Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2096
DünənDünən3053
Bu həftəBu həftə5149
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8461748

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ABŞ-da baş verən tornado nəticəsində iki nəfər ölüb

ABŞ-ın İllinoys və Missuri ştatlarında baş verən güclü tornado nəticəsində iki nəfər ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan biri üstünə ağac düşməsi, digəri isə yol qəzasında ölüb.

Missuri ştatında bir sıra avtomobil yolları bağlanıb. Hazırda davam edən tornado Texas və Ohayo ştatlarında yaşayan 45 milyon sakinə təhlükə kəsb edir. 

Gürcüstan vətəndaşları martın 28-dən Avropaya vizasız gedəcəklər

Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişə dair yekun imzalar atılıb.

APA-nın xəbərinə görə, bu barədə “Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Yozvyak öz “Twitter” səhifəsində yazıb. “Viza liberallaşması barədə saziş imzalandı. Gürcüstanı təbrik edirəm”, - deyə o, qeyd edib.  

Saziş martın 8-də və ya 9-da Avropa İttifaqının rəsmi jurnalında dərc olunaraq qüvvəyə minəcək. Bu tarixdən 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Bu isə martın 28-i tarixinə təsadüf edir.

Qeyd edək ki, vizasız rejim Şengen zonasını əhatə edir.

Gürcüstanda telefonların gizli dinlənilməsini nəzərdə tutan qanun qəbul edilib

Gürcüstan parlamenti telefon danışıqlarının gizli dinləməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

APA-nın “kavkaz-uzel”ə istinadən verdiyi məlumata görə, səsvermədə müxalifət partiyalarının üzvləri iştirak etməyib. 87 millət vəkili layihənin lehinə, 2-si əleyhinə səs verib.

Yeni qanuna əsasən Dövlət Təhlükəsizlik Xidməti nəzdində Əməliyyat-Texniki Agentliyi yaradılacaq. Həmin agentlik əməkdaşları bütün lokal və qlobal rabitə vasitələri və istifadəçi bazalarına daxil ola biləcək.

Müxalifət partiyaların qənaətinə görə, yeni qanun xüsusi xidmət orqanlarına məhkəmənin sanksiyası olmadan istənilən şəxsin telefon danışıqlarını dinləməyə imkan verəcək. 

Gürcüstanda güclü külək fəsadlar törədib

Bu gün əsən güclü külək azərbaycanlıların kompakt yaşadığı Marneulidə fəsadlar törədib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, şəhərin Mazmişvili  küçəsində yerləşən “ATAHoldinq” İdman Sarayının qarşısındakı parkda bir küknar ağacı küləyin təsiri ilə aşaraq kökündən çıxıb, sarayın hasarını uçurub.

Ağacın budaqları yaxındakı evləri zədələyib, elektrik dirəyini əyərək, xətləri qırıb.  Hazırda həmin küçədə elektrik xətləri bərpa edilir.  

Marneulinin digər kəndlərində də fəsadlar qeydə alınıb. Baydar və Kürdlər kəndlərində əhalinin həyətyanı sahələrdəki istixanalarının örtüklərini külək aparıb. Saqareco rayon mərkəzində isə güclü külək ağacları kökündən aşırıb və nəticədə 10 avtomobil əzilib. Saqareco rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda avtomobil sahiblərinə dəyən ziyanı hesablamaq üçün komissiya yaradılıb.

 

Çin sahillərində balıqçı gəmisi batıb, 13 nəfər itkin düşüb

Çinin şərqində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 13 nəfər itkin düşüb.

APA-nın “Sinxua” agentliiynə istinadən verdiyi xəbərə görə, insident Çjouşan şəhərindən 140 km uzaqlıqda baş verib.

Göyərtəsində 20 nəfərin olduğu gəminin batmasının səbəbi hələ ki, məlum deyil.

Axtarış əməliyyatına Çin Hərbi Dəniz Qüvvələrinin dörd gəmisi, bir helikopter və yaxınlıqda olan 41 balıqçı qayığı cəlb edilib. 7 balıqçı xilas edilib, axtarışlar davam edir.

Peruda zəncirvari qəza nəticəsində 19 nəfər yanaraq ölüb

Perunun şimali-qərbində dəhşətli yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Truxilyo şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, yüksək sürətlə hərəkət edən yük maşını mikroavtobus və motosikletə çırpılıb.

Toqquşmadan sonra baş verən partlayış nəticəsində 19 nəfər yanaraq ölüb. Meyitlər şəxsiyyətləri müəyyənləşdirmək üçün tibbi ekspertizaya göndərilib.

Nazir: "Suriya müxalifəti Əl-Babı, demək olar ki, tam nəzarətə götürüb"

alt

Türkiyə Silahlı Qüvvələrinin dəstək verdiyi Suriya silahlı müxalifəti Əl-Bab şəhərini, demək olar ki, tam nəzarətə götürüb.     

APA-nın TRT telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin müdafiə naziri Fikri Işık bildirib.  

“Əl-Babın mərkəzinə daxil olmuşuq. Demək olar ki, bütün şəhər nəzarətə götürülüb”, - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə ordusu Suriya silahlı müxalifətinin iştirakı ilə avqustun 24-dən şimalında İŞİD silahlı qüvvələrinə qarşı “Fərat qalxanı” əməliyyatı keçirir. 

İğdırdakı qəzada ölən azərbaycanlılardan ikisinin kimliyi bilindi

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub.

Dalga tv Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.

Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qız uşağının şəxsiyyəti isə hələ müəyyənləşməyib.

Qeyd edək ki, bundan əvvəl qəza nəticəsində 5 Azərbaycan vətəndaşının öldüyü bildirilirdi. Hadisə zamanı 28 nəfər xəsarət alıb ki, onlardan da 26-sı Azərbaycan vətəndaşıdı.

Gürcüstanın baş naziri: “Bakı-Tiflis-Qars dəmir yolu Avropa ilə Asiyanı bir-biri ilə bağlayır”

Bakı-Tiflis- Qars (BTQ) dəmir yolu layihəsinin tikintisi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə 53-cü Münhen Təhlükəsizlik Konfransında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Cənubi Qafqazda regional əməkdaşlıq mövzusunda müzakirələr çərçivəsində çıxışı zamanı bildirib.

Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb ki, baş nazir müzakirələr zamanı BTQ layihəsinin əhəmiyyətindən danışaraq tikintinin ölkədə sabitliyi təmin etmək üçün ən vacib mexanizm olduğunu bildirib: “Baş nazir çıxışında “İpək yolu” iqtisadi zona layihəsi çərçivəsində Bakı-Tiflis- Qars dəmir yolu layihəsinin Avropa ilə Asiyanı bir-biri ilə bağlayan bir kəmər olduğunu qeyd edib. O, BTQ layihəsinin istismara veriləcəyinin vacibliyini və Asiyanın təşəbbüsü ilə Avropa və İpək Yolunun bir kəmərdə yeni imkanlar ortaya çıxaracağını vurğulayıb”.

NATO Rusiyanı öz ordusunu Gürcüstandan çıxarmağa çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq qərarından vaz keçərək öz ordusunu Gürcüstan ərazisindən çıxarmağa çağırıb.

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, Y. Stoltenberq bunu Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

NATO Gürcüstanın ərazi bütövlüyü və təhlükəsizliyinə sıx bağlıdır. Biz Rusiyanın Gürcüstanın regionları – Abxaziya və Cənubi Osetiya ilə əlaqələrini dərinləşdirməsindən narahatlıq keçiririk. Biz Rusiyanı bu regionları tanımaq qərarından imtina etməyə və öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırırıq”, - deyə baş katib vurğulayıb.   

Y. Stoltenberq NATO-nun Gürcüstanla əməkdaşlığı davam etdirəcəyini və bu ölkəyə NATO-ya üzvlük yolunda irəliləməsi üçün müvafiq praktik vasitələr təqdim edəcəyini söyləyib.

Xatırladaq ki, 2008-ci ildə Cənubi Osetiyadakı müharibədən sonra Rusiya bu bölgəni və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.

Bu qızın vaxtilə oğlan olduğuna inanmaq çox çətindir - Fotolar

Dünyaca məşhur “Vogue” jurnalının tarixində bir ilk yaşanıb.

“Dalga Tv”nin “Hurriyet”ə istinadən verdiyi məlumata görə, oğlan uşağı olaraq dünyaya gələn, daha sonra estetik əməliyyatla qız olan Valentina Sampaio jurnalın mart nömrəsinin üz qabığının siması olub. Gənc model bununla da “Vogue”nun üz qabığında yer alan ilk transseksual olaraq tarixə düşüb.

Jurnalın istehsal üzrə direktoru Emmanuelle Alt bununla cinsi ayrıseçkiliyə qarşı olduqlarını, insan haqqlarının vacib olduğunu bildirib.

Braziliyalı modelin şəkillərini fotoqraflar Mert Alaş və Marcus Piggot çəkib.

V. Sampaio bundan öncə “Elle” jurnalının üz qabığı üçün çəkilib.

Dünyanın ən təhlükəsiz ölkələri - Siyahıda Azərbaycan da var

Azərbaycan cinayətkarlıq səviyyəsinin göstəricisinə görə dünyanın 20 ən təhlükəsiz ölkələri siyahısına daxil edilib. 

“Dalga Tv” “APA”ya istinadən xəbər verir ki, reytinq ölkələr və şəhərlər barədə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbeo” resursu tərəfindən hazırlanıb. 

Resursun 125 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri siyahısında 18 yerdə qərarlaşıb. İlk onluqda Qətər, Sinqapur, Avstriya, BƏƏ, Honqkonq, Gürcüstan, Yaponiya, Danimarka və Belarus yer alıb.  

Venesuela, Honduras, Cənubi Sudan, Cənubi Afrika, Nigeriya, Braziliya və Salvador ən kriminal ölkələr siyahısında yer alıb.  

Saytda Axtarış

ახალი ამბები