Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1112
DünənDünən3048
Bu həftəBu həftə7213
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463812

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dövlətə dəstək nümayiş etdirən Türkiyə vətəndaşları meydanları tərk etmirlər

Türkiyənin Ankara, İstanbul, İzmir, Ərzurum şəhərlərində ölkənin hər bir bölgəsindən gələn yüz minlərlə vətəndaş meydanlarda eyni coşqu ilə dövlətə dəstəklərini, hakimiyyətlə birliklərini nümayiş etdirirlər. Onlar dövlətə sonadək dəstək verəcəklərini, vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bildirirlər. Böyükdən kiçiyə qədər hər kəs əllərində dövlət bayrağını dalğalandıraraq baş verən qiyamın səbəbkarlarını pisləyirlər.

Yunanıstandan sığınacaq istəyən qiyamçılar Türkiyəyə geri qaytarılıb

Yunanıstan ilə sərhəd xəttində yerləşən Dədəağac şəhərindəki aerodromda eniş edən, içərisində 8 qiyamçının olduğu helikopter ölkəyə geri gətirilib.

İkisi mayor, biri kapitan, beşi isə əsgər olan qiyamçılar Yunanıstandan sığınacaq istəmişdilər.

Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirmişdi ki, qiyamçıların Türkiyəyə təhvil verilməsi üçün nə lazımdırsa ediləcək.

Fətullah Güləndən cavab gəldi - “Mən dəfələrlə demişəm ki...”

ABŞ-da yaşayan islamçı müxalifətçi Fətullah Gülən bəyan edib ki, avtoritar rejim tərəfdarı deyil. “Türkiyədə demokratiya var, ya yoxdur” sualına isə cavabında deyib ki, bunu türk xalqı özü müəyyən etməlidir. 

Fətullah Gülən belə bəyanatla brifinqdə çıxış edib.

“Mən dəfələrlə demişəm ki, respublikaçılar tərəfdarıyam və avtoritar idarəetmənin əleyhinəyəm. Mən Türkiyədə demokratiya olub-olmadığı haqda qərar verməyi türk xalqının ixtiyarına buraxıram”, - o, vurğulayıb.

Fətullah Gülən uzun müddətdir ABŞ-da yaşadığını və iki ildir faktiki evdən çıxmadığını, heç kimlə ünsiyyətdə olmadığını qeyd edib: “Mənim üçün azadlıq anlayşı çox vacibdir, ona görə ki, azadlıq – bu insanlıqdır”.

Türkiyə hakimiyyəti əmindir ki, dövlət çevrilişinə cəhdin ilhamvericisi Fətullah Gülənlə bağlı olan “Hizmət” islamçı hərəkatıdır.

Çevriliş cəhdinin uğursuzluğunda əsas detal - Ərdoğan necə xilas oldu?

Türkiyədə hərbi çevriliş cəhdinin uğursuzluğunu şərtləndirən əsas detal açıqlanıb.

Türkiyədə hökumətə yaxınlığı ilə seçilən jurnalist Abdulkadir Selvi “Çevriliş gecəsinin qədər anları” başlıqlı məqaləsində yazıb ki, hərbi çevriliş cəhdinin qədərini müəyyənləşdirən an Marmarisdə oteldə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birinci Ordu komandanı ordu generalı Ümit Dündar arasındakı telefon görüşündə yaşanıb.

Birinci Ordu komandanı Ü. Dündar R. T. Ərdoğanı telefonla arayıb, qanuni seçilmiş prezident olaraq Türkiyə prezidentinə sadiq olduğunu bəyan edib. General R. T. Ərdoğana Ankaraya getməməyi məsləhət görüb, İstanbula gəlməyi, İstanbulda onu qoruya biləcəyini bildirib. Eyni zamanda qaldığı oteli ən qısa müddətdə tərk etməsini istəyib. Türkiyə prezidenti R. T. Ərdoğan oteli tərk etdikdən 62 dəqiqə sonra da bu otelə xüsusi təyinatlıların hücumu olub, köməkçisi girov götürülüb.

Türkiyə prezidentinin İstanbulda aeroportda telekanallar vasitəsi ilə müraciət edərək xalqı meydanlara səsləməsi isə növbəti həlledici məqam olub. Yazıda çevriliş planının əsas müəllifinin EDOP komandanı Metin İyidli olduğu, planın hazırlanmasında bir müddət əvvəl Baş Qərargah rəisinin müşaviri vəzifəsindən azad edilmiş polkovnik Muharrem Kosenin də iştirak etdiyinin üzə çıxdığı qeyd edilib. Hərbi çevriliş planının həyata keçirilməsində lider funksiyasını isə Hərbi Hava Qüvvələrinin sabiq komandiri, ordu generalı, Ali Hərbi Şuranın üzvü olan ordu generalı Akın Öztürkün olduğu çevrilişə cəhd gecəsinin səhəri üzə çıxıb. A. Öztürk gecə boyu Ankara yaxınlığındakı Akıncılar Hərbi Hava Bazasında olub. Bu hərbi bazada yerləşən 141-ci hava qüvvələri birləşməsinin komandiri A. Öztürkün kürəkəni polkovnik Hakan Karakuş olub. Hərbi çevriliş planının uğursuzluğa düçar olduğunu görən və səhər qaçmaq üçün vertolyota minməyə çalışan A. Öztür açılan atəş nəticəsində yaralanıb, daha sonra isə həbs edilib.

Məqalədə o da qeyd edilib ki, hərbi çevriliş planı əvvəlcə mayın 4-ə planlaşdırılıb, lakin M. Kösenin Baş Qərargah rəisinin müşaviri vəzifəsindən azad edilməsindən sonra iyunun 15-ə təxirə salınıb. 

Türkiyədə xüsusi əməliyyatlar - 34 general tutuldu + Yenilənib

Türkiyədə silahlı çevriliş cəhdində günahkar qismində ümumilikdə 34 general tutulub. 

Bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.

Silahlı Qüvvələrin müxtəlif bölmələrində komandir heyətinə daxil olan generallar bunlardır: Ali Osman Gürcan, Salih Kırhan, Yunus Kotaman, İsmail Güneşer, Fatih Celaleddin Sağır, Namık Alper, Metin Akkaya, Mustafa Kurutmaz, Mehmet Akyürek, Ahmet Gündoğdu, Suat Murat Semiz, Dursun Pak, Recep Ünal, Murat Soysal, Memduh Hakbilen, Metin Alpcan, Nejat Atilla Demirhan, Hasan Polat, Bekir Ercan Van, Hidayet Arı, Halil İbrahim Yıldız, Tezcan Kızılelma, Mehmed Nuri Başol, Ekrem Çağlar, Mustafa Yılmaz, Bekir Koçak, Cemalettin Doğan, Adnan Arslan, Mehmet Şükrü Eken, Faruk Bal, Yavuz Ekrem Arslan, Arif Settar Afşar, Erdem Kargın, Mehmet Ozan.

***
20:32

Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altan saxlanılıb

***
20:11

Dövlət çevrilişi cəhdi edən keçmiş Havaqüvvələri komandanı, general Akın Öztürkdə saxlanıldı.

İğtişaşa qalxan Hərbi hava qüvvələrinin əsgərləri də silahlarını təhvil verərək təslim olublar.

Akın Öztürkün çevrilişi planlaşdırılanlardan bir olduğu qeyd edilir.

Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib.

Ordu generalı A. Huduti hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb. O, son sutka ərzində həbs edilən ən yüksək rütbəli zabitdir.

Malatya qarnizonunun komandanı, general Avni Anqun və daha 2 general da həbs edilib. Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb. 

Qeyd edək ki, qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var.

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda 3 bal hiss olunub

Qazaxdan 94 km şimal-qərbdə Gürcüstan ərazisindəzəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, 5.2 maqnitudalı zəlzələ 13 km dərinlikdə qeydə alınıb. Bakı vaxtilə saat 14:14-də baş verən sarsıntı Azərbaycanın yaxın yaşayış məntəqələrində 3 baldan artıq hiss olunub. 

Üsamə ben Ladenin oğlu ABŞ-dan atasının qisasını almaq niyyətindədir

“Əl-Qaidə” terror təşkilatının məhv edilmiş lideri Üsamə ben Ladenin oğlu Həmzə ABŞ-dan atasının qisasını alacağına söz verib.

APA-nın “Reuters” agertliyinə istinadən verdiyi məlumata görə, Həmzə deyib ki, ABŞ Pakistanın Abbottabad şəhərində törətdiyi cinayətə görə cəzalandırılmayacağını düşünürsə, ciddi səhv edir.

O, müsəlmanların sıxışdırılmasının qarşısının alınması üçün ABŞ-a qarşı mübarizənin davam edəcəyini vurğulayıb.

Türkiyədə hərbi helikopter qəzaya düşdü - 6 şəhid + Yenilənib

Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

Bunu Giresun bələdiyyə rəhbəri Kərim Aksu deyib.

Məlumata görə, helikopterin göyərtəsində 15 nəfər - jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub.

Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.

Məlumata görə, nümayəndə heyəti hərbi əməliyyatlarda şəhid olan hərbçilərin ailələrinə baş çəkməyə gedirmiş. 

***
21:09

Türkiyənin Giresun əyalətində qəzaya uğrayan hərbi helikopterin göyərtəsində əyalət jandarma rəisi Mustafa Doğru daxil olmaqla 11 nəfər olub. 

Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

Ərazidə müşahidə olunan qatı duman və leysan yağışları xilasetmə əməliyyatının aparılmasına maneçilik törədir.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

***
20:23

Türkiyənin Giresun əyalətində göyərtəsində 10 nəfərin olduğu Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Helikopterin göyərtəsində əyalətin jandarm rəisi Mustafa Doğru daxil olmaqla 10 nəfər olub.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat yayılmayıb.

​ATƏT PA-nın plenar iclasında həll edilməmiş münaqişələr diqqət mərkəzində olub

ATƏT PA-nın 25-ci illik sessiyası çərçivəsində iyulun 4-də plenar iclası keçirilib.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, iclasda ATƏT regionunda həlli uzadılmış münaqişələrin həlli yolları, terrorizmə qarşı mübarizə, qadın və uşaqların problemləri və s məsələlər müzakirə olunub.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri iclasda çıxış edib, müzakirə olunan məsələləri münasuibət bildirib, rəy və təkliflər səsləndiriblər.

Millli Məclisin deputatı, nümayəndə heyətimizin üzvü Elşad Həsənov jurnalistlərə müsahibəsində deyib ki, müzakirə olunan məsələlər aktuallığı ilə seçilirdi: "Biz çalışırdıq ki, bütün hallarda Azərbaycanın mövqeyi yüksək səviyyədə müdafiə olunsun, problemlərimizin həlli ilə bağlı müvafiqə sənədlərin qəbuluna nail olaq. Müəyyən mənada buna nail ola bildik”.

Ümumiyyətlə, iclasda ATƏT regionunda həll olunmamış münaqişələr diqqət mərkəzində olub. Azərbaycanın və Gürcüstanın ərazilərinin işğaldan azad olunması ilə bağlı konkret təkliflər səslənib. İclasda, eyni zamanda, dünyada və regionda içməli su hövzələrində, seysmik aktiv zonalarda yerləşən, xüsusən də köhnəlmiş, istismar müddətini başa vurmuş atom elektrik stansiyalarının bağlanması ilə bağlı məsələlər ciddi müzakirə mövzusu olub. Azərbaycan nümayəndə heyətinin təklifi ilə həmin stansiyaların bağlanmasını özündə ehtiva edən bəndlər sessiyanın yekun sənədinə əlavə edilib.

E.Həsənov deyib ki, komitə iclaslarında və plenar sessiyada Ermənistan tərəfinin Azərbaycan əleyhinə səsləndirdiyi iftiralara da tutarlı cavab verilib: “Ermənistan nümayəndə heyəti bir neçə dəfə Azərbaycanın əleyhinə fikirlər səsləndirib. Lakin, biz, Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etdiyini, məhz Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını, aprel hadisələrinin Azərbaycanın işğal olunmuş ərazilərində baş verdiyini diqqətə çatdırdıq və bu dəfə də ermənilər gülünc vəziyyətdə qalaraq susmağa məcbur qalıblar”.

Sessiya işini iyulun 5-də başa vuracaq. Son iclasda yekun qətnamə qəbul olunacaq, təşkilati məsələyə baxılacaq. Assambleyanın prezidenti və vitse-prezidenti seçiləcək.

Gürcüstanda yaşayan azərbaycanlılar Türkiyədəki terror qurbanlarının xatirəsini anıblar

Gürcüstanda yaşayan azərbaycanlılar Türkiyədə törədilmiş terror qurbanlarının xatirəsini anıblar.

Gürcüstan-Azərbaycan Milli Konqresinin, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, Tbilisidəki ali məktəblərin tələbələri, ziyalılar iyunun 30-da Türkiyənin Gürcüstandakı səfirliyinə gələrək başsağlığı verib, terror qurbanlarının yaxınlarına Allahdan səbir, yaralılara şəfa diləyiblər. Onlar səfirlikdə yaradılmış xatirə kitabına ürək sözlərini yazıblar.

İyulun 30-da Gürcüstanın hökumət üzvləri, siyasi partiyaların rəhbərləri, diplomatik korpusun əməkdaşları da səfirliyə gələrək terror qurbanlarının xatirəsini ehtiramla yad edib, qardaş türk xalqına başsağlığı veriblər.

Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü jurnalistlərə müsahibəsində deyib: “Türkiyə dünyada terror və zorakılığa qarşı qətiyyətlə mübarizə aparan bir ölkədir. Bu cür terror aktları, cinayətlər bizi yolumuzdan döndərə bilməyəcək. Türkiyə dövləti Fransada və digər ölkələrdə baş verən terror hadisələrini də qətiyyətlə pisləyib və bu müdhiş bəlaya qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb. Biz bu gün də dünya birliyini terrora qarşı birgə mübarizəyə səsləyirik və qüvvələrimizi səfərbər etməyə çağırırıq. Bəzi qüvvələr bizi yolumuzdan döndərməyə çalışırlar. Lakin heç kim heç bir vasitə ilə bizi yolumuzdan döndərə bilməyəcək”.

Qeyd edək ki, Türkiyədə törədilmiş terror aktı Gürcüstan hökumətinin iyunun 30-da keçirilmiş iclasında da müzakirə olunub.

Baş nazir Georgi Kvirikaşvili terror hadisəsini qətiyyətlə pisləyib. O bildirib ki, Gürcüstan hökuməti strateji tərəfdaşı olan Türkiyənin yanındadır və terrorla birgə mübarizəyə hazırdır.

Türkiyədə daha bir terror - 8 yaralı

Türkiyədə polisə qarşı daha bir terror aktı törədilib.

"Dalğa TV" yerli KİV-lərə istinadən xəbər verir ki, Diyarbekirin Dicle rayonunda polis zirehli maşını yolu keçərkən partlayış baş verib. Hadisə nəticəsində 8 nəfər yaralanıb. Onlardan 2-sinin polis, 6-sının mülki vətəndaş olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili yardım maşını cəlb edilib.

Partlayışın səbəbi hələki məlum deyil.

Erməni lobbisindən həmyerlimizə ultimatum: “Başına bəla açma”

İki gün öncə Moskvada rusiyalı tarixçi alim Oleq Kuznetsovun "XX yüzillikdə transmilli ermәni terrorunun tarixi" kitabının təqdimat mərasimi keçirilib. Paytaxtın Jurnalistlər Evində keçirilən təqdimat mərasimində Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, yerli və xarici medianın təmsilçiləri iştirak ediblər.

Erməni lobbisinin təzyiqləri qarşısında çox böyük çətinliklə işıq üzü görmüş kitabın nəşr edilməsində Rusiyada fəaliyyət göstərən bəzi soydaşlamızın xüsusi əməyi olub. Bu işdə ən böyük əziyyəti isə Rusiya FMMM Ağsaqallar Şurasının və Rusiya jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov çəkib.

AzNews.az xəbər verir ki, o, modern.az saytına müsahibəsinə kitabın hansı çətinliklərlə çap olunmasından danışıb:

- Bu günlərdə Moskvada erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovun "XX əsrdə transmilli ermәni terrorunun tarixi" kitabı nəşr olundu. Bildiyimizə görə, bu kitabın ərsəyə gəlməsində sizin də böyük rolunuz olub, təşəbbüskarlardan birisiniz. Mümkünsə bunlar barədə danışardınız...

- Əslində bu kitab bir il yarımdır nəşrə hazırmış. 2015-ci il ərzində müəllif Oleq Kuznetsovun kitabı Rusiyada nəşr etdirmək üçün biznesmenlərdən tutmuş Azərbaycan səfirliyinə qədər bir çoxlarına müraciət etdiyi və heç kimdən dəstək ala bilmədiyi bu ilin yanvarında ortaya çıxdı. Sözun doğrusu mənim bu vəziyyətdən xəbərım belə, yox idi. Oleq Kuznetsovun problemi mətbuatda yazmaması və mənim də Nijni Novqorodda yaşamam səbəbindən bilməmişəm. Yalnız bu ilin yanvarında Kuznetsov mənə zəng etdi və vəziyyəti danışaraq, kömək istədi. Doğrusu çox utandım. "Oleq Yuryeviç, rahat olun, sizin kitabınız mütləq çıxacaq" - dedım, O gündən də işə başladıq.

- Eyni zamanda o barədə də məlumatlıyıq ki, bu monoqrafiyanın işıq üzü görməsində ciddi çətinliklər olub. Müəllif özü də bu barədə deyib. Söhbət hansı çətinliklərdən gedirdi və onlar necə aradan qaldırıldı?

- Kitabı A4 formatında çox keyfiyyətli şəkildə nəşr etdirmək lazım idi. Bu isə xeyli vəsait tələb edirdi. Ona görə ilk olaraq maliyyə məsələsini həll etmək lazım gəlirdi. Bunun üçün həmyerlimiz, keçmiş senator Fərhad Əhmədova müraciət etdim. Sağ olsun. O da köməyə hazır olduğunu bildirdi. Bundan sonra işin düzəldiyini zənn etdim və kitabı Nijni Novqorod mətbəəsinə sifariş verdim. Bir həftə çəkən texniki hazırlıqdan sonra çap prosesi başlayan günün gecəsi birisi mənə zəng edib evimin önünə çıxmamı tələb etdi. Çıxdım. Söhbət ultimativ və qısa oldu. Mətbəədəki materiallara da artıq əl qoyulmuşdu.

- Nə dedilər sizə?

- Qısa desəm, "Rusiyada erməni terrorizmindən kitab nəşr etdirmək olmaz, başına bəla açma" –dedilər.

- Xəbərdarlıqdan sonra siz cəkildinizmi bu işdən?

- Bir ay fasilə verdik və fevralda yenidən başladıq. Amma bu dəfə başqa vilayətdə. Yenə eyni şey təkrarlandı. Belə olduqda kitabı may ayında Belorusun paytaxtı Minskə gedib orada nəşr etdirməyi qərara aldıq. Hər halda erməni lobbisinin oraya əli çatmaz deyə, düsünmüşdük. Mənım orada olmamı özümdən başqa heç kim bilmirdi, hətta ailəm belə... Amma orada da eyni hadisə təkrarlandı. Ancaq bu dəfə eyni vaxtda Rusiyada başqa bir mətbəədə də paralel olaraq iş gedirdı. Diqqətləri Minskdə olan "dostlarımız" buranı nəzərdən qaçırdılar. Və nəticədə kitab çıxdı. Mətbəədən alınması və daşınması isə bir ayrı detektiv hekayəsidir.

- Çıxmağına bu cür əziyyət çəkdiyiniz "XX əsrdə transmilli ermәni terrorunun tarixi" kitabı hansı gerçəklikləri ortaya qoyub?

- Dunyaya gəlib-getmiş terror örğütlərinin ən təşkilatlanmış və geniş coğrafiyada fəaliyyət ğöstərən erməni terrorizmi tədqiqatçılar tərəfindən fundamental şəkildə öyrənilməmişdir. Daha doğrusu, hər ölkədə kök atmış erməni lobbisi buna imkan verməmişdir. Rus tarixçisi Oleq Kuznetsov bu işi basarmış ilk alimdir. Monoqrafiya dünya arxivlərinin materiallarına əsaslanmış, transmilli erməni terrorizminin siyasi, sosial, hüquqi və beynəlxalq aspektlərini ortaya qoyan təkzib olunmaz bir tarixi elmi tədqiqat əsəridır.

- Sözsüz ki, erməni terroru haqqında belə bir kitabın Rusiya paytaxtında çap olunması böyük hadisədir. Rusiya ictimai-siyasi, elmi dairərləri bu kitabın işıq üzü görməsini necə qarşıladılar?

- Onu deyə bilərəm ki, bu kitaba maraq böyükdür. Müəllifə və mənə müraciət edən, "kitabı necə əldə etmək olar?" deyə soruşanlar olduqca çoxdur. Amma aparıcı mətbuat orqanlarının çoxusu ya qorxudan, ya da erməni lobbisinin təsirindən bu haqda yazmağa çəkinir. Bu da təəccüblü bır hadisə deyil.

- "XX əsrdə transmilli ermәni terrorunun tarixi" kitabına erməni diasporu da bir reaksiya göstərdimi? Əgər hələ belə bir reaksiya yoxdursa, bu istiqamtdə nə gözləyirsiniz?

- Rəsmi bir reaksiya yoxdur və olmasını da gözləmirəm. Onlar başa düsürlər ki, mətbuatda rəsmi reaksiya versələr, bizim təbliğatımıza dəstək vermiş olarlar. Oleq Kuznetsova və özümə qarşı isə onlardan hər cür xain addım gözləmək mümkündür.
Qeyri-rəsmi təqyiqlərdən isə kitabı necə əziyyətlə çıxarmağımızdan danışarkən bəhs etdim...

- Kitabın informasiya bazarında hərəkəti, yəni onun yayılması, müxtəlif auditoriyalarda oxunması üçün hansı işlər görülür?

- Hələ hazırlıq işləri gedir. Kitabın çıxması işin yarısıdır. Əsas iş onun lazımi ünvanlara çatmasıdır ki, buna da bütün diaspor təşkilatlarımızın köməyi olmazsa, bizim ücün çox çətin olacaq.

- Belə bir qiymətli nəşrin rusiyalı jurnalistlər, alimlər, tələbələr, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təqdimatını keçirmək olarmı? Yəni belə təşəbbüslər gözlənilirmi? Bu da maliyyə imkanları tələb edirmi?

- Əvvəla onu deyim kı, pulsuz bu işlər olmaz. Ona görə də Fərhad Əhmədov başda olmaqla, bu kitabın nəşr olunmasına imkanı daxilində yardım etmiş bütün azərbaycanlılara sonsuz təşəkkürümü bildirirəm.

Bundan sonrasına gəlincə, azərbaycanlıların Rusiyada kağız üzərində 2 federal və 300-ə yaxın regional təşkilatı var. Hərəsi bir təqdimat keçirsə, 100 illik yalan üzərində qurulmuş erməni təbliğatını darmadağın etmiş olarıq. Buyursunlar...

Saytda Axtarış

ახალი ამბები