Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1073
DünənDünən3048
Bu həftəBu həftə7174
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463773

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Moldovanın Azərbaycandakı səfiri həm də Gürcüstana səfir təyin olunub

Moldovanın Azərbaycandakı səfiri George Luka daha bir vəzifəyə təyinat alıb.


"Report" Moldova mətbuatına istinadən xəbər verir ki, Azərbaycana yeni təyin olunmuş diplomata, həm də ölkəsinin qonşu Gürcüstandakı səfiri vəzifəsi həvalə olunub.
Bu barədə qərar Moldova hökumətinin mayın 18-də keçirilən iclası zamanı baş nazir Pavel Filip tərəfindən qəbul olunub.
Qərara görə, diplomatik nümayəndəliyin iqamətgahı Bakıda yerləşəcək.

Azərbaycanlı ilk dəfə ABŞ-da hakim seçildi

Şərifov Nyu-York məhkəməsində işləyəcək.

Azərbaycanlı hüquqşunas Amerika Birləşmiş Ştatlarında hakim vəzifəsinə se&çilib.

"Dalğa TV" xəbər verir ki, azərbaycanlı Rövşən Şərifov Nyu-York məhkəməsinə hakim seçilib.

Qeyd edək ki, R.Şərifov Azərbaycan tarixində Amerikada hakim seçilən ilk azərbaycanlıdır.

Artur Rasizadənin Gürcüstana səfəri başlayıb

Baş nazir Şərq-qərb enerji dəhlizinin toplantısında çıxış edəcək.

Azərbaycanın baş naziri Artur Rasizadə Gürcüstana səfərə gedib.

"Dalğa TV"nin APA-ya istinadən verdiyi məlumata görə, Artur Rasizadəni Tiflis hava limanında Gürcüstanın energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıb.

Daha sonra Azərbaycanın baş naziri ilə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili arasında görüş başlayıb.

Artur Rəsizadə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə də görüşəcək.

Bu gün Azərbaycanın baş nazirinin Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirakı və çıxışı gözlənilir.

Bu gün Vyanada Əliyev-Sarkisyan görüşü baş tutacaq

Tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Bu gün mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutacaq.

"Dalğa TV" xəbər verir ki, ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun təşkil etdiyi görüşdə, həmçinin MQ-nun həmsədr ölkələri ABŞ, Rusiya və Fransanın XİN rəhbərləri də iştirak edəcəklər.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin dövlət katibi Con Kerrinin Avstriyaya səfəri barədə məlumat yayıb, görüş zamanı onun Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan ilə görüşü planlaşdırılıb.

İraq din xadimləri Gürcüstan Patriarxı II İlya ilə görüşüblər

Bu gün Gürcüstan patriarxlığında Gürcüstanda səfərdə olan İraq din xadimi Ayətullah Şəhristaninin rəhbərlik etdiyi  nümayəndə heyəti Gürcüstan Patriarxı II İlya ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Pravoslav Kilsəsi rəhbərliyinin və Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə çıxış edən Gürcüstan Patriarxı II İlya, Ayətullah Şəhristani, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və İranın Gürcüstandakı səfiri Abbas Talebifar belə görüşlərin müsəlman və xristian xalqları arasında dostluğu və ölkələr arasında əlaqələri möhkəmləndirdiyini bildiriblər.

Görüşdə dinlərarası dialoqun vacibliyindən, dinlərin dostluq, qarşılıqlı hörmət və tolerant şəraitində inkişaf etdirilməsinin vacibliyindən söhbət açılıb.

Din xadimləri qeyd ediblər ki, dünyada yaşanan terror hadisələrinin coğrafiyası olmadığı kimi dini də yoxdur: “Bu gün din adına törədilən terrordan bir tək müsəlman ölkələri əziyyət çəkmir, həmçinin bəzi Avropa ölkələrində də terrorlar törədilir. Məlum olduğu kimi bütün sülh və barışa səsləyən ilahi dinlər ekstremizmi lənətləyir. Bu kimi problemlərin və ümumiyyətlə, dini sahədə bir çox məsələlərin həllində dini icmaların birgə hərəkət etmələri, sülh və barışa səsləyən bəyanatları mühüm əhəmiyyət kəsb edir.” Görüşün sonunda Ayətullah Seyid Cavad Şəhristani Gürcüstan Patriarxı II İlyaya hədiyyələr təqdim edib.

Yer kürəsini 5 il sonra qlobal - Fəlakət gözləyir

Oksford Universitetinin mütəxəssisləri əmindirlər ki, beş ildən sonra insanlar qlobal fəlakətlə üzləşəcəklər. Alimlər, həmçinin bildiriblər ki, qlobal fəlakət nəticəsində Yer kürəsinin azı 750 milyon sakininə zərər dəyəcək.

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, son vaxtlar daha çox müşahidə olunan təbii kataklizmlər bəşəriyyət üçün ilk növbədə təhlükəlidir. Təhlükənin vulkan püskürməsi, yaxud asteroidin planetimizə düşməsi səbəbindən yaranması da istisna deyil.

Alimlər innovasiya texnologiyalarının köməyi ilə müəyyən ediblər ki, ölçüsü bir kilometrdən çox olmayan səma cismi orta statistik Avropa ölkəsini yer üzündən silə bilər. Bundan əlavə, sintetik təsir prosesində əmələ gələn viruslu xəstəliklər də insanların kütləvi surətdə qırılmasına gətirib çıxara bilər. 

Ermənistanla bağlı qərar verildi - Yayım Birliyinin açıqlaması

 İşğalçı Ermənistanın “Eurovision” təmsilçisi İveta Mukuçyan dünən yarımfinal mərhələsində təxribata əl atıb. O, əlində Qondarma Dağlıq Qarabağın “bayrağ”ını tutaraq nümayişkaranə şəkildə yelləyib.

Nəhayət ki, Avropa Yayım Birliyi bu məsələyə münasibət bildirib.

Qafqazinfo” qurumun rəsmi saytına istinadən Avropa Yayım Birliyinin erməni təxribatı ilə bağlı yaydığı açıqlamanı tərcüməylə olduğu kimi təqdim edir:

“Avropa Yayım Birliyi (AYB) və yarışma üçün məsuliyyətli qrup olaraq 10 mayda keçirilən yarımfinal mərhələsində Dağlıq Qarabağ bölgəsinin bayrağının dalğalanmağı faktını qınayırıq. Belə bir görüntünün “Eurovision” yarışmasının imicinə zərər vurduğunu düşünürük.

Nəzarət palatası qaydalara uyğun olaraq erməni yayımcı AMPTV üçün qərar verib. Sözügedən sanksiyanın detalları palatanın ən geci iyun ayında baş tutacaq iclasında müəyyən ediləcək.

Dağlıq Qarabağ sərhədləri içində olan vəziyyətin, Azərbaycan və Ermənistan arasında olan gərgin münasibətlərin fərqindəyik. Bu qədər mübahisəli ərazilərin bayrağının yarışmada dalğalandırılması yolverilməzdir.

Bundan savayı, vurğulamaq istəyirik ki, AYB erməni deleqasiyasının qaydaları pozmasına qarşı sıfır tolerantlıq göstərir.

Nəzarət palatası bir daha qeyd edir ki, bu və ya gələcək illərdə, istənilən qayda pozuntusu ölkələrin “Eurovision”dan diskvalifikasiya (uzaqlaşdırılmasına) edilməsinə gətirib çıxara bilər”.

“İŞİD” üzvü 8 yaşlı uşağı girov götürdü - Bakıda şok olay (Yenilənib)

Bakıda özünü İŞİD üzvü kimi təqdim edən şəxs 8 yaşlı uşağı girov götürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmamasını bildirib.

Aparılmış araşdırmalarla özünü “İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30 000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilib. 

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmayan tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib. 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. 

12:25
***
AzNews.az xəbər verir ki, AzVision.azın əməkdaşı girov götürülən uşağın yaşadığı evə baş çəkib.

Hüseynin anası Ramilə Ramazanlı bildirib ki, oğlu mayın 9-da həyətdə oynayan zaman oğurlanıb: “Hüseyn həyətdə oynayırdı. Üstündən bir müddət vaxt keçəndən sonra gördüm ki, Hüseyn həyətdə yoxdur. Axşam saat 22:00 radələrində bir nəfər zəng edib dedi ki, uşağınızı girov götürmüşəm. Uşağı azad eləmək üçün 30 min manat verməlisiniz. 

Batumi Dövlət Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulluğu tərəfindən tədbir keçirilib.

Tədbir Ümummilli Liderin konsulluqda yerləşən büstü önünə əklilin qoyulması və xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Baş konsul Rəşad İsmayılov konsulluğun binasında Batumi Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə təhsil alan 30 nəfərədək tələbəsi ilə görüşüb, onlara Heydər Əliyevin Azərbaycan tarixindəki parlaq ictimai-siyasi fəaliyyəti barədə məlumat verib.

Sonra Şota Rustaveli adına Batumi Dövlət Universitetində Ümummilli Liderin adını daşıyan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub.

Mərasimdə baş konsul Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində göstərdiyi xidmətləri xatırladıb və məhz onun səyləri nəticəsində Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğunu qeyd edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin üzləşdiyi problemlərin həllində, möhkəm iqtisadi inkişafın əsasının yaradılmasında və tarazlaşdırılmış xarici siyasət kursunun təyin edilməsində Heydər Əliyevin əvəzsiz rolunu vurğulayan diplomat onun tərəfindən əsası qoyulan inkişaf strategiyasının Azərbaycanı regionun lider ölkəsinə çevirdiyini qeyd edib.

Baş konsul Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil, mədəniyyət, humanitar və digər əlaqələrə dair konfrans və sərgilərin keçirilməsi, universitetin tələbələrinin Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaları baxımından son dərəcə vacib olduğunu bildirib.

Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Aftandil Beridze çıxış edərək əfsanəvi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıb.

Tədbirdə Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman naziri Qiya Tavamaishvili, dövlət və hökumət rəsmiləri, Batumi şəhərinin meri Georgiy Yermakov, Batumi Dövlət Universitetinin rektoru, Türkiyə və İranın baş konsulluqlarının, “SOCAR-Georgia Petroeum” şirkətinin əməkdaşları, ziyalılar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbir “Ajara TV” telekanalında nümayiş olunub.

Marneulidə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə mayın 11-də Marneulidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93–cü ildönümünə həsr olunan “Heydər Əliyev və Gürcüstan” adlı tədbir keçirilib. AMM-nin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxışında ulu öndər Heydər Əliyevin gənclər siyasətindən, dünyada yaşayan azərbaycanlılara qayğısından söz açıb. Qeyd edib ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycan gəncliyinin uğurları ilə öyünürük. Ölməz şəxsiyyətin uzaqgörən və uğurlu siyasəti nəticəsində dünyada yaşayan azərbaycanlılar birlikdə ölkəmizi təbliğ edirlər. Bugünkü gəncliyimiz ulu öndərdən vətənpərvərlik dərsi alaraq onun kimi xalqına bağlı olmalıdırlar.

Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov çıxışında Azərbaycan-Gürcüstan münasibətləri barədə ətraflı məlumat verib. Ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdiyini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional layihələrin məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə reallaşdırıldığını diqqətə çatdırıb. Diplomat deyib: “Heydər Əliyev dünya şöhrətli siyasətçi olaraq yaddaşlarda hər zaman yaşayacaq. Onun müdrikliyi sayəsində Azərbaycan çətin sınaqlardan uğurla çıxdı. Azərbaycanı və Gürcüstanı çox sıx tellər bağlayır, iki ölkəni bir birindən ayrı təsəvvür etmək mümkün deyil. Bu gün də Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əlaqələrimiz daha da möhkəmlənir və inkişaf edir. Bizim də məqsədimiz bu siyasi kursu ləyaqətlə davam etdirməkdir”.

Gürcüstan parlamentinin deputatı Azər Suleymanov çıxışında Ulu Öndərlə şəxsi görüşündən və onun Gürcüstan azərbaycanlılarına qayğısından söz açıb.

Gürcüstan parlamentinin sabiq deputatları, ziyalılar Ümummilli Lider haqqında xatirələrini bölüşüblər.

Marneuli şəhər 8 saylı orta məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib, yeniyetmə aşıq Məsim Rəcəbov isə mahnılar ifa edib.

 

Gürcüstan prezidenti: İndi eynicinsli nikahlar haqqında düşünməyin vaxtı deyil

"Mülki Məcəllədə bu məsələ həll edilib".

Eynicinslər arasında nikah mövzusu Gürcüstanda aktual olmamalıdır, belə ki, ölkədə başqa problemlər var.

"Dalğa TV" xəbər verir ki, Sputnikin məlumatına görə, bu fikri ölkə prezidenti Georgi Marqvelaşvili Tbilisi klassik gimnaziyasının şagirdləri ilə görüşdə bildirib.

Gürcüstanda eynicinslər arasında nikah məsələsini LGBT - cəmiyyətinin hüquq mühfizəçisi Georgi Tatişvili qaldırıb. Buna cavab olaraq rəqibləri nikahın yalnız qadın və kişi arasında ittifaqın olduğuna dair ölkə Konstitusiyasında düzəlişlərin edilməsini parlamentə çıxarıblar.

“Mən bunun yolverilməz olduğunu və ya olmadığını demirəm, mən bunun uydurulmuş mövzu olduğunu deyirəm... Mülki Məcəllədə bu məslə həll edilib: nikah - kişi və qadın arasında ittifaqdır. Nikah bağlamaqla əlaqədar mövqe formalaşdırmaq lazım deyil, çünki o artıq formalaşıb. Bu, qanunvericilikdə qeyd edilib”, - Marqvelaşvili deyib.

Gürcü vətəndaşını, onun eynicinslər arasında nikaha qarşı olub-olmaması müəyyənləşdirmir, onu çoxəsrlik tarixi, dahi çarları, ədəbi inciləri, folklor və tolerantlığı müəyyənləşdirir deyə o, izah edib.

“Bizdən başqa bir çoxları eynicinsli nikahları təkzib edir. Bu, mövzu deyil”, - deyən Marqvelaşvili əlavə edib ki, hər bir insanın azad seçiminə hörmət etmək lazımdır.

“Cəmiyyətdə yalnız müxtəlif tip insanların mövcudluğuna yol verildiyi an azadlıq var olur. Başqasının azadlığını tanımayan insan, azad ola bilməz”, - Marqvelaşvili deyib.

O həmçinin siyasi seçimin azadlığının vacib olmasını da qeyd edib. “Avropa yolunu bəyənməyənlər, Avropa yolunu arzulamaya bilərlər, bu isə Avropa və sivilizasiyanın ilk əlamətidir”, - Marqvelaşvili deyib və vurğulayıb ki, Gürcüstan əhalisinin mütləq çoxluğu Avropa İttifaqına can atır.

Dövlət başçısı, “Avropa və Avropa dəyərləri nədir?” məruzəsini Gürcüstanda Avropa günləri çərçivəsində oxuyub. Çıxışından sonra prezident yuxarı sinif şagirdlərinin suallarına cavab verib.

Ermənilər Qarabağa qayıtmaq istəmirlər

"Baş nazir" xalqı inandırmağa çalışır.

Apreldə dördgünlük müharibə zamanı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionundan qaçan minlərlə erməni geri qayıtmaq istəmir.

"Dalğa TV" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

İşğal edilmiş ərazilərdə qanunsuz məskunlaşan ermənilər Azərbaycan Silahlı Qüvvələrinin uğulu hücum əməliyyatının davam edəcəyindən qorxurlar.

Qondarma "DQR hökuməti"nin "baş naziri" Ara Arutyunyan dünən və bu gün Ağdərədə bir qrup erməni sakinlə görüşündə hərbi əməliyyatlar zamanı köçənləri evlərinə geri qayıtmağa çağırıb.
"Mən Talış və Madaqis istisna olmaqla, bütün kənd icmalarının üzvlərini öz evlərinə geri qayıtmağa çağırıram. Çünki yeni təhdidlər üçün heç bir əsas yoxdur, situasiya nəzarətimiz altındadır. Sizi əmin etmək istəyirəm ki, bütün problemləriniz həll olunacaq. Geri qayıdanlara hər cür yardım göstəriləcək, evləri bərpa ediləcək", - Arutyunyan bəyan edib.

Qeyd edək ki, 2-4 aprel tarixlərində Azərbaycan ordusu işğal edilmiş Ağdərə rayonunun Talış və Madaqis kəndlərini atəş altında saxlamaq imkanı verən yüksəklikləri ələ keçirib.

Saytda Axtarış

ახალი ამბები