Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün799
DünənDünən3053
Bu həftəBu həftə3852
Bu ayBu ay98820
Bu günə qədərBu günə qədər8460451

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiyada kişi həyat yoldaşını və uşaqlarını öldürüb, sonra isə intihar edib

Rusiyanın Stavropol şəhərinin sakini öz həyat yoldaşını və iki uşağını qətlə yetirərək intihar edib. 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsi məlumat yayıb.

Məlumata əsasən, qətldə şübhəli bilinən şəxsin əlində bıçaq aşkarlanıb: “Qətlə yetirilən ana və 2 uşağın bədən xəsarətləri oxşardır. Evə zorla daxil olma müəyyən edilməyib. Evin giriş qapısı içəridən bağlı olub. Evdəki əşyaların yerlərində də dəyişiklik olmayıb”.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.

Türkiyədə konstitusiyaya dəyişikliklərə dair referendumun nəticələri təsdiqlənib

Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair referendumun nəticələrini təsdiqləyib. APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə,  ASŞ rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.

“Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi “lehinə”, 48,59  faizi isə “əleyhinə” səs verib”, - deyə Güvən Ankarada jurnalistlərə bildirib. 

Qara dənizdə 2 gəmi toqquşub

Bu gün İstanbul boğazı yaxınlığında, Qara dənizdə Rusiyanın “Liman”  hərbi gəmisi canlı heyvan daşıyan “Aşot-7” adlı yük gəmisi ilə toqquşub.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları Rusiyanın hərbi gəmisindəki 45 əsgəri xilas edib.

Bölgədə qatı duman var, qəzanın da məhz bu səbəbdən baş verdiyi ehtimal olunur.

İlkin məlumatda 15 rusiyalı hərbçinin itkin düşdüyü bildirilsə də, Rusiya Müdafiə Nazirliyi hərbi gəmidəki 78 əsgərin hamısının xilas edildiyi barədə məlumat yayıb. Gəmi isə batıb.

Yük gəmisi isə Rumıniyadan İordaniyaya heyvan aparırmış.

Türkiyədə döyüşlər: Üç hərbçi ölüb

Türkiyənin cənubi-şərqində Kürdistan Fəhlə Partiyası terror təşkilatına qarşı əməliyyatın gedişatında üç türk hərbçisi ölüb.  

Dalga tv Oxu.Az--a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının saytında məlumat yayılıb. 

Şırnak əyalətinin Şenoba rayonunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində iki hərbçi ölüb.  

Kars vilayətində əməliyyat zamanı baş verən partlayışda Türkiyənin SQ-nin bir hərbçisi ölüb, biri yaralanıb. 

Türkiyə SQ terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyatı davam etdirir. Əməliyyatların gedişatında ondan çox türk hərbçisi ölüb. 

Yerevanda etiraz aksiyası keçirilir

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası keçirilir.

Dalga tvXeber.ge-yə  istinadla  xəbər verir ki, ticarət obyektlərinin işçiləri hökumət binasının qarşısında toplaşaraq baş nazir Karen Karapetyanla görüş tələb edirlər.

Etirazçıların sözlərinə görə, artıq üç gündür ki, vergi orqanları onların yarmarkalarında yoxlamalar həyata keçirir, sənədlər tələb edir, müxtəlif üsullarla onları sıxışdırır.

Aksiya zamanı "Bizi sakit buraxın!"- deyə şüarlar səsləndirilib.

Etirazçılarla hökumət aparatının məktubların qəbulu və çatdırılma departamentinin rəisi Aleksandr Qazayan görüşüb və onlara 10 nəfərlik qrup halında baş nazirin yanına qalxmağı təklif edib.

Təklifi rədd edən etirazçılar tələb ediblər ki, baş nazir aşağı düşməli, onların problemlərini dinləməlidir.

Hindistanda avtobus çaya düşüb: Ölənlər var

Hindistanın şimalında avtobus çaya düşüb, ən azı 44 nəfər ölüb. 

Dalga tv Oxu.Az-a istinadən məlumata görə,hadisə Şimla dairəsində Tons çayı yaxılığında baş verib. 

 Avtobusda 50-dən çox sərnişin olub. Qəzanın digər detalları məlum deyil. 

Yolların pis vəziyyəti və mövcud olan sıxlıq, eləcə də məsuliyyətsiz idarəetmə Hindistanda tez-tez qəzalara səbəb olur.  Rəsmi statistikaya görə, hər gün 400 hindistanlı yol qəzalarında ölür, il ərzində bu rəqəm 150 minə çatır. 

Koreyada nüvə müharibəsi başlayır – İlk vurulacaq 4 HƏDƏF

İki dövlət arasında müharibə başlayacağı təqdirdə, ABŞ-ın Şimali Koreyada vuracağı 4 əsas hədəfin adları açıqlanıb.

BBC xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, əgər Şimali Koreya rəhbərliyi geri çəkilməzsə və hərbi təhdidləri davam etdirərsə, ABŞ ordusu Şimali Koreyada yerləşən 4 əsas hədəfi vuracaq. Bunlar Şimali Koreyanın Punggye bölgəsində yerləşən nüvə silahlarının sınaq qərargahı, Sinpo liman şəhərindəki sualtı nüvə silahları bazası, Yongbyon şəhərindəki nüvə təsisatı mərkəzi və Tongçang bölgəsindəki raket atəşi qərargahıdır.

BBC-nin Pentaqondakı mənbədən əldə etdiyi məlumata görə, Şimali Koreyanın sözügedən 4 məxfi hərbi bazası ABŞ-ın əsas hədəfləri sırasındadır.

Nüfuzlu ingilis mediası ABŞ-ın həmin obyektləri necə vuracağını da açıqlayıb:

"ABŞ-ın hərbi sualtı və suüstü gəmiləri Yapon dənizindən Şimali Koreyanın nüvə obyektlərini çox rahatlıqla vura biləcək. Hazırda ABŞ-ın nüfuzlu və nəhəng "USS Carl Vinson” təyyarədaşıyan və döyüş gəmiləri çox qısa vaxtda bölgəyə çatmaq imkanına malikdir. Bundan başqa, "Pentaqon” "USS Nimitz” və "USS Ronald Reagan” təyyarədaşıyan döyüş gəmilərini də Koreya yarımadasına göndərib. Hazırda ABŞ ilə Şimali Koreya arasında müharibə riski ən yüksək səviyyədədir. Qarşılıqlı hərbi təhdidlər pik həddə çatıb”.

BBC son vəziyyətlə bağlı Şimali Koreyanın xarici işlər nazirinin müavini Han Song-ryoldan da müsahibə alıb.

Nazir müavini müsahibəsində deyib ki, ABŞ-ın təhdidlərinə baxmayaraq, raket sınaqları davam etdiriləcək:

"Əgər ABŞ bizə qarşı hər hansı hərbi hücuma cəhd edərsə, buna nüvə silahı ilə cavab verəcəyik. Şimali Koreya ordusu uzaq mənzilli "Taepodong 2” raketlərinə malikdir. Bu raketlərlə biz ABŞ, İngiltərə və Türkiyəni çox rahatlıqla bura bilərik”./publika.az

Türkiyədə helikopter qəzaya uğrayıb, 12 nəfər həlak olub

Türkiyənin Tunceli əyalətində qəzaya uğramış helikopterdəkilərin hamısı həlak olub. 

"Dalga tv" Türkiyə KİV-inə istinadən xəbər verir ki, helikopterdə 1 hakim, 1 gizir, 7 polis əməkdaşı və 3 ekipaj üzvü olub. 

Rusiyanın hərbi aviasiyası Ermənistanda təlimlərə başlayıb

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri Ermənistanda döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.  

Hərbçilər, həmçinin, “Kamhud” və “Alagöz” dağ poliqonlarında zenit-raket kompleksləri qarşılıqlı uzlaşma şəraitində hava hədəflərinin vurulması və müşayiət edilməsi kimi müxtəlif döyüş tapşırıqlarını praktiki şəkildə icra edəcəklər.  

Təlimlərə 500-dək hərbçi, 100-dən çox hərbi xüsusi texnika, o cümlədən, “Buk-M1-2”, “S-300B” zenit-raket kompleksləri, Rusiyanın Ermənistandakı “Erebuni” aviabazasından MİQ-29 qırıcı təyyarələr, “Mi-24P” və “Mi-8MT” helikopterləri cəlb olunub.  

Türkiyənin məşhur aktyoru vəfat etdi

“Yeşilçam”ın aktyoru Bülent Kayabaş 72 yaşında dünyasını dəyişib.

Dalga tv  Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor ağciyər xərçəngindən əziyyət çəkirdi.

B.Kayabaş müalicə aldığı xəstəxanada bu gün səhər saatlarında vəfat edib.

O, teatr və kino aktyoru kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox mükafata layiq görülüb

Səudiyyə Ərəbistanın HHQ helikopteri dostluq atəşi ilə vurulub

Səudiyyə Ərəbistanının HHQ-yə məxsus helikopteri Yəməndə dostluq atəşinin qurbanı olub. 

 Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, 

Daha öncə “Black Hawk” helikopterinin qəzaya uğramasına dair məlumat yayılmışdı. Qəza Yəmənin Marib vilayətində hərbi tapşırığı yerinə yetirərkən baş verib.

Bununla yanaşı, “Reuters” agentliyi Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadən ölkənin HHQ helikopterinin qəzaya uğramasına dair məlumat yaymışdı. Hadisə nəticəsində ən azı göyərtədə olan 12 nəfər ölüb. 

Qəzanın təfərrüatlarını aydınlaşdırmaq üçün istintaq aparılır. Əhməd Asiri koalisiyasının nümayəndəsi “France-Press” agentliyinə səbəblər haqqında danışmağın hələ tez olduğunu deyib. 
 

Şimali Koreya rəsmisi: Nüvə müharibəsi hər an başlaya bilər

Şimali Koreyanın BMT yanında daimi nümayəndəsi Kin İn Ren bəyan edib ki, ABŞ-ın Koreya yarımadasındakı əməliyyatları nəticəsində nüvə müharibəsi istənilən an başlaya bilər. 

 Dalga tv Oxu.az-a istinadın xəbər verir ki, bu barədə o, mətbuat konfransının gedişatında bildirib. 

Diplomat ABŞ-ı regionda təhlükəli vəziyyət yaradan addımlardan çəkinməyə çağırıb. 

“Pxenyan öz tərəfindən Vaşinqtonun istənilən aqressiv addımlarına qarşı cavab addımı atmağa hazırdır”, - Şimali Koreyanın rəsmisi bəyan edib. 

Onun sözlərinə görə, Şimali Koreyaya sanksiyaların tətbiqi ölkənin müstəqilliyinin pozulmasıdır. O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası ABŞ adından hərəkət edir. 

Saytda Axtarış

ახალი ამბები