Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1135
DünənDünən3048
Bu həftəBu həftə7236
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463835

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə qafqazşünas alimlərin qatıldığı IV Beynəlxalq Qafqaz Konqresinin açılışı olub

Bu gün İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində qafqazşünas alimlərin qatıldığı IV Beynəlxalq Qafqaz Konqresinin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konqresdə TDU rektoru Georgi Şarvaşidze, TDU nəzdində fəaliyyət göstərən Qafqazşünaslıq İnstitutunun direktoru Tsira Baramidze, parlamentin diaspora məsələləri üzrə komitəsinin sədri Zviad Kvaçantiradze, Bakı Dövlət Universitetinin baş elmi işçisi, Azərbaycan-Udin Mədəni cəmiyyətinin rəhbəri Robert Mobili, Dağıstandan gələn alimlər və beynəlxalq ekspertlər iştirak ediblər.

T. Baramidze Qafqaz xalqlarının Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yaşadığını, onların dillərinin inkişafının təhlükədə olduğunu bildirib. G. Şarvaşidze isə UNESCO-nun gürcü əlifbasının dünya dilləri qrupuna mədəni irs kimi daxil edilməsi barədə qərar verdiyini bildirib.

T. Baramidze APA-ya açıqlamasında konqresin banerində Azərbaycan adının, xüsusilə Alban mədəniyyəti və dili ilə bağlı məlumatların yer aldığını bildirib: “Bizim üçün Azərbaycan çox vacib bir ölkədir. Azərbaycanda olan nəsillərin varisinin tarixini öyrənməliyik”.

R. Mobili isə tədbirdə “Azərbaycanda multikulturalizm Udin modeli çərçivəsində” adlı mövzu ilə çıxış edəcəyini bildirib: “Çıxışımla Azərbaycan həqiqətlərini dünyaya çatdıracağam və bildirəcəyəm ki, bu ölkədə xalqlar və etnoslar özlərinin multikultural dəyərlərini qoruyub saxlayır”.

Ərdoğan: “Türkiyə bir Avropa ölkəsidir, günü sabah Avropa İttifaqına qoşulmağa hazırıq”

“Türkiyəni Qərb dövləti kimi xarakterizə etmək doğrudur, amma tam deyil. Türkiyəni Şərq ölkəsi adlandırmaq doğrudur, amma yenə tam deyil. Qara dəniz, Aralıq dənizi ölkəsi da deyilə bilər, lakin bu da bizi tam ifadə etmir. Avropa öz dəyərlərinə zidd gedərək bizi istədiyi qədər kənara atmağa çalışa bilər, amma nə qədər əksini söyləyirsə söyləsin, Türkiyə bir Avropa ölkəsidir”.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə 650 ildir Avropada öz mədəniyyəti ilə yer alır və yer almağa davam edəcək: “Bizi Avropadan kənarlaşdırmağa Avropa ölkələrinin gücü yetməz. Biz Avropada qonaq yox, ev sahibiyik. Avropa ölkələri ilə son vaxtlar yaşadığımız problemlər gündəlik siyasi mübahisələrdir. Avropa İttifaqı ikili standartdan vaz keçərsə, bu quruma elə günü sabah üzv olmağa hazırıq. Amma birtərəfli addım atmaq dövrü bitib. Aİ söz verib yerinə yetirmədiyi addımları atarsa, bizdə təbii ki, niyyətimizi göstərəcəyik. Bizə nə versəniz, əvəzini alacaqsınız, amma Avropanın dalınca qaçmağa səbrimiz, taqətimiz qalmayıb”.

R. T. Ərdoğan Qərblə münasibətləri Şərqə alternativ kimi və əksinə, Şərqlə münasibətləri Qərbə alternativ kimi görmədiklərini söyləyib: “Bunlar bir-birini tamamlayan münasibətlərdir”.

Türkiyə prezidenti Suriya ərazisində həyata keçirilən “Fərat qalxanı” əməliyyatının hər hansı ölkəyə və ya şəxsə qarşı yox, terror təşkilatlarına qarşı yönəldiyini vurğulayıb: “Dəfələrlə bunu dilə gətirmişik. Kimsə söylədiklərimizi başqa yerlərə çəkməsin. Türkiyə təkbaşına bu mübarizəni aparacaq. Qərb ölkələrinin dəstəyi bir yana, ciddi əngəlləri ilə qarşılaşırıq. Siz bizim Çanaqqala dastanımızı oxudunuzmu? Xaç yürüşləri tarixdə qalıb, bəlkə buna dönüş etmək istəyirsiniz? Əgər belə bir düşüncəniz varsa, bu, çox yanlışdır. Biz bir NATO ölkəsiyik. Yanlış yoldasınız, özünüzü çox ciddi şəkildə test edin və doğru yola gəlin”.

Tramp Azərbaycanda nə qədər pul qazanıb? - ABŞ KİV-i açıqladı

Amerika KİV-i 2014-cü ilin yanvarından 2016-cı ilin mayına qədər olan dövrdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Azərbaycanda nə qədər pul qazandığını açıqlayıb. Məlum olub ki, Tramp özü yalnız "Trump" adından istifadə üçün 2,8 milyon dollardan çox pul alıb.

Söhbət Azərbaycandakı təmtəraqlı Trump International Hotel & Tower Baku mehmanxanasından gedir.

"Qafqazinfo" xəbər verir ki, virtualaz.org bir müddət öncə Amerika KİV-nə istinadən Azərbaycanda Donald Trampla əlaqəli ən azı beş obyektin olduğu barədə yazmışdı. Bu arada qeyd edək ki, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün Trampın ABŞ-ın Hökumət Etikası üzrə İdarəsinə göndərdiyi hesabatların yalnız birində Bakının adı 21 dəfə xatırlanır (Yeri gəlmişkən, orada Yerevan və ya Ermənistanın adı çəkilmir)!

Amerika nəşri ProPublica-nın yazdığı kimi, bütün bunlar əxlaq üzrə hüquqşünasların və ekspertlərin diqqətini çəkib. Çoxları hesab edirlər ki, hüquqi nöqteyi-nəzərdən Trampın xarici lisenziya razılaşmaları ABŞ Konstitusiyasını - hansının ki müddəaları prezidenti istənilən pul mükafatının, vəzifənin və ya titulun qəbulundan çəkindirir,- poza bilər. Konstitusiyanın pozulması isə impiçmentə gətirib çıxara bilər.

Ancaq bir "əmma" var. "Biz Trampın müddəaları pozduğunu necə biləcəyik?”-deyə ProPublica nəşri sual edir. Və özü də cavab verir: “Heç cür. Hər şeydən əvvəl informasiyanın açılması üzrə prezidentlərə qoyulan məhdudiyyət tələbinə görə”.

Bundan başqa Tramp, ABŞ-ın Hökumət Etikası üzrə İdarəsinin tələblərinə uyğun olaraq, 2018-ci ilin mayına qədər öz aktivləri, gəlirlər, hədiyyələr və qiymətli kağızların portfelləri üzrə illik kompleks hesabatı hazırlamaya bilər.

Trampın prezidentliyinə təhlükə: üç kritik ştatda səslər yenidən sayılır

alt

ABŞ-da keçirilən prezident seçkilərinin dünyanı şoka salan nəticələri ətrafında səs-küy səngiməmiş proseslər gözlənilməz istiqamətdə dəyişir.

Milyarder Donald Trampın öz komandasını formalaşdırıb başa çatdırmaq üzrə olduğu bir vaxtda gözlənilmədən seçkilərin üçüncü iştirakçısı, Yaşıllar partiyasının namizədi Cill Stayn noyabrın 25-də kritik ştatda-Viskinsonda səslərin yenidən sayılması üçün ərizə verib

Qeyd edək ki, ABŞ-da prezidentlik uğrunda mübarizə ənənəvi olaraq iki partiyanın-respublikaçıların və demokratların namizədləri arasında gedir. Çünki onlar ABŞ siyasi sisteminin iki əsas oyunçusudur və bu ölkədə çoxsaylı başqa siyasi partiyalar qeydiyyatda olsa da heç biri ümumölkə miqyasında ciddi populyarlığa malik deyil. Demokratların siyasi platformasına yaxın olan Yaşıllar partiyası da belədir və bu partiyanın namizədi hər dəfə prezident seçkilərində öz namizədini irəli sürür. Və bir qayda olaraq 1-2 faizdən çox səs toplaya bilmir. Lakin indi istisna deyil ki, Yaşıllar partiyasının seçki dövründə heç kimin yadına düşməyən namizədi səsvermənin dünyanı heyrətə salan nəticələrinin ləğvinə səbəb ola bilər.

Məsələ burasındadır ki, Viskinson ştatında Donald Tramp 0.7 faizlik cüzi səs üstünlüyü ilə Hillari Klintona qalib gəlib. Bu ştatda bülletenlərin əllə sayıldığı məntəqələrdə Hillari Klinton qalib gəlib. Səslərin elektron sayıldığı məntəqələrdə isə Tramp udub. İndi Cill Staynın müraciəti əsasında həmin məntəqələrdə bülletenlərin əllə sayılması prosesi başlayacaq. O, Viskinsonla yanaşı Miçiqan və Pensilvaniyada da “statistik anomaliyalarla bağlı” səslərin yenidən sayılmasını tələb edəcəyini bildirib. Əgər bu üç ştatda səslərin yenidən sayılması nəticəsində nəticələr ləğv olunarsa Trampın qələbəsi əlindən alınacaq və prezident Hillari Klinton olacaq.

"Türk səddi" inşa edilir: Dünyada 3-cü olacaq

Türkiyə tərəfi Suriyada vətəndaş müharibəsi və son dövrlərdəki terror hücumları ilə bağlı sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir.

 
911 kilometrlik Suriya sərhədində beton bloklardan ibarət divar hörülür. Sərhəd tikintisi Hataydan başlayaraq Şırnaq xəttinə qədər 14 ayrı bölgədə davam etdirilir.
 
Artıq Kobani istiqamətində tikinti başa çatdırılıb. Divarın eni 2 metr, hündürlüyü 3 metrdir.
 
Qeyd edək ki, tikinti başa çatdıqdan sonra bu sərhəd xətti dünyada 3-cü ən böyük sədd olacaq.

Rusiyadan Trampa ilk sərt reaksiya: "Vicdanına qalıb"

Donald Trampın Kuba lideri Fidel Kastronun arxasınca danışması onun vicdanına qalıb.

 
Bu sözləri Rusiya XİN-in Latın Amerika üzrə departamentinin direktoru Aleksandr Şetinin bildirib:
 
"Müxtəlif təzahürlərə və arzulara gəlincə kiminsə arxasınca danışmaq və dünyasını dəyişmiş insan barəsində üzsüz bir tərzdə fikir bildirməyi mən o insanın vicdanına buraxıram".
 
Qeyd edək ki, Tramp sosial şəbəkədə paylaşımında Fidel Kastronu lağa qoyub.

Fidel Kastro vəfat etdi

Kuba lideri Fidel Kastronun cənazəsi vəsiyyətinə uyğun olaraq yandırılacaq. 

AzNews.az xəbər verir ki, bu barədə Fidel Katronun qardaşı Raul Kastro bəyan edib. 

Kuba Lideri ilə vida mərasimin necə və harda keçirilməsibarədə yaxın saatlarda məlumat veriləcək.

Fidel Kastro 2006 cı ildə səhhətinin pisləşməsi ilə əlaqədar hakimiyyəti qardaşı Raul Kastroya təhvil vermişdi.

***
09:25

Kuba inqilabçısı Fidel Kastro 90 yaşında vəfat edib. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə onun qardaşı, Kuba lideri Raul Kastro məlumat verib. 

Fidel Kastro 1926-ci ildə Kubada anadan olub. O, 1959-2008-ci illərdə Kuba lideri olub. 

09:48
***


Kuba lideri Fidel Kastro dekabrın 4-də dəfn ediləcək.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 90 yaşında vəfat edən Fidel Kastro 1 həftə sonra, dekabrın 4-də dəfn ediləcək. Bu müddət ərzində isə ölkədə matəm olacaq.

Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 3-ü yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin 1 əsgəri Suriyanın şimalında aparılan hərbi əməliyyat zamanı həlak olub, daha 3-ü yaralanıb.

APA-nın "Millyet"-ə istinadən verdiyi xəbərə görə, şəhid və yaralılar Türkiyəyə gətirilib.

Yaralı əsgərlərdən ikisi Kilis Dövlət Xəstəxanasına yerləşdirilib, şəhidin cənazəsi və yaralı əsgər isə hərbi helikopterlə Gaziantep Universiteti Şahinbəy Araşdırma və Tətbiqi Xəstəxanasına çatdırılıb.

Bölgədə əməliyyatlar davam edilir. Xatırladaq ki, Türkiyə ordusu avqustun 24-dən Suriyada " Fərat Qalxanı” əməliyyatını həyata keçirir.

Fidel Kastro ölüb

Kuba inqilabının lideri Fidel Kastro ölüb.

APA-nın məlumatına görə, bu barədə Kuba televiziyası məlumat yayıb.

Kuba lideri Raul Kastro da F. Kastronun vəfat etdiyini açıqlayıb.

F. Kastro 90 yaşında dünyasını dəyişib.

Fidel Alexandro Kastro Rus 1926-cı il avqustun 13-də doğulub. Havana Universitetinin hüquq fakültəsində təhsil alıb və tələbəlik illərində Kuba Xalqı Partiyasına qoşulub. 1953-cü ildə o, Kuba diktatoru Fulxensio Batristanın devrilməsi cəhdində iştirak edib. Santyaqo-de-Kubada yerləşən Monkada hərbi kazarmasına hücum zamanı yaxalanıb və məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 1955-ci ildə amnistiya aktı ilə azadlığa buraxılıb. Bir il Meksikada yaşadıqdan sonra 1956-cı ildə "Qranma" kateri ilə öz tərəfdarları, o cümlədən Ernesto Çe Gevara ilə birlikdə Kubanın şərq sahilinə çıxıb. Batista rejiminə qarşı partizan müharibəsi başlayıb və üsyançılar 1959-cu il yanvarın 1-də paytaxt Havananı ələ keçirib. Fidel Kastro yeni qurulan hökumətə başçılıq edib, onun qardaşı Raul isə Silahlı Qüvvələrin komandanı olub. F. Kastro Kubanın sosialist modelə keçdiyini elan edib. 1961-ci ildə ABŞ Kastro rejimini devirməyə cəhd edib, lakin Kubaya yeridilən desant hökumət qüvvələri tərəfindən zərərsizləşdirilib. Bundan sonra ABŞ Kubaya iqtisadi blokada tətbiq edib. Kastro dövründə Kuba SSRİ ilə müttəfiq olub və sovet dövləti "azadlıq adası"na iqtisadi-hərbi dəstək verib. 1976-cı ildən etibarən, 30 il ərzində komandante Fidel Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri, İnqilabi Silahlı Qüvvələrin baş komandanı və ölkənin Milli Müdafiə Şurasının sədri vəzifələrini tutub.

Fidel Kastro 2006-cı il iyulun 31-də səhhətinin pisləşməsi ilə əlaqədar səlahiyyətlərini qardaşı Raula verib. Rəsmi şəkildə səlahiyyətlər 2008-ci ildə Raul Kastroya keçib. 2011-ci il aprelin 19-da Fidel Kastro Kuba Kommunist Partiyasının rəhbərliyindən gedib. Son 5 ildə o, memuarlar yazıb, müxtəlif çıxışlar edib.

Ərdoğan: "Ölüm hökmünü bərpa etməyə hazıram"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölüm hökümünü bərpa etməyə hazır olduğunu bəyan edib.

 
Moderator.az Milliyet-ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə İstanbulda Nəcməddin Ərbakan adına Mərkəzin açılış mərasimində bildirib.
 
“Əgər xalq istəsə və ölkə parlamenti ölüm hökümünün bərpa edilməsinə dair qərar qəbul etsə, mən bu qərarı dəstəkləməyə hazıram”, - Türkiyə lideri deyib.
 
Qeyd edək ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv olunub.

Trampın 10 yaşlı oğluna görə - Qalmaqal

alt

ABŞ-ın yeni prezidenti Donald Trampın oğlu Berronun Yuxarı Manhattan məktəbində tədris ilinin sonuna qədər təhsilini davam etdirməsi digər şagirdlərin valideynlərinin narazılığna səbəb olub.

Qafqazinfo” xəbər verir ki, onların fikrincə, təhsil müəssisəsində yüksək vəzifəli şəxsin oğlunun təhlükəsizliyi üçün mühafizəçilərin yerləşdirilməsi yararsızdır. Bu barədə “The İndependent” nəşri yazıb.

Qəzetin məlumatına görə, bəzi valideynlər şikayət edərək ironik şəkildə bildiriblər ki, birinci xanım Melaniya Tramp üçün liftlər də mühasirəyə alınsın. Onlar bununla bəyan ediblər ki, Berronun və onun ətrafının təhlükəsizliyi ən yaxşı şəkildə Vaşinqtonda təmin oluna bilər.

Xatırladaq ki, Melaniya Tramp oğlu ilə Ağ Evə köçməkdəm imtina edib. Belə ki, birinci xanım 2017-ci il yanvarın 20-də keçiriləcək inaqurasiyadan sonra Nyu-Yorkdakı villasında qalmağı planlaşdırır. ABŞ-ın birinci xanımının bu qərarı 10 yaşlı oğlunu depressiyaya salmaq və onun rahatlığını pozmaq istəmədiyinə görə verdiyi bildirilir.

Bundan əlavə, Donald Trampın ailəsinin təhlükəsizliyi üçün mühafizəçilərin sayını əvvəlkindən də bir neçə dəfə artıq artıracağı iddia olunur.

Obama və beş Avropa ölkəsinin lideri Moskvaya qarşı birləşdi

ABŞ və Avropa İttifaqının 5 ölkəsinin liderləri Rusiyaya qarşı ortaq mövqe ifadə ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İtaliyanın baş naziri Matteo Rensi, İspaniyanın baş naziri Mariano Rahoy Brey və Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyaya qarşı sanksiyaların saxlanılması barədə razılaşıblar.
Liderlər razılaşıblar ki, sanksiyalar Minsk razılaşmalarının icrasına qədər saxlanılmalıdır. Onlar həmçinin Şimali Atlantika İttifaqının (NATO) gücləndirilməsi barədə razılaşıblar. Görüş ABŞ prezidenti postunda Barak Obamanın Avropaya son rəsmi səfəri zamanı keçirilib.
Daha əvvəl Avropa liderləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyası zamanı səsləndirdiyi bəyanatlardan narahatlığını ifadə ediblər. Trampın sözlərinə görə, NATO bir ittifaq kimi köhnəlib. O, Rusiyaya qarşı sanksiyaların ləğvi və Krımın Rusiya tərəfindən zəbtinin tanınması məsələsinə baxmağa hazır olduğunu bildirib.

Saytda Axtarış

ახალი ამბები