Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2683
DünənDünən3048
Bu həftəBu həftə8784
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465383

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


3-cü devalvasiya dalğası qaçılmazdır - XƏBƏRDARLIQ

“Son proseslər göstərdi ki, manatın məzənnəsi dünya bazarlarındakı neftin qiymətindən birbaşa asılıdır. Maliyyə Nazirliyinin pessimist ssenarisində olduğu kimi neftin dünya bazarlarındakı qiymətinin 40 dollar olması birmənalı şəkildə manata təzyiqi artırır və milli valyutanın dəyərsizləşməsinə gətirib çıxarır”.

Bunu Modern.az saytına iqtisadçı Vüqar Bayramov insanları narahat edən 3-cü devalvasiya təhlükəsini şərh edərkən deyib.

“Azərbaycanda “üzən məzənnə” rejimini tətbiq etmək mümkün deyil”

V.Bayramov bildirib ki, hökumət və Mərkəzi Bank tərəfindən lazımi tədbirlər görülməzsə, 3-cü devalvasiya qaçılmaz olacaq:

“21 dekabrda baş verən devalvasiya həddindən artıq böyük faizlə ifadə olundu. Ümumilikdə manatın məzənnəsi son bir ildə iki dəfə aşağı düşüb. Neftin qiymətinin aşağı həddə qalması 3-cü devalvasiyanı gündəmə gətirir. Neftin qiymətinin aşağı düşməsi fonunda son bir ildə ölkəyə daxil olan valyutanın həcmi də 3 dəfə azalıb.

“Üzən məzənnə” rejiminə keçməsinə baxmayaraq Mərkəzi Bank hər gün bazardadır. Mərkəzi Bankın bazarda olması və daim dollar təklif etməsi ondan xəbər verir ki, “üzən məzənnə” rejimini tam olaraq tətbiq etmək mümkün deyil. Bu isə dollara tələbin yüksəlməsilə bağlıdır”.

Xarici borclanma mütləqdir

Ekspert deyib ki, çıxış yollarından biri xarici borclanmaya gedilməsidir:

“Növbəti devalvasiyadan qaçmaq üçün təklif edirik ki, hökumət xarici borclanmaya getsin. Nəzərə alaq ki, hazırda Azərbaycanın xarici borcu 6,7 milyard dollardır. Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 19 faizini təşkil edir. Ölkənin əlavə olaraq 10 milyard dollara yaxın borc cəlb etmək limiti var. Paralel olaraq islahatların sürətlənməsi, qeyri-neft sektorunun ixrac potensialının artırılması vacibdir.

Mərkəzi Bankın valyuta ehtiyatlarının 3 milyarda düşdüyünü nəzərə alsaq, xarici borclanmaya gedilmədiyi halda 3-cü devalvasiya baş verəcək. Devalvasiyanın hansı faizdə olacağını söyləmək isə çətindir. Çünki, devalvasiya faizini Mərkəzi Bank müəyyənləşdirir. Amma növbəti devalvasiya banklar və biznes üçün heç bir halda arzuolunan deyil. Bu, bank fəaliyyəti və biznes imkanlarını daraldacaq. Ona görə də Mərkəzi Bank və hökumət qeyd edilən variantlardan istifadə edərək, 3-cü devalvasiyanın qarşısını ala bilər”.

“Mərkəzi Bank devalvasiyadan daha çox manat qazanır”

V.Bayramov hesab edir ki, hökumət və Mərkəzi Bank manatın ucuzlaşmasında maraqlı deyil:

“Müstəqil iqtisadçı olaraq düşünmürəm ki, Mərkəzi Bank və ya hökumət devalvasiyada maraqlıdır. Çünki, devalvasiya bütünlükdə ölkə iqtisadiyyatına zərbə vurur.

Buna baxmayaraq, Mərkəzi Bank devalvasiya ilə az dollarla çox həcmdə manatı dövriyyədən çıxarır. Məsələn, 21 fevral devalvasiyasından sonra Mərkəzi Bank 1 milyon dollar müqabilində 1 milyon 50 min manat götürürdüsə, hazırda bazara 1 milyon dollar təklif edəndə 1milyon 600 mindən artıq manat çıxarır. Bu da təbii ki, Mərkəzi Banka dollarlaşma və daha çox manatın bazardan çıxarılması üçün əlverişlidir. Amma devalvasiya dollara tələbi artırır və Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Dövlət Neft Fondunun gəlirləri dollar, ödənişləri manatladır, devalvasiya fonda qənaət edilməsinə imkan yaradır. Bütün hallarda devalvasiya arzuolunan deyil, amma valyuta azaldıqca devalvasiya qaçılmaz hal alır”.

PKK-ya dəstək verən ölkələr - SİYAHI


Türkiyənin on illərdir başına bəla olan kürdlərin PKK terror təşkilatı bu gün də öz iyrənc əməllərindən çəkinmir. Terror təşkilatının Türkiyənin parçalanmasına yönələn bu addımlarının arxasında kənar qüvvələrinin rolunun olduğu danılmazdır. Heç kəsə sirr deyil ki, məhz həmin qüvvələrin siyasi və hərbi dəstəyindən yararlanan PKK Türkiyənin bölünməsi istiqamətində hər gün müxtəlif iryənc üsullara əl atır. Modern.az saytının Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, PKK-ya dəstək verən ölkələr bunlardır.

Rusiya

Rusiyadan PKK-ya yeni il hədiyyəsi olaraq Sam mərmiləri, RPG raketləri, 60 millimetrlik hava topu və buna aid sursat, uzaqdan partladılan minalar, gecəgörən durbinlər və “Kalaşnikov” avtomatları göndərilib.
Terror təşkilatının “Kalaşnikov” silahı ilə təminatının 70 faizini Rusiya reallaşdırır. Bu ölkə PKK-nı mina ilə təmin etməkdə ikinci sıradadır. Raketlərdə də vəziyyət dəyişmir. PKK-nın xəstəxanalara belə, atmaqdan çəkinmədiyi raketlərin mənşəyi araşdırıldığında ünvan yenə Rusiya çıxır. Təsbitlərə görə, PKK-nın istifadə etdiyi raketlərin 65 faizi Rusiyaya aiddir.
Tapança və əl qumbaralarının bir çoxunda da Rusiya imzası var.

İngiltərə

Krallığın hərbi hava qüvvələrinə aid yük təyyarələri vasitəsilə raketatanlar PKK-ya təslim edilir. Türk ordusunun ələ keçirdiyi digər bəzi silahların İngiltərə istehsalı olduğu da təsbit edilib.

Almaniya

Almaniya kod nömrələrini ordu inventarının xaricində tutaraq PKK-ya mərmi göndərir. İtaliyanı minalar mövzusunda izləyən digər ölkə isə Almaniyadır. Almaniya ayrıca PKK terrorçularına siyasi təhsilin verildiyi bir ölkədir.

ABŞ

Silahların ardıcıl nömrələrini silən ABŞ PKK-ya hər cür silah ötürür. Ələ keçirilən digər silahların ABŞ istehsalı olduğu təsbit edilib. ABŞ-ın PKK-ya birbaşqa dəstəyi isə əl qumbaraları ilə bağlıdır.

İtaliya

İtaliya da ABŞ kimi silahların ardıcıl nömrələrini silərək PKK-ya verir. Son on ildə Türkiyə təhlükəsizlik güclərinin PKK-ya qarşı keçirdiyi əməliyyatlarda ələ keçirilən minaların 60 faizi İtaliyaya aid olub. Tapançalarda da İtaliya imzası var. İtaliya həm də PKK terrorçularına siyasi təhsilin verildiyi bir ölkədir.

Çin

Çin də ABŞ və İtaliya kimi silahların ardıcıl nömrələrini silərək, PKK-ya verir. Rusiyadan sonra “Kalaşnikov” avtomatının təminatında ikinci sıradadır.


İspaniya

PKK-nı ardıcıl nömrələri silinən silah və tapança ilə təmin edir. Bu ölkədə PKK terrorçularına siyasi təhsilin verilməsi faktı da var.

İsrail

PKK-nı ardıcıl nömrələri silinən silah və tapança ilə təmin edir.

Suriya

PKK terrorçularının düşərgələrinin olduğu bu ölkədə terror təhsili üçün kəşfiyyat materialları verilir.

İraq

PKK terrorçularına terror təhsili üçün kəşfiyyat materialları verilir.

Ermənistan

PKK terrorçularına terror təhsili üçün kəşfiyyat materialları çatdırılır.

Hollandiya

PKK terrorçularına siyasi və hərbi təhsil verilir.

Belçika

PKK terrorçularına siyasi və hərbi təhsil verilir.

İsveçrə

Terrorçulara siyasi və hərbi təhsil verilir.

Yunanıstan

Terrorçulara siyasi və hərbi təhsil verilir.

Fransa

Terrorçulara siyasi və hərbi təhsil verilir.

Danimarka

Terrorçulara siyasi və hərbi təhsil verilir.

Serbiya

Serblər ilə PKK arasında ciddi miqdarda Balkan coğrafiyası üçün narkotik ticarəti edilir. Serblərlə PKK arasında narkotik ortaqlığı da var.

Bütöv qarpızı yeyən uşaq internetin ulduzuna çevrildi – FOTO + VİDEO

Yemək prosesini telekameralar qeydə alıb.

Avstraliyanın Melburn şəhərində kriket üzrə matçda tamaşaçı tribunasında olan uşaq iştahası ilə özünə diqqət çəkib, Daily Mail məlumat yayıb.

"Dalğa TV" lenta.ru-ya istinadən xəbər verir ki, Tonni Şibeçinin oğlu Mitç yalnız oyundan deyil, eləcə də böyük bir qarpızdan həzz alıb.

O, matçı izləyən zaman demək olar ki, qarpızı qabığı da daxil olmaqla tam olaraq yeyib. Həmin prosesi telekameralar qeydə alıb.

Bir sıra telekanallar uşağı öz proqramlarında iştirak etmək üçün dəvət ediblər.

Türkiyədə Cümə namazları zamanı iş olmayacaq

Türkiyədə həftənin cümə günləri namaz vaxtı iş olmayacaq.

"Dalğa TV"nin xəbərinə görə, bunu baş nazir Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib.

"Cümə günləri iş saatının ibadət azadlığımıza təsir etməyəcək şəkildə yenidən tərtib olunması üçün qərar layihəsi hazırladıq. Amma iş vaxtında hər hansı azalma olmayacaq. Allah xeyirli və mübarək eləsin, Cümə namazlarında edilən duaları da qəbul etsin", - deyə Ə. Davudoğlu söyləyib.

Prezident özündən 24 yaş kiçik xanımla evləndi - Fotolar

Estoniyanın 62 yaşlı prezidenti Toomas Hendrik İlves və onun 38 yaşlı nişanlısı, Latviya Müdafiə Nazirliyinin əməkdaşı İeva Kuptsenin toyu olub.

İlves ilə Kuptse Estoniyanın Latviya sərhəddinə yaxın Viljandima bölgəsində yerləşən kilsədə nikaha giriblər. Mediaya qapalı olan toyda cütlüyün yalnız yaxın adamları iştirak edib.

Cütlüyün 2000-ci ilin əvvəllərində Avropa Parlamentində tanış olduqları qeyd edilir. Daha əvvəl 2 dəfə evlənən prezident İlves 11 illik həyat yoldaşı Evelin İlvesdən keçən ilin aprel ayında boşanıb.


İran Ermənistan vasitəsi ilə Gürcüstana təbii qaz nəql etmək üçün Tiflislə danışıqlar aparır

Tehran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.

"APA-Economics”in məlumatına görə, bu barədə İranın “Press TV“ telekanalı İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamiliyə istinadən xəbər yayıb.

“Gürcüstanla əldə olunmuş razılığa əsasən biz qazı Ermənistanla sərhədədək çatdırmalıyıq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır. Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır”, deyə Kamili bildirib.

Telekanalın məlumatına görə, qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir.

Ə. Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.

Ərdoğan jurnalistin dəfnində Quran oxudu - VİDEO

Türkiyədə jurnalist Həsən Qaraqayanın dəfn mərasimi keçirilib.

"Dalğa TV" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazarın cənazə namazında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və bir çox hökumət rəsmiləri də iştirak edib. R.T.Ərdoğan Həsən Qaraqayanın məzarı başında mərhumun ruhuna ithaf olaraq mikrofonla "Əl-Bəqərə" surəsindən bir neçə ayə oxuyub.
Səudiyyə Ərəbistanında ürək tutmasından vəfat edən Həsən Qaraqaya Türkiyə "İstiqlal marşının müəllifi Məhmət Akif Ərsoyun məzarının yanında dəfn edilib.

Hava limanındakılara şok yaşatdı: "üzərimdə bomba var" - VİDEO

Niderland Krallığının paytaxtı Amsterdam şəhərindəki Schiphol hava limanında "canlı bomba" həyəcanı yaşanıb.

"Dalğa TV" xarici mediaya istinadən xəbər verir ki, 29 yaşındakı kişi sərnişin üzərində bomba olduğunu və patlatacağını deyib. Bununla da hava limanında böyük çaxnaşma yaranıb. Dərhal polisin müdaxiləsi ilə saxlanan şəxsin İngiltərə vətəndaşı olduğu məlum olub. Lakin onun üzərindən heç bir heç bir şey çıxmayıb. Yalandan çaxnaşma yaradan sərnişin barədə cinayət işi başlanıb.
Digər bomba panikası İsveçrənin Cenevre Hava limanında yaşanıb. Terminalın girişindeki sahipsiz bir çemodan tapılıb. Polis təhlükəsizlik məqəsdilə terminali boşaltsa da, sonradan çemodanın sərnişinlərdən birinə aid olduğu və içərisində hər hansı təhlükəli əşya olmadığı aydınlaşıb.

Etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyində otaqları dağıdıblar

Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.

"Dalğa TV"nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, həmin səhnələrin əks olunduğu fotoşəkillər ərəb mətbuatında yer alıb.

İran polisi etirazçıları səfirliyin ərazisindən çıxarmağa müvəffəq olub. Lakin bir çox etirazçı hələ də binanın qarşısında etiraz aksiyasını davam etdirir.

"Əl Ərəbiyə" telekanalının məlumatına görə, binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa çalışıblar, lakin polis bu cəhdlərin qarşısını alaraq, onları binadan kənarlaşdırıb. Məlumata görə, etirazçılar Əl Saud kral sülaləsinin siyasətini pisləyən şüarlar səsləndiriblər.

Məlumata görə, iranlı etirazçılar Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna da hücum ediblər. Etirazçılar burada da binaya od vurmağa cəhd ediblər, nəticədə bir neçə otağın yandığı bildirilir.

Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.

İslandiya prezidenti istefa verir

O beş dəfə prezident olub.

İslandiya prezidenti Oulavyur Raqnar Qrimsson vəzifəsindən istefa verəcək.

"Dalğa TV" Britaniya KİV-ə istinadən xəbər verir ki, o bəyan edib ki, 2016-cı ilin iyununda səlahiyyətləri bitdikdən sonra yenidən prezident postuna namizədliyini irəli sürməyəcək.

Qeyd edək ki, 72 yaşlı Olavur Raqnar Qrimsson 1996-cı ildən bəri beş dəfə prezident seçilib.

2016-ci ilin PROQNOZU - Neft bahalaşacaq, Əsəd qalacaq, Merkel gedəcək

 

“Financial Times” 2016-cı ilin daha aktual iqtisadi və siyasi hadisələrin inkişafı üzrə proqnozlarını bölüşüb. Modern.az saytı adıçəkilən nəşrə istinadən bildirir ki, “Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdə qalacaqmı” sualına şərhçi Rula Halef müsbət cavab verir.

Ancaq qeyd edir ki, Yaxın Şərq dövlətinin indiki rəhbərinin səlahiyyəti nominal xarakterli olacaq. Moskva ilə Vaşinqtonun Suriyada hakimiyyətin təhvil verilməsi ilə bağlı razılaşdırdıqları 18 aylıq çərçivə var. Halef güman edir ki, proses rəvan keçməyəcək, Bəşər Əsəd, ekspertin fikrincə, axıra qədər hakimiyyətdə qalmaq uğrunda mübarizə aparacaq.

Nəşrin xarici siyasət üzrə icmalçısı Qideon Rahman  qeyd edir ki, Almaniyadakı situasiya gərgindir. Ötən il bu ölkəyə Yaxın Şərqdən 1 milyona yaxın qaçqın gəlib. Angela Merkelin Xristian-Demokratik İttifaqından olan silhadaşları kanslerin partiyanın konfransındakı çıxışını alqışlarla qarşılasalar da, həmkarlarının dəstəyi hakimiyyəti qorumaqdan ötrü ona yetməyəcək. Merkel miqrasiya axınını azaldacağına söz versə də, bu vədini yerinə yetirməyə nail ola bilməyəcək.

2015-ci il neft bazarındakı ucuzlaşmaya görə çətin olub. Qəzetin redaktoru Ed Kruks hesab edir ki, yenicə başlayan 2016-cı il də çətinlik vəd edir, bazar neftlə doldurulub və İran sanksiyalardan azad olunub.

Lakin dünyanın karbohidrogenin istehsalçıları maliyyə qeyri-sabitliyindən əziyyət çəkəcəklər, şirkətlərə qazma qurğuları yığışdırmaq lazım olduğu səbəbindən əzab davam etdirəcək və layihələri ləğv etmək bazara mütləq təsir göstərəcək.

“Brent markalı neftin barelinin qiyməti ona görə 50 dollardan aşağıdır ki, artan qlobal tələbatın dəstəklənməsi üçün zəruri sənaye investisiyaları cəlb etmək mümkün olsun. Əgər dünya iqtisadiyyatı retsessiyaya yuvarlanmayacaqsa, onda neftin  qiyməti daha sərfəli həddə qədər qayıda bilər”, - icmalçı belə güman edir.

Türkiyədə PKK hücumu nəticəsində 1 polis şəhid olub, 5-i yaralanıb

Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda PKK terror təşkilatının təhlükəsizlik qüvvələrinə etdiyi silahlı hücum zamanı 1 polis şəhid olub, 5-i yaralanıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Türkiyə polisinin təhlükəsizlik məqsədi ilə həyata keçirdiyi əməliyyat zamanı baş verib.

Yaralanan polis əməkdaşları Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə gələn Türkiyə səhiyyə nazirinin müşaviri Eyyub Gümüş bildirib ki, yaralanan polislərdən dördü müalicə üçün Ankaraya aparılacaq.

Saytda Axtarış

ახალი ამბები