Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2682
DünənDünən3048
Bu həftəBu həftə8783
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465382

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qəddafini belə öldürürdülər – VİDEO

Polkovnik ömrünün son dəqiqələrini əks etdirən yeni görüntülər yayılıb.

Qərb KİV Müəmmar Qəddafinin həyatının son dəqiqələrinin əks olunduğu və əvvəllər göünməmiş kadrları yayıb.

"Dalğa TV" Lifenews-a istinadən xəbər verir ki, polkovnik qiyamçılar tərəfindən edam edilməmişdən öncə əldən düşmüş və qana bulaşmış halda hamının qarşısına çıxarılıb.

Milli Keçid Şurasının üzvlərindən biri öz əsirini daima nişangahda saxlayıb.

Xatırladaq ki, Müəmmar Qəddafi 2011-ci ilin oktyabr ayının 20-də doğma şəhəri Sirtanın yaxınlığında Liviyanın Keçid Şurasının döyüşçüləri ilə atışmada öldürülüb. Liviya liderinin ölümü dünya ictimaiyyəti tərəfindən qızğın müzakirəyə səbəb oldu.

ABŞ-da təyyarələr üçün limitsiz biletlər satılır

ABŞ-ın OneGo şirkəti ilk dəfə təyyarələr üçün limitsiz gediş-gəliş biletləri satışına start verib.

Hələlik aksiya üzrə uçuşlar yalnız ABŞ ərazisini əhatə edir, amma şirkətin planlarında səyahət üçün istiqamətlərin artırılması var. Servisin təklifləri ölkənin əsas aviadaşıyıcılarının 500 istiqamət üzrə 76 aeroportu nəzərdə tutur. Ən ucuz gediş-gəliş biletinin qiyməti bir ay ücün 1,5 min dollar təşkil edir. Mərkəzi ştatlar arası limitsiz uçuşlar - 1950 dollar, bütün ölkəni əhatə edərsə - 2950 dollardır. Şirkətin açıqlamasında qeyd edilir ki, limitsiz biletlər üzrə uçuşların sayı məhdud deyil.

Azərbaycana gələn ermənilər həbs olundu

Azərbaycanın Ermənistana geri qaytardağı Gevorkyan ailəsi azadlıqdan məhrum edilib.

"Dalğa TV" erməni KİV-lərinə istinadən xəbər verir ki, Yeqişe Gevorkyan 5 il, arvadı Ruzanna Gevorkyan isə 3 il müddətinə həbs cəzasına məhkum olunublar. Onların hər ikisi 1 il sınaq müddətilə şərti azadlığa buraxılıblar.

Xatırladaq ki, 52 yaşlı Yeqişe Gevorkyan arvadı Ruzanna və 3 uşağı ilə birlikdə 2010-cu il yanvarın 10-da Ermənistan-Azərbaycan sərhədini keçərək Naxçıvan Muxtar Respublikasının ərazisinə gəliblər. Ailə 2014-cü il dekabrın 12-də Ermənistana geri qaytarılıb.

Azərbaycan alimləri dünyada ilk dəfə çöküntüsüz xurma şirəsi alıblar

Azərbaycan kənd təsərrüfatının özəl sektorunda yeni elmi nailiyyət əldə olunub.

"Dalğa TV"nin əldə etdiyi məlumata görə, dünyada ilk dəfə olaraq azərbaycanlı bioloqlar yapon xurmasından çöküntüsüz tam şəffaf şirə əldə edə biliblər.
Məlumatı verən mənbə bildirib ki, bu meyvənin şirəsinin dünyada analoqu yoxdur: "Ancaq Cənubi Koreyada xurma şirəsinə rast gəlmişik, lakin o, dəmir bankada qablaşdırılır və şirənin çöküntüsü olur".
Mənbənin sözlərinə əsasən, xurmanı lətindən ayırmaq çətin olduğuna görə, bu meyvənin çöküntüsüz şirəsi mövcud deyil. Lakin azərbaycanlı alimlərə göstərilən zəruri yardımlardan sonra, onların tədqiqatları böyük nəticələr verib: "Hazırda bu layihənin dəstəklənməsi və hazır məhsulun dünya bazarına çıxarılması üçün dövlət dəstəyinə ehtiyac duyulur. Bu məqsədlə layihənin iştirakçıları İqtisadiyyat Nazirliyinə müraciət ediblər. Hətta İsrail və Yaponiyadan olan iş adamları da bu nailiyyətlə yaxından maraqlanmağa başlayıblar".
Azərbaycanın bir çox bölgələrində, xüsusən də Zaqatala-Balakən bölgəsində hər il bol xurma məhsulu götürülür. Bu elmi nailiyyət ölkənin qeyri-neft sektorunun şaxələnməsində və yeni Azərbaycan brendinin formalaşmasında xüsusi rol oynaya bilər.
Qeyd edək ki, xurmanın tərkibində şəkər çox olduğu üçün bu meyvə tez xarab olur (hətta 1-2 günə satılmırsa, kiflənir). Kiflənməyə meyilli olduğu üçün meyvə tez bir zamanda konyak və digər müvafiq zavodlara şərab çəkmək üçün satılır. Xurmanın tünd rəngdə olması onun tərkibində yod olmasına dəlalət edir. Yod isə uşaqlarda, yaşlılarda yaddaşsızlığa qarşı çox böyük müsbət effekti var. Həmçinin, bu məhsulun ən böyük üstünlüyü onun radiaktiv şüaların qarşısını almasındadır.

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 8-ə çatıb

Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb. Bununla da bu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 8-ə çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Rustavi 2” telekanalına açıqlama verib.

Onun sözlərinə görə, ötən həftələrlə müqayisədə qeydiyyata alınan xəstələrin sayı azalıb: "Artıq üçüncü həftədir ki, qeydiyyata alınan xəstələrin sayının azaldığını müşahidə edirik. Təəssüf ki, H1N1 virusundan daha bir nəfər ölüb. Bu, xəstənin həkimlərə gec müraciət etməsi üzündən baş verib. Biz hamıya tövsiyə edirik ki, H1N1 virusunun simptomları aşkar edilsə, dərhal xəstəxanalara müraciət etsinlər".

ABŞ Gürcüstanın Ermənistanla sərhədinin möhkəmləndirilməsinə 10 milyon dollar ayırıb

Gürcüstanın Ermənistanla sərhədinin möhkəmləndirilməsi üçün Tiflisə 10 milyon dollar ayırıb.

"Dalğa TV"nin Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müvafiq saziş Tiflisdə Gürcüstan Sərhəd Polisi ilə ABŞ-ın hərbi təhdidlərin azaldılması Agentliyi arasında imzalanıb.

Anlaşma əlavə müşahidə məntəqələrinin yaradılması, gecə saatlarında müşahidə aparan videokameraların quraşdırılması və digər texniki təchizat işlərinin görülməsini nəzərdə tutur. İlk növbədə "Qasımlı" və "Keda" sərhəd sektorlarının gücləndirilməsi planlaşdırılır.

Rusiyaya məxsus təyyarə - Türkiyə hava məkanını pozdu

Rusiya Hava Qüvvələrinə məxsus SU-34 təyyarəsinin Türkiyə hava məkanını pozub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Məlumata görə, bu barədə Türkiyə XİN-nin məlumatında bildirlir. Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Türkiyə XİN-nə çağırılıb.

“Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz hallara görə məsuliyyət tamamilə Rusiya üzərinə düşəcək”, deyə Türkiyə XİN-in məlumatında bildirilir.

Məlumatda qeyd olunur kİ, Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.

Azərbaycan pasportu dünyanın 57-ci güclü pasportudur

Azərbaycan pasportu dünyanın ən güclü pasportları reytinqində 57-ci sırada göstərilib.

"Dalğa TV"nin "podrobno.uz" saytına istinadən verdiyi xəbərə görə, ABŞ konsaltinq firması "Arton Capital" Beynəlxalq Hava Nəqliyyatı Agentliyi və digər mənbələrin əsasında dünyanın ən güclü pasportlarının reytinq cədvəlini hazırlayıb. Pasportun gücünü müəyyənləşdirən əsas amil onun sahibinin neçə ölkəyə vizasız səyahət edə bilməsidir.

Reytinq cədvəlinə ABŞ və Böyük Britaniyanın pasportları liderlik edirlər. Bu dövlətlərin vətəndaşları dünyanın 147 ölkəsinə vizasız səfər edə bilərlər. İkinci yeri Fransa, Cənubi Koreya və Almaniya bölüşdürürlər. Bu ölkələrin sakinləri 145 ölkəyə vizasız gedə bilərlər.

Postsovet məkanı ölkələrindən Özbəkistan reytinqdə 64-cü, Rusiya 36-cı, Belarus 52-ci, Türkmənistan isə 70-ci sırada qərarlaşıb.

Səudiyyə Ərəbistanı Gürcüstandan zirehli texnika alacaq

Səudiyyə Ərəbistanı Gürcüstan istehsalı olan zirehli maşınlar alacaq.

"Dalğa TV"nin Gürcüstanın "Kvira" nəşrinə istinadən verdiyi məlumata görə, artıq Gürcüstanla Səudiyyə Ərəbistanı arasında müvafiq saziş imzalanıb.

Sazişə əsasən, Gürcüstanın "Delta" hərbi elmi-texniki mərkəzi Ər-Riyada onlarla müasir zirehli tibbi-təxliyyə avtomobili göndərəcək. Bunun qarşılığında Səudiyyə Ərəbistanı Gürcüstana 60 milyon dollar ödəyəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin elan etdiyi tenderdə Gürcüstan istehsalı olan zirehli maşın məşhur "Oshkosh", "Streit Group", AIG, "Steyr" və "Lenco bearcat" kimi şirkətlərin zirehli avtomobilləri ilə rəqabət aparıb. Gələcəkdə Gürcüstanın Səudiyyə Ərəbistanına yüzlərlə belə zirehli maşın göndərəcəyi bildirilir.

Gürcüstan uğursuzluğunda Azərbaycanı günahlandırır

Gürcüstanda larinin dəyər itirməsi Azərbaycan manatının devalvasiyası ilə bağlı deyil.

ANS PRESS-in məlumatına görə, bunu Gürcüstan milli bankının sabiq prezidenti Roman Qotsiridze deyib. “Rustavi-2” telekanalına müsahibə verən Qotsiridze Gürcüstan hökümətinin milli valyutanın dəyər itirməsinin səbəbini Azərbaycanda baş verən prosesslərlə əlaqələndirilməsini yalnış mövqe hesab edib. Onun fikirincə, larinin ucuzlaşması manatın devalvasiyası ilə heç cür bağlı deyil, Azərbaycanda neftin ucuzlaşması isə Gürcüstana mənfidən çox müsbət təsir göstərir.

«Milli valyutanın ucuzlaşmasını manatın devalvasiyası ilə bağlayan ekspertlər, buna səbəb kimi son 20 gündə Gürcüstandan Azərbaycana müvafiq miqdarda məhsulların idxal olunmamasını gətirirlər. Amma bu mümkün deyil. Biz Azərbaycana əsasən 3 növ mal ixrac edirik – avtomobil, mal-qara və dərman. Ayın sonunda statistika açıqlanacaq və siz görəcəksiniz ki, ixracatın artması və ya azalması o gədər cüzidir ki, bu məbləğ heç milli bankın satdığı 20 milyon ABŞ dollarına bərabər olmayacaq” – deyə Roman Qotsiridze bildirib. 20 milyon dolları milli bank bir neçə gün əvvəl larinin məzənnəsinin düşməsinin qarşısını almaq üçün hərracda yerli banklara satıb.

Roman Qotsiridze - Gürcüstan milli bankının sabiq prezidenti

Gürcüstan Milli bankının sabiq prezidenti hesab edir ki, ixracatın azalması fonunda Azərbaycandan Gürcüstana ucuz neft və neft məhsulları gətirilir ki, bu da ölkənin ticari balansında müsbət dəyişikliklərə səbəb ola bilər.

“Yeganə neqativ tendensiya kimi, Azərbaycandan qış vaxtı Gürcüstana, xüsusən də qonşu ölkənin istirahət üçün seçdiyi Bakurianiyə gələn turistlərin sayının azalmasın göstərmək olar”, - deyə ekspert qeyd edib.

Öz “Facebook” səhifəsində mövzunu davam etdirən Qotsiridze ölkədə neqativ proseslərin inşkişaf etməsinə səbəb kimi Gürcustan hökümətinin düzgün olmayan siyasətini və onun təqdim etdiyi şişirdilmiş büdcəni göstərib.

21 il əvvəl dövriyyə buraxılan Gürcüstanın milli valyutası lari dollara qarşı ucuzlaşaraq yanvarın 22-də tarixinin minimum həddinə düşüb. 1 ABŞ dolları 2,4694 lariyə bərabər olub.

Bundan əvvəl larinin dollara nisbətdə ən ucuz məzənnəsi 1999-cu ilin fevralın 23-də qeydə alınıb - 1 dollar - 2,45 lari. Lakin həmin ilin sonuna qədər larinin kursu möhkəmlənib və dollara qarşı 1,93 təşkil edib. Bundan sonra bir neçə il ərzində larinin məzənnəsi stabil olaraq 1,75-1,80 olaraq qalıb. Gürcüstanda devalvasiya ötən ilin payızında qeydə alınıb.

Baş nazirin müavini Kaxa Kaladze larinin zəifləməsini "bütün regionda baş verən proseslərlə", xususən Azərbaycanda manatın devalvasiyaya uğraması və neftin qiymətinin düşməsi ilə izah edib.

Gürcüstan və Ukraynanın televiziya və radio kanalları "Azərspace-1" üzərindən yayımlanacaq

"Azərkosmos" ASC və Gürcüstanın "The Georgian Public Broadcasting" (GPB) şirkəti arasında "Adjara TV" kanalının kommersiya yayımına dair müqavilə imzalanıb.

"Dalğa TV" xəbər verir ki , Peyk operatorundan verilən məlumata görə, 2005-ci ildən etibarən rəsmi olaraq Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən GPB şirkətinə 17 televiziya və 15 radio kanalı daxildir. Şirkətin tərkibində fəaliyyət göstərən televiziya kanalları vasitəsilə əsasən, ictimai-siyasi proqramlar, musiqi verilişləri, bədii, cizgi və sənədli filmlər nümayiş olunur. "Adjara TV" 2016-cı ildən etibarən 11095/H/27500 tezliyi ilə yayımlanır.

Peyk operatoru, həmçinin, Ukraynanın "Radio 24" və "Lux FM" radio kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqili və informativ proqramların səsləndiyi radio kanallar "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11016/171 tezliyi ilə yayımlanır.

Məkkədə əsas muzeyi erməni memar inşa edəcək – FOTO

Bu muzeyin inşasını bütün müsəlman dünyası gözləyir.

Erməni mənşəli, məşhur fransız memarı, Britaniya kral memarlıq institutunun üzvü Mişel Mossesyanın rəhbərlik etdiyi Mossessian Architecture memarlıq şirkəti Səudiyyə Ərəbistanının şəhəri Məkkədə müsəlman dininin əsas muzeyinin yaradılması üzrə dünya müsabiqəsində qalib gəlib, De Zeen məlumat yayıb.

"Dalğa TV" "Novosti Armenii"ya istinadən xəbər verir ki, Londonda yaşayan erməni memara mənsub şirkət Məkkədə “İman muzeyi”nin müəllifi olacaq.

Bu muzeyin inşasını bütün dünya gözləyir. Muzey Məkkədən 7 km uzaqlıqda tikiləcək və müsəlmanlığın yaranışını simvolizə edəcək.

“İman muzeyi” 5600 km ərazini əhatə edəcək. Muzeyin virtual məscidi, audio-video zalı, 3D nümayişləri və damında bağları olacaq.

Qeyd etmək lazımdır ki, əsas binanın daşları dünyanın bütün müsəlman ölkələrindən gətiriləcək.

Saytda Axtarış

ახალი ამბები