Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1077
DünənDünən3048
Bu həftəBu həftə7178
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463777

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezidentin kürəkəni güllələndi - Gürcüstanda ara qarışdı

alt

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni, qızı Annanın həyat yoldaşı Qiqi Çiçua güllələnib.

Dalga TV-nin “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 11-də Tiflisdə Balançivadze küçəsində baş verib.

Q. Çiçua xəstəxanaya yerləşdirilib.

Silahlı insidentlə bağlı ətraflı məlumat verilmir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ekspert-kriminalistlər cəlb olunublar.

Gürcüstan DİN-dən prezidentin kürəkəninin yaralanması ilə bağlı məlumatı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Anna Marqvelaşvili Gürcüstan prezidentinin birinci evliliyindən olan qızıdır. O, dicey Qiqi Çiçua ilə 2014-cü ilin dekabrında ailə qurub. 

Xaricdə terrorçuluq fəaliyyəti olan 58 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb

"Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 milyon 143 min 951 nəfər, ölkəni tərk edənlərin sayı isə 1 milyon 137 min 351 nəfər təşkil edib. 2016-cı il ərzində 672 min 337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51 min 710 nəfərə isə müvafiq yaşama icazələri verilib. 2016-cı ildə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9 min 480 nəfərə iş icazəsi verilib".

APA-nın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Onun sözlərinə görə, son beş il ərzində 68 min 270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib: "58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.

2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxslər müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır. Hesabat dövründə "qaçqın" statusu almaq niyyətində olan 95 əcnəbinin (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır".

"Hesabat dövründə 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması müəyyən olunub, onlardan əsas olduğu üçün 2372 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 18 min 540 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməklə, 5523 nəfərin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulması ilə bağlı Xidmətin müvafiq qərarlarının icrası təmin olunub, qanunsuz miqrantların sayı minimuma endirilib. Hazırda vizalarının müddəti bitmiş 929 nəfər əcnəbinin Azərbaycanda qanunsuz qalması faktı müəyyən edilib və həmin şəxslərin ölkədən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə iş aparılır", - deyə Firudin Nəbiyev qeyd edib.

Yaşamaq üçün ən bahalı və ucuz ölkələr - SİYAHI

Beynəlxalq informasiya portalı olan “Numbeo” dünyanın yaşayış üçün ən bahalı və ucuz ölkələrinin siyahısını hazırlayıb.

"Dalğa TV" portala istinadən xəbər verir ki, 122 ölkənin yer aldığı reytinqdə əsas kriteriyalar – mənzil kirayəsi, xidmətlər və ərzaq qiymətləri, həmçinin ictimai nəqliyyatda gedişhaqları olub.

Yaşamaq üçün ən ucuz ölkə Hindistan (122-ci) seçilib.


Bundan başqa, Moldova (121), Pakistan (120), Qazaxıstan (119), Nepal (118), Ukrayna (117), Gürcüstan (116), Əlcəzair (115), Azərbaycan (114) və Kolumbiya (113) dünyanın ən ucuz 10 ölkəsi seçilib.

Keçmiş sovet respublikalarından Ermənistan (101), Rusiya (91), Belarus (88), Özbəkistan (72), Litva (68), Latviya (67) və Estoniya (58) da siyahıda yerləşib.

Yaşayış üçün ən bahalı ölkələrin siyahısında Bermud adaları (1-ci), İsveçrə (2-ci), Baham adaları (3-cü), Norveç (4-cü), İslandiya (5-ci), Danimarka (6-cı), Sinqapur (7-ci), Lüksemburq (8-ci), Küveyt (9-cu) və Honkonq (10-cu) qərarlaşıb.

İzmir şəhərində partlayış baş verib. Ədliyyə binası yaxınlığında atışma baş verib və nəticədə 2 terrorçu öldürülüb.

1 terrorçunun qaçdığı deyilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.

Partlayış məhkəmə binasının C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən yerdə törədilib.

Hadisə nəticəsində 1 polis və 1 ədliyyə işçisi şəhid olub. Partlayış zamanı 3-ü polis olmaqla 7 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə ən yaxın xəstəxanalara aparılıblar.

Terrorçulara məxsus 2 avtomat silah və 8 əl bombası aşkarlanıb.

İlin ən yaxşıları müəyyənləşdi - Siyahı

alt

Bu gün Gənclər və İdman Nazirliyi 2016-cı ilə yekun vurub.

AzNews.az Apasport-a istinadən xəbər verir ki, təntənəli mərasimdə ən yaxşılarının adları məlum olub.

Tədbirdə həmişəki kimi ilin ən yaxşı idmançıları, komandası, məşqçisi, hakimi, federasiyası, digər nominasiyaları üzrə qaliblər mükafatlandırılıblar:

İlin ən yaxşı məşqçiləri:

Elnur Amanov (taekvondo)

Aslan Ağayev (sərbəst güləş)

Fərhad Məmmədov (cüdo)

Hikmət Hacıyev (kikboksinq)

İlin ən fəal idman veteranı: Məmməd Useyinov

İlin ən yaxşı idman həkimi: Esmiralda Ələkbərova

İlin ən yaxşı idman hakimi:

Faiq Həsənov (şahmat)

Fikrət Vəliyev (qılıncoynatma)

Əliyar Ağayev (futbol)

Hicran Şərifov (güləş)

Rövşən Hüseynov (boks)

Fariz Hüseynov (cüdo)

İlin ən yaxşı idman jurnalisti: Elşən Məmmədov (report.az)

İlin ən yaxşı media layihəsi: “Space FM”-də “İdman”da verilişi

İlin ən yaxşı idman agentliyi: extratime.az

İlin ən yaxşı idman verilişlərinin təşkilatçısı: “İdman Azərbaycan” telekanalı

İdman təbliğatı sahəsində ilin ən uğurlu layihəsi: “CBC Sport” telekanalı

İdman yarışlarının ən yüksək səviyyədə təşkilinə görə: Bakı Şəhər Halqası (Formula-1) və “Qəbələ” Atıcılıq İdman Klubu

İlin ən yaxşı federasiyası: Azərbaycan Taekvondo Federasiyası

İlin ən yaxşı idman təşkilatı: “Neftçi İdman Klubu” İctimai Birliyi

İlin ən yaxşı idman qurğusu: Heydər Əliyev adına İdman Konsert Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi, Cəlilabad Olimpiya İdman Kompleksi

İlin ən yaxşı klub komandası: “Synergy Baku Cycling Procekt” velosiped komandası

Oyun idman növləri üzrə ilin ən yaxşı komandası: Azərbaycan Futzal üzrə milli yığma komandası

İlin ən yaxşı komandası: Azərbaycan Milli Olimpiya Komandası

Fəxri diplomla təltif edilənlər:

Kamran Şahsuvarlı (boks) – Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Lorenzo Sotomayor (boks) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Milad Beiqi Harçeqani (taekvondo) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Patimat Abakarova (taekvondo) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

İnna Osipenko Radomska (kayak) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Şərif Şərifov (sərbəst güləş) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Natalya Sinişin (qadın güləşi) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Rəsul Çunayev (yunan-Roma güləşi) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Cəbrayıl Həsənov (sərbəst güləş) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Sabah Şəriəti (yunan-Roma güləşi) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Hacı Əliyev (sərbəst güləş) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Ramil Qasmov (cüdo) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Bayram Mustafayev (cüdo) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Rövşən Səfərov (cüdo) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Yelena Çebanu (atletika) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Kamil Əliyev (atletika) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Dmitri Saley (üzgüçülük) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Raman Saley (üzgüçülük) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

İradə Əliyeva (atletika) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Radik İsayev (taekvondo) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Rüstəm Orucov (cüdo) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Elmar Qasımov (cüdo) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Valentin Demyanenko (kanoe sprint) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Mariya Stadnik (qadın güləşi) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Toğrul Əsgərov (sərbəst güləş) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

Xetaq Qazyumov (sərbəst güləş) - Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə

İlin ən yaxşı idmançısı:

İslam Abbasov (yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu)

Rafael Ağayev (karate üzrə dünya çempionu)

Oleq Stepko (idman gimnastikası üzrə dünya kubokunun qalibi)

Ramazan Rüstəmov (qol güləşi üzrə dünya və Avropa çempionu)

Bəxtiyar İskəndərzadə (kikboksinq üzrə peşəkarlar arasında dünya çempionu)

Emil Həsənov (sambo üzrə dünya çempionatının gümüş mükafatçısı)

Yelena Vıstropova (boks üzrə Avropa çempionu)

Marina Durunda (bədii gimnastika üzrə dünya kubokunun bürünc mükafatçısı)

Qara dənizə düşən rus təyyarəsində uça bilməyən şanslı adam-Buna səbəb körpə olub

alt

Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən Tu-154 təyyarəsində məşhur A. V. Aleksandrov adına mahnı və rəqs ansamblının 3 solistindən başqa bütün üzvləri olub.


AzNews.az Tass-a istinadən xəbər verir ki, qrupun solisti Vadim Ananyev bildirib ki, onun övladı dünyaya gəlib. Bu səbəbdən o, rəhbərliyə müraciət edərək, icazə alıb. Onunla yanaşı digər 2 solsit də şəxsi səbəblərdən təyyarəyə minməyib.

Qeyd edək ki, Suriyanın Latakiya bölgəsinə uçan təyyarədə 92 nəfər olub. Təyyarə havaya qalxandan 20 dəqiqə sonra radarlardan itib. Onlar arasında hərbi qulluqçularla yanaşı, Rusiyanın Xmeymim hərbi bazasına konsert üçün uçan Aleksandrov qrupunun musiqiçiləri və Rusiyanın Birinci və Zvezda kanalının jurnalistləri də olub.

Türkiyə ordusu Suriyanın Əl-Bab bölgəsində İŞİD terrorçularına sarsıdıcı zərbə endirib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində İŞİD terror təşkilatına məxsus 140 hədəf bombalanıb. Bombardman nəticəsində 12 terrorçu məhv edilib.

Türkiyə KİV-lərinin məlumatına görə, Əl-Bab və Bzagah bölgələrindəki sonuncu əməliyyatlarda terrorçuların 6 müdafiə barrikadası və silah anbarı dağıdılıb. Bundan başqa, 53 bomba ələ keçirilib, 2161 yerdə quraşdırılmış partlayıcı maddə, o cümlədən 42 mina zərərsizləşdirilib.

Qardaş ölkə rəsmiləri, o cümlədən siyasi partiyaların rəhbərləri bəyan ediblər ki, Əl-Babın terrorçulardan təmizlənməsi Türkiyənin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Odur ki, Türkiyə tərəfi Əl-Bab bölgəsinin terrorçulardan tamamilə təmizlənməsində israrlıdır.

Trampdan amerikalılara bir cümləlik - Təbrik

alt

Noyabrın 8-də keçirilən seçkilərdə ABŞ-ın 45-ci rəhbəri seçilən Donald Tramp Amerika sakinlərini ilk dəfə prezident kimi Yeni il münasibətilə təbrik edib.

Qafqazinfo” xəbər verir ki, o, Tvitter səhifəsində öz şəklini yerləşdirərək bir cümləlik təbrik yazıb.

“Yeni iliniz mübarək. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp”.

Qeyd edək ki, D. Tramp 2017-ci il ynavarın 20-də keçirilən inaqurasiya mərasimindən sonra öz vəzifəsinin icrasına başlayacaq.

Səfirin qatili ilə bağlı yeni detal - Sui-qəsddən öncə işdən icazə alıb...

alt

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsindən sonra Ankara Cumhuriyyət Baş Prokurorluğunda aparılan istintaq tədbirləri çərçivəsində yeni bilgi əldə olunub.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, səfiri öldürən Mevlüt Mert Altıntaşın əlaqələrini araşdıran polis onun sui-qəsddən öncə işdən icazə alaraq İstanbulda yaşayan, radikal düşüncəli bir nəfərlə üz-üzə görüşdüyünü müəyyənləşdirib.

Adı gizli saxlanılan və istintaq üçün önəmli ola biləcəyi düşünülən həmin şübhəli şəxs saxlanılaraq Ankaraya gətirilib.

Qeyd edək ki, istintaq tədbirləri çərçivəsində Altıntaşla əlaqəsi olan 5 polis saxlanılıb.

Xatırladaq ki, 62 yaşlı səfir Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tətəfindən zərərsizləşdirilib.

Berlində terror törədənin başına 100 min avro pul qoyuldu

Almaniya prokurorluğu Berlində törrər törətməkdə şübhəli bilinən tunisli Anis Amrinin yeri barədə məlumat verənin 100 min avro mükafatlandırılcağını elan edib.

Modern.az xarici mediaya istinadən bildirir ki, onun Almaniyada axtarşı başlayıb. Onun axtarşı həm də Avropol – ümumavropa polis strukturu xəttilə təşkil olunub.

Almaniya hakimiyyətinin sorğusu ilə Amrinin Tunisdəki qohumları dindiriliblər. Atası bəyan edib ki, oğlu ilə 7 il əvvəl əlaqəni itirib.

Amri 1992-ci ildə Tunisdə anadan olub. Almaniyaya 2015-ci ildə gəlib. Bu ilin fevralında hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

Xüsusi xidmət onun İraq-Şam İslam Dövləti (İŞİD) beynəlxalq terror qruplaşması ilə əlaqəsindən şübhələnib. 24 yaşlı gənclə bağlı daimi nəzarət tətbiq etmək təklif edilib.

Dekabrın 19-da Almaniyanın Berlin şəhərində bir yük avtomobili Milad bazarına gedənlərin üzərinə sürülüb. Nəticədə 12 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu qanlı hadisəyə Tunis əsilli 24 yaşlı Anis Amrinin səbəbkar olduğu müəyyənləşdirilib.

Bu qız dünya gözəli seçildi

Ötən gün ABŞ-ın Vaşinqton şəhərində “Miss World 2016” gözəllik yarışmasının finalı keçirilib.

“Dalga TV ” xarici KİV-ə istinadən xəbər verir ki, yarışmada ikinci yeri Dominikan Respublikasının təmsilçisi Yaritza Reyes, üçüncü yeri isə İndoneziya nümayəndəsi Natasha Mannuela sahib olub.

Final şousunda qalib Puerto Rico təmsilçisi Stefani Del Valye olub.

Gürcüstan parlamentinin xərcləri 2 milyon lari azaldıla bilər

Gürcüstan parlamentinin xərcləri 2 milyon lari, təqribən 710 min ABŞ dolları azaldıla bilər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, belə bir təkliflə ölkə parlamentinin sədri İrakli Kobaxidze çıxış edib. O, qanunverici orqanın xərclərinin 2 milyon ları azaldılmasını, bu yolla dövlət büdcəsinə qənaət olunmasını təklif edib.

Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı hökumətlə məsləhətləşmələr aparılır.

Gürcüstan parlamentinin azərbaycanlı üzvü Mahir Dərziyev "Report"a bildirib ki, 2017-ci ildə qanunverici orqanın büdcəsi 58.031.7 lari təsdiq olunub: “Parlamentin sədri xərclərin 2 milyon lari azaldılmasını təklif edib. Lakin bu məsələ parlamentin qərarı ilə həll olunmalıdır. Ölkə konstitusiyasına görə, parlamentin xərclərinin əvvəlki ilə nisbətən azaldılması qanunverici orqanın özünün razılığı ilə olmalıdır. Bu məsələyə də növbədənkənar iclasda baxılacaq”.

M.Dərziyev iclasda xərclərin azaldılması ilə bağlı parlament sədrinin təklifinin qəbul olunacağını istisna etməyib.

Saytda Axtarış

ახალი ამბები