Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1149
DünənDünən3048
Bu həftəBu həftə7250
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463849

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Xaricdə yaşayan azərbaycanlılar rüsum ödəyəcəklər

Xaricdə yaşayan azərbaycanlılarla bağlı qanunvericilikdə dəyişiklik edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun 5.3-cü maddəsinə təklif olunan dəyişiklikdə bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran, xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir” cümləsində “müvafiq dövlət rüsumu ödəməkdən azad edilir” sözləri “tərəfindən dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir” sözləri ilə əvəz edilir.

Beləliklə, xaricdə yaşayan azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün müraciət edən zaman ondan bununla bağlı qanuna müvafiq olaraq rüsum tələb olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq. 

Azərbaycan prezidenti: "Tramp böyük hörmətə layiqdir"

"Tramp haqqında şəxsi fikrim çox müsbətdir. Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, ona qarşı aparılan aqressiv kampaniyaya baxmayaraq, Amerika xalqı ona böyük dəstək göstərdi, o, seçkilərdə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevnoyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupu ilə görüşündə deyib.

Dövlət başçısı Donald Trampın böyük hörmətə layiq olduğunu bildirib.

"Ümid edirik ki, əvvəlki illərdə ABŞ-la Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq və düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə baş verənləri qiymətləndirir", - deyə prezident qeyd edib.

Trampın qızının qızıl qolbağı qalmaqal yaratdı - Foto

alt

ABŞ-ın 45-ci prezidenti Donald Trampın qızı İvankanın “CBS” kanalında “60 Minutes” verilişində çıxışı efirdə yayımlandıqdan sonra o, tənqidlərə səbəb olub.

Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, verilişdən sonra İvanka Trampın şirkətinin marketinq şöbəsinin əməkdaşı reklam məqsədli press-reliz yayaraq bildirib ki, prezidentin qızı “60 Minute” proqramının studiyasında ona məxsus “Metropolis” zinət əşyaları kolleksiyasından olan qolbaqla çıxıb. 
Bu bəyanat isə qalmaqala səbəb olub. Belə ki, siyasətçinin qızı atasının mövqeyindən yararlanaraq öz biznesininin tanıtımı ilə məşğul olmaqda günahlandırılır.

Hazırda İ. Trampın mətbuat xidməti bu məsələyə reaksiya göstərməyib.

Xatırladaq ki, verilişdə Donald Trampla ailə üzvləri, xanımı Melaniya Tramp, uşaqları Tiffani, Erik və Donald Jr də iştirak etmişdi. İvanka Tramp çıxışı zamanı nazir olmaq istəmədiyini bildirmişdi.

Donald Tramp ABŞ-da yüksək postlar üçün namizədlər seçir

alt

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp gələcək administrasiyasını formalaşdırmaq üçün yaxın dairəsindən namizədlərin seçimini davam etdirir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Tramp iqtisadiyyatla bağlı yüksək mövqelərə “Wall Street”dən nüfuzlu şəxsləri dəvət edib. Hələlik yeni seçilmiş prezidentin planında bir nəfər də qadın namizəd yoxdur. Bu baxımdan adı ölkənin baş prokuroru postuna təklif edilən namizədlərin sırasında yer alan Pem Bondi istisna ola bilər.

Yeni seçilmiş respublikaçı-prezident maliyyə naziri postuna may ayından onun seçki qərargahına başçılıq edən multimilyonçu Stiv Mnuçini dəvət edib. Mnuçinin kütləvi vergi islahatlarının tərəfdarı olduğu bildirilir. Tramp ticarət naziri postuna 78 yaşlı milyarder Uilbur Rossu dəvət etməyi planlaşdırır. “Wall Street”in iri oyunçusu Ross ilk kapitalını iflasların idarə olunmasından qazanıb. Son 15 ildə o, sənaye sahəsinə investisiya yatırmaqla məşğuldur.

Nyu-Yorkun sabiq meri Rudolf Culiani isə dövlət katibi ola bilər. O, bu postu ABŞ-ın baş prokuroru vəzifəsindən imtina edərək seçib. Dövlət katibi postuna alternativ namizəd isə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Boltondur.

Analitiklər Rayns Pribusun Ağ ev administrasiyanın başçısı seçilməsini Trampın aralarında onu seçkilərdə dəstəkləməyənlərin də olduğu respublikaçıların dominantlıq etdiyi Konqreslə işçi münasibətlərin qurulması istəyi kimi xarakterizə edirlər.

Tramp prezident müşaviri roluna ifrat-sağ qanada mənsub mühafizəkar siyasətçi Stiv Bennonu dəvət edib.

Putin və Obama sonuncu dəfə görüşəcək

“Rusiya Prezidenti Vladimir Putinin ABŞ dövlət başçısı Barak Obama ilə görüşü hələlik planlaşdırılmır”.

Modern.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov bildirib ki, prezidentlər noyabrın 19-20-də Peruda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində görüşə bilərlər.

O söyləyib ki, V.Putin və B.Obama bu tədbirdə birlikdə iştirak etsələr, onların bir-biri ilə ünsiyyət quracağını istisna etmək olmaz.

İstanbulda partlayış - 3 yaralı

İstanbulun Maltəpə Zümrüdevlər məhəlləsində partlayış olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, elektrik mallar istehsal edən şirkətin binasına karqo daşımaları ilə gətirilən paket açılarkən partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ağır yaralanıb. Partlayış yerinə təcili tibbi yardım maşınları, polis qüvvələri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Səudiyyə Ərəbistanında 3 günlük matəm elan olundu

alt

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əl-Səudun doğma qardaşı şahzadə Turki İbn Abdel Əziz Əl-Səud dünyasını dəyişib.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, 85 yaşlı şahzadənin ölümünə görə ölkədə 3 günlük matəm elan olunub.

8 ilə sığmayan zarafatlar... - Ən sadə prezident

alt

ABŞ-ın ilk qaradərili prezidenti Barak Obama hakimiyyətdə olduğu müddətdə qəbul etdiyi qərarlar, gördüyü işlərlə yanaşı səmimiyyyəti ilə də yaddaşlarda qalıb.

Qafqazinfo” xarici KİV-ə istinadən eks-prezidentin 8 il müddətində kadra alınan maraqlı situasiyalarını təqdim edir:

Müşaviri tərəziyə çıxan zaman ona kiçik bir zarafat edir.

Balacanın “Saçımız eynidirmi?”sualına cavab olaraq toxunub yoxlamasını bildirir.

Eks-prezidentin son çıxışında etdiyi jest isə uzun müddət danışıldı.

 

Gerogi Mamuliya: “Cənubi Qafqazda baş verənlər Ermənistanın çoxəsrlik separatçı siyasəti ilə bağlıdır” - FOTO

Tbilisidə “Zaqafqaziyanın müstəqilliyi uğrunda mübarizə” adlı kitabın gürcü dilinə tərcümə olunmuş versiyasının təqdimatı olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, kitabda 1917-1921-ci illərdə Azərbaycan, Gürcüstan və Ermənistanın Cənubi Qafqazın müstəqilliyi uğrunda mübarizəsindən, bu mübarizədə məğlubiyyətin səbəblərindən bəhs olunub.

İrandan olan Azərbaycan əsilli tarixçi alim Firuz Kazımzadənin müəllifi olduğu bu kitab ilk dəfə 1951-ci ildə ingilis dilində nəşr olunub.

Kitabın elmi redaktoru, Fransanın Sosial Tədqiqatlar İnstitunun professoru, tarix elmləri doktoru Gerogi Mamuliya "Report"a müsahibəsində deyib: “Kitabı gürcü dilinə tərcümə etməkdə məqsəd 1917-1921-ci illərdə bu regionda baş verən hadisələr, həmin illərdə Azərbaycan və gürcü xalqlarının müstəqillik uğrunda mübarizəsi, çətinliklə əldə etdiyimiz müstəqilliyin süqutunun səbəbləri barədə gürcü ictimaiyyətinə ətraflı məlumat verməkdir. Kitabda üç Cənubi Qafqaz respublikasının müstəqillik uğrunda mübarizəsi geniş təhlil olunub. Bildirilir ki, həmin dövrlərdə Azərbaycan ilə Gürcüstan müstəqillik uğrunda çətin, amma gərgin və şərəflə mübarizə aparıblar. Ölkələrimiz arasında çox səmərəli əməkdaşlıq mövcud olub.

Azərbaycan ilə Gürcüstan 1919-cu ildə Denikin ordusuna qarşı mübarizədə birgə hərbi əməkdaşlığa dair müqavilə imzalayıblar. Bu da bir daha sübut edir ki, hər iki ölkə regionun inkişafı və müstəqilliyi uğrunda mübarizə aparıblar”.

Alimin sözlərinə görə, kitabda, eyni zamanda, Ermənistanın seperatçı mövqeyi və anti-Qafqaz siyasəti barədə məlumatlar və tarixi faktlar da əksini tapıb. Bildirilir ki, Ermənistanın əvvəlcə Denikin ordusuna köməklik etməsi, sonradan isə bolşeviklərə qoşulması Azərbaycanın və Gürcüstanın, eləcə də bütövlükdə Cənubi Qafqazın müstəqilliyinin süqutunun əsas səbəblərindən biridir.

“Hesab edirəm ki, Ermənistanın separatçı siyasəti bu gün də davam edir. Kitabı oxuduqca başa düşmək olur ki, bu gün Cənubi Qafqaz regionunda baş verənlər məhz 1920-21-ci illərdə Ermənistanın həmin anti-Qafqaz siyasəti ilə bağlıdır” – deyə G.Mamuliya vurğulayıb.

“Trampa təklif etdim ki,..” - Klinton

Seçkilərdə Donald Trampa uduzan Demokratlar Partiyasının namizədi Hillari Klinton tərəfdarlarına müraciət edib.

Qafqazinfo” Russian RT-yə istinadən xəbər verir ki, Hillari onu dəstəkləyən vətəndaşlardan üzr istəyib: “Mən bilirəm ki, sizin üçün necə ağırdır, çünki mənə də eyni dərəcədə ağırdır”.

Klinton Trampa etdiyi zəngdən də danışıb: “Mən ona təklif etdim ki, gəl, ölkəmizin naminə işləyək. Ümid edirəm ki, o, uğurlu prezident olacaq”.

Mövlud Çavuşoğlu: "Türkiyədə fəaliyyət göstərən terrorçulara ən böyük dəstəyi Almaniya verir"

“Türkiyə ərazisində fəaliyyət göstərən terrorçulara ən çox Almaniya dəstək verir”.

“Dalga TV ” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 8-də keçirdiyi mətbuat konfransında bildirib.

"Təəssüf ki, Almaniya Türkiyə tərəfdə deyil. Bu ölkə davamlı olaraq anti-Türkiyə mövqeyində olanları qəbul edir. Biz onlardan terrorçu PKK qruplaşmasının Almaniyadakı 4 min üzvünü istədik. Onlar birini də vermədi. PKK Almaniyanın hər şəhərində Türkiyədə terrorçu fəaliyyətlə məşğul olanlara pul toplayır”, - deyə nazir vurğulayıb.

O, mövcud problemin həlli üçün ikitərəfli diplomatik danışıqlar yolunu göstərib.

M.Çavuşoğlu jurnalistin “Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayeri telefonda gözlətdiyiniz doğrudurmu” sualına cavabında deyib: "Almaniya bütün terror qruplaşmalarına qucaq açıb. Görəsən, belə dövlətlərin nazirləri nə düşünür? Almaniyanın xarici işlər naziri mənimlə danışmaq istəyərkən başqaları ilə görüşmüş ola bilərəm. Belə iş olmaz. Biz nə zaman imkanımız olsa, onda görüşərik” .

İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

Türkiyənin İstanbul şəhərində V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

İqtisadiyyat Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə keçiriləcək forum noyabrın 16-da baş tutacaq. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Azərbaycanın nümayəndə heyətinin tərkibində İstanbula səfər etmək və tədbir haqqında məlumat almaq istəyənlər “Azpromo”ya müraciət edə bilərlər. 

Saytda Axtarış

ახალი ამბები