Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2686
DünənDünən3048
Bu həftəBu həftə8787
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465386

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədən Rusiyaya ağır - Cavab

  Türkiyə və Rusiya arasındakı gərginlik hər ötən gün artır. 

Dalga Tv-nin  ans press-ə istinadən məlumatına görə, Türkiyə xarici işlər naziri Tanju Bilgiç rusiyalı həmkarı Sergey Lavrovun Ankaranın ünvanına səsləndirdiyi çağırışların cavabını verib.

Nazir bildirib ki, Rusiyanın başqalarına insan haqqı dərsi verməsi qara yumor nümunəsidir.

"Demokratik və nə qədər hüquqi dövlət olması, insan haqları çox yaxşı bilinən, beynəlxalq hüququ açıq şəkildə pozaraq Ukrayna və Gürcüstan kimi qonşu ölkələrdə birbaşa və ya hibrit müharibə yolu ilə etdikləri bütün dünyada etiraza səbəb olan, Suriyada əli qanlı diktatorun insanlığa qarşı işlətdiyi cinayətlərə hər cür siyasi və hərbi dəstək verən, son olaraq yüzlərlə dinc sakinin ölümünə səbəb olan bombardmanları həyata keçirən bir ölkənin başqalarına insan haqqı dərsi verməyə çalışması sadəcə qara yumor nümunəsidir", deyə Tanju Bilgiçin yazılı açıqlamasında bildirilir.



Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, rəsmi Moskva Türkiyənin cənub-şərqində yaranmış son vəziyyətdən xeyli narahatdır və Ankaranı kürt problemini sadəcə siyasi yollarla həll etməyə çağırır.

Dünən isə Sergey Lavrov Türkiyə Silahlı Qüvvələrinin İraqın Başika bölgəsinə əlavə hərbi qüvvə göndərməsinə münasibət bildirərkən bir az da irəli gedərək Ankarının ünvanına təhqir dolu ifadələr işlədib.

Lavrov bildirib ki, Türkiyə İraqa hərbçilərini göndərməklə həyasızca addım atıb.

Dekabrın 4-də “Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhəddinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölədəki 80-90 türk əsgəri sayı 138-ə çatdırılıb.



Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk hərbçilərinin İraqa daxil olmasının səbəbini açıqlayıb. Ərdoğan bildirib ki, Türkiyə qoşunu İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.

“Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə Türkiyə prezidenti bəyan edib. 

Dubayda yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

İlkin məlumata əsasən, Dubayda baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Azərbaycan Respublikasının Dubay əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub - olmaması məsələsini Dubay əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.

Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur.

Bu gün Həmrəylik Günüdür

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.

Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Keçmiş SSRİ dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. 

2015-ci ilin ən bədbəxt ölkələri məlum oldu

Avropa və Amerikada fəaliyyət göstərən iki böyük beynəlxalq araşdırma mərkəzi 100-ə yaxın ölkədə 70 min insan arasında keçirdikləri sorğuların ümumi nəticəsi olaraq ən xoşbəxt və ən bədbəxt insanların yaşadığı dövlətləri müəyyən ediblər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, 2015-ci ildə insanların 40 faizi özünü xoşbəxt, 40 faizi isə bədbəxt hesab edib. 20 faiz isə öz əhvalının durumu haqqında dəqiq fikrə gələ bilməyib.

2015-ci ildə dünyada özünü  xoşbəxt  hesab edən insanlar ən çox Kolumbiyada yaşayır. Bədbəxt olduqlarından ən çox şikayət edən ölkələrin əhalisi isə İraq və Yunanıstandan olanlardır.

Sorğunun maraqlı bir hissəsi isə insanların gələn ilə daha inamlı yanaşmalarıdır. Dünya ictimaiyyətinin 45 faizi 2016-cı ilin 2015-ci ilə nisbətdə uğurlu il olacağına inanır.

2015-ci ildə 70-ə yaxın jurnalist həlak olub

Onlar öz işini görürdülər.

"Sərhədsiz jurnalistlər"(Reporters Without Borders) beynəlxalq təşkilatının hesabatına əsasən, 2015-ci ildə ən azı 67 jurnalist öz işini yerinə yetirərkən həlak olub.

"Dalğa TV"nin RİA Novosti-yə istinadən verdiyi xəbərə əsasən, təşkilatın hesabatında bildirilir ki, 2015-ci ildə ümumilikdə 110 jurnalist, 27 mülki jurnalist və 7 media işçisi həlak olub. Ən azı 67 jurnalist öz işini yerinə yetirdiklərinə görə həlak olub, 43 nəfərin ölüm səbəbi isə müəyyən edilməyib.

Təşkilatın məlumatına əsasən, keçən il öz işini yerinə yetirərkən 66 jurnalist həlak olub.

Jurnalistlərin işləməsi üçün ən təhlükəli ölkələr Suriya və İraq hesab olunur. Belə ki, bu ölkələrin hər birində 2015-ci ildə işini yerinə yetirən 9 jurnalist həlak olub. Bundan başqa, İraqda 2015-ci ildə iki, Suriyada isə bir jurnalist naməlum səbəbdən həlak olub.

Üçüncü yeri Fransa tutur ki, bu da 2015-ci ilin yanvarında "Charlie Hebdo"; satirik jurnalının redaksiyasına hücum zamanı 8 jurnalistin həlak olması ilə bağlıdır.

Hesabatda qeyd olunur ki, jurnalistlərin işi üçün təhlükəli olan digər ölkələr Yəmən, Cənubi Sudan, Hindistan, Meksika və Filippindir.

Azərbaycanlı prokuror müavini təyin edildi - Odessada

Ukraynanın Odessa vilayətinin prokurorunun müavini vəzifəsinə həmvətənimiz təyin olunub.

Məlumata görə, Ukraynanın baş prokuroru yeni qərar qəbul edib.

Qərara əsasən Gündüz Məmmədov vilayət prokurorunun müavini təyin olunub. Bunadək isə Gündüz Məmmədov Odessa şəhərinin prokuroru vəzifəsini tuturdu.

Qeyd edək ki, Gündüz Məmmədov 1974-cü ilin oktyabrın 26-da Gəncə şəhərində doğulub.

O, Meçnikov adına Odessa Dövlət Universitetini bitirib, Kiyev Vilayət Şöbəsinin prokuroru, Ukrayna Prokurorluğu Akademiyasının baş elmi işçisi, Dnepr rayon İstintaq şöbəsinin rəisi vəzifələrində işləyib. Gündüz Aydın oğlu Məmmədov hüquq elmləri namizədi və Ukraynanın böyük ədliyyə müşaviridir.

Gürcüstanda "Qurani-Kərim" ilk dəfə Azərbaycan dilinə tərcümə olunub

Tbilisidə "Qurani-Kərim"in Azərbaycan dilinə tərcümə olunmuş versiyasının təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, tədbir “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov "Qurani-Kərim"in bu ölkədə ilk dəfədir ki, Azərbaycan dilinə tərcümə edildiyini deyib. O, din xadimlərinin Quranın Azərbaycan dilinə tərcümə olunaraq yayılmasını təşkil etdiklərini diqqətə çatdırıb.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri vəzifəsini icra edən Zaza Vaşaqmadze, Baş nazirin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyev, Qərbi Gürcüstan Müsəlmanlarının müftisi Beqlar Kamaşidze və başqaları çıxış edərək İslam dininin məziyyətlərindən, Gürcüstanda dini tolerantlıqdan danışıb, "Qurani-Kərim"in Azərbaycan dilinə tərcümə olunmasını və pulsuz paylanmasını yüksək qiymətləndiriblər.

Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, elm, ictimaiyyət və din xadimləri iştirak ediblər.

Tiflisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konsert keçirilib

Gürcüstan payataxtında Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Abşeron rayonu Xırdalan şəhər musiqi məktəbinin orkestrinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konsert keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konsertdə gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri muzeyin əməkdaşı Leyla Əliyeva açıb. Sonra İkram Manafov Abşeron rayonu Xırdalan şəhər musiqi məktəbinin direktoru İkram Manafov açaraq artıq üçüncü dəfədir ki, Gürcüstana səfər etdiklərini bildirib: "Biz neçə illərdir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi ilə beynəlxalq əməkdaşlıq çərçivəsində əlaələr yaratmışıq və həmçinin muzeydə həyata keçirilən tədbirlərdə uğurla çıxışlar edirik. Bu səfərimiz 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədardır. biz Tiflisdə dahi sənətkarımız Rəşid Behbudovun 100 illik yubileyində də iştirak edəcəyik. Biz səfər çərçivəsində Tiflisdəki musiqi məktəbləri ilə əlaqələr yaradıb musiqimizi təbliğ edəcəyik".

Sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeydə Xırdalan şəhər musiqi məktəbinin orkestrinin iştirakı ilə çıxış edən gənc musiqiçilərdən İsmayıl İsayev, Pərvin Həsənov, Hafiz Orucov, Zaur Tağıyev və başqaları Azərbaycan, vətən haqqında, həmçinin Rəşid Behbudovun mahnılarını oxuyub, saz havaları və klassik musiqi nömrələri səsləndiriblər. Tədbirdə nağara çalanlar musiqi nömrələri ifa ediblər.

Sabah Xırdalan şəhər musiqi məktəbinin orkestri Xaşuri rayonuna yola düşəcək.

Ərdoğan intihara cəhd edən şəxsi belə xilas etdi - VİDEO

Ərdoğan vətəndaşı fikrindən daşındıra bilib və problemi ilə maraqlanıb

Türkiyə prezidenti R.T.Ərdoğanın avtomobil karvanı "Boğaziçi" Körpüsündən keçərkən qeyri-adi hadisə baş verib. "Dalğa TV" xəbər verir ki, avtomobil karvanı körpüdən keçərkən bir vətəndaş intihara cəhd etmək istəyib. Məsələdən xəbərdar olan R.T.Ərdoğan, intihar etmək istəyən şəxslə görüşmək istədiyini bildirib. Prezidentin mühafizəçiləri vətəndaşı dilə tutaraq prezidentin yanına gətiriblər. Ərdoğan vətəndaşı fikrindən daşındıra bilib və problemi ilə maraqlanıb. Həmin görüntüləri təqdim edirik:

 

 

Avropa Birliyi öz qapılarını türk vətəndaşları üçün açdı

"Bu, problemimiz həllini tapdı".

Türkiyə Cümhuriyyəti vətəndaşları 2016-cı ilin oktyabrından Şengen zonası ölkələrinə vizasız gedə biləcəklər.

 

"Dalğa TV" Hürriyyet-ə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Avropa Birliyi (Aİ) üzrə naziri Volkan Bozkır Samsunda iştirak etdiyi iclasda deyib.

 

O, Türkiyənin Aİ ilə olan əlaqələrindən də danışıb:

"Tərəflər arasında əlaqələr bundan sonra daha da sürətlənəcək. Türk vətəndaşını bu gün narahat edən məsələlərdən biri də vizadır. 1980-ci illərə qədər viza rejimi yox idi. Bundan sonra viza rejimi tətbiq edilməyə başladı.

Bununla da bir çox vətəndaşlarımız ölkədən getməkdə çətinliklə qarşılaşırdı. Artıq 2016-cı ilin oktyabrından isə bu problem həllini tapacaq. Bununla da çox önəmli problemimiz aradan qaldırılacaq", - deyə o qeyd edib.

Avropa İttifaqı 2016-cı ilin ikinci yarısından Ukrayna, Gürcüstan və Kosovo üçün vizasız rejim tətbiq edəcək

Brüssel 2016-cı ilin ikinci yarısından başlayaraq Ukrayna, Gürcüstan və Kosovo ilə vizasız rejim tətbiq etməyə hazırlaşır.

"Dalğa TV"nin "RIA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Rusiyadakı səfiri Viqaudas Uşaçkas bildirib.

"Avrokomissiyanın qərarı onu göstərir ki, Ukrayna, Kosovo və Gürcüstan vizasız rejimin tətbiq edilməsi üçün lazımi tələblərə əməl edir. Növbəti addım qanunvericilik prosesi olacaq. Avrokomissiyanın təqdim edəcəyi yeni qanunvericilik isə Avropa İttifaqı ölkələri və Avroparlament tərəfindən təsdiqlənəcək", - deyə V. Uşaçkas qeyd edib.

Bununla yanaşı, səfir bildirib ki, bunun üçün konkret vaxt demək düzgün deyil: "Lakin mən inanıram ki, gələn ilin ikinci yarısından bu ölkələr üçün vizasız rejim tətbiq ediləcək”.

Xatırladaq ki, Avropa Komissiyası adıçəkilən ölkələrin Avropa İttifaqı ilə viza liberallaşdırılması üçün bütün şərtləri yerinə yetirdiyini bildirmişdi

ABŞ Azərbaycana cavab verdi: "Heç bir ölkə mükəmməl deyil"

Azərbaycan parlamentinə ABŞ-la bütün münasibətlərin dayandırılması ilə bağlı qanun layihəsinin təqdim olunması ictimaiyyət tərəfindən qızğın müzakirə olunur.

ANS PRESS-in məlumatına görə, layihəyə əsasən, ABŞ-la bütün siyasi və iqtisadi əlaqələrin kəsilməsi nəzərdə tutulur.

Bu layihəni Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə qarşı hazırlayıb.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, ABŞ və Azərbaycan arasında münasibətlərin kəsilməsi mümkün deyil:

“Amma bəzi hallarda ABŞ-ın bir sıra dairələri tərəfindən Azərbaycana qarşı haqsızlıqlar edilir. Məsələn, Dağlıq Qarabağ separatçıları sərbəst şəkildə ABŞ-da tədbirlər keçirə bilir. Həmçinin Azərbaycanda insan hüquqları və demokratiya sahəsində görülən işlər nəzərə alınmır. Bir müddət əvvəl isə ABŞ konqresmeninin Azərbaycana qarşı qətnamə hazırlaması iki ölkə arasındakı münasibətlərə kölgə saldı”.

A.Mirzəzadə qeyd etdi ki, siyasi diskusiyalar formasında fikirlərin açıq şəkildə bildirilməsi Azərbaycanın hüququdur.

Millət vəkili Rasim Musabəyov isə bildirdi ki, bu qanun layihəsi heç bir komitədə müzakirə olunmayıb:

“Ümumiyyətlə, Milli Məclisə göndərilən layihələr ciddi müzakirələrdən və dəyişikliklərdən sonra qəbul edilir. Bu layihənin qəbul olunub-olunmaması ilə bağlı hər şey Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə yanaşmadan asılıdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-a qarşı sanksiyalar qəbul etmək Azərbaycanın xeyrinə addım olmazdı. O hesab edir ki, belə bir qərar ABŞ-Azərbaycan münasibətlərini kəskinləşdirə bilər.

"Bu qanun layihəsinin qəbul edilməsi ABŞ-la enerji və digər sahələrdəki əlaqələrə zərbə vura bilər. Konqesmen Smitin qətnamə layihəsi ilə çıxış etməsi o demək deyil ki, Azərbaycan ABŞ-ın əleyhinə qərarlar çıxarmalıdır. Kristofer Smitin qətnaməsinin müzakirəyə çıxarılmasına hələ 1 ay var. Həmin vaxta qədər müvafiq addımlar atmaq olar”.

Elxan Şahinoğlu bildirdi ki, prezident İlham Əliyevin imzalaması nəzərdə tutulan əfv fərmanı, həmçinin ABŞ-dakı səfirliyimizin konresmenlərlə əlaqələri daha da sıx qurması və digər əməkdaşlıqları gücləndirəcək addımlar Smitin qətnaməsinin qarşısını ala bilər.

Bir neçə gün əvvəl ABŞ-ın Helsinki Komissiyasının rәhbәri, konqresmen "Kristofer Smit Azərbaycana qarşı sanksiyalar layihəsi hazırlayıb. Layihədə insan haqlarının vəziyyəti ilә bağlı Azәrbaycandakı bəzi rəsmi şәxslәrә ABŞ vizasının verilmәsinin dayandırılması ilə bağlı təklif də var.

Millət vəkili Rövşən Rzayev hazırladığı layihədə isə Birləşmiş Ştatlarla ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması, İSAF çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakın dayandırılması, Birləşmiş Ştatların hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsinin qadağan olunması, Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanmasına çağırış edilir.

Rövşən Rzayev - millət vəkili
ABŞ-ın Azərbaycandakı səfirliyi də hazırlanan qanun layihəsinə münasibət bildirib.

“Biz qanun layihəsini hələ görməmişik. Lakin həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlamışıq. Heç bir ölkə mükəmməl deyil. İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması, təkmilləşdirilməsi sahələri davamlı dialoq və təhlilin aparılmasını tələb edir. Biz hər iki ölkənin faydası naminə bu məsələlərlə bağlı səmimi dialoqa açığıq”, - deyə səfirlikdən ANS PRESS-ə bildirildi.

ABŞ, demək olar ki, dünya iqtisadiyyatının çox hissəsinə nəzarət edir. Rusiya Krımı işğal etdiyi üçün ABŞ ona sanksiya tətbiq etdi. Hətta Rusiya kimi güclü dövlət belə ABŞ-a adekvat cavab verə bilmir.

Nəzərə almaq lazımdır ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədridir. Bu baxımda problemin həllinə böyük təsir edə bilən dövlətdir. ABŞ-la Azərbaycan arasındakı gərginliyin Qarabağ münaqişəsinin həllinə təsir edəcəyi real görünür.

Saytda Axtarış

ახალი ამბები