Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün751
DünənDünən3053
Bu həftəBu həftə3804
Bu ayBu ay98772
Bu günə qədərBu günə qədər8460403

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ankarada partlayış: Ölən və yaralananlar var

Ankarada İvedik Sənaye rayonunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə avtomobil ehtiyat hissələri və mühərrik yağları satılan mağazada baş verib.

Partlayışın məişət qazı balonunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən briqada cəlb edilib. 

Londonda yanan binada xeyli insanın öldüyü bildirilir

Londonda çoxmərtəbəli binada yerli vaxtla saat 01:15-də (Bakı vaxtilə 04.15) başlayan yanğın davam edir.

APA-nın xəbərinə görə, yanğınsöndürənlər külə dönən binada xeyli insanın öldüyünü bildiriblər.

Şəhərin Təcili Tibbi yardım Xidməti indiyədək 50 nəfərin xəstəxanalara çatdırıldığını açıqlasa da, ölənlərin sayı ilə bağlı heç bir məlumat verilməyib.

 

Türkiyədə güclü zəlzələ olub

Bu gün Türkiyə ərazisində güclü zəlzələ baş verib.

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Egey dənizində, İzmirin Karaburun rayonu sahillərində olub.

Kandil Rəsədxanası zəlzələnin gücünün 6,3 bal olduğunu açıqlayıb.

https://youtu.be/3OSNnOFWMO8

Yunanıstan silkələndi

Yunanıstanın Lesbos adası sahillərində 6.1 bal gücündə zəlzələ qeydə alınıb.

Dalga tv Oxu.Az-a istinadən xəbərinə görə, hadisə yerindən görüntüləri ANA-MPA nəşri dərc edib.

Ölkənin seysmoloji xidmətinin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 15:28-də baş verib.

Şahidlər bildiriblər ki, adada qədim tikililərə ciddi ziyan dəyib. 

Bəzi yollarda sürüşmələr baş verib, bir neçə yaşayış məntəqəsi arasında əlaqə kəsilib.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

 

Rusiyanı etiraz aksiyaları bürüdü, yüzlərlə insan saxlanılıb

Bazar günü, iyunun 12-də, Sankt-Peterburq şəhərində korrupsiyaya qarşı etiraz aksiyasında 500 nəfər saxlanılıb.

Dalga tv-nin “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili işlər nazirliyinin mətbuat mərkəzindən bildiriblər.

Ümumilikdə mitinqdə 3,5 mindən çox insan iştirak edib. Müxalifətin Moskvada keçirdiyi mitinqdə isə 150 nəfər həbs olunub.

Bildirilir ki, Sankt-Peterburqda keçirilən razılaşdırılmamış etiraz aksiyasında 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

İordaniya sərhədçiləri Suriyadan qaçan 5 terrorçunu güllələyib

Bazar günü bir qrup terrorçu Suriya ilə sərhəddə yerləşən Ət-Tanf sərhəd-buraxılış məntəqəsindən İordaniyaya keçməyə cəhd göstərib.

Dalga tv Report-a istinadən xəbər verir ki, nəticədə 5 nəfər sərhədçilər tərəfindən güllələnib, daha iki terrorçu isə əsir götürülüb.

Ət-Tanf bölgəsində Suriya ordusu tərəfindən təqib olunan İŞİD terrorçuları fəaliyyət göstərir.

İordaniya Silahlı Qüvvələri Komandanlığının məlumatına görə, son üç gündə onlar bir neçə dəfə sərhədə yaxınlaşsalar da, İordaniya sərhədçilərinin atəş açması nəticəsində krallıq ərazisinə keçə bilməyiblər.

Yəməndə vəbadan ölənlərin sayı 859 nəfərə çatıb

Cari ilin 27 aprel tarixindən etibarən Yəməndə vəba epidemiyasından ölənlərin sayı 859 nəfərə çatıb.

Dalga tv Report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.

Hesabata görə, ölüm halları Yəmənin 20 əyalətində qeydə alınıb. Vəba əlaməti ilə xəstəxanalara 116 min 700 nəfər müraciət edib ki, onların da 46 faizi yaşı 15-dən aşağı olan uşaqlardır. Yaşı 60-dan yuxarı olan əhalinin isə 33 faizi epidemiyanın qurbanı olub.

İŞİD terrorçularının İraqda şəhərə hücumu nəticəsində azı 30 nəfər ölüb

İŞİD terrorçularının İraqda Şirkat şəhərinə hücumu nəticəsində azı 30 nəfər ölüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ölənlər arasında hərbçilər və dinc sakinlər var. Daha 40 nəfər isə yaralanıb.   

İraq ordusu terrorçuların həmləsinin qarşısını ala bilib, 10-dan çox silahlı öldürülüb.

Şirkat şəhəri Mosuldan 100 km cənubda yerləşir. 

İranda icmalar arasında baş vermiş toqquşmalar zamanı 22 nəfər həlak olub

 Ötən gecə İranın Huzistan vilayətinin Ramhörmüz diyarında icmalar arasında baş vermiş toqquşmalar zamanı azı 22 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

"Təəssüf ki, ötən gecə toqquşmalar zamanı müasir ordu silahlarından istifadə olunub və 22 nəfər ölüb" – deyə yerli hakimiyyət orqanının nümayəndəsi Hidayətullah Hatəmi bildirib.

Onun sözlərinə görə, insidentin səbəbi icmalar arasında köhnə münaqişə ilə əlaqədardır.

Türkiyədə hərbçilərin olduğu avtobus aşıb: 40-dan çox yaralı var

Türkiyənin Samsun əyalətində  hərbçilərin olduğu avtobus aşıb, hadisə nəticəsində 47 hərbçi yaralanıb. 

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə bu gün türk KİV-i məlumat yayıb. 

Məlumata görə, yaralıalr yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb. 

Yaralıların vəziyyəti normal qiymətləndirilir. Hadisənin səbəbləri araşdırılır. 

İranda partlayış: 8 nəfər ölüb

İranın Həmədan şəhərində yaşayış binasında partlayış baş verib.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, partlayış nəticəsində 8 nəfər ölüb. 

Həmədan əyalətinin təcili tibbi yardım mərkəzinin mətbuat katibliyi elan edib ki, şəhərin mərkəzində yaşayış binasında partlayış və yanğın baş verib. Yanğınsöndürənlər 20 nəfəri təxliyə edib. Səkkiz nəfər həyatını itirib ki, onlardan bir neçəsi uşaqdır

 

Regionda məhvedici MÜHARİBƏ BAŞLAYIR

Dünən İŞİD terror qruplaşması İranda ilk hücumunu həyata keçirdi. Son məlumatlara görə, paytaxt Tehranda parlament binası və İran inqilabının lideri Xomeyninin türbələrinə edilən hücumda ümumilikdə 17 nəfər ölüb. Həm parlamentə, həm də türbəyə hücum edən terrorçular məhv edilib.
İspaniyanın "El Mundo" nəşri terror aktlarının İranda İŞİD-in strukturunun mövcud olduğunu göstərdiyini yazıb.
İŞİD "Al-Amak" informasiya agentliyində üç bəyanat dərc edərək terror hücumlarına görə məsuliyyəti üzərinə götürdü. Agentliyin saytında həmçinin parlament binasında çəkilmiş videoyazı dərc olundu. TRAC analitik mərkəzinin direktoru Verian Xan nəşrə müsahibəsində bildirb ki, Go Pro (başa bağlanan kamera – red.) kamerasından çəkilib və bu, İŞİD-in üslubunu göstərir.
Müəllifin fikrincə, İran parlamentinə hücumun arxasında bir neçə amil dayanır.
1.İŞİD sıralarında iranlıların olması.
2.Son həftələrdə İŞİD İrana qarşı mediakampaniyanı aktivləşdirib. İŞİD-in İraq bölməsi bir videoyazı dərc edərək İranın sünni azlığını rejimə qarşı silahla mübarizəyə çağırıb. İŞİD ölkə rəhbərlərini "fəth"lə hədələyir. Amma İran sünniləri indiyə kimi bu çağırışlara xüsusi maraq göstərmirdilər.
3.İŞİD şiələrin qlobal məhvini istəyir. Təşkilatın mövqeyi həmişə bundan ibarətdir ki, onlar ya sünniliyə keçməyə, ya da ölməyə məcburdur. Şiəliyin ən tanınmış paytaxtında şiələrə qarşı bu hücum təbliğat üçün effektiv olacaq.
Məqalə müəllifinin fikrincə, bu hücumlar cari vəziyyəti nəzərə alaraq əlavə əhəmiyyət kəsb edir. ABŞ prezidenti Tramp İranı lənətləyir, həmçinin Səudiyyə Ərəbistanı İranla qarşılıqlı anlaşmaya görə Qətərə təzyiq göstərir.
"İran hökuməti hiss edəcək ki, onu İraq və Suriyada müdaxiləni genişləndirməyə məcbur edirlər. Əgər bu olacaqsa, sünnilər və şiələr arasında müharibənin eskalasiyası İŞİD-in ideoloji atəşinin üstünə yağ tökəcək", - analitik Çarli Uinter deyib.
4. Son bir ay ərzində İraq və Suriyadan kənarda - Böyük Britaniya, Filippin, İndoneziya, Misir, Avstraliya, Pakistan və İranda terror aktları baş verib. Terror aktları Suriya və İraqda diqqəti İŞİD-in itkilərindən yayındırmaq ehtiyacı ilə izah olunur.

Saytda Axtarış

ახალი ამბები