Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2664
DünənDünən3048
Bu həftəBu həftə8765
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465364

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Brüsseldə azərbaycanlılar Ermənistan səfirliyi önündə aksiya keçiriblər - FOTO

"Dağlıq Qarabağın qanunsuz işğalını dayandırın".

Bu gün Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi, Azərbaycanın dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq Brüsseldə aksiya keçiriblər.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Oxu.Az verilən məlumata görə, icazəli etiraz aksiyası Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisinin təşkilatçılığı, Azərbaycan-Belçika Dostluğu Cəmiyyəti və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə baş tutub.

Brüsselin tarixi "Square de Meeus" parkında toplaşan etirazçılar Azərbaycan bayraqlarını dalğalandırıblar, transparantlar qaldırıblar və "Sarqsyan – təxribatçı", "Mülki vətəndaşları hədəfə almağı dayandırın", "BMT qətnamələrinə riayət edin – erməni qoşunlarını çıxarın", "Dağlıq Qarabağın qanunsuz işğalını dayandırın", "Biz Qarabağıq", "Biz Xocalıyıq" şüarları səsləndiriblər. Etiraz aksiyası Ermənistan səfirliyi qarşısında başa çatıb.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Demirçi tədbirdə çıxış edib. O bildirib ki, bu tədbir Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində görünməmiş səviyyədə zorakılığın baş verməsinə, bunun nəticəsində onlarla Azərbaycan hərbçisinin və mülki vətəndaşların ölümünə etirazdır.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt bu problemə toxunaraq bunları deyib:

"Mən Dağlıq Qarabağda baş verən zorakılıqlarla bağlı hesabatlardan çox narahatam və insanların həlak olmasına görə çox məyusam. Bütün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dərhal çıxarılmalıdır".

Avropa İttifaqının ali nümayəndəsi, vitse-prezident Federika Mogerini isə təmas xətti boyunca ağır döyüşlərin getdiyi haqqında məlumatların dərin narahatlıq doğurduğunu bəyan edib. O qeyd edib ki, Avropa İttifaqı insan ölümlərinə, xüsusilə mülki əhali arasında ölüm hallarına görə təəssüflənir.

BMT Təhlükəsizlik Şurasının artıq 22 ildir qəbul etdiyi, lakin icra olunmayan qətnamələri yerinə yetirilənədək Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bunun vaxtı artıq gəlib çatıb. Bu qətnamələr Ermənistan silahlı qüvvələrindən Azərbaycan ərazilərini tərk etməyi və işğalın qurbanı olan 1 milyona yaxın qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmaq imkanı yaratmağı tələb edir.

Bu gün Ümumdünya Kosmonavtika Günüdür

İlk dəfə kosmosa Yuri Qaqarin uçub.

Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür.

"Dalğa TV" xəbər verir ki, SSRİ Ali Sovetinin 9 aprel 1961-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika Günü kimi elan olunub.

Bu günün keçirilməsinə səbəb isə 53 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.

Kosmik məkanı fəth edən ilk insan Yuri Qaqarindən sonra səmaya 32 ölkədən 431 kosmonavt uçub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavtdır. Sergey Avdeyev açıq fəzada 747 sutka 17 saat keçirib.

Bir uçuşun davamiyyətinə görə isə lider, ixtisasca həkim olan Valeri Polyakovdur. O “Mir” stansiyasında bir ildən çox- 437 sutka 17 saat olub. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub.

Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb.

1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.

Türkiyədə öldürülən 7 PKK-çı - Erməni snayperi çıxdı

Türkiyənini cənub-şərqində PKK terror təşkilatına qrşı antiterror əməliyyatlarında zərərsizləşdirilən 7 snayper atıcısının Ermənistan ordusunun xüsusi təyinatlıları olduğu müəyyən edilib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, terror üzrə ekspert, istefada olan hərbçi, Maltəpə Universitetinin professoru Mesut Hakki Çaşin deyib ki, ermənilərin ASALA terror təşkilatı ilə PKK terror təşkilatı arasında dərin bağ var.

M. H. Çaşin bildirib ki, PKK-nın bəzi birlikləri ASALA üzvlərindən təşkil edilib: “Əldə etdiyim məlumata görə, son 3 ay ərzində döyüşlərdə ölən PKK snayper atıcılarının 7-i Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu müəyyən edilib. Hətta zərərsizləşdirilən erməni əsgərlərinin Ermənistana göndərilməməsi Ermənistan ilə PKK arasında problemə çevrilib”.

Ekspert qeyd edib ki, PKK, PYD və ASALA-nın məqsədi hazırda dünyanın 17-ci Ən böyük iqtisadiyyatı olan Türkiyənin 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatı sırasına daxil olmasının qarşısını almaq, Türkiyənin böyüməsini əngəlləməkdir. M. H. Çaşin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı PKK/PYD/ASALA bağlantısına diqqət çəkdiyini xatırladıb: “Türkiyə-Ermənistan və PKK/PYD problemlərini bir arada dəyərləndirmək lazımdır”.

Gürcüstanda "9 Aprel" faciəsi qeyd edilir

Bu gün Gürcüstanda "9 Aprel" faciəsi qeyd olunur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən gecədən başlayaraq Parlament binasının qarşısını ziyarət edən Tiflis sakinləri, Gürcüstanın dövlət və hökumət üzvləri, deputatlar, həmçinin diplomatik korpusun təmsilçiləri Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ehtiramlarını bidirirlər.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, baş nazir Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili, patriarx II İlya, digər dövlət və hökumət rəsmiləri, həmçinin deputatlar, müxalifət nümayəndələri, müxtəlif partiyaların təmsilçiləri bu gün Parlamentin binası qarşısındakı "9 Aprel" faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül-çiçək qoyub, faciədə həlak olanların ruhuna dualar oxuyublar.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və səfirliyin əməkdaşları da "9 Aprel" abidəsi önünə əklil qoyublar.

Xatırladaq ki, 1989-cu il aprelin 9-na keçən gecə Tiflisdə sovet ordusunun müstəqillik tələb edən gürcülərin mitinqini dağıtması nəticəsində faciə baş verib. Bu faciədən sonra Gürcüstan müstəqilliyini elan edib.

Parisin mərkəzində partlayış - Fotolar + Video

Parisin mərkəzində partlayış hadisəsi qeydə alınıb.

"Dalğa TV" xarici mediaya istinadən xəbər verir ki, partlayış yaşayış binasında baş verib. Hadisə barədə ilk olaraq sosial şəbəkədə şahidlər məlumat veriblər. Onlar internetdə yanan binanın şəkillərini də yerləşdiriblər.

Paris polisi faktı təsdiqləyib. Lakin hələki partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, partlayışa mənzildə baş verən yanğın səbəb olub.

XİN-dən Sarkisyanın ABŞ-dakı çıxışına - Münasibət

"Serj Sarkisyanın ABŞ-dakı kollecdə xunta rejimi başçıları üçün xarakterik olan və arxaizm, saxta tarix, qonşu dövlətlərə, xüsusilə Azərbaycana qarşı ərazi iddiaları, hədə və təhdid tezisləri üzərində qurulan çıxışı bir daha göstərir ki, Ermənistanın mürtəce rejimi bütün region üçün təhlükə mənbəyidir".

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Harvard Universitetinin Kennedi adına İdarəetmə Kollecində çıxışını şərh edərkən deyib.

O bildirib ki, çıxışda Ermənistanın qonşu dövlətlərlə sülh şəraitində yaşaması, ərazi iddialarından geri çəkilməsi və regionun gələcəyi barədə heç bir konstruktiv fikir yoxdur: "Göründüyü kimi, uydurma tarix və saxta hüquqi dəlillərə müraciət edərək Ermənistan rəhbərliyi bir daha Azərbaycana qarşı təcavüz, işğal və qanlı etnik təmizləmə siyasətini uğursuz şəkildə pərdələməyə cəhd edib. İnstitusional və tarixi yaddaş çatışmazlığından əziyyət çəkən Ermənistanın hərbi diktatura rejiminə bəzi tarixi faktları xatırlatmaq məcburiyyətindəyik".

H. Hacıyev qeyd edib ki, XIX əsrin birinci yarısından etibarən ermənilərin tarixi Azərbaycan torpaqları və Qafqaza köçürülməsi və nəticə etibarilə, ermənilərin regionun yerli xalqlarına qarşı başlanan ərazi iddiaları bu günə qədər davam edən uzunmüddətli qeyri-sabitlik, gərginlik və münaqişələrin əsasını qoyub.

O xatırladıb ki, ərazi iddiaları irqi ayrı-seçkilik və etnik nifrət hissləri ilə müşayiət olunan ermənilər 1905 və 1907-ci illərdə azərbaycanlılara qarşı qırğınlar törədib və 1918-ci ilin martında Bakı və ətraf rayonlarda on mindən artıq mülki Azərbaycan əhalisinin soyqırımını həyata keçiriblər: "Ermənilərin ərazi iddialarına son qoymaq və regionda sülhü bərqərar etmək naminə Azərbaycan Demokratik Cümhuriyyətinin güzəşti əsasında paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla, ermənilərin regionda ilk dövləti yalnız 1918-ci ildə yaradıldı. Ermənistan rəhbərliyinin növbəti tarixi yalanı 5 iyul 1921-ci il tarixli Qafqaz Bürosunun qərarının təhrif edilməsidir. Qafqaz Bürosunun həmin qərarında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalması bildirilir. Bu qərar vasitəsilə guya Qarabağın idarəçiliyinin Azərbaycana verilməsi Ermənistanın uydurmasından başqa bir şey deyil. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı halda, Ermənistan SSR-də tarixi torpaqlarında kompakt şəkildə yaşayan çoxsaylı azərbaycanlılara heç bir imtiyaz verilmədi və 80-ci illərin sonunda Ermənistan ərazisindən etnik təmizləmə nəticəsində tamamilə qovulana qədər bu əhali irqi ayrı-seçkilik və təzyiq altında yaşamağa məcbur oldu. "Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxmaq Stalin siyasətini dəstəkləməkdir" deyən Ermənistan rəhbərliyi əslində dünya ictimaiyyətinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini və sivil davranışdan kənar olduğunu bir daha nümayiş etdirir. Bundan əvvəl isə "Qarabağ Ermənistanın ayrılmaz hissədir deyən" Ermənistan rəhbərliyi rəsmən ölkəsinin işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü bir daha etiraf etdi".

H. Hacıyevin sözlərinə görə, öz vətəndaşlarını kütləvi şəkildə öldürməkdən, müxalifət nümayəndələrinin siyasi qətlinin sifarişindən və xalqa qarşı repressiya, hərbi cinayət və insanlıq əleyhinə cinayət əməllərindən çəkinməyən Ermənistan rəhbərliyinin siyasəti daha çox stalinizmlə uyğunluq təşkil edir: "Ermənistan hərbi xuntasının yürütdüyü siyasətin nəticəsidir ki, Ermənistan bu gün dünyanın ən militarist ölkəsidir və dərin siyasi, iqtisadi, sosial və demoqrafik böhran şəraitindədir. Səhra komandiri təfəkküründən hələ də xilas ola bilməyən bu rejim məsuliyyətsiz hərbi avantüradan çəkinməyərək, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyi davam etdirmək və müharibə xofu vasitəsilə ölkə ictimaiyyətinin diqqətini ağır sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. Ölkə daxilində etimadını itirən bu rejim hətta erməni diaspora dairələri tərəfindən də qeyri-ciddi qəbul olunur. ABŞ-da edilən bu radikal çıxış da əslində diasporanın etimadını yenidən qazanmaq və Ermənistan rejiminin cibinə axan ianələrin davamlılığını təmin etməkdir. Çıxışda Ermənistan rəhbərliyi özü də etiraf etmək məcburiyyətində qalıb ki, Azərbaycanın qəti əzmi və iradəsi olmasaydı, Qarabağ məsələsi çoxdan həll olunmuşdu".

H. Hacıyev bəyan edib ki, Ermənistan rəhbərliyi münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyini dərk etməlidir.

O deyib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti deyil, ola da bilməz və Azərbaycan heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq: "Vaxtı hədər vermək və naəlac formada tarixi və hüquqi saxtakarlıqla ilhaqçı siyasətinə əsassız bəraət qazandırmaq, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, Ermənistan işğalçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, bütün işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, konstruktiv şəkildə münaqişənin həlli prosesində iştirak etməlidir. Harvard Universitetində olduğunu zənn edərək beynəlxalq münasibətlərin nəzəriyyəsindən danışmağa cəhd edən Ermənistan rəhbərliyinə münaqişələrin həllində "win-win" nəzəriyyəsini oxumağı tövsiyə edərdik. Əgər "win-win" nəzəriyyəsi ilə tanış olsaydı, Ermənistan rəhbərliyi başa düşərdi ki, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına dair Azərbaycanın baxışları bütün regionun inkişafını ehtiva edir və Ermənistan da bundan faydalana bilər".

ABŞ təyyarəsi qəzaya uğradı - Əfqanıstanda

Amerika Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarəsi çərşənbə axşamı Əfqanıstandakı Bakaram aviabazasından havaya qalxarkən qəzaya uğrayıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk məlumat verib.

"Təyyarə bu gün axşam Bakaram aerodromunda havaya qalxan zamanı qəzaya uğrayıb. Pilot uğurla katapult ola bilib və koalisiya qüvvələri tərəfindən götürülüb", — deyə Kuk brifinqdə qeyd edib.

Onun sözlərinə görə, hadisənin səbəbləri araşdırılır.

PKK üzvləri ilə atışma - 8 hərbçisi həlak oldu, 24-ü yaralı

Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində PKK terror təşkilatının üzvləri ilə atışmada Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 8 hərbçisi həlak olub, 24 nəfər yaralanıb. 

Bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.

Atışmadan sonra vilayətdə PKK-ya qarşı genişmiqyası antiterror əməliyyatı başlanıb.

Xatırladaq ki, son aylar Türkiyənin cənub-şərqində PKK-nın hərbi hissə və polis məntəqələrinə hücumların sayı artıb.

2015-ci ildə PKK ilə toqquşmalar nəticəsində Türkiyədə 200-dən artıq hərbçi həlak olub.

Brüssel terrorunda yaralananların sayı 316 nəfərə çatıb

Brüsseldə hava limanı və metroda baş verən partlayışlar nəticəsində yaralananların sayı 316 nəfərə çatıb. Modern.az saytı xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

Qeyd edək ki, martın 22-də Belçikanın paytaxtı Brüsseldə, aeroportda və metroda baş verən silsilə partlayışlar nəticəsində 31 nəfər ölüb.

Türkiyədə terror can almaqda davam edir - 1 ölü, 4 yaralı

Mardində terror əməliyyatı zamanı əsgərlər tələyə düşüb.

"Dalğa TV" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, güc strukturlarının əməliyyat əsnasında daxil olduğu binada öncədən quraşdırılmış əl bombası partlayıb.

Partlayış nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların müalicəsi davam etdirilir.

Brüssel aeroportunda özünü partladan digər terrorçunun adı müəyyənləşib

Belçika hüquq-mühafizə orqanları Brüssel aeroportunda özünü partladan ikinci terrorçunu müəyyənləşdiriblər.

"Dalğa TV"nin Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu, 2014-ci ildən beynəlxalq axtarışda olan Nəcim Laaşrauidir.

Bildirilir ki, ona məxsus DNT izləri ötən ilin noyabrında Parisdə istifadə edilən partlayıcı maddələrdə aşkarlanıb.

Qeyd edək ki, əvvəl Nəcim Laaşraui terror aktının təşkilatçısı hesab edilirdi. Brüssel hava limanında özünü partladan digər şəxs İbrahim Bakrauidir. Onun qardaşı Xalid isə metroda partlayıcı qurğunu işə salıb.

Martın 22-də Brüsseldə bir neçə terror aktı baş verib. "Zaventem" beynəlxalq hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Azərbaycanlı milyarder Mayamidə həbs olundu

O, çirkli pulların leqallaşdırılmasında şübhəli bilinir.

İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunub.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur.

Rza Zərrabın Mayamidəki villasında Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən həbs olunduğu bildirilir. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.

Nyu York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məəslələri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən 33 yaşlı Zərrab iki İran vətəndaşı-Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir.

Hakim Riçard Berman hər üç şübhəli üçün üst-üstə 75 il həbs cəzası tələb edib. Rza Zərrabın martın 19-da yaxalandığı və ertəsi gün məhkəmə qarşısına çıxarıldığı məlum olub. Onun barəsində irəli sürülmüş 21 səhifəlik rəsmi ittiham aktında deyilir ki, Rza Zərrab və digər iki İran vətəndaşı illər boyu İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozublar.

Dünya miqyasında çirkli pulların leqallaşdırılması əməliyyatlarını həyata keçiriblər.

FTB direktorunun müavini Rodrigezin bildirdiyinə görə Rza Zərrab və digərləri 2010-cu ildən 2015-ci ilə qədər beş il ərzində İran şirkətləri adından maliyyə fəaliyyətləri həyata keçirib, bu zaman İrana qarşı tətbiq edilmiş sanksiyaları pozub.

İttiham aktına əsasən Rza Zərrabın işbirliyi qurduğu İran şirkətləri ABŞ-ın sanksiyaları altında olub. Bunların arasında İran Milli Bankı, İnqilab Keşikçiləri Korpusuna bağlı NİOC neft şirkəti, Naftiran İntertrade Company Ltd (NİCO), inşaat və enerji şirkəti MARNA Group və digərləri yer alır.

Rza Zərrabın sxeminin Türkiyə hissəsində yer alan şirkətlər isə Royal Holding, Durak Döviz Exchange, Al Nafees Exchange, Royal Emerald İnvestments və digərləri var.

Rza Zərrab 2013-cü ilin dekabrında Türkiyə ədliyyəsində və polisində möhkəmlənmiş fətullahçı qruplaşmanın başlatdığı antikorrupsiya əməliyyatı zamanı bəzi nazirlərin yaxınları ilə birlikdə həbs olunmuşdu. İttiham aktında deyilirdi ki, Rza Zərrab İrana aid tonlarla qızılın və milyardlarla dolların Türkiyə üzərindən transferini həyata keçirmək üçün nazirlər də daxil olmaqla yüksək vəzifəli şəxslərə rüşvət verib.

Lakin daha sonra Ərdoğan fətullahçı qruplaşmaya qarşı cavab hücumunu başlatdı və Rza Zərrab azadlığa çıxdı. Nazirlərə qarşı irəli sürülən ittihamlar üzrə istintaq isə yarımçıq qaldı. Lakin belə görünür ki, ABŞ xüsusi xidmət orqanları Rza Zərraba və ortaqlarına qarşı gizlicə istintaq aparırmış...

Saytda Axtarış

ახალი ამბები