Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2679
DünənDünən3048
Bu həftəBu həftə8780
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465379

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədə məktəb partladıldı: ölən və yaralananlar var – VİDEO

Partlayış yerinə xilasedicilər cəlb edilib.

Türkiyənin Kilis kəndində orta məktəbdə bu gün saat 11:30-da partlayış baş verib.

"Dalğa TV" "Hurriyet"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

İlkin məlumatlara görə, məktəbə bomba atılıb.

Partlayış yerinə xilasedicilər və təcili yardım maşınları cəlb edilib.

Kılıçdaroğlu yenidən CHP sədri seçildi

Türkiyənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 35-ci qurultayı keçirilib. Qurultayda Kamal Kılıçdaroğlu yenidən sədr seçilib.

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qurultayda iştirak edən 1238 nümayəndənin 990-ı Kamal Kılıçdaroğluna səs verib.

ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb

ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama müvafiq fərman imzalayıb. “Mən müəyyən etdim ki, Birgə Hərtərəfli Tədbirlər Planının nəzərdə tutduğu addımların İran tərəfindən icra olunması İranın nüvə proqramı ilə bağlı vəziyyəti əsaslı şəkildə dəyişib. ABŞ-ın sanksiyalara dair üzərinə götürdüyü öhdəliklərlə əlaqədar mən sanksiyalarla bağlı fərmanları geri çağırıram”.

Avropa İttifaqı da, öz növbəsində, İran üzərindən iqtisadi və maliyyə sanksiyalarının götürüldüyünü təsdiqləyib. Bununla bağı yazılı prosedur artıq başa çatıb. Məlumata görə, İran üzərindən bütün sanksiyaların götürülməsi barədə əvvəl razılaşdırılmış normativ çərçivələrin təsdiqlənməsi üçün bu prosedura bir neçə gün əvvəl start verilib.

“Yanvarın 16-dan etibarən İranın nüvə proqramına dair sazişin implementasiyasına başlanılıb. Nüvə proqramı ilə əlaqədar İrana tətbiq edilən çoxtərəfli və milli iqtisadi sanksiyalar ləğv edilib”, deyə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Vyanada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

İranlı hərbçilər amerikalıları diz çökdürdülər - VİDEO

Amerikalı dənizçilərin saxlanılmasının görüntüləri yayılıb.

İran KİV-ləri amerikalı dənizçilərin saxlanılmasının görüntülərini yayıb.

"Dalğa TV" Lifenews-a istinadən xəbər verir ki, videoda görünür ki, amerikalı hərbçilər dizi üstə və əlləri başlarının arxasında saxlanılır.

Xatırladaq ki, bu gün İran İslam Respublikası İran körfəzində ABŞ-ın Hərbi dəniz qüvvələrinə məxsus iki gəmisini saxlayıb.

Qeyd olunur ki, Amerika gəmilərinin heyət üzvləri təlimlərdə iştirak edirlərmiş.

İlkin məlumatlara görə, onlar İran suları ərazisinə gəmilərdə yaranan nasazlıq səbəbindən düşüblər. Hərbi texnikanı İslam Respublikasının sahil mühafizəsi saxlayıb.

ABŞ-ın dövlət katibi Con Kerri artıq İranın rəsmi şəxsləri ilə telefon əlaqəsi yaradaraq dənizçiləri azad etməyə cəhd göstərib.

İran tərəfindən saxlanılan ABŞ HDQ gəmilərinin göyərtəsində 10 dənizçinin olduğu bildirilir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Con Kerrini telefon söhbəti zamanı hərbi gəmilər ilə bağlı məsələnin tezliklə yoluna qoyulacağına əmin edib.

ABŞ-da lotereyada 1,5 milyard dollar uddular

Həm ağ şarların nömrələri, həm də "Powerball" nömrə üst-üstə düşüb.

Amerikanın ən böyük "Powerball" lotereyasının təşkilatçıları bəyan ediblər ki, uduşlu bilet ölkənin Kaliforniya ştatında satılıb.

"Dalğa TV" xəbər verir ki, məlumata görə, uduşlu bilet Los-Ancelesin ətrafında yerləşən Çino Hillsdə əldə edilib.

Qeyd edilir ki, həmin biletdə olan nömrələr həm ağ şarların nömrələri, həm də Powerball - qırmızı şarda olan nömrə ilə uyğun gəlib.

Bildirilib ki, daha 12 biletdə 5 nömrə uyğun gəlsə də, qırmızı Powerball çıxmayıb.

Qeyd edək ki, lotereya keçirilən gün uduş məbləği rekord həddə - 1,5 milyard dollara çatmışdı.

Uduş kombinasiyası isə 08, 27, 34, 04 və 19 rəqəmli 5 ağ və 10 rəqəmli qırmızı "Powerball" şarından ibarət olub.

Türkiyədə 3 partlayış: Xeyli sayda ölən və yaralanan var - FOTO

Ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib.

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

"Dalğa TV" BBC-yə istinadən verdiyi məlumata görə, terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar.

Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

"Anadolu" agentliyin verdiyi məlumata görə, terrorçular tərəfindən törədilən partlayış nəticəsində mülki vətəndaşlar daxil olmaqla, 13 nəfər yaralanıb. Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib.

Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.

 

İstanbulda güclü partlayış: 10 ölü - FOTO + VİDEO

Xəsarət alanlar arasında polislər də var.

Türkiyənin "Haber7" qəzetinin məlumatına görə, partlayışa səbəb terror aktıdır.

Məlumata görə, terrorçu-intiharçı xarici turistlərin yanında özünü partladıb.

İlkin məlumata əsasən, partlayış nəticəsində ölənlərdən 9 nəfəri alman turistidir.

Hicablı qadın Donald Trampın seçkiqabağı mitinqindən qovuldu

ABŞ prezidentliyinə namizəd Donald Trampın Cənubi Karolina ştatının Rok-Hill şəhərində təşkil olunan seçkiqabağı mitinqindən hicablı qadın qovulub.

"Dalğa TV" "CBS News" telekanalına istinadən verdiyi xəbərə görə, Donald Trampın çıxışı zamanı üzərində "Mən sülhlə gəlmişəm" yazısı olan geyimli 56 yaşlı hicablı qadın Trampın suriyalı qaçqınlar barəsində səsləndirdiyi ifadələrə etiraz əlaməti olaraq yerindən qəfil qalxaraq səssiz etiraz edib.

Qadının heç bir söz demədiyi qeyd olunur.

Mitinq iştirakçıları fitə basılan qadın ərazidən polis tərəfindən uzaqlaşdırılıb.

Ermənistanda beş nəfər “donuz qripi”ndən ölüb

Mikaelyan adına İrəvan Cərrahiyyə İnstitutunda H1N1 ("donuz qripi") virusundan daha bir nəfər ölüb.

"Dalğa TV"nin "news.am"-a istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytyan bildirib ki, ölən kişi Rusiyadan gəlib. Uzun müddət xəstəlikdən əziyyət çəksə də, həkimə müraciət etməyib.

Həmin şəxs Gümrü şəhərində xəstəxanaya yerləşdirilib, sonra isə İrəvana aparılıb.

Həkimlərin səyi nəticə verməyib və o, yanvarın 10-a keçən gecə ölüb.

Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, bu, "donuz qripi"ndən beşinci ölüm faktıdır.

Türkiyə Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcək

Türkiyə Avropa İttifaqı ilə imzaladığı viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə viza rejimi tətbiq etməyə başlayacaq.

"Dalğa TV"nin "ensonhaber.com" saytına istinadən verdiyi məlumata görə, həmin ölkələrin sırasına Azərbaycan da daxildir.

Əsas məqsəd Suriya, Əfqanıstan kimi ölkələrdən Avropaya miqrant axınını əngəlləməkdir. Türkiyə öz vətəndaşları üçün viza sərbəstliyinə nail olmağın əvəzində bu sahədə üçüncü ölkələrə yönəlmiş siyasətini Aİ normaları ilə uyğunlaşdırmaq barədə öhdəlik götürüb. Bu səbəblə, Aİ-nin viza rejimi tətbiq etdiyi bütün ölkələrə Türkiyə də viza tətbiq etməlidir.

The Guardian Gürcüstanı səyahətlər üçün top-onluğun siyahısına saldı

2016-cı ildə.

Britaniyanın nüfuzlu The Guardian nəşri Gürcüstanı 2016-cı ildə səfər etmək üçün on ölkənin siyahısına daxil edib.

"Dalğa TV" "Novosti-Gruziya"ya istinadən xəbər verir ki, məşhur həftəlik jurnal top-siyahını hazırlayarkən, 2016-cı ildə yubileyləri, əlamətdar günləri qeyd etmək və sadəcə istirahət etmək üçün yeni istiqamətlər müəyyən edib.

"SSRİ-nin süqutundan 25 il sonra Gürcüstan dağlara və göllərə səfər üçün çox şey vəd edən ölkəyə çevrilib", - The Guardian-da yazılıb.

Gürcüstan turistləri ucuz aviareyslər, yeni beş, dörd və üç ulduzlu otellər, şərabların dadına baxılması mümkün olan abadlaşdırılmış restoran və barları, eləcə də mədəni əyləncələri ilə cəlb edir.

The Guardian-ın siyahısına Avstraliyadakı Böyük Sədd Rifi, eləcə də müxtəlif ölkə və şəhərlər daxil edilib: Bordo, Dublin, Rio-De-Janeyro, Hindistan, İran, Yaponiya, Lima, Kosta-Rika, Şri-Lanka, Bosniya və d.

Ərdoğan: İran özünü xilas edə bilməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və İran arasında baş verən edam qalmaqalına münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan şiə din xadimi Nimr əl-Nimrin edam edilməsini Səudiyyə Ərəbistanının daxili işi adlandırıb.

“İraq və İran da Səudiyyə Ərəbistanı səfirliklərinə niyə raket atılmalıdır? Bu təxribatın arxasında regional güc olmaq təlaşı var. Edam olunan 46 nəfərdən 43-ü sünnidir. 3 nəfər isə şiədir. Misirdə minlərlə insan edam edilir. Dünya bunları niyə müzakirə etmir? İslam dünyasında belə qarışıqlıq yaradanlar 400 min insanın qətlə yetirilməsinə hər cür dəstəyi verir. Siz özünüzü xilas edə bilməyəcəksiz”, - deyə Ərdoğan bildirib.

Prezident bildirib ki, Suriyada vətəndaş müharibəsində faciəyə susanlar, indi Səudiyyə Ərəbistanında bir insanın edamı ətrafında səs-küy qaldırırlar.

Bu iki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Rəcəb Tayyib Ərdoğanın çıxışı


İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar.

Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. Səudiyyə hökuməti iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt vermişdi.

İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum


Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt Tehrandakı səfirlərini geri çağırıblar.

Malayziya və ABŞ regionda baş verənlərdən narahat olduğunu ifadə edib. Rusiya və İraq isə ölkələr arasında dialoqun yaradılmasında köməklik edib. Ruhani qeyd edib ki, Səudiyyə Ərəbistanı diplomatik əlaqələri kəsməklə " törətdiyi cinayəti" gizlədə bilməyəcək.

Türkiyə Rusiya qırıcısını vurduğu vaxt İran açıq şəkildə rəsmi Moskvanı müdafiə edib. Bundan sonra İran və Türkiyə arasında münasibətlərdə soyuqluq hiss edilir. Həmin vaxt İran Türkiyəyə siyasi təsirlərlə bərabər iqtisadi təzyiqlərdə göstərmişdi. Qırıcı qalmaqalından sonra İran Türkiyəyə ixrac etdiyi qazın təziqini azaltmaqla rəsmi Ankaranı pis vəziyyətdə qoyumuşdu. Yəqin ki, Rəcəb Tayyib Ərdoğan bu açıqlaması ilə İranın həmin vaxt tutduğu mövqeyə cavab verir.

Saytda Axtarış

ახალი ამბები