması davam edir.

“Hizbullah” Suriyanı tərk edir

Qruplaşmanın döyüşçüləri evlərinə qayıdırlar.

Rusiya qoşunlarının ardınca Livanın "Hizbullah" təşkilatının döyüşçüləri də Suriyadan çıxmağa başlayıb.

"Dalğa TV" xəbər verir ki, "Hizbullah"ın internet saytlarından birinin qurucusu Əl-Eminin "Anadolu Ajansi"na bildirdiyinə görə, qruplaşmanın yüzlərlə döyüşçüsü Suriyanı tərk etməyə başlayıb.

"Suriyadan qayıdan döyüşçülər üç gündən artıqdır ki, Livandakı evlərinə və kəndlərinə çatırlar", - deyə, Əl-Emin bildirib.

Emin "Hizbullah"ın Suriya üzrə ABŞ-Rusiya razılaşması əsasında regiondan çıxdığını və Cenevrədə başlayacaq danışıqlarda yeni siyasi həll yolunun tapılması, atəşkəsə dəstək məqsədi daşıdığını bildirib.

“Eurovision-2016”nın vaxtı - Açıqlandı

“Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb.

İsveç KİV-ləri xəbər verirlər ki, əvvəlki illərdə olduğu kimi bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.

Müsabiqə Stokholmda “Globen Arena”da keçiriləcək.

Bu il müsabiqədə 43 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.

Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, “Eurovision” müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.

Suriyadan atılan mərmilər - Türkiyə ərazisinə düşdü

Suriya tərəfindən atılan mərmi Türkiyənin Kilis bölgəsinə düşüb.

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mərmilərdən biri polis idarəsi və hərbçilərin kazarmaları arasındakı boş əraziyə düşüb, digəri isə partlamayaraq binanın divarına girib. 

İnsident nəticəsində xəsarət alan olmayıb.

Sakinlər dərhal ərazidən təxliyə edilib. Hadisə yerində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Ərdoğan martın 15-də Azərbaycana gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

APA-nın məlumatına görə, səfər martın 15-də baş tutacaq.

Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur.

"Dalğa TV"nin məlumatına görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.

Saytda Axtarış

ახალი ამბები