Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1113
DünənDünən3048
Bu həftəBu həftə7214
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463813

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya onun xilasından danışırdı - Yenə yaralandı...

alt

Bu ilin avqustunda Suriyada müxalifət qüvvələrinin nəzarətində olan Əl-Katerji məhəlləsində hökumət və Rusiyaya məxsus təyyarələr tərəfindən həyata keçirilən hava hücumu zamanı yaralanan və dünya mətbuatının gündəminə düşən 5 yaşlı Ümranın yenə də yaralandığı bildirilir.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, suriyalı Ümran dünən gecə saatlarında Rusiyanın həyata keçirdiyi hava hücumu zamanı ağır yaralanıb.

Xatırladaq ki, 5 yaşlı Ümran Dakneşin hadisədən sonra görüntüləri yayılmışdı və bu, Suriyada baş verən daxili qarşıdurmanın ən dramatik şəkillərindən biri kimi mətbuatda, eləcə də sosial şəbəkələrdə geniş yayılmışdı.

Görüntülərdə bütün bədəni toza batmış uşaq dağılmış evlərdən birindən çıxarılır və təcili tibbi yardım maşınındakı oturacağa əyləşdirilir. Ümranı xilas edən şəxs daha sonra onu avtomobildə tək qoyub digər uşaqları qurtarmağa gedir. Bu anda baş verənlərin şokunu yaşayan Ümran sakitcə ətrafı, ona baxan insanları izləyir və üzündən axan qanı görüncə əlini başına aparır. Əlinə bulaşan qana baxan uşaq heyrətlər içində qalır. O, əlini oturacağa silərək qan izlərindən xilas olmağa çalışır.

Ümran xəstəxanalardan birində müalicə almış, ordan fotosu da yayılmışdı.

Dünya Üz Gözəli yarışmasının qalibi rusiyalı jurnalist oldu

Monqolustanda keçirilən Dünya Üz Gözəli yarışmasının qalibi rusiyalı iştirakçı Alena Raeva oldu.

AzNews.az Rusiyanın Sputnik xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ, Çin, İspaniya,Portuqaliya və Yaponiyanın da qatıldığı 60 ölkədən yarışmaya qatılan namizədlər arasında idman müsabiqələri, yaradıcılıq imtahanları və milli geyim şousu təşkil olunub.

22 yaşlı Raeva müsahibəsində yerli qəzetlərdən birində jurnalist işlədiyini və Sant Peterburq Universitetinin Dünya və Sosial Elmlər fakültəsini bitirdiyini deyib. O, yarışmada qalib olmasını onun üçün surpriz olduğunu deyib.

Maldiv adaları Britaniya Millətlər Birliyini tərk edir

Maldiv adaları hökuməti Böyük Britaniya və onun keçmiş koloniyalarının çoxunun daxil olduğu Britaniya Millətlər Birliyini tərk etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Sənəddə vurğulanıb ki, bu qərara səbəb Millətlər Birliyinin Maldiv adalarının ölkədə demokratiya mədəniyyətinin inkişafında, eləcə də demokratik təsisatların yaradılması və möhkəmlənməsində əldə etdiyi nailiyyətləri tanımamasıdır. 

Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir

Bu ilin 9 ayı ərzində Gürcüstana səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5% artaraq 2 156 731 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

Onun sözlərinə görə, sentyabr ayında ölkəni 631 302 nəfər xarici vətəndaş ziyarət edib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 11% çoxdur. Bunlardan 304 814 nəfəri turistdir. Beləliklə, ötən ilin sentyabr ayı ilə müqayisədə ötən ay turist qismində Gürcüstana səfər edənlərin sayı 34,2% artıb.
 

Azərbaycan Gürcüstana səfər edən turistlərin sayı baxımından liderliyini qorumağı bacarıb. Sentyabr qonşu ölkəyə 130 851 nəfər Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 7,6% çoxdur. İkinci yerdə Ermənistan (130 815 min nəfər, +4,2%) qərarlaşıb. İlk üçlüyü Rusiya (119 096 min nəfər, +31,3%) qapayır.

Aİ Ukrayna və Gürcüstanla vizasız rejimə dair qərarı 2017-ci ildə qəbul edəcək

Avropa İttifaqının Ukrayna və Gürcüstanla vizasız rejiminə dair qərarı 2017-ci ilin yazında qəbul oluna bilər.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.   

Mənbə qərarın gələn ilin yazından tez qəbul olunmayacağını Aİ-nin bir neçə ölkəsində seçkilərin keçirilməsi ilə əlaqələndirib.   

Avropa Parlamentinin ədliyyə və daxili işlər komitəsində məlumatı şərh etməkdən boyun qaçırıblar.

Bundan əvvəl Avropa Parlamentinin Komitəsi Ukrayna ilə vizasız rejimin tətbiq edilməsini dəstəkləyib.  

Dünyada ilk dəfə 3 valideyni olan uşaq doğuldu

Dünyada ilk dəfə olaraq 3 valideyni olan uşaq dünyaya gəlib.

Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, uşaq Meksikada doğulub. Uşağın sağlam doğulması üçün həkimlər 3 nəfərin genindən istifadə ediblər.

Həkimlərin belə bir yola əl atmasının isə səbəbləri olub. Belə ki, İordaniyadan olan ailənin uşaqları bir neçə dəfə doğulduqdan az sonra ölürmüş. Elm adamları bunun səbəbinin qadının qanında olan Ley sindromu ilə əlaqəli olduğunu aşkar ediblər. Amerikalı genetiklər qadının xəstə geninin uşağa keçməməsi üçün həmin genin sağlam formasını kənar qadın donordan götürüblər. Qalan genlər isə ana və ataya məxsus olub.

Hazırda uşağın normal olduğu bildirilir.

Seçki qutusuna 200 avro saldı - Toya atmalı imiş

Bu gün İspaniyanın Pontevedra vilayətində yerli parlamentə keçirilən seçkilərdə kuryoz olay yaşanıb.

AzNews.az xəbər verir ki, Redondela şəhərində seçicilərdən biri səhvən seçki qutusuna səsvermədən sonra gedəcəyi tədbirdə hədiyyə vermək üçün hazırladığı zərfi salıb.

Bu cür “səs” verəndən sonra seçici məntəqədən 100 km aralıda yerləşən Orense şəhərinə gedib və şənlik sahiblərinə içərisində 200 avro əvəzinə seçki bülleteni olan zərfi hədiyyə verib. Səhvindən burada agah olan seçici polisin müşayiəti ilə məntəqəyə qayıdıb və zərfləri dəyişib. 

Türk əsilli deputat Netanyahunu pərt elədi

Fələstin döş nişanı taxan deputat, Netanyahunun əlini havada qoyub.
 
Hollandiyada Denk partiyasından millət vəkili seçilən Türkəsilli deputat Tunahan Kuzu İzrail ordusunun Fələstinə hücumlarına etirazını Netanyahu ilə salamlaşmaqdan imtina edərək cavab verib.
 
Netanyahu deputatın etirazını təəccüblə qarşılayıb.
 
Netanyahunun mətbuat katibi Ofis Qendelman, Hollandiyada Netanyahuya qarşı nümayişlər və İzrail Baş nazirinin müharibə cinayətlərinə görə cəzalandırılması çağırışları barədə şərh verməkdən imtina edib.
 
Xatırladaq ki, Hollandiyanın keçmiş Baş naziri Dries Van Aqt, tvitter hesabından etdiyi açıqlamada, Netanyahunun fələstinlilərə qarşı işlədiyi müharibə cinayətlərinə görə cəzalandırılmalı olduğunu, Fələstin torpaqlarında yəhudi yaşayış yerlərinin salınmasının beynəlxalq hüquq pozuntusu olduğunu qeyd etmişdir.

Ərdoğan: "Demokratiya və şəhidlər mitinqində Azərbaycan bayrağı dalğalana bilər"

“Avqustun 7-də İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin bayrağımızdan başqaŞ heç bir qurumun, təşkilatın bayrağını görmək istəmirik. Lakin Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqları mitinqdə dalğalana bilər”.

APA-nın “Hürriyet” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamlarının toplantısında çıxışında deyib. Prezident bildirib ki, bütün mitinqlərdə Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqlarını qaldırılır: "Bu, bir alışqanlıqdır, ondan heç bir şübhəmiz yoxdur". 

Qeyd edək ki, avqustun 7-də İstanbulda hakimiyyət çevirilişi zamanı şəhid olanlarına xatirəsinə həsr edilmiş demokratiya mitinqi keçiriləcək. Ölkənin bütün partiya liderləri, siyasətçiləri, ictimai xadimləri, iş adamları, sənətçiləri mitinqə dəvət olunub.

Əsgərin bu məktubu təsirləndirdi - “Həyat yoldaşım hamilədir”

Türkiyədə küçələrə əllərində soyuq silahlarla çıxan vətəndaşlar hərbi çevrilişə cəhd edən əsgərləri edam etməyə cəhd göstərirlər.

“Dalga TV ” Hurriyet-ə istinadən xəbər verir ki, İstanbulun “Mətbuat Ekspress yolu”nda polis işçiləri gənc əsgərlərin xilas edilməsi üçün mübarizə aparıblar. Polis havaya atəş açaraq emosional davranan vətəndaşları sakitləşdirməyə çalışıb.

Sözügedən küçədə dayanan tanklardan birinin içindən əsgərin göndərdiyi yazılı məktub hamını təsirləndirib. Əsgər tankın ətrafındakılara göndərdiyi qeyddə “Evliyəm, həyat yoldaşım hamilədir”-, deyə yazıb.

Amma həmin əraziyə yığılan əhali tanka tərəf hücum etməyə çalışıb. Polis TOMA-lardan istifadə edib. 3 saat davam edən mübarizədən sonra 2 əsgər sağ şəkildə polis tərəfindən tutulub.

Qeyd edək ki, ötən gecəki toqquşmalarda vətəndaşlar bir neçə hərbçini döyərək boğazını kəsiblər. Sosial şəbəkələrdə yayılan zorakı fotolar istifadəçilər tərəfindən kəskin tənqid olunub.

Kerri: “ABŞ-ın Türkiyədəki hadisələrlə əlaqəli olmasına dair iddialar yalandır”

ABŞ dövlət katibi Con Kerri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı ABŞ-ın Türkiyədəki hadisələrlə əlaqəli olmasına dair iddiaların yalan olduğunu qeyd edib.

APA-nın xəbərinə görə, bu barədə  “Reuters” Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.

Con Kerri aydın izah edib ki, ABŞ Türkiyə hökumətin araşdırmaların aparılmasına dəstək verməyə hazırdır, lakin ABŞ-ın dövlət çevrilişi cəhdində rolunun olmasına dair iddialar və bəyanatlar tamamilə yalandır və ikitərəfli münasibətlərimizə zərər vurur”, - deyə Kirbi bildirib.     

ABŞ dövlət katibi  Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı həmçinin qeyd edib ki, Ankara araşdırma zamanı təmkinlik nümayiş etdirməli və qanuna addımlara yol verməməlidir.   

Kerri və Çavuşoğlu danışıqlar zamanı İŞİD-ə qarşı birgə mübarizənin davam etdirilməsinin vacibliyini qeyd ediblər. 

Ərdoğan ABŞ-dan Gülənin deportasiya edilməsini və ya Türkiyəyə təhvil verilməsini tələb edib

Türkiyə prezidenti  Rəcəb Tayyip Ərdoğan İstanbuldakı evinin qarşısında toplaşan tərəfdarlarına müraciət edib.

 APA-nın xəbərinə görə, Ərdoğan ABŞ prezidenti Barak Obamaya çağırış edərək, Fətullah Gülənin deportasiya edilməsi və ya Türkiyəyə təhvil verilməsini tələb edib.

 “Onun xəyanət etdiyini şəxsən Sizə demişdim, amma dinləmədiniz. İndi bir daha çağırış edirəm. Pensilvaniyadakı o şəxsi bizə təslim edin. Əgər biz strateji tərəfdaşıqsa, o zaman tərəfdaşınızın bu çağırışını yerinə yetirin” deyə, Ərdoğan ABŞ prezidentinə səslənib.

Ərdoğan hazırda vəziyyətin nəzarətdə olduğunu da qeyd edib.

O, Türkiyə Silahlı Qüvvələri ilə xalqı üzə-üzə gətirmək istəyənlərin olduğunu vurğulayıb və hərbi çevirilişə cəhd edənlərin Türkiyə Silahlı Qüvvələri içərisində azlıqda qalan qrup olduğunu təkrarlayıb.

Saytda Axtarış

ახალი ამბები