Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1068
DünənDünən3048
Bu həftəBu həftə7169
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463768

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiyalı səfirin ölümünə görə məsuliyyəti bu təşkilat üzərinə götürdü

Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı vuruşan “Ceyş Əl-Fəth” qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu qruplaşma Hələbdə “Ən Nüsrə Cəbhəsi”nin də daxil olduğu hərbi müxalifət koalisiyasının üzvüdür.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülmüşdü. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.

Türkiyədə Avropa ilə Asiyanı birləşdirən yeni tunel açılıb

Bu gün İstanbul boğazından keçməklə Asiya və Avropanı birləşdirən yeni tunel açılıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Avrasiya tunelinin uzunluğu ümumilikdə 14,6 kilometrdir. Tunelin 5,4 km hissəsi dəniz dibindən 106 metr dərinlikdən keçir, bu hissə iki mərtəbəlidir. İstanbulun Avropa və Asiya sahillərində tunelin davamı olan  9,2 km qism isə yollar genişləndirilib. Tunel İstanbulun Avropa və Asiyadakı hissələri arasında gediş müddətini 100 dəqiqədən 15 dəqiqəyə endirəcək. Tunelin dənizin altından keçən hissəsi 4 dəqiqəyə qət ediləcək. Avrasiya tunelində sürət həddi saatda 70 km olacaq. Asiya qitəsində tunelə giriş Harem Üsküdar, Avropa qitəsində tunelə giriş Çatladıkapı Fatih istiqamətindən olacaq. Tuneldə 4,5 G  keyfiyyətində və fasiləsiz  mobil telefon və internet internet mövcuddur. Tunel 9 bal gücündə zəlzələyə davamlıdır.

Avrasiya tunelinin tikintisi özəl şirkətlər tərəfindən həyata keçirilib. Bu şirkətlər tunelin tikintisinə 1 milyard 245 milyon 121 min dollar xərc çəkib. Tunel 24 il 5 ay bu firmaların sərəncamında olacaq, daha sonra Türkiyə hökumətinə təhvil veriləcək. Tuneldən keçid minik avtomobilləri üçün 4 dollar, mikroavtobuslar üçün isə 6 dollar olacaq. Avtomobil və mikroavtobuslardakı sərnişinlər üçün isə ödəniş alınmayacaq. Hər gün bu tuneldən 120 min avtomobilin Avrasiya və Asiya qitəsinə keçəcəyi proqnozlaşdırılır.

Tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, yeni ilə qədər tuneldən keçid 15 lirə olacaq. Bu vəsait şəhid və qazilər üçün yaradılmış fonda toplanacaq. 

“Özümü itirmişdim və qorxmuşdum” - Bu şəkli çəkən fotoqraf

Rusiya səfirini öldürən şəxsi çəkən "Associated Press"in fotoqrafı Burhan Özbilici hadisənin təfərrüatlarını bölüşüb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Özbilici hadisənin “Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə” adlı sərgidə baş verdiyini deyib. O, məkan evinə yaxın olduğu üçün sərgiyə qatıldığını bildirib. Tədbirin standart olduğunu deyən Özbilicinin sözlərinə görə, qara kostyumda və qalstukda bir kişinin tapança çıxardığını görəndə bunun diqqət çəkmək üçün oyun olduğunu zənn edib:

“Əslində isə bu, mənim, başqa insanların gözü qarşısında törədilən planlaşdırılmış soyuqqanlı sui-qəsd idi”.

Fotoqraf onu da vurğulayıb ki, qatil səfirə atəş açan zaman zaldakılar dəhşət içində sürünüb gizlənməyə çalışırdılar. Qalereyada 8 dəfə atəş səsi eşidildiyini deyən Özbilici o an yaşadıqlarını dilə gətirib: “Mən özümü itirmişdim və qorxmuşdum. Ancaq divarın arxasında gizləndim və öz işimlə məşğul oldum - fotolar çəkdim. Baş verənləri dərk etmək üçün bir neçə saniyəm getdi. Yanımda bir insan öldü, gözümün önündə bir həyat itdi”.

Dünyanın gözü Ankara və Rusiyada - Fərqli proqnozlar

alt

Ankarada baş verən sui-qəsddən sonra yenidən gözlər rəsmi Moskva və Ankaraya yönəlib. Təyyarənin vurulmasından sonra iki ölkə arasında gərginlik hələ təzə-təzə aradan qalxdığı bir zamanda baş verən hadisəyə ölkə başçılarının verəcəyi qərar maraqla gözlənilirdi. Ancaq liderlərin hardasa eyni dəqiqələrdə iki ölkə arasındakı münasibətlərin pozulmayacağını bəyan etməsi yaranmış qorxunu az da olsa aradan qaldırdı. Bəs dünyada bununla bağlı hansı analiz və şərhlər verilib?

Qafqazinfo” sözügen hadisəylə bağlı xarici mətbuatda yer alan analizlərin qısa xülasələrini təqdim edir:

“Times”da “Qatil səfiri öldürdükdən sonra “bu Hələb üçündür”-deyə qışdırdı” başlığı ilə yer alan məqalədə bu cinayətin Putinlə Ərdoğan arasındakı münasibətləri yenidən pozacağı vurğulanıb:

“Sərgidə bir səfirin öldürülməsi İraqdakı vətəndaş müharibəsi, 1 milyon mühacirin Ağ dənizə köçməsi, Parisdəki qətliamla müqayisədə kiçik bir hadisə kimi görünə bilər. Ancaq bunun ciddi nəticələrinin olması gözlənilir. Əsrlərdir Qərbi Asiyada gücə sahib olmaq üçün vuruşan 3 böyük ölkə - Rusiya, Türkiyə və İran rəsmiləri bugünkü görüşündə müəyyən razılıq əldə edə və Suriyanın açdığı yaraları sağalda bilərdi. Ancaq bu həm də ABŞ-ın Yaxın Şərqdəki nüfuzunun dramatik bir şəkildə azalması deməkdir”.

Bu dəfə yaranın sağalmasının vaxt alacağını yazan qəzet daha sonra qatilin polis olmasının vəziyyəti daha da qəlizləşdirdiyini bildirib:

“Qatilin səsləndirdiyi şüar onun ya cihadçı, ya da Gülən hərəkatının üzvü olduğuna işarə edir. ABŞ-a olan güvənsizlik iki ölkə arasındakı çatların üstünü örtə bilər, ancaq bu, o qədər də uzun çəkməz. Çünki həm Putin, həm də Ərdoğan Yaxın Şərqə güc üçün girişib və birinin sünniləri, digərinin isə şiələri dəstəkləməsi yaraların sağalmasına mane olur”.

Gürcüstanın daxili işlər naziri Ermənistana səfər edib

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili Ermənistana ilk işçi səfərini həyata keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya Gürcüstan DİN-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, G. Mqebrişvili Ermənistan prezidenti Serj Sarkisyan və Ermənistanın daxili işlər naziri  Vladimir Qasparyan ilə görüşüb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, G. Mqebrişvili Ermənistan prezidenti ilə görüşdə Gürcüstan və Ermənistanın dövlət sərhədlərinin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələ qaldırıb və ümid etdiyini bildirib ki, yaxın vaxtlarda bu proses uğurla başa çatacaq.

Görüşdə Gürcüstan və Ermənistan daxili işlər nazirləri əməkdaşlıq və gələcək planlar barədə müzakirələr aparıblar. G. Mqebrişvili erməni həmkarı ilə birlikdə “İki ölkə arasında polis idarələrinin əməkdaşlığın dərinləşdirilməsi” haqqında bəyannamə imzalayıb.

Xatırladaq ki, Gürcüstan və Ermənistan arasında 224 km sərhəd xəttinin təxminən 71% artıq razılaşdırılıb.

Türkiyədə terror aktı nəticəsində şəhid olan hərbçilərin sayı 14 nəfərə çatıb

Türkiyənin Kayseri şəhərində baş verən terror aktı nəticəsində şəhid olanların sayı 14 nəfərə çatıb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. 

Onun sözlərinə görə, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 56 nəfər yaralanıb: "Yaralananlardan 12-si hazırda reanimasiyadadır. Onlardan 4 nəfərinin vəziyyəti ağırdır".

*** 14:44

Türkiyənin Kayseri şəhərində baş verən terror aktında yaralananların sayı artıb.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 55 nəfər yaralanıb.

Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, yaralananlardan 12-si hazırda reanimasiyadadır: “Onlardan 6-sının vəziyyəti ağırdır. Bundan başqa, şəhid olanlardan 8-nin kimliyi də artıq məlum olub”.

Nazir qeyd edib ki, hazırda terroru törədənlərin kimliyi araşdırılır: “Türkiyədə terrora son qoyulacaq. Biz bu məsələdə qərarlıyıq. Səbrli olacağıq və bununla da terrorun qarşısını alacağıq. Ölkəmizin, millətimizin başı sağ olsun”. 

*** 12:10

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Kayseri şəhərində baş verən terror aktı nəticəsində ölən və yaralananların sayını açıqlayıb.  

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi şəhid olub, 48 nəfəri yaralanıb. 

*** 11:41

Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 9 nəfər şəhid olub. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer "A Haber" telekanalına açıqlamasında bildirib.

Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu isə deyib ki, "CNN Türk"ə terror aktının bomba yüklənmiş "Şahin" markalı avtomobil vasitəsilə həyata keçirilb. 

AKP-nin Kayseridən olan digər millət vəkili Sami Dədəoğlu yaralıların sayının 15-20 nəfərə yaxın olduğunu söyləyib.

Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.

*** 10:21

Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, partlayış bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında qeydə alınıb.

Partlayıcı qurğu quraşdırılmış minik avtomobili içərisində mülki geyimli hərbçilərin olduğu sərnişin avtobusuna çırpılıb, ölən və yaralananlar var.

Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib. 

Azərbaycanla İsveçrə arasında vizaların asanlaşması təsdiqləndi

Azərbaycanla İsveçrə arasında viza rejimi sadələşdirilir.

"Dalğa TV" Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişin təsdiq edilməsi daxil edilib.

Bundan əlavə, Milli Məclisin iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin təsdiq edilməsi də daxil edilib.

Qeyd edək ki, hər iki saziş Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı il oktyabrın 10-da İsveçrəyə rəsmi səfəri çərçivəsində İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşündə imzalanıb.

Hər iki saziş bu gün Milli Məclisdə təsdiq edilib. Bundan sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza almaları asanlaşacaq.

Türkiyədə hərbçiləri daşıyan avtobus partladılıb, 13 nəfər ölüb, 55 nəfər yaralanıb

Türkiyənin Kayseri şəhərində partlayış baş verib.

"Dalğa TV"nin “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 08.45 radələrində şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında avtobusda qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Aİ ölkələri və Avropa Parlamenti Gürcüstan üçün viza rejiminin ləğvinə dair razılığa gəliblər

Aİ ölkələrinin təmsil olunduğu Aİ Şurası və Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair siyasi razılaşmaya nail olublar.

Bundan sonra qərar, formal olaraq, Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Slovakiyanın sədrlik etdiyi Aİ Şurasının rəhbərliyindən bildirilib.

“Gürcüstan sakinləri yaxşı xəbərlər var: Aİ Şurası və Avropa Parlamenti arasında Gürcüstan üçün viza rejiminin liberallaşdırılmasına dair razılıq əldə olunub. Növbəti addım Aİ Şurasında atılacaq”, - deyə Aİ Şurasının rəhbərliyindən bildirilib.

Bundan əvvəl Aİ Şurası, Avroparlament və Avrokomissiya arasında üçüncü ölkələr üçün viza rejiminin dayandırılması mexanizminə dair ilkin razılaşma əldə olunub. Aİ-nin müvafiq qərarı Avroparlament tərəfindən dəstəklənməli, daha sonra Aİ Şurası tərəfindən rəsmi qaydada təsdiqlənməlidir.

Səsvermənin dekabrın 15-də Strasburqda Avroparlamentin plenar sessiyasında səsverməyə çıxarılacağı gözlənilir.

İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb

Ötən gün İstanbulun Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 39-a çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Hürriyət” məlumat verib.

Ölənlərdən 30-u polis əməkdaşı, 8-i isə mülki vətəndaşlardır. Hadisə nəticəsində 155 nəfər yaralanıb, onlardan 14-nün vəziyyəti ağır kimi qiymətləndirilir. Terror aktı ilə əlaqədar 13 şübhəli saxlanılıb.

Qeyd edək ki, birinci partlayış “Vodafon Arena” stadionunun çıxışı  yaxınlığında, polisin toplanma yerində baş verib. Partlayış avtomobilə quraşdırılmış,  məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı  törədib.

Komiks qəhrəmanına oxşamaq üçün burnunu kəsdi - Şok hadisə

Venesuelalı gənc oğlan sevimli komiks qəhrəmanına bənzəmək üçün burnunu kəsib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Henri Rodriqes heç bir ağır travma və yanıq xəsarətləri almayıb. Üzünün bu vəziyyətə düşməsi üçün, daha dəqiq Marvel studiyasının komikslərinin qəhrəmanlarından birinə çevrilmək üçün o, əməliyyatlara 50 min dollar pul xərcləyib. 

Məşhur komiks qəhrəmanı Amerika kapitanının düşməni olan “Qırmızı Kəllə” yə bənzəmək üçün Henri üzünə dərialtı implant vurdurub, gözlərini rənglədib, hətta burnunu kəsdirib.

Simasının qorxunc olmasına baxmayaraq, Henrinin ailəsində hər şey qaydasındadır. Onun kiçik oğlu atasının simasından qətiyyən qorxmur.

Hollivud ulduzu Donald Trampla görüşüb

alt

Hollivud ulduzu, aktyor Leonardo Di Kaprio ABŞ-ın yeni prezidenti Donald Trampla görüşüb.

Dalga Tv xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə aktyorun “Leonardo DiCaprio Foundation” fondunun rəhbəri Temmi Tanninen də iştirak edib. Toplantıda ətraf mühitin qorunması ilə bağlı görülən işlərin ölkə iqtisadiyyatını möhkəmləndirə biləcəyi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, aktyor Leonardo Di Kaprio iqlim dəyişikliklərinə qarşı və vəhşi təbiətin qorunması uğrunda fəal mübarizə aparır.

Saytda Axtarış

ახალი ამბები