Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün766
DünənDünən3053
Bu həftəBu həftə3819
Bu ayBu ay98787
Bu günə qədərBu günə qədər8460418

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


116 nəfərdən ibarət hərbi təyyarə yoxa çıxdı

Myanmada göyərtəsində 116 nəfərin olduğu hərbi təyyarə radarlardan itirib.

Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, təyyarə Myeik şəhəri ilə paytaxt Yanqon arasındakı bölgədə yoxa çıxıb. Təyyarənin göyərtəsində 116 əsgər olub. Bu barədə Myanmar ordu baş qərargahı məlumat verib. Məlumata əsasən, 116 nəfəri daşıyan hərbi təyyarə Myeik və Yanqon arasında yoxa çıxıb. Açıqlamada Davey qəsəbəsinin 32 km qərbində təyyarə ilə əlaqə itib.

Tehranda üçüncü hücum: Metroda partlayış

İranın paytaxtı Tehran şəhərində “İmam Xomeyni” metrostansiyasında partlayış olub. Ölənlər və yaralanalar haqqında məlumat hələlik yoxdur.

Dalga tv  bu barədə Life-a istinadən xəbər verir. 
 
Bu, gün ərzində  artıq üçüncü hadisədir. Daha öncə bir neçə silahlı şəxs parlamentə hücum edərək atəş açıb və bir girov götürüblər. Hazırda onların taleyi haqqında məlumat yoxdur.  

Xatırladaq ki, bu gün səhər saatlarında İran parlamentinə və İmam Xomeyni mavzoleyinə hücum olub. Hücum nəticəsində ölən və yaralanlar var. 

İran parlamentində atışma: Ölən var

İran Parlamentində atışma zamanı yeddi nəfər ölüb, daha dörd nəfər girov götürülüb. 

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASNİM agentliyi məlumat yayıb. 

İŞİD Mosuldan qaçmaq istəyən 163 sakini güllələyib

İŞİD terror qruplaşması İraqın Mosul şəhərində 163 dinc sakini güllələyib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd Rəəd-əl Hüseyn deyib.

“Mənim əməkdaşlarımın verdiyi məlumata görə, kişi, qadın və uşaqların meyitləri Mosulun qərbindəki Əl-Şirə kvartalının küçələrindədir. İŞİD üzvləri şəhərdən qaçmaq istəyən insanları öldürüb", - deyə o, söyləyib.

İnsanların kütləvi güllələnməsi iyunun 1-də baş verib. Mosulun İŞİD terrorçularından azad olunmasına dair əməliyyat ötən ilin oktyabrında başlayıb. Bu ilin fevralında əməliyyat fəal mərhələyə keçib. Hökumət qüvvələri şəhərin şərq hissəsində nəzarəti ələ ala bilib. Mosulun qərbindəki kvartallarda döyüşlər indiyədək davam edir. 

Əfqanıstanda məsciddə partlayış olub: Ölənlər var

Əfqanıstanın qərbindəki Herat vilayətində partlayış baş verib.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Report “TOLOnews”a istinadən xəbər verir.

Məlumata əsasən, hadisə nəticəsində 4 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Partlayış vilayətin inzibati mərkəzi olan Herat şəhərindəki əsas məsciddə baş verib.

Dünyanı ağladan suriyalı uşağın indiki halı – FOTO

Hələbə bir hava hücumundan sonra dağıntılar altından çıxarılan 5 yaşlı Ümranın fotoları bütün dünyanı ağlatmışdı.

Dalga tv-nin Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu fotolar sosial şəbəkələrdə ən çox paylaşılan fotolar olmuşdu.

Başı qan, gözlərində qorxu olan Ümran Suriyadakı dağıntıların simvoluna çevrilmişdi.

Dakneş Suriya müxaliflərinin yayımladığı fotolarda dağıntılar altından çıxarıldıqdan sonra toz-torpaq içində, üzü qanlı olan Ümran təcili tibbi yardım avtomobilinin arxa oturacağında səssiz oturmuşdu. Gözlərində dəhşət, qorxu ifadəsi olan Ümran əllərini qan içindəki üzünə tərəf aparır və əli də qana bulanır. Əlinə bulaşan qanı isə oturacağa silirdi.

Suriyalı Ümranın son fotoları hər kəsin sevincinə səbəb olub. Ailəsi ilə birlikdə olan Ümran özünü kifayət qədər yaxşı hiss edir və bir Suriya kanalında qonaq olub.

ABŞ-ın təyyarədaşıyanları Yapon dənizini tərk etdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyanı təlimləri başa vuraraq Yapon dənizini tərk edib.

Dalga tv Oxu.Az-a istnadən xəbər verir ki, bu barədə NHK telekanalı Pentaqon rəsmisinə istinadən məlumat verib.

Pentaqon rəsmisinin sözlərinə görə, “Karl Vinson”  (USS Carl Vinson) və “Ronald Reyqan” (USS Ronald Reagan) üçgünlük hərbi təlimlərdən sonra həmin bölgəni tərk ediblər. 

“Karl Vinson” təyyarədaşıyanı Kaliforniyaya yola düşüb. Onu “Nimits” atom təyyarədaşıyanı əvəz edəcək. “Ronald Reyqan” təyyarədaşıyanı isə Yaponiyanın Yokosuka şəhərinə tərəf üzür. 

Bununla yanaşı, Pentaqon rəsmisi qeyd edib ki, ABŞ Şimali Koreyanın fəaliyyətini diqqətlə izləməkdə davam edəcək.

ABŞ Rakkaya girir: 10 min sakin şəhəri tərk etdi

Suriyada İŞİD-in qalası kimi tanınan Rakka şəhərinə qarşı əməliyyat hazırlıqları başa çatıb.

Dalga tv Axar.az-a istinadən xəbər verir ki, hər gün yüzlərlə vətəndaş şəhəri tərk edir.

Verilən məlumatda qeyd edilir ki, əməliyyat başlayandan bu günə kimi şəhəri 10 minə yaxın rakkalı tərk edib. Onların şəhərin şimalındakı qaçqın düşərgələrinə sığındığı bildirilib.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələri və PKK-ya bağlı YPG Rakkaya girməyə hazırlaşır.

İstanbulda silahlı qarşıdurma: Ölən və yaralılar var

İstanbul Güngörən rayonunda iki qrup arasında çıxan silahlı qarşıdurmada 8 nəfər yaralanıb, 1 nəfərin öldüyü bildirilir.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, Menderes küçəsinə bir avtomobil ilə gələn qrup, aralarında ədavət olduğu iddia edilən başqa bir qrupun üzərinə odlu silahlarla atəş açıb. Qrupun silahlarla qarşılıq verməsindən sonra, qarşıdurmanın ardından təcavüzkarlar avtomobillə hadisə yerindən qaçıb.

Hadisə yerinə çox sayda polis və tibb briqada cəlb edilib. Qarşıdurmada yaralanan 5 nəfər tibbi maşınlarla ətrafdakı xəstəxanalara aparılıb.

Atışmadan sonra, hadisə yerinin ətrafından çoxlu  sayda patronlar götürülüb.

Təcavüzə məruz qalan qrup ilə polis dəstələri arasında mübahisə baş verməsi səbəbindən Özəl Hərəkat polisləri də zirehli texnika ilə hadisə yerinə gəlib.

Rusiyada 8 nəfər güllələnərək öldürülüb

Rusiyanın Tver vilayətində “50 illik Oktyabr” bağçılıq dərnəyinin 8 üzvü güllələnərək öldürülüb.

Dalga tv  APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə mübahisə olub.

Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə gələrək 6 kişi və 2 qadını güllələyib. 8 nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İtaliyada ÇL-nin final oyunu zamanı 1000-dən çox insan xəsarət alıb

Şənbə günü axşam İtaliyanın Turin şəhərinin mərkəzi meydanında futbol üzrə Çempionlar Liqasının final oyununun kütləvi seyri zamanı 1000-dən çox insan xəsarət alıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, insanlar təşvişdən yaranan basabas nəticəsində xəsarət alıblar.

Meydanda yerli “Yuventus”la Madridin “Real” klubu arasında final oynunun canlı yayımını təqribən 30 min insan izləyib. İnsident matçın 64-cü dəqiqəsində, “Real”ın “Yuventus”a vurduğu 3-cü qoldan sonra qeydə alınıb. Xaos hələ də məlum olmayan səbəbdən yaranıb.

Londonda 3 hücum: Çox sayda ölən və yaralanan var

Londonda terror aktları nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Dalga tv-nin APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Skotlend-Yard (London polisi) məlumat yayıb.

Terror aktı nəticəsində 50-yə qədər insan yaralanıb. 

Saytda Axtarış

ახალი ამბები