Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3201
DünənDünən3048
Bu həftəBu həftə9302
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465901

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Əlində kəsilmiş uşaq başı tutan hicablı qadın saxlanıldı – VİDEO + FOTO

Azyaşlının ölümünün ilkin səbəbləri məlum oldu.

LifeNews Moskvada dörd yaşlı uşağın ölümünün ilkin səbəblərin öyrənib.

Telekanalın məlumatına görə, ilkin ekspertizanın nəticəsinə əsasən, dayə azyaşlı qızın başını kəsməzdən əvvəl onu boğaraq öldürüb.

"Uşaq, çox güman ki, yatdığı zaman öldürülüb. Müəyyən olunub ki, onun başı qətlə yetirildikdən sonra mətbəx bıçağı ilə kəsilib", - telekanalın istintaq orqanlarındakı mənbəsi bildirib.

Mütəxəsisslər qeyd ediblər ki, ölümün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.

17:51

Moskvada uşağın başını kəsmiş dayənin kimliyi müəyyən edilib.

"Dalğa TV" "Moskovski komsomolets"ə istinadən xəbər verir ki, bu əslən Özbəkistanın Səmərqənd vilayətindən olan 38 yaşlı Gülçöhrə Bobokulovadır.

Gülçöhrə Bobokulovanın Rusiyada qanunsuz işlədiyi bildirilir.

Qeyd edək ki, Bobokulova 4 yaşlı qızı öldürdükdən sonra onun başını kəsib və "Narodnoye Opolçeniye" küçəsində yerləşən mənzili yandırıb. Daha sonra əlində uşağın kəsilmiş başı ilə "Oktyabrskoe pole" metrostansiyasına gedərək ətrafdakıları özünü partladacağı ilə hədələyib. Bobokulovanı polis əməkdaşları saxlayıb.

14:29

Moskvada mənzildə yanğından sonra başsız bədəni tapılan uşağın qətlində şübhəli bilinən qadın metrostansiya yaxınlığında saxlanılıb.

"Dalğa TV" Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə rəsmi nümayandəsi Yuliya İvanova bildirib.

"Moskvanın "Oktyabrskoye pole" metrostansiyası yaxınlığında uşağı qətlə yetirməkdə şübhəli bilinən dayəsi saxlanılıb", - İvanova bildirib.

Uşağın kəsilmiş başı əlində olan hicablı qadın ətrafdakıları özünü partlatlmaqla hədələyib.

Yanğın fevral ayının 29-da Narodnoe Opolçenie küçəsində yerləşən hündürmərtəbəli binada səhər saatlarında baş verib. Yanğınsöndürənlər alovu dəf ediblər. Dörd nəfər xilas edilib. Hadisə yerində tapılmış başı kəsilmiş uşağın 3-4 yaşı olub.

İlkin məlumata görə, uşaq öldürülüb, mənzil isə bilərəkdən yandırılıb. İstintaq Komitəsi baş verənlərə dair araşdırmaya başlayıb.

 

Miqrantlar Makedoniya sərhədinə hücum çəkiblər - VİDEO

"Sərhədi açın!".

Yüzlərlə miqrant Avropaya düşmək üçün Yunanıstan və Makedoniya sərhədinə hücum ediblər.

"Dalğa TV" Reuters-ə istinadən xəbər verir ki, sərhədi keçməyə cəhd göstərənlərin əksəriyyəti İraq və Suriyadan olan qaçqınlar olub.

Aralarında qadın və uşaqların da olduğu kütlə "Sərhədi açın!" şüarını səsləndiriblər.

Makedoniya polisi miqrantalrın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Polisləri şərləmək üçün özünü döydü - Video

Qazaxıstanda kuryoz hadisə baş verib.

"Dalğa TV" yerli KİV-lərə istinadən xəbər verir ki, Atıray şəhərində yol polisi müfəttişləri tərəfindən saxlanılan brakonyer onlardan intiqam almaq qərarına gəlib. Böyük miqdarda balıqla birlikdə tutulan brakonyer polis tərəfindən döyüldüyü barədə şikayət etsə, 210 kq balıq brakonyerliyinin unudulacağını düşünüb.

Müfəttişlər tərəfindən döyülmədiyini görən şəxs cəsarətini toplayaraq özü-özünü döyməyə başlayıb. Bu zaman, saxlanılan şəxs maşında videoregistrator olduğuna əhəmiyyət verməyib.

Lakin, heç nəyə baxmayaraq, 36 yaşlı Qazaxıstan sakini yerli ulduza çevrilməyi bacarıb

Rusların 63%-i Türkiyəyə qarşı sanksiyaların tərəfdarıdır

Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi Türkiyəyə qarşı tətbiq edilən sanksiyalarla bağlı vətəndaşlar arasında sosial sorğu keçirib.

"Dalğa TV" Rusiya KİV-nə istinadən xəbər verir ki, rəyi soruşulanların 63%-i sanksiyaların saxlanmasına tərəf çıxıblar. incə, Ankara bu sanksiyalardan daha çox əziyyət çəkib.
21% respondent sanksiyaların ləğvini, 11%-i isə Türkiyə ilə münasibətlərin dərhal bərpasını istəyib.

Rəyi soruşulanların 78%-i isə Türkiyənin Su-24 təyyarəsini vurmasına görə rəsmən üzr istəməyincə əlaqələrin bərpa olunmasına qarşı çıxıb.

Sorğu Rusiyanın 46 regionundakı 130 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilib.

“Böyüməyən uşaqlar” Almaniyada təqdim olundu- Fotolar

Fevralın 25-də Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş "Soyqırım cinayəti, reallıqlar və faktlar" mövzusunda konfrans keçirilib.

AzNews.az xəbər verir ki, konfrans Avropa Türk İslam Birliyinin salonunda baş tutub.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra tədbiri açan Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev Xocalı soyqırımı cinayətlərindən danışıb.

O bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində effektiv işlər görülməlidir.

“Düşünürəm ki, bu dəhşətli cinayətin dünyaya tanıdılması baxımından çox böyüklər işlər görülür. Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlının ssenari və ideya müəllifliyi əsasında çəkilən `Böyüməyən uşaqlar" filmi və eyni adlı kitab bu faciənin şahidlərin öz dili dünyaya çatdırılması baxımından görülmüş vacib işlərdən biridir. Ona görə də biz filmi dublyaj edərək daha 5 ölkədə təqdimatını, yayımını həyata keçirəcəyik”.

R.Quliyev onu da vurğulayıb ki, Xocalı cinayəti məhz Xocalı faciəsinin il dönümündə deyil, daima xatırlanmalı və təbliğ edilməlidir.

Aparılan müzakirə və çıxışlardan sonra film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən Alman Türk Yazarlar Birliyinin sədri Orhan Aras bu cinayətə beynəlxalq aləmdə hüquqi statusun verilməsi məsələsindən danışıb.

“Film gerçəkdən də hər kəs kimi mənə də çox təsir etdi. Hər birimiz bu qanın yerdə qalmaması üçün ciddi işlər görməliyik və beynəlxalq aləmdə bu cinayətə hüquqi statusun verilməsinə çalışmalıyıq. Düşünürəm ki, film Almaniyanın bütün şəhərlərində təqdim olunmalıdır”.

Sonda O.Aras bu işlərin daha yüksək səviyyədə təşkilinə nail olmaq üçün Alman Azərbaycan Mədəniyyət Evinə əməkdaşlıq da təklif edib.

Türkiyədə 3 ay əvvəl həbs olunan iki tanınmış jurnalist azadlığa buraxılıb

Türkiyənin "Cümhuriyyət" qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara müxbiri Erdem Gül həbsdən azad ediliblər.

"Dalğa TV" Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən il noyabrın 26-da həbs olunan jurnalistlər dünən azadlığa buraxılıblar.

Qeyd edək ki, onlar silahlı terror təşkilatına üzv olmadan dəstək vermək və dövlət sirrini yaymaqda təqsirləndiriliblər. Jurnalistlər bu həbslə mətbuat azadlığının və onların şəxsi hüquqlarının pozulmasını əsas gətirərək, azadlığa buraxılmaları üçün ölkənin Konstitusiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə müraciətə baxıb və jurnalistlərin şikayəti təmin olunub.

Xatırladaq ki, jurnalistlər Türkiyədən Suriyaya silah daşıyan TIR-larla bağlı yaydıqları xəbərə və görüntülərə görə prokurorluğa dəvət olunublar. Onlar ifadə verdikdən məhkəmədə barələrində həbs qətimkan tədbirinin seçilib. Həmin vaxt prokurorluğun qərarı ilə bu mövzunun mediada işlənilməsinə rəsmən qadağa qoyulub.

Saakaşvili: “Ukraynada vaxtından əvvəl parlament seçkiləri keçirilməlidir”

Ukraynada vaxtından əvvəl parlament seçkiləri keçirilməlidir

APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi məlumata görə, bunu Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili bəyan edib.

“Hazırkı vəziyyətdən bir çıxış yolu var. Ali Radaya vaxtından əvvəl seçkilərin keçirilməlidir. Ukraynada siyasi sinif tam şəkildə yenilənməlidir”, deyə M.Saakaşvili qeyd edib.

O, həmçinin hökumətin dəyişməsinin labüdlüyünü milli təhlükəsizlik məsələsi adlandırıb.

Acarıstanın nüfuzlu qəzetində Xocalı soyqırımı ilə bağlı - Xüsusi buraxılış

Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının nüfuzlu “Adjara P.S.”qəzetində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı xüsusi buraxılış dərc edilib.

AzNews.az-ın məlumatına görə, xüsusi buraxılışda Baş konsul Rəşad İsmayılovun Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı məqaləsi dərc olunub. Məqalədə qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə analoqu olmayan hadisələrdəndir. Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Xüsusi buraxılışda həmçinin, Baş konsulluq tərəfindən gürcü dilində tərcümə olunub, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təşviqat kampaniyası çərçivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə, “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitab haqqında da geniş məlumat verilib.

Obama ilə 106 yaşlı qadının “rəqs parti”si – Möhtəşəm görüşdən VİDEO

ABŞ prezidenti Barak Obamayla ilk dəfə görüşən 106 yaşlı qadın sevincini rəqs etməklə büruzə verib və görüşü "rəqs parti"yə çevirib.

"Dalğa TV" xəbər verir ki, Virginia McLaurin adlı qadın ABŞ prezidenti Barak Obamaya “Youtube” vasitəsilə videoismarıj göndərib. O, videoda prezident və xanımıyla görüşməkdən məmnun olacağını bildirib. 106 yaşlı qadının Obama cütlüyü ilə görüşünün baş tutması üçün petisiya başladılıb. Nəhayət 1 il sonra, fevralın 21-də Virginianın arzusu həyata keçib.

Ağ Evə ruh yüksəkliyi ilə daxil olan 106 yaşlı qadın ilk olaraq prezident Obamanı salamlayıb. Obama qadını görməyinə çox şad olduğunu bildirib, Virginia isə bu görüşün onun üçün şərəf olduğunu qeyd edib. ABŞ prezidenti Virginianın əlindən tutaraq onu xanımı Mişel Obamayla salamlaşmağa aparıb. Mişel Obama Virginiaya yaşa dolduqca onun kimi olmaq istədiyini deyib. Virginia isə öz növbəsində birinci ledinin bunu bacaracağını bildirib.

Görüş zamanı durmadan rəqs edən 106 yaşlı qadın hər kəsi heyrətləndirməyi və özünə heyran etməyi bacarıb.

Barak Obama qadından bu yaşda belə rəqs edə bilməyinin sirrini soruşub. Rəqsinə ara vermədən Virgina “sadəcə hərəkət etməyə davam et” cavabını verib. O, tək rəqsiylə deyil, 106 yaşında baxımlı olmasıyla da diqqətləri üzərində cəmləyə bilib. Mişel Obama Virginianın bənövşəyi manikürünü tərifləyib.

Virginia Ağ Evdə ola biləcəyinə heç vaxt ümid etmədiyini deyib və qaradərili şəxsin prezident olmasına çox sevindiyini dilə gətirib.

Həyat dolu 106 yaşlı qadının Obama cütlüyü ilə görüşünün videosunu təqdim edirik:

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Bakı-Tiflis-Qars dəmir yolu xəttinə baxış keçiriblər

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Bakı-Tiflis-Qars dəmir yolu xəttinə baxış keçiriblər.
"Dalğa TV"nin məlumatına görə, Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidzenin olduğu qatar Gürcüstanın Kartsaxi məntəqəsindən Türkiyə ərazisinə keçib.

Xatırladaq ki, bu gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sayca 5-ci üçtərəfli görüşü keçirilib. Görüşün sonunda yekun bəyannamə imzalanıb.

Ankara terrorunun törədilmə anı - Video

Ankarada törədilən dəhşətli terror aktının başvermə anının görüntüsü yayılıb.

"Dalğa TV" xəbər verir ki, görüntülər yaxınlıqda quraşdırılmış təhlükəsizlik kamerası vasitəsilə qeydə alınıb.

Həmin görüntüləri təqdim edirik:

 

Sadaxlıda Gürcüstanın Ədliyyə Nazirliyinin İctimai Mərkəzi açılıb

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstan-Ermənistan sərhədində yerləşən Sadaxlı kəndində Gürcüstan Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərəcək İctimai Mərkəzin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərkəzin açılışı zamanı ədliyyə naziri Tea Tsulukiani Sadaxlı sakinləri qarşısında çıxışında bildirib ki, mərkəz Sadaxlı, Xuldərə, Burma, Təzəkənd Mollaoğlu kəndlərinin əhalisinə xidmət edəcək və əhalini narahat edən problemlər mərkəzdə həll olunacaq.

 
Nazir mərkəzdə çalışan 5 nəfər azərbaycanlı kadrlarla görüşərək söhbət edib. Tədbir çərçivəsində nazir, Kvemo Kartli bölgə qubernatorunun müavini və Marneuli rayin icra hakimiyyəti başçısı Merab Topçişvili mərkəzlə tanış olublar.
Sonra T. Tsulukiani mərkəzin açılışına gələn gənclər, müəllimlər və kənd sakinləri ilə görüşərək onların problemləri ilə tanış olub. Sadaxlı kənd orta məktəbinin müəllimləri kənd problemlərinin həlli ilə əlaqədar nazirə müraciət ediblər. Müəllimlər son illər Sadaxlıdan Ermənistan sərhədinə uzanan magistral yolda dəfələrlə erməni sürücülər tərəfindən ağır yol qəzası baş verdiyini bildirərək, həmin yola radar və tramplinlər qoyulmasını xahiş ediblər. Nazir və rayon icra hakimiyyəti başçısı problemin tezliklə həll olunacağını vurğulayıblar.
Mərkəzdə pasport, torpaq qeydiyyatı ilə bağlı məsələlər həll ediləcək, orta məktəbi bitirən gənclər mərkəzdən attestat alacaq, təqaüdçülər öz problemləri ilə bağlı artıq Marneuliyə getməyəcəklər. Mərkəzdə əhali yüksək komfortla qəbul olunacaq və gənclərə kompüter dərsləri keçiriləcək.
Tədbirdə qeyd olunub ki, Sadaxlı kəndində 15 mindən artıq əhali yaşayır və ətraf kəndlərdə yaşayan əhalinin sayı da nəzərə alınsa, İctimai Mərkəz 30 min əhaliyə xidmət göstərəcək.

Saytda Axtarış

ახალი ამბები