Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1072
DünənDünən3048
Bu həftəBu həftə7173
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463772

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ərdoğan Putinə yazdığı məktubda Su-24 təyyarəsinin vurulmasına görə üzr istəyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb.

APA-nın Moskva müxbiri Kremlin rəsmi saytına istinadən xəbər verir ki, məktubda Ərdoğan Rusiyanı Türkiyənin dostu və strateji tərəfdaşı adlandırıb: "Bizim heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq kimi niyyətimiz olmayıb. Biz öz üzərimizə böyük risk götürərək və ciddi səy göstərərək rusiyalı pilotun cəsədini Suriya ərazisindən çıxardıq və onu Türkiyəyə gətirdik. Mən bir daha həlak olan pilotun yaxınlarına başsağlığı verirəm və üzr istəyirəm. Onların acısını bölüşürəm. Rüsiyalı pilotun ailəsini türk ailəsi kimi qəbul edirəm. Ailənin acısını yüngülləşdirmək üçün istənilən təşəbbüsə hazırıq".

Məktubda həmçinin bildirilir ki, Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün əlindən gələni etməyə hazırdır.

İngiltərədən Türkiyəyə montajlı iftira

Türkiyənin AB-yə daxil olmasının qarşısını almaq üçün parlamentdəki davaya xüsusi effektlər verilib.
Türkiyə parlamentində dava
Türkiyə parlamentində dava

İngiltərədən Türkiyəyə çirkin iftira. ANS PRESS-in məlumatına görə, 23 iyunda keçiriləcək referendum öncəsi Avropa Birliyindən ayrılmaq üçün kampaniya aparan "Brexit" (Böyük Britaniyanın AB-dən çıxma hərəkatı) tərəfdarları AB-yə girmə ehtimalı olan Türkiyə barədə mənfi rəy yaratmaq üçün görünməmiş saxtakarlığa imza atıb.

Millət Məclisində yumruq davası düşdü

Onlar Türkiyə parlamentində olan davanın videosuna montajla müdaxilə ediblər. Belə ki, davaya əlavə səs olaraq qadın qışqırıqları və şüşə qırılması səsi əlavə ediblər. "Independent"in məlumatına görə, Türkiyə parlamentində dava deputatların toxunulmazlığının ləğvi məsələsinin müzakirəsi zamanı olub. Bu videodan istifadə etməklə ingilislər seçiciləri qorxutmağa çalışıblar. 

Qışqırıq səsi videonun orijinal versiyasında yoxdur. Bu səsin "YouTube"da ən çox istifadə edilən effekt olduğu bəlli olub. Belə ki, "scream 6: woman medium perspective panicked shrieks of fear" yazmaqla onu əldə etmək olar. 

Bir müddət öncə türk deputatların toxunulmazlıqlarının ləğvi məsələsinin müzakirəsi zamanı Türkiyə Böyük Millət Məclisində dava baş verib. Bu dava hakim AKP və HDP-li deputatlar arasında olub. 

Ermənilər Gürcüstanı necə “fəth” edib? – Biznesləri, təşkilatları, mediası...

Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalı, ermənilərin Türkiyəyə qarşı uydurma “soyqırım” iddiaları dünya erməni lobbisi ilə informasiya savaşına daima hazır olmamızı tələb edir. Ermənilərin bu sahədə yüz ildən artıq təcrübəsi var. Biz isə bu istiqamətdə zəruri təşkilatlanmanı son 20 ildə həyata keçirməyə başlamışıq.

Son illərdə dünyanın istənilən bölgəsində ölkəmizin tanıdılması üçün tələb olunan infrastrukturun yaradılması yönündə Azərbaycan dövlətinin dəstəyi ilə Azərbaycan dərnəkləri tərəfindən uğurlu addımlar atılır. Lakin maraqlıdır ki, Avropada, Amerikada ciddi addımlar atdığımız bir vaxtda qonşu Gürcüstan diqqətdən kənarda qalıb. Uzun illər hesab etmişik ki, biz ağır vaxtlarda Gürcüstan əhalisini təbii qazla təmin etdiyimizə, Azərbaycan neft və təbii qazının ərazisindən nəql edilməsindən tranzit gəlirlər qazandığına, Gürcüstanın sosial-iqtisadi infrastrukturunun inkişafına maliyyə yardımı göstərdiyimizə görə bu ölkə töhfəmizi unutmayacaq. 



Əslində, Mixail Saakaşvilinin hakimiyyəti dövründə bu mövqe özünü tam doğruldurdu. Lakin Gürcüstanda 2012-ci il parlament seçkilərindən sonra məlum oldu ki, uzun illər göstərdiyimiz dəstək bu ölkənin Azərbaycana sabit, uzunmüddətli strateji tərəfdaşlığını təmin etmək üçün kifayət deyil. Nəzərə alsaq ki, 2012-ci ildən etibarən Gürcüstan parlament respublikası modelinə keçib, bu isə hər 4 ildən bir hökumət dəyişikliyi deməkdir, bu səbəbdən də Gürcüstanda Azərbaycanın daha çox şaxəli fəaliyyətinə ehtiyac vardır. Bu ehtiyacı zəruri edən başlaca amillər isə - bu ölkədə böyük Azərbaycan türkləri toplumunun yaşaması, Gürcüstanın həm ölkəmizlə və həm də Ermənistanla həmsərhəd olması, burada güclü, təşkilatlanmış, erməni lobbisinin mövcudluğudur.

Bu səbəblərdən də, Gürcüstanda çoxşaxəli fəaliyyət mexanizmi qurmalı, Azərbaycanın bölgədəki maraqlarının təmin edilməsinə, ölkələrimiz arasında strateji əməkdaşlığın dərinləşməsinə, burada yaşayan Azərbaycan türklərinin maraqlarının təmin ediməsinə, onların sosial-iqtisadi ehtiyaclarının ödənilməsinə və Gürcüstan cəmiyyətinə inteqrasiyasına dəstək verilməlidir.

Təəssüf ki, bu günədək Gürcüstanda ciddi bir fəaliyyət ortaya qoya bilməmişik. Bu boşluqlardan isə ermənilər məharətlə istifadə edirlər.

Gürcüstanda 2014-ci ildə keçirilən son əhalinin siyahıya alınmasının nəticələrinə görə, bu ölkədəki erməni toplumunun sayı rəsmən Azərbaycan türklərinin sayından az göstərilsə də (168,1 min (əhalinin 4,5%) erməni millətinin nümayəndələrinə qarşı 233,1 min (6,3%) Azərbaycan türkü), gürcü soyadları qəbul etmiş ermənilərin də sayını nəzərə alsaq, əslində, ermənilərin sayı daha çoxdur. Digər tərəfdən də, Gürcüstanda yaşayan Azərbaycan türklərindən fərli olaraq, ermənilər bu ölkənin dövlət dilini ana dili səviyyəsində öyrənmələri hesabına Gürcüstanın ictimai-siyası həyatında fəal rol oynayırlar.

Gürcü soyadını qəbul etmiş ermənilər bu ölkənin dövlət və hökumət qurumlarında ciddi mövqelərə malikdirlər.



Ermənilər eyni zamanda Gürcüstan iqtsadiyyatının qeyri-enerji sektorlarının bütün sahələrində uğurlu biznes strukturları qurmağa nail olublar. Məsələn, işgüzar kişi geyimləri almaq istəyən müştəri aparıcı Avropa brendlərinin Gürcüstanda rəsmi distribyuturu ermənilərə məxsus “Monte Napoleone” şirkətinə üz tutmalı olur. Zinət əşyaları sahəsində erməni kapitallı “Chronograph” mağazası liderlik edir. Məişət texnikası sahəsinin lider qurumlarından biri Ermənistanlı iş adamı Ara Abramyana məxsus “ARAY Tomorrow” mağazalar şəbəkəsidir. Haradasa 6 il əvvəl Ermənistan investisiyası ilə qurulmuş “Ağ papaq” (Белая Шапка) istilikxana təsərrüfatı bu gün Gürcüstan bazarının təzə göbələyə olan tələbatının 60%-ni ödəyir. Plastik butulkalar üçün preform istehsalçısı “Hytex Plastic” Gürcüstan bazarının plastik butulka preformlarına olan ehtiyacının 70%-ni ödəyirdi. Bu siyahını xeyli artırmaq olar.
Gürcüstanda erməni təsirinin, erməni yatırımlarının artmasında təbii ki, ermənilərin burada fəaliyyət göstərən müxtəlif cəmiyyətlərinin, təşkilatlarının rolu danılmazdır. Gürcüstanda bu gün üçün ümumilikdə 50-yə yaxın erməni təşkilatı və ya ermənilərlə əməkdaşlığa yönələn təşkilatlar fəaliyyət göstərir. Ən fəalları isə bunlardır:

Erməni Apostol Kilsəsinin Gürcüstan Eparxiyası;
Erməni Apostol Kilsəsinin Gürcüstan Eparxiyası yanında “Ayartun” mədəniyyət və maarifləndirmə Mərkəzi;
Tiflis Erməni Teatrı;
“Vrastan” qəzeti;
Axaltsixe Gənclər Mərkəzi;
Tiflis Erməniləri Assambleyası;
Gürcüstan Ermənilərinin Milli Konqresi;
Erməni-Gürcü iş adamları Birliyi;
Gürcüstan Erməniləri İttifaqı;
Tiflis Erməniləri İttifaqı;
Gürcüstan Erməniləri İcması;
Acara Erməniləri İcması;
Samtsxe-Cavaxk Erməni İctimai Təşkilatları Şurası.

Bu təşkilatların hər biri ayrı-ayrılıqda və ya birlikdə zaman-zaman türklər əleyhinə keçirdikləri müxtəlif tədbirlər (“Genosid”i anma günü, Şuşanın alınmasının bayram edilməsi və digərləri) bizlərdən operativ reaksiya verməyi tələb edir. Düzdür, Azərbaycan səfirliyi, Gürcüstan parlamentinin Azərbaycanlı deputatları belə hadisələr vaxtı bəyanatla çıxış edirlər. Lakin, bu reaksiyaların daha geniş əhatəli və çoxsaylı ünvanlardan gəlməsi onların təsir effektini də artırmış olardı.



Media sahəsinə gəldikdə isə, Gürcüstanda özünü lokal erməni mediası qismində təqdim edən resurslar elə də çox deyil. Bu sırada əsas yeri erməni ictimai birliklərinin media orqanları və internet resursları tutur. Bu media resursları adi vaxtlarda yalnız “erməni mədəniyyətinin” təbliği ilə məşğul olsalar da, ehtiyac yarandıqda onlardan məharətlə siyasi alət kimi istifadə edilir. Məsələn, Cavaheti İnformasiya Mərkəzinə məxsushttp://jnews.ge/internet resursu bu ilin aprel ayının əvvəllərində Azərbaycan ordusunun uğurlu əməliyyatlar keçirdiyi günlərdə bölgə ermənilərinin Qarabağ ermənilərinə dəstəyini bildirən bəyanat yerləşdirdi.

Gürcüstan erməniləri öz təbliğatlarında başlıca olaraq, özlərinin qurmuş olduqları, amma gürcü mediası kimi mövqeləşdirilmiş jurnallar, qəzetlər, saytlardan istifadə edirlər. İkinci istiqamət isə, Gürcü media qurumlarında çalışan erməni əsilli jurnalistlərdən bəhrələnməkdir. Bu qisim içində gürcü soyadına keçmiş, üzdə gürcüləşmiş, əslində erməniliyini qoruyub saxlayan jurnalistlər çoxluq təşkil edir. Adi vaxtlarda onlar redaksiyaların tapşırığı ilə hətta tələb olunarsa Azərbaycan nümayəndələri ilə materiallar hazırlamağa həvəslə gedirlər. Lakin, ehtiyac yarandıqda onlar özlərinin erməni missiyasını canla-başla yerinə yetirirlər.



Məsələn, “Gürcü arzusu” koalisiyasının rəhbəri Bidzina İvanişvili 2012-ci il parlament seçkiləri ərəfəsində və hətta hakimiyyətə gəldikdən sonrakı ilk aylarda Azərbaycandan alınan təbii qazın baha olmasını dilə gətirir, bu məsələni Azərbaycan tərəfinin qarşısında qldıracağına söz verirdi. Həmçinin Bakı-Tiflis-Qars Dəmir Yolu xəttinin də Gürcüstanın maraqlarına cavab vermədiyini söyləyirdi (o zaman İvanişvili hesab edirdi ki, bu xətt istifadəyə verildikdən sonra, Gürcüstan dəmir yolu vasitəsilə Azərbaycandan və digər Xəzəryanı ölkələrdən ixrac edilən neft məhz BTQ Dəmiryolu xətti ilə daşınacaq, beləliklə də Gürcüstan limanlarının dövriyyəsi azalacaqdır). Həmin dövrdə bu mövzular məhz ermənilərin nəzarətində olan media vasitələrində və ya erməni jurnalistlərinin aparıcı mövqelərdə olduqları gürcü mediasında (telekanallarda, qəzetlərdə və internet saytlarında) aktiv şəkildə müzakirəyə çıxarılır, beləliklə də Azərbaycan əleyhinə olan bu mövzuların mümkün qədər uzun müddətə aktuallığının saxlanılmasına çalışılırdı.

Qeyd edək ki, Gürcüstan media sektorunda Azərbaycana loyal olan, yeri gəldikdə Azərbaycanın haqlı mövqeyinin işıqlandırılmasına yardım edən yeganə media qurumu Saakaşvilinin partiyasına bağlı olan “Rustavi 2” telekanalıdır. Lakin bu kanalın mövqeyinin dəyişməyəcəyinə heç bir təminat yoxdur. Belə ki, Gürcüstan birinci instansiya məhkəməsi artıq bu kanalın keçmiş sahiblərinin iddialarının təmin edilməsi haqqında qərar çıxarmış, həmin qərara əsasən, “Rustavi 2” TV-kanalı keçmiş (Bidzina İvanişviliyə yaxınlığı şübhə doğurmayan şəxslərə) sahiblərinə qaytarılmalıdır. Bu günlərdə Gürcüstan Apelyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. 



Bu TV-kanalı sahibini dəyişdikdən sonra Azərbaycana loyal münasibətini saxlayacağına isə heç bir təminat yoxdur.

Bütün yuxarıda söylənilənləri nəzərə alaraq, Gürcüstanda ermənilərin antiazərbaycan fəaliyyətini neytrallaşdırmağa yönələn, bu ölkədəki Azərbaycan türklərinin gürcü ictimai həyatına inteqrasiyasına kömək edə biləcək və Azərbaycanın ölkə xaricində təbliğatına töhfə verə biləcək media resurslarının (imkan olarsa, hətta media infrastrukturunun) qurulması faydalı ola bilər.

İlham Əliyevdən Almaniyada türklərə böyük jest

Prezident “erməni soyqırımı”nı tanıdıqıqları üçün Bundestaq üzvləri ilə görüşü ləğv edib.
İlham Əliyev və Angela Merkel. Arxiv
İlham Əliyev və Angela Merkel. Arxiv

“Almaniya Bundestaqında  “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edildiyi üçün Azərbaycan prezidenti İlham Əliyev  Bundestaq üzvüləri ilə  görüşlər  keçirməyib”. ANS PRESS-in məlumatına görə, bu sözləri Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri Xəlil Akınçı deyib.

O bildirib ki, İlham Əliyev qətnamənin qəbuluna etiraz olaraq bu addımı atıb. “Prezident həmçinin Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərdən imtina edib”.

Akınçı bu görüşlərin protokolda nəzərdə tutulduğunu deyib.

“İlham Əliyev çıxışları zamanı Azərbaycan və Türkiyənin strateji müttəfiq olmaqla yanaşı, iki qardaş ölkə olmasını və Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu vurğulayır. Prezident Almaniya Bundestaqındakı görüşləri ləğv edərək, dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib. Digər tərəfdən, cənab Əliyevin bu addımı yaxın tarixdə törədilmiş və şahidlərinin hələ də həyatda olduğu Xocalı soyqırımına səssiz qalan Qərbin ikili standartına cavabdır”, - deyə Xəlil Akınçı bildirib.

Xəlil Akınçı -Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri
Xəlil Akınçı -Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri

Prezident İlham Əliyev Almaniyaya mayın 7-də səfər edib. O, səfər çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşüb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli münasibətlər müzakirə olunub.

Angela Merkel “erməni soyqırımı” ilə bağlı çıxışı zamanı bildirib ki, Türkiyə tərəfinin 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin soyqırımı haqda qətnamənin qəbul edilməsinə səs verən Bundestaq deputatlarına qarşı səsləndirdiyi ittihamlar anlaşılmazdır. 

Azərbaycan viza rüsumlarını 50 dollardan 20 dollara endirir, bir sıra tələblər ləğv edilir

Azərbaycana birdəfəlik giriş üçün tələb olunan vizalara görə ödənilən dövlət rüsumu endirilir, bununla bağlı bir sıra tələblər ləğv edilərək qaydalarda dəyişikliklər edilir.

Milli Məclisdən   verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı “Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təklif edilir.

Qanunun 16.1.6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən “birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün” nəzərdə tutulan 50 ABŞ dolları dövlət rüsumu 20 ABŞ dollarına endirilir. Eyni zamanda maddəyə “tranzit vizalarının rəsmiləşdirilməsi üçün” ifadəsi də əlavə edilərək bunun üçün də 20 ABŞ dolları dövlət rüsumu müəyyənləşdirilir.

Bununla əlaqədar olaraq qanunun 16.1.8 (Turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar), 16.1.9 (tranzit vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar), 16.1.9.1 (birdəfəlik tranzit vizası 40 dollar) və 16.1.9.2 (ikidəfəlik tranzit vizası 40 dollar) maddələri ləğv edilir.

Burada göstərilən tələblər maddə 16.1.6-nın yeni tələblərində cəmləşdirilir.

Maddəyə əlavə edilən “Qeyd” hissəsində isə izah edilir ki, “Dəyişikliklərin məqsədi Azərbaycan respublikasına əcnəbilərin turizm məqsədi üçün gəlməsini asanlaşdırmaq, ölkəmizin ərazisini tranzit daşımaları üçün əlverişli etmək və xarici ölkə vətəndaşlarının tranzit nöqtəsi kimi seçməkdə marağını gücləndirməkdir”.

Layihə Milli Məclisin xüsusi növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Prezident “cəhənnəmi görmüş pilot”u mükafatlandırdı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsi təltif edib.

Qafqazinfo” xəbər verir ki, həmin şəxslər arasında ermənilərin törətdiyi Xocalı qətliamının ilk şahidi, ukraynalı pilot Kravets Leonid Markoviç də var. Prezident Markoviçin xidmətlərini “Tərəqqi” medalı ilə dəyərləndirib.

Xatırladaq ki, Kraveç Leonid Markoviç Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan pilotdur. O, Gəncədə hərbi xidmətdə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.

Qeyd edək ki, Leonid Markoviç və xanımı Alla Kravets bu ilin fevralı-Xocalı soyqırımının 24-cü ili münasibətilə Bakıya gəlmiş, şəhidlərin məzarını ziyarət etmişdi.

Markoviç səfəri çərçivəsində “Cəhənnəmi görmüş pilot” sənədli filminin təqdimatında da iştirak edib. Film Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb.

Prezident həmçinin, Markoviçin Azərbaycana səfərini təşkil edən, sözügedən filmi lentə alan diaspora rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Cavadov Hikmət Əlövsət oğlunu da təltif edərək “Tərəqqi” medalı verib.

“Erməni soyqırımı”nı tanıyan ölkələr - SİYAHI

Almaniya parlamenti bu gün tarixdə heç vaxt baş verməyən "erməni soyqırımı"na dair qətnamə layihəsi qəbul etdi. Bununla da ermənilərin saxta iddialarına inanan ölkələrin sayı artaraq 25-ə çatıb.

Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirirək, ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndiyədək bir sıra ölkələrin parlamentlərində deputatlar əl qaldırıb-endirməklə sözdə "soyqırımı"nın guya, 1915-ci ildə törədildiyi barədə sənədlər qəbul ediblər.

Erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri "erməni soyqırımı" ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar.
15 aprel 2015-ci il tarixində Avropa Parlamenti də belə bir xain qərar qəbul etmişdi.

Modern.az saytı qondarma "erməni soyqırımı"nı tanıyan ölkələrin siyahısını təqdim edir.

Uruquay parlamenti – 1965-ci ildə "erməni soyqırımı" iddialarını qəbul edən ilk ölkə kimi tarixə düşüb.

Rusiya Duması – 1995-ci il aprelin 14-də "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.

Kipr parlamenti - 1982-ci ildə "erməni soyqrımı"nı rəsmən tanıyıb.

Amerika Birləşmiş Ştatları – Federal səviyyədə "soyqırımı" tanımasa da, ölkənin 44 ştatı "erməni soyqırımı"nı tanıyıb. Əsasız "soyqırımı" tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin…

Argentina – Bu ölkədə analoji qərar 1985-ci ildə qəbul edilib.

Kanada – 1996-cı il aprelin 23-də "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul olunub.

Livan – Bu ərəb ölkəsi 1997-ci il aprelin 4-də "erməni soyqırımı"nı tanıyıb

Belçika – 1998-ci ildə ilin martında analoji qərar qəbul edib

Vatikan - 2000-ci ildə 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyıb.

Fransa – 1998-ci ildə "erməni soyqırımı"nı tanıyıb.

İsveçrə - "soyqırımı" iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya – 2004-cü ildə yerli parlament "erməni soyqırımı"nı tanıyıb.

Yunanıstan - 1996-cı ildə aprelin 25-də analoji qərar qəbul edib.

İsveç – 2000-ci il martın 29-da ölkə parlamenti "erməni soyqırımı"nı tanıyıb

Polşa – 2005-ci ildə qəbul edib.

Venesuela – 2005-ci ildə analoji qərar verib.

Litva – 2005-ci ilin dekabrında bu barədə qətnamə qəbul edib

Çili – 2007-ci ilin iyununda "erməmni soyqrımımı"nı tanıyıb.

Hollandiya – 2004-cü ildə ölkə parlamenti bu "faktı" rəsmən tanıyıb.

Avropa Şurası – 1987-ci il iyunun 18-də "erməni soyqırımı"nı tanıyıb.

Avropa Parlamenti – Bu qurum da 1987-ci ildə "soyqırımı"nı tanıyıb.

Lüksemburq, Paraqvay, Boliviya 2015-ci ildə "erməni soyqırımı"nı tanıyıb.

Almaniya – 2016-cı il iyunun 2-də saxta iddianı "soyqırımı olaraq tanıyıb.

Gerçək tarix nə deyir?

Tarxi gerçəklik bunu deyir ki, "erməni soyqırımı" deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kimi istifadə edilib. Gerçəklik həm də onu göstərir ki, Ermənistan heç bir zaman "erməni soyqırımı" iddiasından imtina etməyəcək.

1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verib. Aprelin 26-da da Baş komandanlığın əmri çıxıb. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edilib. 1915-ci il mayın 27-də "Söbh və isqan haqqında" Qanun qəbul edilib. Türkiyədə dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülüblər. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilib. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürülüblər.

1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni Türkiyə daxilində bir yerdən başqa yerə köçürülüb və onlar müharibə aparmasına baxmayaraq, Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunublar. O zaman Türkiyə hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləyib. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin "ermənilərin öldürülməsi" ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür.

Jurnalist siyasətçini canlı yayımda döydü - VİDEO

Ukraynada canlı yayım zamanı jurnalist siyasətçini döyüb.

Mayın 26-da "Zvezda" telekanalında yayımlanan "Proses" proqramında ukraynalı teleaparıcı və "Ukrayna Xilas Komitəsi"nin İnformasiya Departamentinin rəhbəri Yuri Kot politoloq Vyaçeslav Kovtuna bir neçə sillə vurub.

Buna səbəb V.Kovtunun onun oğlunun ünvanına işlətdiyi xoşagəlməz ifadələr olub. Kot Ukraynada yaşayan 17 yaşlı oğlu barədə danışarkən bildirib ki, onun övladı radikal baxışlı deyil. Buna cavab olaraq Kovtun "Onun hələ necə oğul olduğunu yoxlamaq lazımdır" deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Saakaşvili özündən çıxdı: Başlarını itiriblər - VİDEO

"Bu cür hətta Şimali Koreyanın Baş prokurorluğu işləmir".

Ukraynanın Odessa vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları Mixail Saakaşvilinin müşaviri Teymuraz Nişnianidzenin kabinetində və "Odessa naminə" fondda axtarış aparıblar.

"Dalğa TV" Ukrayna KİV-ə istinadən xəbər verir ki, axtarışlar bir neçə cinayət maddəsi üzrə həyata keçirilib.

Saakaşvili hadisədən sonra keçirdiyi mətbuat konfransında prokurorluğun bu addımını kəskin tənqid edib.

"Başlarını itiriblər. Bu cür hətta Viktor Pşonka (Ukraynanın 2010-2014-cü illərdə Baş prokuroru) və Şimali Koreyanın Baş prokurorluğu işləməyib", - quberbator Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarının işini şərh edib.

12 yaşlı amerikalı iki universitetə qəbul oldu

4 yaşında o artıq yüksək intellektli insanlar təşkilatının üzvü idi.

Tanişk Abraham (Tanishq Abraham) 12 yaşında olmasına baxmayaraq, Kaliforniyanın iki universitetinə qəbul olub.

"Dalğa TV" bu barədə America.Ru-ya istinadən xəbər verir.

Sakramentonun gənc sakini 10 yaşında məktəbi bitirib, keçən il yerli kolecdə üç kiçik mütəxəssis dərəcəsi alıb.

Kaliforniyanın Devis və Santa-Krus universitetləri onu tələbə qismində dəvət ediblər. O, hələlik hansı universitetdə təhsil alacağını qərar verməyib.

"Hər birinin öz üstünlüyü var", - vunderkind deyib.

Universitetlərdən biri onun evindən 20 dəqiqəlik məsafədə yerləşir, digəri isə ona yalnız bir neçə tələbənin mükafatlandırıldığı prestijli təqaüd verir.

Bu, necə olub? Valideynləri onun informasiyanı tez qavradığını və artıq 4 yaşında Mens – yüksək intellektli insanlar təşkilatının üzvü olduğunu bildiriblər.

"CBS Sacramento"ya verdiyi müsahibəsində o, tələbələrin kollektivində seçiləcəyindən qorxmadığını bildirib.

"Kollecdəki təcrübəmdən onları əvvəlcə narahat etdirdiyimi gördüm. Amma daha sonra onlar mənə alışdılar. Biz sadəcə dost olduq", - gənc tələbə deyib.

Türkiyədə nazirin biznesmen qohumu öldürülüb

Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıçın əmisi oğlu, iş adamı Fatih Mehmet Kılıç öldürülüb.

"Dalğa TV"nin "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, iş adamının meyiti İstanbuldakı meşəlik ərazidə aşkarlanıb. Hadisə yerinə gələn polisin araşdırmaları əsasında F. M. Kılıçın odlu silahdan açılan atəşlə boyun nahiyəsindən vurularaq öldürüldüyü məlum olub.

Məlumatda bildirilir ki, o, 700 min lirəyə obyekt satın almaq üçün iş görüşünə gedib. Ərazidə olan kamera görüntülərindən onun görüşdüyü Mətin Ü. adlı şəxs saxlanılıb, hadisənin digər iştirakçısı Salim Ö.-nün tutulması istiqamətində əməliyyat davam edir.

Mətin Ü. polisə verdiyi ifadəsində bildirib ki, onlar görüşdükdən sonra avtomobilə oturublar.

Avtomobilin qabaq oturacağında oturmuş M. F. Kılıça Salim Ö. arxadan atəş açıb. Mətin Ü. Salim Ö. ilə birlikdə meyiti meşəlik əraziyə atıblar.

Məlumatda o bildirilir ki, M. F. Kılıç Salim Ö.-dən av almaq üçün görüşə gəlib.

Ermənilər səhvən öz pilotsuz uçan aparatlarını vurublar

Bu gün saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Qeyd edək ki, bu son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.

Saytda Axtarış

ახალი ამბები