Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2712
DünənDünən3048
Bu həftəBu həftə8813
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465412

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstandan Azərbaycana qaçaq yolla mal-qara keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən  bildirilib ki, Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycana qaçaqmalın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib. Dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı 35 BH 057 olan "KamAZ"; markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkarlanıb.

Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olmasından istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar. Avtomobilin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb, avtomobili yüksək sürətlə hərbi qulluqçuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradaraq, hadisə yerindən uzaqlaşmağa çalışıb.

Sərhədçilər tərəfindən məlumatlandırılmış DYP əməkdaşlarının saxlama tələbinə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçib, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib.

Həyata keçirilmiş tədbirlər nəticəsində "KamAZ" markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücüsünün Qazax rayonu Daş Salahlı kənd sakini, 1980-ci il təvəllüdlü Süleymanov Samir Siyavuş oğlu olduğu müəyyənləşib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağlamada 90 adda 44 374 ədəd müxtəlif dərman preparatlarından ibarət qaçaqmal aşkarlanıb.

Əsədin Türkiyə qorxusu - “Suriya hücumla qarşılaşarsa...“

Türkiyə və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Suriyaya hücumu istisna edilmir.

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd "Frans Press" agentliyinə müsahibəsində deyib.

O, ölkəsinin tamamilə azad olunana qədər terrorçularla mübarizəni davam etdirəcəyini bəyan edib. "Əgər Suriya belə bir hücumla qarşılarşarsa, ölkəsinin hərbi hava qüvvələri tam gücü ilə müqavimət göstərəcək. Bizim əsas məqsədimiz Hələb şəhəri Türkiyə arasında olan nəqliyyat yoluna nəzarəti bərpa etməkdir", - deyə Əsəd bildirib.

Bəşər Əsəd onu da əlavə edib ki, Suriya müharibəsi üzrə sülh danışıqlar davam edərkən də hücumlar davam etdiriləcək.

Suriyada 2011-ci ildən silahlı münaqişə davam etməkdədir. Birləşmiş Millətlər Təşkilatının verdiyi açıqlamalara görə, indiyənə qədər münaqişə zəminində 220 mindən çox insan həlak olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Bəşər Əsədin əli 400 min insanın qanına batıb.

İŞİD əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşmasıdır. 3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmiş terror təşkilatıdır.

İstanbulda bina uçdu – FOTO

Dağıntı altında qalanların olduğu bildirilir.

Türkiyənin İstanbul şəhərinin İstiqlal caddesindəki Kurabiyə küçəsində 5 mərtəbəli iki bina naməlum səbəblərdən uçub.

"Dalğa TV" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedici maşınları gəlib.

Dağıntılar altında qalanların olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, həmin iki bina bir müddət əvvəl boşaldılsa da, onların altındakı mağazalar hələ də işləyirmiş.

Gürcüstanda İran İslam İnqilabının 37-ci ildönümü qeyd olunub

Fevralın 11-də Tiflisdəki İran İslam Respublikasının səfirliyinin təşkilatçılığı ilə ölkənin milli bayramı-İran İslam İnqilabının 37-ci ildönümü qeyd olunub.


"Dalğa TV"nin məlumatına görə, tədbiri İranın Gürcüstandakı səfiri Abbas Talebifar açaraq İslam İnqilabının tarixindən söhbət açaraq, qeyd edib ki, İran həmişə Gürcüstanın dostu olub və onun ərazi bütövlüyünü tanıyıb, indən belə də onun yanında olacaq.

Sonra Gürcüstan xarici işlər nazirinin müavini David Çalaqaniya şıxış edərək İran İslam İnqilabının 37-ci ildönümü münasibətilə ürək sözlərini və təbrikini söyləyib.

Bayram tədbirində Gürcüstan parlamentinin sədri David Usupaşvili, digər nazirlər, diplomatik korpus nümayəndələri, Kvemo Kartli bölgə qubernatoru, gürcü və müsəlman din xadimləri, müxtəlif QHT rəhbərləri, jurnalistlər iştirak ediblər.

Sonda bayram süfrəsi açılıb.

ABŞ generalı mətbuat konfransında özündən getdi – VİDEO

Baş verənlərin səbəbi aydınlaşdırılır.

ABŞ Silahlı Qüvvələrinin general-mayoru Ceyms Martin mətbuat konfransında huşunu itirib.

"Dalğa TV" xəbər verir ki, video CNN-in YouTube-dakı rəsmi akkauntunda yerləşdirilib.

Qeyd edildiyi kimi, general ən yeni "F-35" qırıcılarının istehsalı proqramının maliyyələşməsi barədə danışarkən özündən gedib.

Hazırda baş verənlərin səbəbi aydınlaşdırılır.

Saakaşvili mühafizəçilərdən imtina etdi

"Mən heç kimdən və heç nədən qorxmuram".

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka mühafizədən imtina etdiyini bildirən məktub ünvanlayıb.

"Dalğa TV"nin məlumatına görə, bu barədə o öz Facebook səhifəsində yazıb.

Onun təhlükəsizliyini "Alfa" xüsusi dəstəsinin əməkdaşları təmin edirdilər.

"Mən heç kimdən və heç nədən qorxmuram və bundan sonra Odessada və bütün ölkə ərazisində mühafizəçilər olmadan hərəkət edəcəyəm", - Saakaşvili yazıb.

Roma Papası Fransisk Azərbaycan, Gürcüstan və Ermənistana səfər etmək niyyətindədir.

Roma Papası sentyabrda Azərbaycana səfər etmək niyyətindədir.

"Dalğa TV"nin verdiyi xəbərə görə, bu barədə TASS-a Papanın administrasiyasındakı məlumatlı mənbə bildirib.

İlkin məlumata görə, səfər 2016-cı ilin sentyabrına planlaşdırılıb.

Politoloqlar Papanın Ermənistana səfərinin Vatikan-Ankara münasibətlərinə təkrar ziyan vura biləcəyini qeyd edirlər. Qeyd edək ki, ötən il geri çağırılan Türkiyənin Vatikandakı səfiri bu yaxınlarda vəzifəsinin icrasına davam etməyə başlayıb.

Xatırladaq ki, ötən il qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar Roma Papası Fransisk Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə Romanın müqəddəs Pyotr kilsəsində dini ayin keçirib. Buna cavab olaraq Ankara Vatikandakı səfirini geri çağırmışdı.

Gürcüstanda qatar az qala “Bakı-Tbilisi-Ceyhan”ı partladacaqdı

Qatar Nikozidən Qoriyə qayıdırdı.

Gürcüstanda Qori-Nikozi marşrutu ilə hərəkət edən sərnişin qatarı son anda qəzadan qurtarıb, "Dalğa TV" "Qruziya Online"na istinadən xəbər verir.

Qatar Nikozidən Qoriyə qayıdırdı. Axaldaba kəndi yaxınlığında relslərin zədələnməsinə görə sürücü çətin vəziyyətə düşüb və əyləci sıxaraq qatarı qəzadan qurtarıb.

Qatarın relsdən çıxacağı tədqirdə ciddi qəza baş verə bilərdi, çünki yaxınlıqda Bakı-Tbilisi-Ceyhan neft kəməri keçir.

"Rustavi 2" telekanalının məlumatına görə, istintaq hadisəni terror hücumu kimi qiymətləndirib, lakin güc strukturlarında hesab edirlər ki. söhbət yalnız rels saxlayıcılarının oğurlanmasından gedir.

Bəhreyn kralı Putinin yanına qılıncla gəlib atla getdi - FOTO

İki dövlət başçısı Soçidə görüşüblər.

Rusiya prezidenti Vladimir Putin Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifəyə Hacıbəy adlı ahaltəkə cinsindən olan at bağışlayıb, "Dalğa TV" İnterfax-a istinadən xəbər verir.

Kral bu hədiyyənin qarşılığında xüsusi olaraq Rusiya lideri üçün hazırlanmış qılınc hədiyyə edib.

Məlumata görə, qılıncın dəstəyi və qını qiymətli metaldan, özü isə dəməşq poladından hazırlanıb.

Putin qonaqdan hədiyyəni aldıqdan sonra, rus ənənələrinə uyğun olaraq (mübahisə olmasın deyə) krala sikkə verib.

Qeyd edək ki, iki dövlətin başçısı fevralın 8-də Soçidə görüşüblər. Əl-Xəlifə Rusiyada iş səfərindədir.

Avropanın ən ucuz şəhəri bəlli oldu

Avropada ən ucuz şəhər Bolqarıstanın paytaxtı olub.

2015-ci ildə Bolqarıstanın Sofiya şəhərində bir gecə qalmaq turistlərə ortalama 67 ABŞ dollarına başa gəlib. Bu məlumat “Trivago” turist servisinə aiddir.

Siyahıda ikinci yeri Makedoniyanın paytaxtı Skopye şəhəri tutub. Orada bir günlük istirahət 70 ABŞ dollarına başa gəlib. Üçüncü yeri Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhəri tutur, burada gündəlik 74 ABŞ dolları lazımdır.

Avropanın ən bahalı paytaxtı yenə də London şəhəridir, burada oteldə bir gün qalmaq üçün ortalama 276 ABŞ dolları lazımdır. Siyahıda Bern şəhəri ikinci və Paris şəhəri üçüncü sırada gəlir.

Kürdlər Ərdoğanın çıxışı zamanı zala basqın etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ekvadora səfəri zamanı xoşagəlməz halla qarşılaşıb.

"Dalğa TV" xəbər verir ki, Türkiyə prezidentin Ekvadora dünəndən başlayan 2 günlük səfəri zamanı kürdlərin etirazı ilə qarşılaşıb. Etirazçılar Ərdoğanın ünvanına "Rədd ol!", "Qatil!" və "Yaşasın Kürdistan!" şüarları səsləndiriblər. Etirazçılar Ərdoğanın çıxışı zamanı zala da daxil olublar. Burada da şüarlar səsləndirən nümayişçilər Türkiyə prezidentinin mühafizəçiləri tərəfindən güclə bayıra çıxarılıblar. Prezidentin mühafizəçiləri ilə etirazçılar arasında yaşanan qarşıdurma zamanı qarşı tərəfdən bir nəfərin burnunun sındığı iddia olunur.

Qeyd edək ki, Ərdoğan Ekvadora bir sıra strateji əhəmiyyətli iqtisadi sazişlər imzalamaq üçün səfər edib.

Almaniyadakı dağ yəhudiləri qondarma “erməni soyqırımı” ilə bağlı sərgiyə etiraz ediblər

Almaniyadakı "Dağ Yəhudiləri İcması" İctimai Birliyinin sədri Orxan Şafadiyayev bu ölkənin Loytershauzen şəhərində keçmiş Loytershauzen sinaqoqu dairəsi tərəfindən yanvarın 31-dən fevralın 26-dək "I Dünya Müharibəsi və ermənilərə qarşı soyqırımı" sərgisinin keçirilməsi ilə bağlı bu təşkilata etiraz məktubu ünvanlayıb.


"Dalğa TV" AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda sərginin 26 fevral tarixinə qədər davam etməsinin yəhudi və Azərbaycan xalqlarına qarşı təhqir olduğu bildirilib.
“Azərbaycan yəhudiləri olaraq bildiririk ki, sərginin 26 fevral tarixinə qədər davam etməsi yəhudi və Azərbaycan xalqlarına qarşı təhqirdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin ən dəhşətli faciələrindən birini törədiblər. Faciə zamanı 85-i uşaq və 106-sı qadın olmaqla 613 günahsız mülki şəxs amansızlıqla qətlə yetirilib. Bu dəhşətli cinayətin qurbanları hər il 25-26 fevral tarixlərində dünyanın müxtəlif ölkələrində yad edilir. İndiyədək Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yəhudi xalqı da itkilər verib. Bu ədalətsizliyi dəstəkləmək rüsvayçılıqdır”, - deyə məktubda etiraz edilib.

Saytda Axtarış

ახალი ამბები