Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1577
DünənDünən3053
Bu həftəBu həftə4630
Bu ayBu ay99598
Bu günə qədərBu günə qədər8461229

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyə toxuculuq fabrikində partlayış

Türkiyənin şimali-qərbində Tekirdağ əyalətində toxuculuq fabrikində partlayış baş verib, 29 nəfər xəstəxanaya yerləşdirilib.   

Dalga tv  xəbər verir ki, bu barədə çərşənbə günü NTV telekanalı məlumat yayıb. Hadisənin səbəbləri məlum deyil. 

İlkin məlumata görə, partlayış nəticəsində zəhərli maddənin sızması baş verib, zərərçəkənlər bu maddədən zəhərlənib.

Tbilisidə NATO-Gürcüstan xalq diplomatiyası forumu işinə başlayıb

Tbilisidə iki günlük NATO-Gürcüstan xalq diplomatiyası forumu işinə başlayıb.

"Dalga tv" "Report"a istinadən xəbər verir ki, forumda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə dövlət naziri Viktor Dolidze və NATO baş katibinin xalq diplomatiyası üzrə müavini Takan İldemin çıxış edəcəyi gözlənilir.

Aprelin 11-də forumda Gürcüstan prezidenti Giorgi Marqvelaşvili iştirak edəcək.

Tədbir çərçivəsində NATO və Avropa İttifaqı nümunəsində təhlükəsizlik problemlərinə qarşı xalq diplomatiyasının rolu, hibrid müharibənin yeni çağırışları, təbliğata, kibermüharibəyə və s. qarşı mübarizə strategiyaları kimi mövzular üzrə müzakirələr planlaşdırılıb.

Kvirikaşvili: “Gürcüstanın NATO-ya inteqrasiyası dərinləşir”

Tiflisdə NATO-Gürcüstan Xalq Diplomatiyası  Forumu başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze açaraq NATO ilə Gürcüstan arasında münasibətlərin getdikcə aktivləşdiyini, Avropa ilə viza rejiminin ləğvinin əlaqələrin inkişafına daha da təkan verəcəyini bildirib.

Baş nazir Georgi Kvirkaşvili çıxışında NATO-Gürcüstan əlaqələrinin vacibliyini vurğulayıb: “Mən Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyən bütün ölkələrə təşəkkürümü bildirirəm. Artıq ikinci dəfədir ki, belə bir forum Gürcüstanda keçirilir. Gürcüstanın avroatlantik ailəyə üzv olması dövlətimizin və gürcü xalqının suveren qərarıdır. Gürcüstanın NATO-ya inteqrasiyası daha da dərinləşir. Sevindirici haldır ki, Xalq Diplomatiyası Forumu yeni çağırışlar və strategiyalara, təcrübə mübadiləsinin müzakirəsinə geniş imkan verir”.

Sonra NATO baş katibinin müavini, türkiyəli diplomat Tacan İldem çıxış edib.

Forum sessiyalarda davam edib. Sessiya çərçivəsində Gürcüstanın xarici İşlər Naziri Mixail Canelidze, NATO baş katibinin müavini Tacan İldem,  Avropa İttifaqının Gürcüstandakı nümayəndəsi Yanoş Herman, Böyük Britaniyanın Gürcüstandakı səfiri Devid Uotson və başqaları çıxış ediblər.

Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze APA-ya açıqlamasında NATO-Gürcüstan Xalq Diplomatiyası Forumunun Gürcüstanda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Biz NATO-ya üzv olmaq və bu təşkilata inteqrasiya üçün aktiv siyasət aparırıq. Xalq diplomatiyası prosesində şübhəsiz ki, Gürcüstanda yaşayan milli azlıqlar, o cümlədən azərbaycanlılar da böyük rol oynayırlar. Düşünürəm ki, apardığımız siyasətin nəticəsi olaraq biz Avropa ailəsinə üzv olacağıq”.

NATO baş katibinin müavini Tacan İldem isə APA-ya açıqlamasında NATO-Gürcüstan Xalq Diplomatiyasını yüksək qiymətləndirdiyini bildirib. O, may ayında Azərbaycana səfər edəcəyini və NATO-nun Azərbaycanla bağlı mövqeyini Bakıda açıqlayacağını söyləyib.

Aparıcı ərinin ölüm xəbərini canlı yayımda xəbər oxuyarkən öyrənd

Hindistanın IBC24 telekanalının xəbər aparıcısı Suprit Kaur canlı yayım zamanı yol-nəqliyyat hadisəsi barədə təcili xəbər oxuyarkən həyat yoldaşının öldüyünü öyrənib.

Dalga tv Aznews.az-a istinadən xəbər verir ki, canlı yayıma qoşulan müxbir hadisə nəticəsində 3 nəfərin öldüyünü bildirib, lakin onların adlarını deməyib.

Aparıcı ərinin həmin istiqamətdə yola düşdüyünü bilib və qəzaya düşən avtomobilin onun olduğunu anlayıb. Buna baxmayaraq, o, təmkinlə canlı yayımı yekunlaşdırıb.

Almaniyada terror aktı planlaşdıran miqrant saxlanılib

Almaniya polisi terror aktı hazırlamaqda şübhəli bilinən miqrantı saxlayıb.

Dalga tv APA-ya xəbərə istinadan xəbər verir, bu barədə “Leipziger Volkszeitung” qəzeti yazıb.

25 yaşlı Mərakeş əsilli oğlan aprelin 8-də Leypsiq şəhəri yaxınlığında  qaçqın düşərgəsində keçirilən  əməliyyat zamanı tutulub. İlkin məlumata əsasən, o, Almaniyanın paytaxtı Berlində terror aktı törətməyi planlaşdırırmış. 

Gürcüstanda 9 Aprel faciəsinin 28-ci ildönümü qeyd edilir

Bu gün bütün Gürcüstanda 9 Aprel faciəsinin 28-ci ildönümü qeyd edilir.

 Dalga tv-nin APA-ya istinadən xəbərinə görə, faciənin ildönümünə həsr olunan tədbirlər paytaxt Tiflisdən başlayıb.

Gecə saat 4.00-dan başlayaraq Gürcüstan dövlət və hökumət rəsmiləri, nazirlər, diplomatik korpus rəhbərləri, deputatlar, gənclər və digər əlaqədar təşkilatların nümayəndələri, şəhər sakinləri ənənəvi olaraq parlament binası qarşısındakı 9 Aprel abidəsinin önünə əklillər və gül-çiçək dəstələri qoyub, şam yandırıblar. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və  katolikos-patriarx II İlya da anma mərasimində iştirak edib. Abidə önünə əklil qoyan G. Kvirikaşvili 1989-cu ilin 9 Aprelinin xalqın azadlıq və müstəqilliyi ilə bağlı çox əhəmiyyətli bir gün olduğunu bildirib. Baş nazir 28 il əvvəl insanlarının azadlıq və müstəqillik “yuxu”sunun çin olması uğrunda həlak olduqlarını və bu gün xalqın daha güclü şəkildə birləşəcəyinə şübhə etmədiyini vurğulayıb.

Gürcüstan prezidenti Giorgi Maqvelaşvili faciə qurbanlarının xatirəsini yad edib, abidə önünə  əklil qoyub. Azərbaycanın Gürcüstandakı səfirliyi və səfirlik əməkdaşları, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclər də 9 Aprel faciəsinin qurbanlarına ucaldılan abidə önünə əklil və gül-çiçək dəstələri qoyublar. Eyni zamanda Gürcüstan Müsəlmanlarının şeyxi Hacı Ramin İgidov və din xadimləri, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının üzvləri 9 Aprel şəhidlərinin xatirəsini yad edib, daha sonra Cümə Məscidində anım tədbiri təşkil olunub. Tədbirdə Gürcüstanın azərbaycanlı və gürcü din xadimləri iştirak edib.

Faciənin ildönümü azərbaycanlıların kompakt yaşadığı Marneulidə qeyd olunub. Marneuli Gənclər Mərkəzi tərəfindən təşkil olunan tədbir Alget kəndindəki 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə önündə keçirilib. Tədbirdə Gürcüstan parlamentinin azərbaycanlı və gürcü deputatları, gənclər və kənd sakinləri iştirak edərək faciə qurbanlarını ehtiramla yad ediblər. Faciə qurbanları rayonun Tamarisi, Sereteli kəndlərində də anılıb. Tədbirdə Marneuli rayon rəhbərliyi, gürcü və azərbaycanlılar iştirak edərək müstəqillik uğrunda həlak olan 21 Gürcüstan vətəndaşlarını ehtiramla yad ediblər. Rustavidə azərbaycanlıları birləşdirən “Salam” Xeyriyyə Cəmiyyəti də faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirib.

Qeyd edək ki,  1989-cu ilin aprelin 9-da Tiflisin Rustaveli prospektində keçirilən dinc aksiyanın sovet ordusu tərəfindən dağıdılması zamanı 21 aksiya iştirakçısı öldürülüb. 1991-ci il aprelin 9-da Gürcüstan Ali Soveti 9 Apreli Gürcüstanın Dövlət Müstəqilliyinin Bərpası Günü elan edib. 

Misirdə kilsədə partlayış: Çoxlu ölən və yaralananlar var

Bu gün Misirin Tanta şəhərində kilsədə partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Dalga tv APA-ya istinadən xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsənin ibadət zalında partlayış törədilib. İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Daha sonra Misir Daxili İşlər Nazirliyinin təlim mərkəzi yaxınlığında partlayış olub. Misir KİV-ləri partlayış nəticəsində 1 polisin öldüyü barədə məlumat yayıb.

İŞİD Misirdə kilsələrdə terror aktlarına görə məsuliyyəti üzərinə götürüb

Bu gün Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Dalga tv APA-ya istinadən xəbər verir ki, bu barədə “Anba Masr” portalı İŞİD terror təşkilatının bəyanatına istinadən məlumat yayıb.

Qeyd edək ki, son məlumatlara əsasən bu gün Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 11 nəfər ölüb.

Moskvada 2 sərnişin qatarı toqquşub

Moskvada qatarların toqquşmasından sonra 50 nəfər tibbi yardımın göstərilməsi üçün həkimlərə müraciət edib.

Dalga tv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Rusiya Dəmir Yolları”ndan bildirilib.

“Elektrik qatarının iki vaqonunun və sərnişin qatarının lokomotivinin seksiyasının relsdən çıxması nəticəsində dəmir yolunda hərəkət dayandırılıb. İlkin məlumata görə, tibbi yardımın göstərilməsi üçün 50 nəfər həkimlərə müraciət edib”, - deyə məlumatda bildirilir.

Tramp Suriyaya raket zərbəsinin endirilməsinin səbəbini Konqresə açıqlayıb

ABŞ prezidenti Donald Tramp  Konqres üzvlərinə aprelin 7-nə keçən gecə Suriyaya endirilən raket zərbəsinə dair bildiriş məktubu göndərib.Dalga tv-nin  

APA-ya istinadən  xəbərinə görə, məktubun mətni tam olaraq Trampın zərbədən sonra səsləndirdiyi bəyanatı təkrarlayır. Belə ki, prezident Suriya hakimiyyətini aprelin 4-də İdlib əyalətində kimyəvi silahdan istifadə etməkdə ittiham edib.  Tramp, raket zərbəsinin kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirildiyini qeyd edib.   

Qeyd edək ki, ABŞ-ın Homs əyalətindəki  “Şayrat” aerodromuna 59 raket atıb.  

Homs qubernatoru zərbə nəticəsində 5 hərbçi və 2 mülki şəxsin öldüyünü bildirib.

Ərdoğan İstanbulda keçirilən mitinqdə iştirak edib

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində keçirilən 16 aprel ölkə Konstitusiyasına dəyişikliklər üzrə referenduma dəstək mitinqində iştirak edib.

"Dalga "nin "Report"a istinadən xəbərinə görəi, izdihamlı aksiyada on minlərlə insan iştirak edib.

Dövlət başçısı Konstitusiyaya dəyişikliklər üzrə referendumun əhəmiyyətindən, səsvermələrin xalqa gələcək faydasından danışıb.

FETÖ-nün ötən il, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdindən bəhs edən Ərdoğan xalqın istiqlalına və gələcəyinə sahib çıxdığını vurğulayıb. Ölkə rəhbəri qeyd edib ki, xalq həmin gecə sarsılmaz birliyini nümayiş etdirib. 

Türkiyə prezidenti çıxışında CHP lideri Kamal Kılıcdaroğlunun fəaliyyətinə də toxunub. O, CHP liderinin aprelin 16-da keçiriləcək referendumdan sonra vəzifəsindən istefa verəcəyinə inandığını bildirib.

Stokholm terrorunda şübhəli bilinən daha bir nəfər tutulub

İsveçin paytaxtı Stokholmda törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

Dalga tv xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “Expressen” qəzeti bildirib.

Məlumata görə, terror hadisəsi ilə bağlı Stokholmun Yulsta şəhərətrafı qəsəbəsində bir kişi saxlanılıb.

Bundan əvvəl bir nəfərin, İsveçdə yaşayan 39 yaşlı Özbəkistan vətəndaşının saxlanıldığı bildirilirdi.

Yük maşınını insanların üzərinə sürən şəxs isə hələ ki, tapılmayıb. Xatırladaq ki, Stokholmun mərkəzində törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Saytda Axtarış

ახალი ამბები