Dalga Televiziyasi Ərdoğan Putinə yazdığı məktubda Su-24 təyyarəsinin vurulmasına görə üzr istəyib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3441
DünənDünən3762
Bu həftəBu həftə15686
Bu ayBu ay89923
Bu günə qədərBu günə qədər9232401

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ərdoğan Putinə yazdığı məktubda Su-24 təyyarəsinin vurulmasına görə üzr istəyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb.

APA-nın Moskva müxbiri Kremlin rəsmi saytına istinadən xəbər verir ki, məktubda Ərdoğan Rusiyanı Türkiyənin dostu və strateji tərəfdaşı adlandırıb: "Bizim heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq kimi niyyətimiz olmayıb. Biz öz üzərimizə böyük risk götürərək və ciddi səy göstərərək rusiyalı pilotun cəsədini Suriya ərazisindən çıxardıq və onu Türkiyəyə gətirdik. Mən bir daha həlak olan pilotun yaxınlarına başsağlığı verirəm və üzr istəyirəm. Onların acısını bölüşürəm. Rüsiyalı pilotun ailəsini türk ailəsi kimi qəbul edirəm. Ailənin acısını yüngülləşdirmək üçün istənilən təşəbbüsə hazırıq".

Məktubda həmçinin bildirilir ki, Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün əlindən gələni etməyə hazırdır.

Saytda Axtarış

ახალი ამბები