Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1113
DünənDünən3048
Bu həftəBu həftə7214
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463813

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Əfqanıstan prezidenti “Əfqan qızı” ölkəsində şəxsən qarşılayacaq

Pakistan “National Geographic” jurnalının üz qabığında fotosu dərc edilən “Əfqan qızı” Şərbət Qulunu noyabrın 7-də deportasiya edəcək.

“Report” BBC-yə istinadən xəbər verir ki, Ş.Qulu saxta sənədlə Pakistan ərazisində qaldığı üçün 15 sutka həbsdə saxlanılıb, 1 100 dollar məbləğində cərimələnib.

Əfqanıstan hakimiyyəti bildirib ki, ölkə prezidenti Əşrəf Qəni Əhmədzay onu şəxsən qarşılayacaq.

Məlumata görə, 40 yaşlı Şərbət Qulu noyabrın 3-dən xəstəxanada Hepatit C virusundan müalicə olunur.

Qeyd edək ki, Ş.Qulu fotosu 1985-ci ildə "National Geographic" jurnalının üz qabığında dərc edildikdən sonra məşhurlaşıb. Həmin fotonun müəllifi jurnalist Stiv Makkaridir. Şəkil Əfqanıstanda qaçqın düşərgəsində çəkilib və jurnalda "Əfqan qız" adı ilə dərc edilib. Fotonun müəllifi amerikalı fotoreportyor Stiv Makkaridir. 

Altmış il sonra irəli sürülən ittiham

alt

Çexiyanın hüquq-mühafizə orqanları Çexoslovakiya Kommunist Partiyasının 93 yaşlı funksionerinə qarşı ittihamlar irəli sürüb. O, 1950-ci illərdə hakim siyasi rejimin qolçomaq elan etdiyi kəndlilərin öz mülklərindən köçürülməsində fəal iştirak edib. Həmin şəxs onlarla ailəni evsiz qoyub.

İttihamların irəli sürülməsini Daxili İşlər Nazirliyinin kommunizm cinayətlərini sənədləşdirmə və araşdırma üzrə komitəsinin əməkdaşı Eva Mixalkova təsdiqləyib. Bu cinayətə görə iki ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İşçilərini belə mükafatlandırdı - 1260 maşın, 400 ev

Hindistanın almaz kralı adlandırılan Svji Dholakia 1700-ə yaxın əməkdaşını mükafatlandırıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, milyarder işçilərinə 1260 avtomobil və 400 ev hədiyyə edib. Onun  hədiyyələrə ümumilikdə 7.7 milyon dollar xərclədiyi güman edilir.

Mükafatlandırma mərasimində milyarder “Heçnə işçilərinizdən daha dəyərli deyil. Onları xoşbəxt görəndə duyduğum hissləri təsvir etmək qeyri-mümkündür. Əməkdaşlarınızı xoşbəxt etsəniz, Tanrı da sizin səadətinizi daimi edər”,- deyə bildirib.

Qeyd edək ki, Dholakia iki il əvvəl də 1100 işçisinə 200 mənzil, 400 avtomobil və 500 bahalı zinət əşyası hədiyyə verib.

Moldovada prezident seçkiləri keçirilir

alt

Bu gün Moldovada prezident seçkiləri keçirilir

AZƏRTAC “lemonde.fr” saytına istinadla bildirir ki, bu, Moldovada 1997-ci ildən bəri ümumxalq səsverməsi ilə keçirilən ilk prezident seçkilərdir. Bundan əvvəl prezident parlament tərəfindən seçilirdi.

Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizə Rusiya ilə yaxınlaşma və Avropaya inteqrasiya tərəfdarları arasında gedir. Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu əsas favoritlərdən hesab edilir.

Noyabrda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək

Üçtərəfli formatda növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu noyabr ayında Türkiyədə keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin MustafayevTbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə deyib.

Nazir qeyd edib ki, uğurla həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi həm də mövcud Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə imkan verir. “2017-ci ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsi üçün xüsusilə əhəmiyyətlidir”, - deyə nazir vurğulayıb.

Gülən Türkiyəyə nə vaxt veriləcək? - Vaxt açıqlandı

Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyə eksradisiya edilməsi ilə bağlı bəzi iddialar ortaya çıxıb.

Lent.az-ın məlumatına görə, Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bu həftə ABŞ-lı həmkarı ilə görüşüb.

Görüşdə Fətullah Gülənin Türkiyə qaytarılması müzakirə edilib.

Jurnalist Tolqa Tanışa türk və amerikalı mənbələrin verdiyi məlumata görə, Fətullah Gülənin ölkəsinə təhvil verilməsi Barak Obamanın prezidentlikdən getməsindən sonra baş tuta bilər.

Qeyd edək ki, 2017-ci il yanvar ayında Obamın prezidentlik dönəmi başa çatır.

Putinin “sağ əli”nin ölüm səbəbi - Məlum oldu

alt

Rusiya prezidenti Vladimir Putinin “sağ əli” hesab olunan, eks-mətbuat naziri, “Qazprom-Media”nın keçmiş rəhbəri, iş adamı Mixail Lesinin ölümü ilə bağlı ABŞ polisinin apardığı istintaq işi bağlanıb.

Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin “Tvitter” səhifəsində məlumat yerləşdirilib.

Bəyanatda onun həddindən artıq içki içməyi səbəbilə, bədbəxt hadisə nəticəsində öldüyü bildirilib. Həm də Lesinin ölərkən tək olduğu vurğulanıb.

Xatırladaq ki, Mixail Lesinin cəsədi 2015-ci il noyabrın 5-də Vaşinqtonda “Dupont” hotelində aşkarlanmışdı.
M. Lesin 2013-2014-cü illərdə “Qazprom-Media”nın rəhbəri olub, 2000-ci illərdə mətbuat naziri kimi fəaliyyət göstərib, eləcə də V. Putinin məsləhətçisi olub.

İsa Peyğəmbərin məzarı açıldı - 500 il sonra ilk dəfə

Alimlər 500 il ərzində ilk dəfə İsa Məsihin məzarını açıblar. 

AzNews.az “Ren TV”yə istinadən xəbər verir ki, buna səbəb alimlərin İsa Məsihin Qüdsdə yerləşən məzarıyla bağlı araşdırma aparmasıdır. Araşdırmanın məqsədi məzarı örtən mərmər plitələrin tədqiqi və qəbrin ilkin formasının öyrənilməsidir.

Gələcəkdə sənədli film hazırlanması üçün bütün araşdırma prosesi lentə alınır. Bərpa işləri 2017-ci ilin yazına yekunlaşdırılacaq. Xərclərin ümumi məbləği isə 4 milyon dolları ötəcək.

Qeyd edək ki, alimlər İncilə əsasən Məsihin basdırılması üçün nəzərdə tutulan mağaranın daşının orijinal səthini görmək üçün analiz aparmalıdırlar. Müqəddəs məzar üzərində kapella 1810-cu ildə salınmasından sonra ilk dəfə bərpa ediləcək. Məhz burada Müqəddəs Ocaq alışır.

Xatırladaq ki, ilk dəfə plitə XIX əsrdə yanğından sonra və 1927-ci ildə zəlzələdən sonra bərpa edilib.

Gülən bu 4 ölkədən birinə qaçmağa hazırlaşır

alt

“Fətullah Gülənin başqa bir ölkəyə qaçmaq üçün planlar hazırladığına dair əlimizdə məlumatlar var”.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqtonda olan Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Hizmet” hərəkatının lideri Kanada, Belçika, Norveç və Braziliya kimi ölkələrə qaçmaq üçün axtarışlar aparır və bunun üçün də bəzi ölkələrin rəhbərləri ilə əlaqə qurmağa çalışır:

ABŞ hökuməti və xalqı Türkiyənin bu məsələdəki həssaslığını başa düşməyə çalışmalıdır. Əgər Barak Obama və ailəsinə sui-qəsd cəhdi edilsə, xalqın üzərinə tanklar sürülsə, 241 ABŞ vətəndaşı öldürülsə, bu terroru törədən təşkilatın rəhbəri Türkiyədə olsa və Türkiyə ABŞ-ın həmin qatilin təhvil verilmə tələbinə müsbət və ya mənfi cavab versəydi, ABŞ hökuməti və xalqı özünü necə hiss edərdi? Hər kəs bilsin ki, biz Gülənin sərbəst gəzməyini qəbul edə bilmərik.

ABŞ Gülənin Türkiyəyə təhvil verilməsinə razılıq verməsə, bu, iki ölkə arasında əlaqələrin pisləşməsinə səbəb olacaq. Üsamə Bin Laden ABŞ üçün nə məna kəsb edirsə, Fətullah Gülən də Türkiyə üçün eyni mənanı daşıyır. ABŞ-ın Türkiyəni bir terrorçuya qurban verməyəcəyinə hələ də ümid edirəm”.

Putindən Fətullah Gülənlə bağlı - Açıqlama

alt

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndə mənə 15 iyul qiyamının FETÖ tərəfindən həyata keçirildiyini və təşkilatın rəhbəri Fətullah Gülənin ABŞ-da yaşadığını söylədi”.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə “Valday” Beynəlxalq Müzakirə Klubunun Soçidə təşkil olunan toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putinona Fətullah Gülənlə bağlı ünvanlanmış suala cavabında bildirib.

“Hansı üsulla olursa-olsun, başqa bir ölkənin daxili siyasətinə müdaxilə qəbuledilməzdir. İstər kiber hücumlar, istərsə də ölkə daxilində olan hər hansı bir təşkilatın vasitəsilə dövləti dağıtmağa heç kimin ixtiyarı yoxdur”, - deyə Putin vurğulayıb.

"National Geographic"in məşhur "Əfqan qız" fotosundakı qız həbs edilib

National Geographic" jurnalının üz qabığında fotosu dərc edilmiş Əfqanıstan vətəndaşı olan məşhur qadın Pakistanda həbs edilib.

"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, Şərbət Qula adlı həmin xanımın həbs edilməsinə səbəb olaraq Əfqanıstandan gəldiyi vaxtdan Pakistanda qanunsuz yaşaması göstərilib.

Məlumata görə, ondan şəxsiyyətini təsdiqləyən Əfqanıstan və Pakistana aid sənədlər götürülüb. 

Xəbərdə bildirilib ki, Şərbət Qulanı 14 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Şərbət Qula fotosu 1985-ci ildə "National Geographic" jurnalının üz qabığında dərc edildikdən sonra məşhurlaşıb. Həmin fotonun müəllifi jurnalist Stiv Makkaridir. Şəkil Əfqanıstanda qaçqın düşərgəsində çəkilib və jurnalda "Əfqan qız" adı ilə dərc edilib. 

Gürcülərlə ermənilər atışdı - İki nəfər öldü

Ukraynanın Melitopol şəhərində ermənilərlə gürcülər arasında silahlı insident baş verib.

Şəhər mərkəzindəki "Coker" kafesinin yaxınlığında 6 nəfərin mübahisəsi atışma ilə nəticələnib.

Məlumata görə, insident nəticəsində iki nəfər ölüb. Onlardan birinin erməni, digərinin gürcü olduğu bildirilir. 

Hadisənin qadın üstündə törədildiyi bildirilir. Tərəflər bir-birinə tapançalardan atəş açıb. Ölənlər Zurab Onanizi və Staqis Badesaryandır.

Saytda Axtarış

ახალი ამბები