Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün310
DünənDünən3048
Bu həftəBu həftə6411
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463010

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Diplomat cangüdəni tərəfindən öldürüldü - O ölkədə şok

Pakistanın Karaçi şəhərindəki Əfqanıstan konsulluğunda mühafizəçi diplomatı qətlə yetirib.

“DALGA TV ” xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi mühafizəçi qətli törətdikdən sonra polis tərəfindən saxlanılıb. 

Pakistan polisi cinayətin nə səbəbdən baş verdiyinin hələ müəyyən edilmədiyini, mühafizəçinin əfqan əsilli olduğunu açıqlayıb.

Trampın xanımına qarşı etdiyi qeyri-etik hərəkət

ABŞ dövlət başçısı Donald Tramp ilə xanımı Melaniya Tramp arasındakı münasibət prezidentin andiçmə mərasimindən bugünə qədər gündəmdədir. Belə ki, o, prezidentlik postunu Barak Obamadan qəbul etmək üçün həyat yoldaşı Melaniya ilə Ağ Evə gəldiyi gün xanımından öndə getməsilə, eləcə də birinci xanımın inaqurasiya zamanı narazı görünüşü, onun Trampa qarşı sərgilədiyi qeyri-səmimi gülüşü və arxasından etdiyi mimik hərəkətlər hələ də müzakirə olunur.

ABŞ-ın 45-ci rəhbərinin 7 müsəlman ölkənin vətəndaşlarına qarşı tətbiq etdiyi miqrasiya siyasətindən sonra Trampa arvadının immiqrant olduğunun xatırladılması, onun Delaver ştatında hərbi bazaya qızı İvanka ilə getməsi cütlüyün ayrıldığına dair xəbərlərin yaranmağına səbəb olub.

“Dalga TV “Milliyet”ə istinadən xəbər verir ki, “First Lady” dünən sanki hər kəsə cavab vermək üçün Florida ştatındakı Palm Biç hava limanına gedərək təyyarədən enən ərini şəxsən qarşılayıb. Lakin bu dəfə başqa bir hadisə olub. Belə ki, Tramp jurnalistlər onları çox yaxından çəkmədiyi ilk anlarda Melaniyanın əlini tutub. Lakin kameralar yaxınlaşdığı zaman xanımının əlini buraxaraq alqışlamağa başlayıb. Birinci xanım sonra yenə ərinin əlini tutmaq istəsə də, Tramp Melaniyanın əlini iki əlinin arasına alaraq vurub və buraxıb. Trampın bu hərəkətindən sonra birinci xanımın üzünün gülmədiyi diqqətdən qaçmayıb.

ABŞ polisi əlində oyuncaq silah olan yeniyetməni güllələyib

ABŞ-ın Ohayo ştatında polisin yeniyetməni güllələməsi hadisəsi qeydə alınıb.

Oxu.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, polis 15 yaşlı yeniyetməni silahı aşağı salmadığı üçün güllələyib. Sonradan silahın oyuncaq olduğu müəyyənləşib.

Sentvil şəhər polis departamentinin rəhbərinin sözlərinə görə, hadisə zamanı yeniyetmənin əlindəki oyuncaq silahı əslindən fərqləndirmək mümkün olmayıb.

Üç güllə yarası alan oğlan xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükənin olmadığı qeyd edilib.

Batumidə FETÖ ilə əlaqəli iki məktəbin fəaliyyəti dayandırılıb

Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb.

APA-nın Gürcüstan bürosunun Anadolu Agentliyinə istinadən məlumatına görə, liseyin FETÖ ilə əlaqəli olduğu məlum olub. Nəticədə Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.

Nazirlikdən bildirilib ki, lisenziya yoxlama zamanl aşkarlanan bir çox pozuntularla əlaqədar, xüsusən, Gürcüstandakı tədris standartlarına uyğunsuzluğa görə ləğv olunub.

Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb. Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.

Rustavidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var- VİDEO

Gürcüstanın Rustavi şəhərində polislə etirazçılar arasında qarşıdurma olub.

APA-nın lİnfo Rustavir saytına istinadən verdiyi məlumata görə, qarşıdurma lRustavi Azotr kimya zavodunun işsiz qalan əməkdaşlarına dəstək məqsədi ilə keçirilən yürüş zamanı baş verib.

Aksiyada tələbələr, həmkarlar təşkilatlarının nümayəndələri və lAzotr zavodunun keçmiş işçiləri iştirak ediblər. Şartava meydanından başlayan aksiya şəhərin mərkəzi küçəsində yürüşlə davam etdirilib, nəticədə yolda nəqliyyatın hərəkəti dayandırılıb. Polisin müdaxilə cəhdi qarşıdurma ilə nəticələnib.

Bildirilir ki, insident zamanı aksiya iştirakçıları və polis əməkdaşları xəsarət alıblar. Polis müdaxiləsinə rəğmən, aksiya dayandırılmayıb. İştirakçılar meriya binasına doğru irəliləyirlər.

Qeyd edək ki, lRustavi Azotr zavodunun yeni rəhbərliyi müəssisədə ixtisarlar aparıb. Nəticədə ötən ay 2010 əməkdaşla müqavilələr yenilənib, 340 nəfər isə ixtisara düşüb. Müəssisə direktorunun müavini İosif Qozalişvili faktı təsdiqləyib və bildirib ki, şirkət işsiz qalan şəxslərə 3 ay ərzində 1500 lari təzminat ödəyəcəyini bəyan edib. Lakin bu vəd işsiz qalanları qane etmədiyindən onlar etiraz aksiya keçirməyi üstün tutublar. - VİDEO

Türkiyədə dəhşət: 38 günlük körpə cinsi istismara məruz qalıb

Türkiyənin Van şəhərində dəhşətli hadisə yaşanıb.

Oxu.Az bizimyol-a istinadən xəbər verir ki, 38 günlük körpə təcavüzə məruz qalıb.

Dəhşətli hadisədən sonra körpə xəstəxanada ölüb. Xəbərin yayılmasından sonra “Twitter” istifadəçiləri #VanPedofili etiketi altında kəskin etirazlara başlayıblar.

Məsələ ilə bağlı polis körpənin anasını və onunla birlikdə xəstəxanaya gələn digər iki şəxsi həbs edib. Məhkəmənin qərarı ilə həmin şəxslər həbsxanaya göndərilib.

Van valisinin dediyinə görə, 26 yanvar tarixində xəstəxanaya körpə gətirilib. Müayinə zamanı körpənin kəlləsində qırıq və cinsi istismara məruz qaldığı müəyyən edilib.

Qeyd edək ki, Türkiyədə hər 4 saatdan bir 1 uşaq cinsi istismara məruz qalır. Türkiyə uşaqların cinsi istismara məruz qalmasına görə dünyada 3-cü sırada yer alır.

Tiflisdə insan hüquqları və ailə dəyərlərinə həsr olunan konfrans keçirilib

Fevralın 30-da Tiflisdə Levan Mikeladze adına Fondun təşkilatçılığı və Niderland Krallığının Gürcüstandakı səfirliyinin dəstəyi ilə insan haqlarına və ailə dəyərlərinə həsr olunan konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məlumat verib.

Tədbiri fondun icraçı direktoru Arçil Qeqeşidze açıb. Sonra konfransda Niderland Krallığının səfir müavini Flor Nyuten-Elzinqa, GMİ-nin şeyxi Hacı Ramin İgidov, Avropaşünaslıq və Qafqazşünaslıq üzrə professor Oliver Rayser, İlya adına Dövlət Universitetinin professoru Vaxuşti Menabdze, Azad Universitetin assosiativ professoru Ketevan Abaşidze, Avropa İnteqrasiyası Fondunun meneceri Vano Çxikvadze və müxtəlif dini icma nümayəndələri çıxış edərək Avropada İnsan haqları, söz və ifadə sərbəstliyi, din və vicdan azadlığı haqqında fikirlərini bildiriblər.

GMİ-nin şeyxi Hacı Ramin İgidov çıxışında Avropa insan hüquqlarının müsbət və mənfi tərəflərini xarakterizə edib. O, insan haqlarının İslam qayda-qanunlarının ayrılmaz bir hissəsi olduğunu qeyd edib: “Dinimiz İnsan həyatını müqəddəs və dəyərli hesab edir, verilən qanunların insanın şərəf və ləyaqətinin yüksəlməsinə xidmət etdiyini qarşısına məqsəd qoyur”.

Tədbir sual-cavab və fikir mübadiləsi çərçivəsində davam edib. Konfransda dövlət, elm və ictimaiyyət xadimləri, dini konfessiya rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Türkiyədə əlil qızın ən böyük arzusu gerçəkləşdi – VİDEO

Türkiyədə əlil insanların arzularını gerçəkləşdirən engelsiz1gun sosial yardım kampaniyasının veb-saytında müraciəti yayımlanan Sümeyra adlı əlil qızın arzusu həyata keçib.

Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Hatay şəhərində yaşayan və keçirtdiyi qəza nəticəsində 98% əlil olan Sümeyranın müraciət videosuna insanlar tərəfindən cavab gecikməyib.

Müraciətində ən boyük xəyalının yeni bir otaq olduğunu deyən Sümeyranın bu arzusu artıq həyata keçib. VİDEO

İstanbulda 39 nəfəri qətl edən terrorçu yaxalandı - FOTO

Yeni il gecəsi İstanbuldakı "Reina" gece klubunda çoxsaylı ölümə səbəb olmuş terrorda şübhəli bilinən şəxs yaxalanıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əbu Məhəmməd Xorasani kod adlı Abdulqədir Maşaripov İstanbulun Esenyurt bölgəsində yaşayış binasında saxlanılıb.

39 nəfərin qatili olan terrorçu dostunun evində yaxalanarkən yanında 4 yaşlı oğlu da olub.

 

Türkiyədə məktəb proqramından Darvinin nəzəriyyəsi çıxarılıb

Türkiyənin Təhsil Nazirliyi Çarlz Darvinin təkamül nəzəriyyəsini məktəblər üçün tədris proqramından çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Haberturk" məlumat yayıb.

Dəyişikliklər 2017-ci ildə qüvvəyə minəcək. 12-ci sinif üçün biologiya dərsliyindən "Həyatın yaranması və təkamül" fəsli çıxarılacaq. Onun əvəzinə şagirdlər ətraf mühitin canlı varlıqlara təsirini öyrənəcəklər.

Tələbələr arasında iyulun 15-də qiyama dair kurs tətbiq ediləcək, "Turkish Minute" yazır.

Türkiyədə 2016-cı ilin iyul ayında hərbi çevrilişə cəhd olub. Qarşıdurmalar nəticəsində 240-dan çox adam ölüb. Qiyama dair işin araşdırılması çərçivəsində 40 mindən çox adam həbs edilib.

Con Kerri Gürcüstana səfər edib

ABŞ dövlət katibi Con Kerri Gürcüstana qısamüddətli səfər edib.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, C. Kerrinin təyyarəsi Tiflis hava limanına enib. Burada o, Gürcüstan xarici işlər nazirinin 1-ci müavini David Zalkaliani ilə görüşüb. Görüşdə ABŞ-Gürcüstan əməkdaşlığı müzakirə edilib. C. Kerri Gürcüstanın regionda vacib ölkə olduğunu bildirib.

"Rusiya Gürcüstana, qondarma Cənubi Osetiya və Abxaziyaya hərbi müdaxilə edərkən buna qarşı heç nə edilmədi, sanksiyalar tətbiq olunmadı". Bu sözləri isə ABŞ dövlət katibi Vaşinqtondakı Sülh İnstitutunda keçirilən konfransda çıxışında deyib. O, Corc Buş administrasiyasının Rusiya-Gürcüstan müharibəsinə aktiv reaksiya vermədiyini söyləyib: "Mən istəməzdim kimsə düşünsün ki, kimisə tənqid edirəm. Biz hakimiyyətə gələndə Ukrayna münaqişəsi başladı və biz Avropa ilə birlikdə Rusiyaya qarşı sanksiyalar tətbiq etdik. Biz açıq şəkildə bildirdik ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə görə cavab verəcək. Avropada bəziləri sanksiyaları dayandırmaq istəyir, lakin biz sanksiyaları qüvvədə saxlayırıq”.

 Xatırladaq ki, C. Kerri ötən ilin iyulunda Gürcüstanda səfərdə olub. 

Saakaşvilinin yerinə keçir

alt

Odessada Mixail Saakaşvilinin yerinə keçəcək şəxsin adı məlum olub.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Ukrayna prezindenti Petro Poroşenko Odessa vilayətinin yeni qubernatorunu təqdim edib. Onun qərarına əsasən, Mixail Saakaşvilini Maksim Stepanov əvəz edəcək.

Saytda Axtarış

ახალი ამბები