Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün795
DünənDünən3053
Bu həftəBu həftə3848
Bu ayBu ay98816
Bu günə qədərBu günə qədər8460447

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Hələbdə terror aktı: 100-dən çox ölən var

Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

 Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə,

“Suriya mülki müdafiə” qeyri-hökumət təşkilatının məlumatına əsasən, hadisə nəticəsində 55 nəfər yaralanıb.

Xristian dünyası Pasxa bayramını qeyd edir

Bu gün xristian dünyası Pasxa bayramını qeyd edir.

Dalga tv APA-ya istinadən xəbər verir ki, Pasxa xristian dünyası üçün ən vacib dini bayramdır və İsa peyğəmbərin dirilişinə həsr edilib.

Katoliklər, lüteranlar və pravoslavlar hər il Pasxa bayramını müxtəlif tarixlərdə qeyd edirlər, çünki bayramların tarixinin hesablanması prinsipləri fərqlidir. Nadir hallarda bütün xristianların bu bayramı eyni gündə qeyd etməsinə rast gəlinir. Bu il də bütün xristian dünyası - katoliklər, lüteranlar və pravoslavlar eyni gündə, aprelin 16-da bu dini bayramı qeyd edirlər.

Türkiyədə seçki məntəqəsinin qarşısında atışma: Ölənlər var

Türkiyənin Diyarbakır vilayətində silahlı insident baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, Yabanardı kənd məktəbində təşkil edilmiş seçki məntəqəsinin qarşısında qohum olduğu bildirilən iki ailə arasında dava-dalaş düşüb.

Bu zaman hər iki tərəf silahdan istifadə edib və səbəbi hələlik məlum olmayan atışma zamanı 68 yaşlı Abdulrezzak Yıldız və 32 yaşlı Şeyhmus Yıldız qətlə yetirilib. İdris Yıldız isə xəstəxanaya yerləşdirilib.

Artıq 2 nəfər saxlanılıb.

Hadisənin səbəbi araşdırlır.

Türkiyədə referendumda səsvermə başa çatıb

Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum başa çatıb.

 Dalga tv xəbər verir ki, ölkənin seçki məntəqələri saat 19:00-da (Bakı vaxtı ilə saat 18:00-da) qapanıb.

İranda daşqınlar nəticəsində ölənlərin sayı 35-ə yüksəlib

İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

APA-nın Tehran bürosunun məlumatına görə,  İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha bir neçə nəfər itkin düşüb.

Ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinidir.

İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.

Təbriz şəhərində də sel evlərə ziyan vurub.

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.

Ölü və itkin sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

Hələbdə partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb

 

Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 130 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlər arasında xeyli sayda qadın və uşaq var.

Hadisə şəhərin qərbində, şiələrin yaşadığı Fua və Kefrayadən təxliyə edilən insanları daşıyan avtobusların yanında törədilib. Məlumata görə, terroçu-kamikadze avtomobilini avtobusların yanında partladıb.

Stoltenberq: Gürcüstan təsirli islahatlar həyata keçirir

Gürcüstan təsirli islahatlar həyata keçirir, demokratik institutları möhkəmləndirir, müdafiə strukturlarını modernləşdirir və korrupsiya ilə mübarizə aparır.

Dalga tv Xeber.ge-yəistinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Corc Vaşinqton universitetinin Elliot adına Beynəlxalq Əlaqalər Məktəbində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunların hamısı müəyyən mənada Gürcüstanın NATO-ya üzvlüyü istiqamətindəki səyləri ilə bağlıdır.

“Həmişə qeyd etmişəm ki, bu cür islahatların həyata keçirilməsi NATO ilə yaxınlaşma üçün əhəmiyyət kəsb edir, lakin bu məqsədə baxmayaraq, korrupsiyaya qarşı mübarizə aparılmalı və demokratik institutlar möhkəmləndirilməlidir”, - o qeyd edib.

Stoltenberqin sözlərinə görə, NATO-nun qapıları açıqdır və genişlənmə haqqında qərar müraciət edən ölkə və alyansın üzvləri tərəfindən qəbul edilməlidir və bu qərara heç kəsin müdaxilə etmək hüququ yoxdur.

CNN: ABŞ kəşfiyyatı suriyalı hərbçilərin kimyəvi hücuma hazırlıqla bağlı danışıqlarını ələ keçirib

ABŞ kəşfiyyatı İdlibə kimyəvi silah hücumuna hazırlığı müzakirə edən suriyalı hərbçilərin və kimyəvi silah mütəxəssislərinin telefon danışıqlarını ələ keçirib.

APA-nın məlumatına görə, bu barədə CNN Donald Tramp administrasiyasının yüksək vəzifəli məmuruna istinadən xəbər yayıb. Bildirilir ki, həmin danışıqların detallarına əsasən İdlibə olan hücumun bütün məsuliyyətinin Suriya prezidenti Bəşər Əsədin üzərinə düşməsinə heç bir şübhə qalmır.

Adının açıqlanmasını istəməyən məmur deyib ki, ABŞ Suriyaİraq kimi ölkələrdən hər gün böyük həcmdə kəşfiyyat məlumatları toplayır, lakin adətən bu informasiyalar hər hansı konkret hadisə baş vermədikdə emal olunmur. “Bu mövzuda danışıqlar İdlibə kimyəvi hücumdan əvvəl ələ keçirilib. Lakin bu işə görə kimin məsuliyyət daşıdığını aydınlaşdırmaq üçün insidentdən sonra bu materiallar nəzərdən keçirilib. Ələ keçirilmiş materiallara əsasən bütün məsuliyyətin Bəşər Əsədin üzərinə düşməsinə heç bir şübhə qalmır”, - deyə vəzifəli şəxs söyləyib.

Qeyd edək ki, Suriyanın İdlib vilayətinin cənubundakı Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb, 500-dən çox insan xəsarət alıb.

Kolumbiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb

Kolumbiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb.

Dalga tv Report-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Qəza Riskləri Milli İdarəsinin məlumatında bildirilir.

Bundan əvvəl ölənlərin 314 nəfər olduğu bildirilirdi. Qurbanlar arasında 118 uşaq var. Daha 332 nəfər yaralanıb. 269 meyit dəfn edilməsi üçün yaxınlarına təhvil verilib.

Aprelin 1-nə keçən gecə leysan yağışlar nəticəsində məcrasından çıxan Mokoa, Sanqoyako və Mulatos çayları Mokoa şəhərində sel axını yaradıb. Nəticədə şəhərə ciddi ziyan dəyib.

Hazırda şəhərin dağıntılardan və palçıqdan təmizlənməsi üzrə işlər davam etdirilir.

Gürcüstan prezidenti 91 məhkumu əfv edib

Gürcüstan Prezidenti Georgi Merqvelaşvili Pasxa bayramı münasibəti ilə 4-ü qadın olmaqla 91 məhkumu əfv edib.

Dalga tv “Report”a  istinadən xəbər verir ki, bunu Əvf Komissiyasının sədri Zviad Koridze bildirib.

Komissiya aprelin 4-dən 6-dək 579 məhkumun cinayət işini araşdırıb.

Xatırladaq ki, aprelin 16-da xristianlar Pasxa bayramını qeyd edəcəklər. 

Bu gün Dünya Kosmonavtika Günüdür

Bu gün Dünya Kosmonavtika Günü qeyd olunur. 

Dalga tv xəbər verir ki, bu günün keçirilməsi 56 il əvvəl, 1961-ci il 12 aprel tarixində o vaxtkı SSRİ vətəndaşı Yuri Alekseyeviç Qaqarinin insanlıq tarixində ilk dəfə kosmosu fəth etməsi ilə bağlıdır. 

Qaqarin həmin gün “Baykonur” kosmodromundan “Vostok 1” kosmik gəmisində Moskva vaxtı ilə saat 9:07-də ayrılmışdır. 

108 dəqiqəlik uçuşdan sonra isə sağ-salamat geri dönür.

Yuri Qaqarinin uçuş zamanı kod adı Kedr, Yerdən onun uçuşunu koordinasiya edən SSRİ Kosmik Sənayesinin baş mühəndisi Sergey Korolyovun kod adı isə “Zarya 1” olmuşdur.

Sistemdə baş verən bir nasazlığa görə Qaqarin geriyə qayıdarkən əvvəlcədən təyin olunmuş yerə yox, Moskva vaxtı ilə saat 10:55-də Saratov vilayətinin kiçik bir kəndinin ətrafında eniş edir. Buna görə də onu nəzərdə tutulan kimi 10 minlərlə insan əvəzinə, həmin ərazidə yaşayan cəmi 2 nəfər qarşılayır. 

Məlumat üçün qeyd edək ki, o vaxt dövlətin rəsmi xəbər agentliyi olan TASS mümkün bütün variantları nəzərə alaraq uçuşun gedişatında oxumaq üçün 3 ayrı mətn hazırlamışdı. Bunlardan ilki sistemdə hər hansı bir qəza baş verərsə, yerə təcili eniş etmək üçün, ikincisi, kosmonavtın həyatını itirməsi halında oxumaq üçün və nəhayət, üçüncüsü isə Yuri Qaqarinin dünya tarixində ilk dəfə Yerin orbitini tam dövr etməsi uğurla başa çatdığı halda vermək üçün hazırlanmışdır. 

Sankt-Peterburq metrosunda terror aktı nəticəsində ölənlərin sayı 14 nəfərə çatdı

Sankt-Peterburqda törədilən terror aktı nəticəsində zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib, bununla da ölənlərin sayı 14 nəfərə çatıb. 

Dalga tv  xəbər verir ki, TASS-a bu barədə şəhərin qubernatoru Anna Mityanina bildirib. 

“Bəli, təsdiq edirəm”, - o, zərərçəkənlərdən həqiqətən birinin öldüyünə dair suala cavab verərkən deyib

Saytda Axtarış

ახალი ამბები