Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün757
DünənDünən3053
Bu həftəBu həftə3810
Bu ayBu ay98778
Bu günə qədərBu günə qədər8460409

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mançesterdə konsertdə partlayış: Çox sayda ölən var

Mayın 22-si axşam saatlarında “Mançester Arena”da keçirilən konsert zamanı partlayış baş verib.

Dalga tv  Report-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış səsləri amerikalı müğənni Ariana Qrande son mahnısını bitirərək səhnəni tərk etdikdən sonra eşidilib. Bu zaman işıqlar sönüb, insanlar təşviş içərisində çıxışa doğru qaçmağa başlayıblar. Hadisə yerinə polis və “təcili yardım” avtomobilləri cəlb olunub.

Stadionun yaxınlığında yerləşən “Viktoriya” dəmiryolu vağzalı bağlanıb. Terminal qatarları nə qəbul edir, nə də göndərir.

“NBC News” telekanalının məlumatına görə, stadionda partlayış zamanı ən azı 20 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Polis digər fərziyyələr ortaya çıxana qədər hadisəni terror aktı kimi nəzərdən keçirir.

Hindistanda körpü uçub: Ölənlər var

Hindistanda piyada körpüsünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb.

Dalga tv  APA-ya istinadən xəbər verir ki, bu barədə “russian.news.cn” saytı məlumat yayıb. Məlumata görə, hadisə Cənubi Qoada baş verib.

Hazırda axtarış-xilasetmə işləri aparılır. Polisin məlumatına görə, körpünün uçması nəticəsində suya düşən insanların bir hissəsi xilas ola bilib.

Yerli sakinlərin sözlərinə görə, körpü qəzalı vəziyyətdə idi və son 4 ildə onun üzərindən hərəkət etmək qadağan olunub. Çaya düşən şəxslərdən 14 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Ukraynalı turistlər Türkiyədə qəzaya uğrayıblar

Türkiyədə qəzaya uğrayan mikroavtobusda xəsarət alan Rusiya deyil, Ukrayna turistləridir.    

Dalga tv Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Rusiyanın Türkiyədəki səfirliyinin mətbuat-attaşesi İrina Kasimova bildirib. 

“Muğla əyalətinin qubernatorluğundan bizə verilən məlumata görə, bu mikroavtobusda Ukrayna vətəndaşları olub. Sərnişinlər arasında rusiyalı olmayıb”, - o deyib. 

Ərdoğan Trampı ailəsi ilə birgə Ankaraya dəvət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampı Türkiyəyə ailəsi ilə birgə səfərə dəvət edib.    

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə türk lideri Vaşinqtonda Ağ evin rəhbəri ilə birgə mətbuat konfransında bildirib.  

“Mən prezident Trampa bu səmimi qəbul üçün təşəkkür etmək istəyirəm. Onu ailəsi ilə birgə Türkiyədə səbirsizliklə gözləyirəm”, - Ərdoğanın sözlərini TASS sitat gətirib. 

Prezidentlərin görüşü zamanı Tramp bəyan edib ki, İŞİD və PKK kimi terror təşkilatlar ilə mübarizədə Türkiyəni dəstəkləyir.

“Biz bu təhdidə birgə cavab verməyə çalışırıq”, - amerikalı lider bildirib. 

Makron Fransa prezidenti elan edilib

Bu gün Fransa Konstitusiya Şurasının sədri Loran Fabius Emmanuel Makronu Fransanın səkkizinci prezidenti elan edib.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, bundan öncə Yelisey sarayında prezident postunu tərk edən Fransua Ollandla vida mərasimi keçirilib.

E. Makron və F. Olland arasında prezident kabinetində vida görüşü 25 dəqiqə planlaşdırılsa da, 1 saatdan çox çəkib. Daha sonra isə E. Makron və F. Olland bir-birinə xoş sözlər deyib, bir-birinin əlini sıxıb. E. Makron F. Ollandı avtomobilə qədər müşayiət edib. Bu, protokola uyğun olaraq sabiq prezidentə hörmətin ifadəsidir.

İranda güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb

İran-Türkmənistan sərhədi yaxınlığında mayın 14-nə keçən gecə baş verən güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb.  

APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar nəticəsində elektrik enerjisi, su və qazın verilişində problemlər yaranıb, rabitə əlaqəsi pozulub. Hadisə yerində həkim və xilasedici briqadalar çalışırlar.    

 Qeyd edək ki, ötən axşam İran-Türkmənistan sərhədi yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla 22.31-də (Bakı vaxtı ilə 22.01-də) qeydə alınıb.

Zəlzələnin episentri İranın Bocnurd şəhərindən 42 km şimalda, yerin səthindən 12,4 km dərinlikdə qeydə alınıb. Təkanlar nəticəsində Şimali Xorasan əyalətinin inzibati mərkəzi  olan Bocnurd şəhərində bir neçə bina uçub. Bölgənin bir neçə yaşayış məntəqəsində də evlərin uçduğu bildirilir. 

Türkiyədə avtobus qəzasında ölənlərin sayı 23-ə çatıb

Türkiyənin Marmaris vilayətinində, Muğla-Antalya magistral yolunda turistlərlə dolu olan avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 23-ə çatıb. APA-nın məlumatına görə, bu barədə Muğlanın valisi Əmir Çiçək bildirib.

"Son məlumatlara görə, xəstəxanaya yerləşdirilən yaralılardan bir neçəsi də dünyasını dəyişib. Hazırda ölənlərin sayı 23-ə, yaralananların sayı isə 8-ə çatıb", - deyə vali qeyd edib.

Tailandda baş vermiş partlayışlarda 50 nəfər xəsarət alıb

Tailandda baş vermiş partlayışlarda 50 nəfər xəsarət alıb.

Dalga tv "Report"-aistinadən məlumatına görə, bu barədə "The Sun" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Pattani vilayətində, ticarət mərkəzində qeydə alınıb. Belə ki, ilk partlayış univermağın girişinin yaxınlığında baş verib. İnsanlar ticarət mərkəzindən qaçdıqda ikinci partlayış törədilib.

Məlumata görə, naməlum şəxslər ticarət mərkəzinin qarşısında dayanıblar. Bundan sonra mağazaya partlayıcı maddə atıblar. 

Regional polisin rəhbəri Ronnasilp Pxusar isə bildirib ki, partlayışlar avtomobilə yerləşdirilmiş bomba vasitəsilə törədilib. O, hələlik hadisənin təfərrüatı barədə məlumatsız olduğunu əlavə edib. 

Türkiyənin tanınmış müğənnisi vəfat edib

Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal vəfat edib. 

Dalga tv "Report"-a istinadən xəbər verir ki, o, bir aya yaxındır müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, 50 yaşlı müğənni evinin avtoparkında huşsuz vəziyyətdə tapılmış və təcili tibbi yardımla Beşiktaşdakı özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirmişdilər. 

Xatırladaq ki, İ.Erkal 1966-cı il oktyabrın 10-da Türkiyənin Ərzurum şəhərində anadan olub. 

Pakistanla sərhəddə 50 əfqan hərbçisi öldürülüb

Mayın 5-də Pakistanla sərhəddə atışma zamanı 50 əfqan hərbçisi öldürülüb, 100 əfqan hərbçisi yaralanıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bunu bu gün  Pakistanın Bəlucistan əyalətinin sərhəd korpusunun rəisi general-leytenant Nədim Əhməd açıqlayıb.

Pakistan ordusu mayın 5-də əfqan sərhədçilərini Pakistan ərazisini atəşə tutmaqda, dinc sakinlərin öldüyü, sərhədçilər də daxil olmaqla, 18 nəfərin yaralandığı barədə məlumat yayıb. Bu gün isə N. Əhməd Pakistan sərhədçiləri də daxil olmaqla, 12 nəfərin öldüyü, 40 nəfərin yaralandığını bildirib. General əfqan hərbçilərin hücum edərək sərhədi keçdiyini, Pakistan hərbçilərinin atəşi nəticəsində 50 əfqan hərbçinin öldüyünü, 100 əfqan hərbçinin yaralandığını qeyd edib.

 

 

Hindistanda qonaqların olduğu yük maşını kanala düşüb: Ölənlər var

Hindistanda Uttar-Pradeş əyalətində yük maşını kanala düşüb. Hadisə nəticəsində 14 nəfər ölüb, 28 nəfər yaralanıb. 

Dalga tv Oxu.Az-a  istinadən xəbər verir. 

Yük maşınında toydan qayıdan onlarla insan olub. 

İlkin məlumata görə, hadisə sürücünün yuxulaması, texniki nasazlıq, yolların pis vəziyyəti də səbəb ola bilər. 

Fakt üzrə araşdırma başlayıb. 

Soçidə Putin və Ərdoğan arasında görüş keçirilir

"Rusiya-Türkiyə münasibətləri xüsusi status alır və tam həcmdə bərpa olunur".

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qəbul edərkən deyib. "Çox yaxşıdır ki, bizim işgüzar rejimdə görüşmək, ikitərəfli fəaliyyətin əsas məsələləri barədə danışmaq imkanımız var", - deyə V. Putin söyləyib.

R. T. Ərdoğan isə bildirib ki, iki ölkənin atacağı birgə addımlar Yaxın Şərqdə vəziyyətə təsir göstərmək imkanındadır: “Bizim çiyinlərimizə çox ağır bir iş, çox böyük məsuliyyət düşür. Əminəm ki, birlikdə atdığımız addımlar bütün regionun taleyini dəyişəcək”.

Qeyd edək ki, sonuncu dəfə Rusiya və Türkiyə prezidentləri martın 10-da görüşüb.

Saytda Axtarış

ახალი ამბები