Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1938
DünənDünən3048
Bu həftəBu həftə8039
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464638

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Moskvada hərbi parad keçirildi + VİDEO

Rusiyanın paytaxtı Moskvadakı Qızıl Meydanda Böyük Vətən Müharibəsinin 71-ci ildönümü şərəfinə parad başlayıb.

"Dalğa TV" xəbər verir ki, hərbi parada 10 mindən çox hərbi qulluqçu, 135 hərbi maşın və Qələbədən ötən 71 illə əlaqədar 71 təyyarə və vertolyot iştirak edir.

İlk dəfə hərbi paradda Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular da iştirak edirlər. Hərbi paradda yeni texnika və silah növləri nümayiş etdirilir.

Hərbi paradı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Quru Qoşunlar komandanı Oleq Salyukovdan qəbul edib.

Rusiyalı diplomat: Biz Qarabağa silah sata bilmərik

"Ermənistan Qarabağı tanıyıb?"

Rusiya Qarabağa silah sata bilməz.

"Dalğa TV" Lragir.am-a istinadən xəbər verir ki, bunu Rusiyanın Yerevandakı səfiri İvan Volınkin Qələbə parkında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Erməni jurnalistlər səfirə xatırladıblar ki, Qarabağda müharibə getməsinə baxmayaraq Rusiya Azərbaycana silah satır.

Səfir suala cavab olaraq, deyib ki, ölkəsi Ermənistana da silah satır.

Səfiri müşayiət edən ikinci katib media nümayəndələrinə "mikrofonları söndürün" söylədikdən sonra bildirib:

"Ermənistan Qarabağı tanıyıb? Ermənistan tanımayanadək, Rusiya Qarabağa silah sata bilməz".

Amerika “Abrams”ları Gürcüstanda – FOTO

"Amerika hərbi təyyarələri də təlimlərə cəlb ediləcək".

Amerikanın "M1A2 Abrams" tankları və "Bredli" piyada hərbi maşınları "Layiqli tərəfdaş-2016" (Nobel Partner — 2016) gürcü-amerika təlimlərində iştirak etmək üçün Gürcüstanın liman şəhəri Potiyə gətirilib.

"Dalğa TV" xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb və limandan olan fotoları öz Facebook səhifəsində yerləşdirib.

ABŞ Milli Qvardiyasının tankları və hərbi maşınları Qara dəniz ilə Bolqaristanın Varna limanından gəlib. Hərbi texnika mayın 2-də bərəyə yüklənib. Potidən hərbi texnika Vazianidəki (Tbilisi yaxınlığında) hərbi bazaya istiqmətləndirilib.

"İlk dəfə Gürcüstan silahlı qüvvələrinin tarixində təlimlərdə Amerikanın "Abrams" tankları istifadə ediləcək. Təlimlərə, həmçinin Amerika C-120 hərbi təyyarələri və digər silahlar da cəlb ediləcək", - Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Qerkules" Amerika hərbi təyyarələri Gürcüstanda keçən ildə təlimlərdə iştirak edib.

Sayca ikinci olan "Layiqli tərəfdaş-2106" (Nobel Partner - 2016) gürcü-amerika təlimləri mayın 11-dən 26-na qədər Vazianidə hərbi bazada keçiriləcək.

Təlimlərin məqsədi – NATO (NRF) qüvvələrinin tərkibində olan gürcü bölüyünün hərbi hazırlığının artırılmasıdır. Təlimlərin ssenarisi sabitlik, hücum və müdafiənin qurulması əməliyyatlarına əsaslanır.

Təlimlərdə 500 gürcü hərbçisi, ABŞ-ın Avropa komandanlığının 650 hərbçisi və Böyük Britaniyadan 150 hərbçi iştirak edəcək.

Davudoğlu ilk dəfə danışdı — İstefasından sonra

"Türkiyə dövləti və millətimiz hər zaman var olacaq"

Bu sözləri 4 may günü partiya sədrliyindən və baş nazirlik postundan istefa verdiyini açıqlayan Əhməd Davudoğlu Bosniya və Herseqovina səfəri öncəsi dilə gətirib.

Ölkə.Az xəbər verir ki, Türkiyə müxalifəti tərəfindən "4 May Saray Çevrilişi" olaraq adlandıran məlum istefadan sonra Əhməd Davudoğlu ilk dəfə mətbuat konfransı keçirib. Bosniya və Herseqovina səfəri öncəsi Ankaraya Hava Limanında danışan Davudoğlu səfərini simvolik, lakin əhəmiyyəti çox yüksək olan bir ziyarət adlandırıb: "Artıq 90-cı illərin əksinə, indi Bosniya Və Herseqovinanın arxasında dağ kimi dayanacaq olan Türkiyə Dövləti və millətimiz var", - deyə Davudoğlu qeyd edib.

Davudoğlu partiya daxili mübahisələrə aid isə sualları cavabsız qoyub.

Hələlik baş nazirlik vəzifəsini icra edən Davudoğlu dost və qardaş ölkə adlandırdığı Bosniya və Herseqovinada Ferhadiye Məscidin açılışında iştirak edəcəyini qeyd edərək əlavə edib: "Bu gün simvolik görünsə də bizim üçün dəyəri çox yüksək olan səfərə, Bosniya və Herseqovinaya gedirik. Bosniya və Herseqovina dost və qardaş ölkədir. Qardaş-bacılarımızın olduğu, böyük acılar yaşamış bir ölkədən bəhs edirəm. O müharibə, soyqırım, hüzn illərində təkcə boşnak qardaşlarımız qətlə yetirilmədi. Bizim imzamız olan oradakı tarixi əsərlər də bir-bir söküldü, tarix yerlə yeksan edilməyə çalışıldı. Dəstəyimizlə Mostar körpüsü yenidən bərpa edilərək istismara verilib. Bu gün isə 23 il sonra təkrar azan səsi ilə qovuşacaq Banja Lukadakı Ferhadiye və Alaca Məscidləri bizim təşəbbüslərimizlə, Türkiyənin göstərdiyi köməkliklə yenidən istifadəyə verilir".

Azərbaycan Xəzərdə yanan rus gəmisini söndürdü

Xəzərdə Rusiya bayrağı altında üzən tankerdə baş vermiş yanğın tam söndürülüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin yaydığı birgə məlumatda deyilir.
Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Azərbaycanın üç rəsmi qurumunun bu barədə birgə yaydığı məlumatda deyilir ki, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT-2" tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olmuş, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Rusya Federasiyasının dövlət bayrağı altında Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan “Palflot-2” tankerindən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə qəza hadisəsi haqqında SOS siqnalı bu gün səhər saat 09.32-də daxil olub.
Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində hərəkətdə olan “Palflot-2” tankerindən SOS siqnalı bu gün səhər saat 09.32-də daxil olub.

Məlum olub ki, 40 13 56 N 051 39 75 E koordinatlarında tankerdə yanğın hadisəsi qeydə alınıb. Dərhal təlimata uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus olan gəmilər və yanğınsöndürmə helikopterləri xilasetmə əməliyyatına cəlb olunub.

Tankerin bortundan 11 nəfər heyət üzvündən 10 nəfər təxliyyə olunub. Lakin bir nəfər – baş mexanik Kramçuk Andrey Vladimiroviç naməlum şəraitdə itkin düşüb. Xilas edilən 11 dənizçinin vəziyyəti isə qənaətbəxşdir. Rusiya FHN-in Həştərxan vilayəti üzrə regional idarəsindən bildiriblər ki, baş mexanik Kramçuk Andrey Vladimiroviç həlak olub.

“Caspian Voyager”, “Caspian Protechtor”, “İslay”, “Jura”, “Vixr-5” gəmiləri vasitəsilə tankerdə yanğının söndürülməsi əməliyyatı davam etdirilib. Rusiya FHN-in məlumatına görə, yanğının söndürülməsində Azərbaycandan üç gəmi və iki helikopter iştirak edib.

Hazırda söndürülmüş gəminin Rusiyaya aparılması məsələsi həll edilir

Lavrov Ağrıdağın fotosunu çəkdi: “Gözəlliyi ilə heyran edir”

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində Türkiyə ərazisinin fotosunu çəkib.

"Dalğa TV" xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri Ermənistan ərazisindən Türkiyənin Ağrıdağının fotosunu çəkib. Həmin fotonu sosial şəbəkədə yerləşdirən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova şəklə qeyd də yazıb: "Ararat (Ağrıdağ) bu gün öz gözəlliyi ilə heyran edirdi. S.Lavrov dayana bilməyib şəklini çəkdi".

Qeyd edək ki, ermənilər Ağrıdağın onlara məxsus olduğunu iddia edirlər və onu "Ararat" adlandırılar.

Xatırladaq ki, Sergey Lavrovdan öncə Ermənistana səfər edən Rusiya Baş naziri Dmitri Medvedev İrəvanın Ağrıdağın fonundakı şəklini "İnstagram" səhifəsində yerləşdirmişdi.

Səudiyyə Ərəbistanında yeni qərar - Qadınlara işləmək azadlığı verildi

Səudiyyə Ərəbistanının Əmək Nazirliyi qadınların iş hüquqları ilə bağlı yeni qərar qəbul edib.

Yeni qərara əsasən, qadınlara bundan sonra ailəvi restoran və əyləncə mərkəzlərində, həmçinin qadın malları mağazalarında kassir qismində axşam saatlarında işləməyə icazə veriləcək.

Nazirlikdən bildiriblər ki, Səudiyyə Ərəbistanında qadınlara təhlükəsizlik və sağlamlıq nöqteyi-nəzərindən 21 peşə üzrə qadağa mövcüddur. Belə ki, yeraltı istehsalat, tikinti, ət emalı fabrikləri, avtoservislər, çörəkxana və ağır sənaye müəssisələrində işləməyə icazə verilmir.

Hazırda qadınlar Səudiyyə Ərəbistanında işçi heyətinin 17 faizini təşkil edir.

Sərkisyan Qarabağın qaytarılması ilə bağlı - Müraciət edəcək

Ermənistan Prezidenti Serj Sərkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək.

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzet qeyd edir ki, Qarabağ münaqişəsinin nizama salınması ətrafında gizli və sürətli proseslər gedir: “Ermənistan və Azərbaycan mediasında Vladimir Putinin münaqişənin həllini birbaşa nəzarətə götürməsi haqda məlumatlar yazırlar. Gözləntilərə görə, yaxın günlərdə aktiv danışıqlar başlanacaq. Məlumatlar var ki, Serj Sərkisyan Dağlıq Qarabağa da buna görə səfər edib və ərazilərin qaytarılması məsələsini müzakirə edir. Yaxın günlərdə Sərkisyanın bununla bağlı xalqa müraciət edəcəyi gözlənlir”, - deyə qəzet yazıb.

Qəzet ekspertlərin fikrinə istinad edərək qeyd edir ki, Sərkisyan bu müraciətdə münaqişənin həlli variantlarını və ərazilərin qaytarılması məsələsindən bəhs edəcək. Belə ki, o, münaqişənin həlli ilə bağlı güzəştə getmək üçün xalqı inandırmağa məcburdur.

İŞİD Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirib, ölən və yaralananlar var

Türkiyənin Kilis bölgəsi İŞİD-in Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulub.


"Dalğa TV"nin “Milliyyət”ə istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Raket mərmilərindən ikisi dövlət xəstəxanasının arxasındakı oksigen deposuna, ikisi Yavuz Sultan Səlim Məhəlləsinə düşüb. Mehmet Keçik ərazisindəki məktəb sahəsinə düşən mərmi nəticəsində 40 yaşlı çoban ölüb, 14 yaşlı şagird yaralanıb. Yaşayış binasına düşən raket mərmisi nəticəsində isə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bunun ardından Türkiyə ordusu cavab olaraq Suriya ərazisini atəşə tutub.


Daha bir top mərmisi Hatay ərazisinə düşüb. Boş sahəyə düşdüyündən hadisə zamanı ölən olmayıb.

Erməni əsgərlərinə qohumlarına zəng etmək qadağan edildi

Ölkənin Müdafiə Nazirliyi qərar qəbul edib.

Ermənistan Müdafiə Nazirliyi hərbi qulluçulara qohumları ilə telefon əlaqəsi saxlamağa qadağa qoyub.

"Dalğa TV" xəbər verir ki, bu barədə "Sputnik-Armeniya" ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Hərbçilərin qohumları ilə ünsiyyətə məhdudiyyət onların təhlükəsizliyindən irəli gələrək tətbiq edilir. Əmin olun ki, ilk imkanda vətən müdafiəçiləri sizinlə əlaqə saxlayacaq", - Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, keçən gecə qoşunların təmas xəttində üç erməni əsgəri Hamlet Xacoyan, Manvel Qriqoryan və Armen Qriqoryan öldürülüb.

Gürcüstan hökuməti turistlərin sayını 11 milyona çatdırmaq niyyətindədir

"İqtisadiyyat Nazirliyinin hazırladığı yeni strategiyaya əsasən, Gürcüstanda turistlərin sayı 11 mln nəfərə çatdırılmalıdır"."Dlğa TV"nin "Georgia Online" saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Tiflisdə beynəlxalq turizm sərgisinin açılış mərasimində çıxışı zamanı Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili deyib.

"Bizim hazırladığımız turizmin inkişaf strategiyasına əsasən, ölkəyə gələn xarici turistlərin sayı 5.9 mln nəfərdən 11 mln nəfərədək çatdırılmalıdır", - deyə nazir bildirib.

Qeyd edək ki, Tiflisdə açılan beynəlxalq turizm sərgisində Estoniya, Latviya, Belarus, Türkiyə, İndoneziya, Qazaxıstan, Tailand və Ukrayna daxil olmaqla 68 ölkə və təşkilat iştirak edir.

Beynəlxalq sərgi aprelin 16-dək davam edəcək.

Türklərlə kürdlər arasında kütləvi dava - VİDEO

Aprelin 11-də Almaniyanın Köln şəhərində türk diasporu tərəfindən terrorizmə qarşı aksiya keçirilib.

"Dalğa TV" bildirir ki, PKK əleyhinə keçirilən aksiya iştirakçılarına kürdlər tərəfindən hücum edilib.

Nəticədə tərəflər arasında kütləvi dava baş verib.

Polis hadisəyə müdaxilə edib və münaqişə iştirakçılardan bir neçə nəfəri saxlanılıb.


TÜRK_KÜRD by azcanall

Saytda Axtarış

ახალი ამბები