Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün772
DünənDünən3053
Bu həftəBu həftə3825
Bu ayBu ay98793
Bu günə qədərBu günə qədər8460424

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türk ordusundan PKK-ya qarşı böyük hazırlıq

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin və Tel Abyad bölgəsində möhkəmlənən PKK/YPG qüvvələrinə qarşı hazırlıqlara başlayıb.

Daga tv Axar.az -a istinadən xəbər verir ki, ordunun tabeliyində olan texnikalar hərbi qüvvələrin hərəkətini asanlaşdırmaq üçün ərazidə yollar açmağa başlayıb.

Bundan əlavə, türklərin olduğu mövqeyə əlavə hərbi qüvvələr də cəmləşdirilib.

Qeyd edək ki, ötən gün TSQ Afrindəki YPG mövqelərini top atışları ilə hədəf almışdı.

Rusiya İstanbula iki gəmi göndərdi – Səbəb

Rusiya aprelin 27-də Qara dənizdə batan “Liman” gəmisini çıxarmaq üçün həmin əraziyə “Selicer” araşdırma-xilasetmə və SB-739 adlı yeni nəsil xilasetmə gəmilərini göndərib.

Dalga tv Axar.az-a istinadən xəbər verir ki, Rusiyadan göndərilən heyət batan gəminin mühüm cihazlarını suyun altından çıxarmağa çalışacaq.

Heyət üzvləri mümkün olduğu təqdirdə gəmini bütünlüklə sudan çıxarmaq istədiklərini bildiriblər.

Xatırladaq ki, aprelin 27-də Qara dənizdə Rusiyanın hərbi gəmisi Toqo bayrağı ilə üzən yük gəmisinə dəyərək batıb. Rusiya Müdafiə Nazirliyi hərbi gəmidə olan 78 nəfər şəxsi heyətin hamısını Türkiyənin xilas etdiyini açıqlayıb.

Kiyevdə partlayış

Ukrayna paytaxtının tədris müəssisələrindən birinin həyətində naməlum obyekt partlayıb, binanın divarı zərər çəkib. 

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.  

Polisin məlumatına görə, Lesya Kurbasa küçəsində yerləşən tədris müəssisəsinin ərazisində partlayış barədə polisə bazar ertəsi axşam saatlarında təsadüfən oradan keçən şəxs tərəfindən məlumat verilib. 

“Partlayış nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə dərhal istintaq-əməliyyat qrupu yola düşüb. 

Hüquq-mühafizə orqanları əməkdaşları ərazidə partlayan əşyanın nə olduğunu araşdırırlar. Partlayış zamanı binanın divarı zədələnib”, - məlumatda deyilir. 

Avropa İttifaqının komissarı: "Türkiyə Avropadan uzaqlaşır"

"Tükiyə Ərdoğanın dövründə Avropa İttifaqından üz döndərib. Hamıya aydındır ki, ən azı hal-hazırda Türkiyə Avropa perspektivindən uzaqlaşır".

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. O bildirib ki, indiki mərhələdə Aİ-Türkiyə münasibətlərinin mərkəzində üzvlük yox, başqa şeylər, böyük ehtimalla iqtisadi məsələlər dayanmalıdır: "Biz gərək baxaq görək, gələcəkdə nə edə bilərik ki, əməkdaşlığın bərpa edilə biləcəyini anlayaq".

Y. Han gələn ilin əvvəlində Türkiyənin Aİ ilə münasibətlərdə yekun statusuna dair hesabat təqdim olunacağını söyləyib. O, miqrantların Avropaya buraxılmaması məsələsində Türkiyəyə etibar etdiyini söyləyib. Bununla belə, Y. Han əlavə edib ki,  söz azadlığı məsələsində məhdudiyyətlərin tətbiqi, kütləvi həbslər və vətəndaş hüquqlarının pozulması Aİ meyarlarına uyğun deyil: "Türk tipli demokratiya ola bilməz. Vahid bir demokratiya var. Türkiyə xalqı da avropalılar kimi hüquq və azadlıqlardan faydalanmaq haqqına sahibdir".

Qeyd edək ki, Türkiyə Aİ üzvlüyünə namizəd ölkə statusuna malikdir. Lakin hazırda tərəflər arasında üzvlük müzakirələri dondurulub.

Ərdoğan yenidən AKP üzvü olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 33 ay sonra yenidən qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.

Bu gün Ərdoğanın partiyaya üzv olması ilə bağlı Ankarada AKP-nin mərkəzi qərargahında mərasim keçirilib. Mərasimdə AKP rəhbər orqanlarının üzvləri, millət vəkilləri qatılıblar. Binəli Yıldırım Ərdoğana AKP-yə üzvlüyü ilə bağlı bəyannaməni təqdim edib və  Ərdoğan sənədi imzalayıb. Bununla da Ərdoğan partiyaya rəsmən yenidən üzv olub. Növbəti mərhələdə Ərdoğanın AKP-nin sədri seçilməsi üçün mayın 21-də növbədənkənar qurultay keçiriləcək.

Qeyd edək ki, Ərdoğan prezident seçilməsi ilə əlaqədar 2014-cü ilin avqustunda AKP üzvlüyündən və partiyanın sədri postundan istefa verib.

Xatırladaq ki, AKP 14 avqust 2001-ci ildə yaradılıb. Partiya 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkilərində qələbə çalaraq hakimiyyətə gəlib. Həmin vaxt məhkəmənin barəsində siyasətlə məşğul olmasının qadağan edilməsinə dair qərarı olduğu üçün R. T. Ərdoğan seçkilərdə iştirak edə bilməyib. Barəsindəki siyasi qadağa aradan qaldırıldıqdan sonra 9 mart 2003-cü ildə Siirtdən deputat seçilib. Bununla əlaqədar 11 mart 2003-cü ildə Abdulla Gül hökuməti istefa verib. R. T. Ərdoğanın rəhbərliyi ilə həmin il martın 14-də yeni hökumət qurulub. AKP sədri olduğu 2002, 2007 və 2011-ci illərdə keçirilən parlament, 2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkilərində partiyası qalib gəlib. 

Rus esgerleri Ermenistanda mina emeliyyatina basladi

Ermənistanın Erebuna şəhərində yerləşən Rusiya Cənub Hərbi Bölgəsinə bağlı istehkam birliyi bu ölkədə mina təmizləmə əməliyyatına başlayıb.
Dalga tv axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan Rusiya Cənub Hərbi Bölgəsinin sözçüsü polkovnik Vadim Astafyev rusların dağlıq bölgələrdəki hərbi təlim ərazilərində minalardan təmizləmə fəaliyyətinə başladığını qeyd edib.

Əməliyyat 10 hektarlıq ərazini əhatə edəcək. Əməliyyata 100 əsgər və 10-dan çox hərbi təchizat cəlb edilib.

İsveçdə ən böyük şiə məscidi yandırılıb

İsveçdə Stokholmun ətrafında Yerfelleda yerləşən İmam Əli şiə məscidində bazar ertəsi yanğın baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, “Məscidin yandırıldığı ehtimal edilir”, - Stokholm polisinin nümayəndəsi Lars Bistrem bildirib. 

Yanğın haqqında məlumat polisə bazar günü 23:16-da daxil olub. Xəsarət alanlar haqqında məlumat yoxdur. 

Məscidin binasında yerləşən kitabxanada 3 minə yaxın kitab var. Kitabların yanmasına dair məlumat yoxdur. 

“İlkin proqnozlara müvafiq olaraq, binanın 30-50%-i zədələnib, bu, hazırda əlimizdə olan məlumatdır”, - məscidin nümayəndəsi Aki Zahiri İsveç telekanalına bildirib. 

Onun sözlərinə görə, məscidin binasının sahəsi təxminən 3500 kvadratmetrdir. 

Türkiyədə 1 May aksiyalarında toqquşmalar olub

Bu gün Türkiyədə 1 May Əmək və Həmrəylik Günü qeyd edilir.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu il İstanbulda əmək gününün qeyd edilməsi üçün Bakırköy Xalq Bazarı meydanı ayrılıb.

Bayram aksiyasında iştirak edəcək insanlar İncirli prospekti ilə Bakırköy Xalq Bazarı meydanına hərəkət edirlər. Aksiyaçılar meydana buraxılmazdan əvvəl 3 dəfə yoxlamadan keçir. Meydana gələn qruplar arasında “Beşiktaş” klubunun tərəfdar qrupu “Çarşı” və “Fənərbağça” klubunun tərəfdar qrupunun üzvləri də var. “Fənərbağça” klubunun tərəfdar qrupunun üzvləri sinələrinə Gəzi parkı olaylarında həyatını itirən Berkin Elvan və Ali İsmayıl Korkmazın fotoşəkillərini vurublar.

Ənənəvi olaraq, hər il müxtəlif qrupların Əmək və Həmrəylik gününü qeyd etməyə çalışdığı Taksim meydanına gələn yollar isə yerli vaxtla saat 05.00 radələrindən bağlanıb, meydan təzyiqli su maşınları və polis koridoru ilə əhatəyə alınıb. Ancaq Talimhane, Beşiktaş və Şişlidən Taksim meydanına daxil olmağa cəhd göstərən qruplar olub. Polis həmin qruplara müdaxilə edib, çoxlu sayda şəxs saxlanılıb. Bakırköydə qarşıdurma zamanı isə polis havaya atəş açıb.

"Reuters" artıq 200-dən çox şəxsin nəfərin saxlandığı, aksiya iştirakçılarından 40 "Molotov kokteyli", 17 əl qumbarası, 176 fişəng aşkarlandığı barədə məlumat yayıb.

Qeyd edək ki, hazırda Türkiyədə fövqəladə vəziyyət rejimidir.

Mosulda terror aktı, 14 polis işçisi öldürülüb

İraqın Mosul şəhərində 14 polis əməkdaşı terror aktının qurbanı olub, daha 20 nəfər isə yaralanıb.

Dalga tv Oxu.Az-a istinadən  xəbərinə görə, bu barədə Anadolu agentliyi İraq federal polisinin əməkdaşı Haris Kazıma istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının 6 yaraqlısı Mosulun qərbində Bab at-Tub rayonunda yerləşən polis məntəqəsinə hücum edib.

Terrorçular polis idarəsinin iki binasını ələ keçiriblər.

Sonradan aviazərbə nəticəsində hər iki bina dağıdılıb, 17 terrorçu məhv edilib.  

Türkiyə ordusu İraq və Suriyada 89 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 25-də İraq və Suriyanın şimalında PKK terror təşkilatı və PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG-nin düşərgələrinə endirilən hava zərbəsinin nəticələrini açıqlayıb.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, İraqın şimalındakı Sincar dağındakı PKK düşərgələrinin məhv edilməsi nəticəsində 40-dan çox terrorçu öldürülüb.

Suriyanın şimalındakı Karaçok dağlarındakı YPG düşərgələrinə endirilən zərbələr nəticəsində isə 4-ü yüksək səlahiyyətli şəxs olmaqla, 49 terrorçu məhv edilib. Hava zərbələri nəticəsində 90-dan çox da terrorçu yaralanıb.

Bu gün yerli vaxtla səhər saat 07.10-07.22 radələrində isə Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Sinat-Haftanin bölgəsində PKK hədəflərini bombalayıb. Nəticədə 6 terrorçu öldürülüb. Eyni zamanda Türkiyənin Adıyaman bölgəsində terror aktı törətməyə hazırlaşan 8 terrorçu öldürülüb. Türkiyənin Tunceli  rayonunun Hozat qəsəbəsində aparılan antiterror əməliyyatlarında isə daha 10 terrorçu öldürülüb və əməliyyat zamanı öldürülən terrorçuların sayı 20 nəfərə çatıb. Vanın Çatak rayonunda antiterror əməliyyatlarında 3 terrorçu öldürülüb, 1 terrorçu təslim olub.

S.B.

Qırğızıstanda matəm elan edilib

Qırğızıstanın Oş vilayətinin Ayu kəndində torpaq sürüşməsi nəticəsində 24 nəfərin ölməsi ilə əlaqədar milli matəm elan edilib.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, 30 aprel milli matəm günü elan edilib. Bununla əlaqədar sabah ölkədə və Qırğızıstanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya qədər endiriləcək. Eyni zamanda televiziya və radio kanallarına həmin gün əyləncəli veriliş və proqramları ləğv etmək tövsiyə olunub. Dövlət başçısı həlak olan və xəsarət alanların  ailələrinə zəruri yardımların göstərilməsi barədə də tapşırıq verib.

Qeyd edək ki, aprelin 29-da yerli vaxtda səhər saat 07.20 radələrində  Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb.

Türkiyədə məscid tikintisində çökmə olub, üç nəfər ölüb

Türkiyənin Samsun şəhərində məscid tikintisi zamanı çökmə baş verib.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, beton qalıqları altında qalan üç fəhlə ölüb.

Hadisə yerinə tibbi yarım maşınları və xilasedicilər cəlb olunub. 

Xilasetmə tədbirləri nəticəsində 3 nəfər xilas edilib.

Saytda Axtarış

ახალი ამბები